Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Karla Olivares Sousa
Karla Olivares Sousa (isp. Karla Olivares Souza, 11 dekabr 1985, Mexiko) — meksikalı aktrisa, müğənni və modeldir. ABC-nin "How to Get Away with Murder" (Cinayətdən necə yayınmaq olar?) serialında Lorel Kastillo/Kastiyo (isp. Laurel Castillo) rolunda çəkilərək, məşhurlaşıb. == Həyatı == Karla Sousa Mexiko şəhərində anadan olub. Atası Çilidən, anası isə Meksikadandır. 1993-cü ildə 7 yaşlı Karla "Aspen Extreme" filmində çakilmək üçün dəvət alır. Elə bu filmdən başlayaraq Karlanın sənətə marağı başlayır. Nəticədə valideynləri qızının təhsilini fikirləşərək onu Fransaya və İngilitərəyə göndərirlər. İngiltərədə Kral Mərkəzi Nitq və Dram Məktəbində (Royal Central School of Speech and Drama) təhsil alıb.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Dalğaqanad sovka
Göybaftalı sovka
Müxtəlifrəngli sovka
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Sovla bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəhrayı sovka
Şüalı sovka
Ayrıldıq ki, qovuşaq
"Ayrıldıq ki, qovuşaq" — 2013-cü ildə Azərbaycanda Azad Azərbaycan TV-nin "Vətənim yaradıcılıq birliyi" tərəfindən istehsal olunmuş qısametrajlı sənədli televiziya filmi.. == Məzmun == Film Azərbaycan SSR xalq yazıçısı Süleyman Rəhimov və onun iki övladı Şamo Rəhimov və Şamo Arifin həyatından bəhs edir. == Təqdimatı == Filmin təqdimat mərasimi 2013-cü ilin iyun ayında Bakı şəhərində olmuşdur. == Filmin üzərində işləyənlər == Rejissor: Emil Babayev Ssenari müəllifi: Günay Novruz Operator: Nəsimi Babayev, Şahin Mustafayev Prodüser: Rinat Qurbanoğlu == Texniki göstəriciləri == Filmin xronometrajı 44 dəqiqədir.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. == Həyatı == Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] == İqtisadiyyat == Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. == Tarix == Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Aleksandro de Souza
Aleksandro de Souza (port. Alexsandro de Souza, qısaca Aleks; 14 sentyabr 1977, Kuritiba) — braziliyalı futbolçu, hücumameyilli yarımmüdafiəçi. Braziliya yığmasının heyətində çıxış etmiş, komandanın kapitanı olmuşdur. == Karyerası == Aleks de Souza 20 iyun 2004-cü ildə Braziliyanın Cruzeiro Esporte Clube komandasından "Fənərbaxça"ya 11 milyon dollara 3 illiyinə transfer edilib. Bu miqdarın 5 milyon dolları kluba, qalanı isə illiyi 2 milyon dollardan futbolçuya verilən ödəniş olub. O, həmçinin 2004-cü ilin iyulunda Amerika Kubokunu qazanan Braziliya milli yığma komandasının kapitanı olmuşdur. == Müvəffəqiyyətləri == === Komanda olaraq === 1996 Tulon Turniri çempionluğu 1998 Braziliya Kuboku çempionluğu 1998 Mercosul Kuboku çempionluğu 1999 Libertadores Kuboku çempionluğu 1999 Amerika Kuboku çempionluğu 2000 Pre-Olimpik çempionluğu 2000 Rio — San-Paulu çempionluğu 2003 Mineyro çempionatı çempionluğu 2003 Braziliya Kuboku çempionluğu 2003 Braziliya Liqası çempionluğu 2004 Mineyro çempionatı çempionluğu 2004 Amerika Kuboku çempionluğu 2005 Türkiyə Liqası Çempionluğu 2007 Türkiyə Liqası Çempionluğu 2011 Türkiyə Liqası Çempionluğu 2012 Türkiyə Kuboku Çempionluğu 2007,2009 Türkiye Super Kuboku Çempionluğu === Fərdi === 1999 Uruqvayın "El Pais" qəzeti tərəfindən Amerika qitəsinin ideal on birinə seçildi ("Sociedade Esportiva Palmeiras"da oynayarkən). 1999 IFFHS tərəfindən dünyada ilin 3-cü ən çox qol vuran oyunçusu seçildi ("Sociedade Esportiva Palmeiras"da oynayarkən). 2003 Uruqvayın "El Pais" qəzeti tərəfindən Amerika qitəsinin ideal on birinə seçildi ("Cruzeiro Esporte Clube"da oynayarkən). 2003 Braziliya futbol jurnalı "Placar" tərəfindən Braziliya Liqasında ilin oyunçusu seçildi və Qızıl Top Mükafatı aldı ("Cruzeiro Esporte Clube"da oynayarkən).
