Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soğançı
Soğançı (Qoşaçay)
Sokratçı məktəblər
Sokratçı məktəblər — e.ə. IV əsrdə Sokratın şagirdləri tərəfindən yaradılan fəlsəfi məktəblər. Bu məktəblərdə dərslər keçirilmiş, onların rəhbərləri olmuşdur. Onların arasında 3 məktəb fərqlənmiş və fəlsəfə tarixində xüsusi yer tutmuşdur: Kinik məktəbi Kirena məktəbi Meqara məktəbi Daha bir məktəb Eretriya adlanırdı. Ancaq onun haqqında zamanımıza çox az məlumat çatmışdır. Platon da Sokratın şagirdi olduğuna görə, onun yaratdığı Akademiyanı həm də sokratçı məktəblərdən biri hesab etmək olar. Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s.
Soğançı (Qoşaçay)
Soğançı (fars. سوغانچي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Soğançı (Çaroymaq)
Soğançı (fars. سوغانچي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (5 ailə).
Çıraqçı (Həştrud)
Çıraqçı (fars. چراغچي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (72 ailə). Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 22 km qərbdədir.
Dorağacı
Dorağacı ya dor (nid. mast) — yelkənli gəmi konstruksiyasında şaquli bərkidilmiş dirək. Dorağacına adətən yelkən bərkidilir. Yelkənli gəmilər təkmilləşdikcə, yelkənlərin sayı artdıqca dorağacının sayı 2-yə, 3-ə bəzən 4-ə qədər atmışdır. Buxar mühərikli gəmilərdə dorağacı funksiyasını itirərək, metal qülləyə çevrilmiş olur. İlk yelkənli gəmilərin dorağacları bütöv bir ağac gövdəsindən hazırlanırdı. Dorağacının aşağı nisbətən qalın hissəsi bilavasitə qayığa ya gəmiyə bərkidilirdi. Dorağacı adətən yüngül oduncaqlı və şirəli şam ağacından: küknar, kedr ağaclarından hazırlanırdı. XVIII əsrdə dorağacı bir və iki dirəyin birləşdirici dəmir üzüklərlə bir-birinə pərçinlənməsi üsulu ilə hazırlanırdı. Yelkənli gəmlərin təkmilləşməsi ilə əlaqədar dorağacının sayı artıqca müxtəlifliyinə görə adlandırılmağa başlanılır.
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Sorani
Soran dili- Kürd dilinin dialektlərindəndir ki İraq və İranda danışılır.
Şoragöl sultanlığı
Şörəyel sultanlığı — Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır: Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər.
Şorbaçı (Cəlilabad)
Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) bələdiyə idarəsi və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçməklə yeni yolun tikintisinə başlanılmışdır. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir.
Şorbaçı (Hacıqabul)
Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır. 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Şorbaçı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şərabçıyam, şərabçı
Şərabçıyam, şərabçı – Azərbaycan filmi. == Məzmun == Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. == İstehsal == Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov == Sponsor == Göyçay Konyak Zavodu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Gəngiz şoranı
Keçə şoranı
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Rixter şoranı
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Şohaçi İşii
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Şoralı mağarası
Şoralı mağarası — Şəгuг rayonunun Axura kəndindən şərqdə, Pisdər mağarasının qərb tərəfində mağara. Qövsvari formalıdır. Uzunluğu 15 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının nüvə hissəsində yarləşir.
Şoranı öldürgən
Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür. Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir.
Şərabçıyam, Şərabçı (1991)
Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Göyçay Konyak Zavodu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Səkinə Əliyeva (şərabçı)
Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949). Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. 1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir. 1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir. Ermənistan azərbaycanlıları Дж.
Seyid Abbas Əraqçi
Seyid Abbas Əraqçi (fars. سید عباس عراقچی‎; 1962, Tehran) — İran dövlət xadimi və siyasətçi. İran İslam Respublikasının Xarici İşlər Naziri (2024). Beynəlxalq əlaqələr üzrə elmləri namizədi. == Həyatı == Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir. Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999–2003) və Yaponiyada (2007–2011) səfir vəzifələrində çalışıb. Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004–2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.