Con Souxa Leialoha
Eldən Soruş (1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Aleks de Souza

Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Ageratina sousae
Ageratina sousae (lat. Ageratina sousae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Şovitsa yemişanı
Şovitsa yemişanı (lat. Crataegus szovitsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı şərqi Zaqafqaziyanı və Kiçik Asiyanın şərq rayonlarını əhatə edir. == Botaniki təsviri == Boz qonur rəngli, kiçik sıx budaqlı ağacdır. Cavan zoğları ağ keçəlidir. Yarpaqları möhkəm, qalın, göyümtüldür. Çiçəkləyən zoğlarda alt yarpaqları əks-yumurtavari, yuxarıda yerləşənlər üç pərlidir, dərin, beş bölümlü, kəsiyində enli əks yumurtavari, rombvari, uzunluğu və eni 3-4,5 sm; orta pəri bünövrəyə daralmış, iti və ya küt, ucuna yaxın az dişli, bəzən kənarları bütövdür. Steril zoğlarda daha iri, 5-9 yerə dəri bölünmüş, ensiz və kəsik pərlidir. Çiçək qrupunun diametri 5 sm-dək, yığcam, 10-12 çıçəkli, sıx-ağ keçəli, çiçək saplağının uzunluğu 1,5-5 mm-dir. Kasayarpaqları enli-üçkünc, ucu biz, çiçəkləmə dövründə düz dayanandır, meyvə verdikdə şaxələnir.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. İlk çağlarda şəhəri "Şuşa" adı ilə yanaşı, xanın şərəfinə "Pənahabad" adlandırırdılar. Şuşada 17 məhəllə var idi: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.
Eldən soruş (film, 1980)
== Məzmun == Film görkəmli Azərbaycan şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 70 illiyinə həsr olunmuşdur. Kinolentdə sənətkarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Fəraməz Məmmədov Bəstəkar: Mobil Babayev Səs operatoru: Şamil Kərimov === Filmdə iştirak edənlər === Rəsul Rza Heydər Əliyev Süleyman Rüstəm == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Qulerme Ximenez de Souza
Qulerme Ximenez de Souza (18 İyun 1995 – 28 Noyabr 2016) — Sadəcə Ximenez kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda müdafiənin sağ cinahında oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri olmuşdur. == Klub karyerası == Ximenez San-Paulu ştatının Ribeyrao Plato şəhərində anadan olmuşdur. Ximenez gənclik illərində Ole Brazil və Komersial-SP klublarında çıxış etmişdir. 2013-cü ilin ortalarından əsas komandada da iştirak etməyə başlamışdır. Öz peşəkar karyerasında debütünü həmin ilin 21 iyul tarixində Paulista Kuboku çərçivəsində İndipendente de Limeyra klubu ilə oyunda etmişdir. Həmin görüşdə klubu 0-0 heç-heçə etmişdir. Ximenez ödənilməmiş əmək haqqı ilə bağlı olaraq 17 aprel 2014-cü ildə klub ilə müqavilə təxirə salır. 2014 Paulista Çempionatında Ximenez sadəcə iki dəfə ehtiyat oyunçular skamyasında yer almışdır.
Amblyseius solus
Amblyseius solus (lat. Amblyseius solus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius solus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aviasiya şousu
Aviasiya şousu (aviaşou) — xüsusi təşkil edilmiş şouda təyyarəni idarə etmək bacarığını göstərilməsi. Aviasiya texnikanın göstərilməsi də deyilir. == Tarix == Birinci Dünya Müharibəsindən sonra təcrübəli döyüş pilotları yeni bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Bir çox amerikalı pilot uçuş sirklərində çıxış etməyə, ölkənin kiçik şəhərlərini gəzməyə və uçuş bacarıqlarını nümayiş etdirməyə və sərnişin daşımalarını təşkil etməyə başladı. Nəticədə bu pilotlar birləşməyə və daha mütəşəkkil aviaşou keçirməyə başladılar. Hava yarışları və akrobatik stunları göstərən bir aviaşou, ölkə daxilində hərəkət etdilər. Hava yarışları mühərrik performansının yaxşılaşdırılmasına və gövdənin inkişafına təkan verdi — məsələn, Schneider Kuboku daha sürətli və daha rasional monoplan layihələrinin yaradılmasına səbəb oldu, ən yaxşısı Spitfire-in birbaşa sələfi Supermarine S.6B oldu. Pul mükafatları pilot və dizaynerlər arasında rəqabəti artırdı və irəliləməni xeyli sürətləndirdi. Amelia Earhart bəlkə də çoxsaylı aviaşoularının ən populyar üzvü idi. O, Atlantik və İngilis kanalı üzərindən uçuş kimi rekordlar vuran ilk qadın idi.
Bolonyeze sousu
Bolonyeze sousu (italyan dilində: Ragù alla bolognese, fransız dilində: Sauce bolognaise) - İtaliya mətbəxinə aid olan və ilk dəfə XVIII əsrdə Boloniya makaron evində meydana çıxan ətli sous. Bolonya sakinləri Bolonyeze sousunu adətən təzə talyatelle (makaron məhsullarından biri olan olan lapşanın bir növü) və tərəvəzdən hazırlanan lazanya ilə birlikdə süfrəyə verirdilər. Bolonyeze sousu kartof püresi ilə birlikdə servis edilməsi hallarına da rast gəlmək mümkündür.
Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi. Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.
Elişa Ovusu
Elişa Ovusu (7 noyabr 1997, Montröy) — Qanalı futbolçu. Belçikanın Gent klubunun və futbol üzrə Qana milli komandasının yarımmüdfiəçisi. == Klub karyerası == Ovusu Olimpik Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2010-cu ildə komandaya qoşulmuş və əvəzedici heyətin kapitanı olmuşdur. 23 fevral 2017-ci ildə Ovusu Lyon klubu ilə 3 illik ilk peşəkar müqaviləsini imzalamışdır. 19 iyun 2018-ci ildə Ovusu Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, öz peşəkar karyerasında debütünü 27 iyul 2018-ci ildə Qrenobl Fut klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Tomas Robineni əvəz etmişdir. Liqa 2 görüşündə Sojo rəqibinə 0–1 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Ovusu Fransada anadan olmuşdur.
Ovusu Kvabena
Ovusu Kvabena — (18 iyun 1997, Akkra) — Qanalı peşəkar futbolçu. Macarıstanın "Ferensvaroş" klubunun və Qana milli komandasının hücumçusu. == Karyerası == Qanada doğulan futbolçu karyerasının ilk illərini doğulduğu Akkra şəhərinin komandasında keçirib. 2016-cı ildə İspaniyaya gələn futbolçu "Toledo" klubuna qoşulur. Ovusu 31 avqust 2016-cı ildə komandadanın əsas heyətində debüt edir. İspaniya Kral Kubokunda baş tutmuş "UB Conquense" komandası ilə ev oyununda ikinci hissədə əvəzedici kimi meydana çıxır və komandasının 2–0 qalib gəldiyi oyunda komandasının hər iki qolunun müəllifi olur. Daha sonra o, səkkiz qol vuraraq, komandanın əsas hücumçusuna çevrilir. 23 avqust 2017-ci ildə Owusu La Liqa təmsilçisi "CD Leganés" klubu ilə beş illik müqavilə imzalayır. Ancaq futbolçu səkkiz gün sonra, "Segunda División"da yarışan "Real Oviedo"ya bir il müddətinə icarəyə verilir. 24 iyul 2018-ci ildə Ovusu İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Salamanca CF" klubuna bir il müddətinə icarəyə verilir.
Qoz sousu
Satsivi və ya Qoz pastası (gürc. საცივი) — qida pastası, əsasən qoz içindən hazırlanmış və müxtəlif reseptlərdə istifadə olunur.
Ayrıldıq ki, qovuşaq (film, 2013)