Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bran Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Brandon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Brendon Stark
Brandon Stark və ya Bran Stark — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Bran Starkın baxış bucağından verilir. Yazıçı Martin 2014-cü ildə bildirib ki, əsərdə Bran Starkın Ceymi və Sersi Lannisterlə olan fəslin bir çox oxuyucunun əsərə bağlanmasına səbəb olub. Bran Stark indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur. Bran Stark "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın oğlu olaraq təqdim edilir. Təsadüfən Vesteros kraliçası Sersi Lannisterin krala xəyanətinə şahidlik edən Bran Ceymi tərəfindən pəncərədən atılır. Komaya düşən Bran Stark gəzmək qabiliyyətini itirir. Atasının edam edilməsindən sonra qardaşı Robb Stark özünü Şimal kralı elan edir və müharibəyə gedir.
Eddard Stark
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur. Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır. == Bioqrafiya == === "Taxt oyunları" hadisələrindən əvvəl === Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır. Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir. === Görünüşü və xasiyyəti === …uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi.
Toni Stark
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Pyrethrum starkeanum
Tanacetum poteriifolium (lat. Tanacetum poteriifolium) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum cassium (Boiss.) Nábělek Chrysanthemum poteriifolium (Ledeb.) Bornm. Pyrethrum cassium Boiss. Pyrethrum poteriifolium Ledeb. ex Nordm.
Çarlz Starkvezer
Çarlz Reymond Starkvezer (24 noyabr 1938, Linkoln – 25 iyun 1959, Linkoln) — sevgilisi Keril Fyügeyt ilə birlikdə Nebraska və Vayominqdə 11 nəfəri öldürən amerikalı qatil və quldur ("qəzəbli qatil") idi. == Həyatı == Çarlz Starkvezer Nebraska ştatının Linkoln şəhərində anadan olub. Atası Qay Starkvezer dülgər idi, anası Xelen evdar qadın idi, çətin vaxtlarda ofisiant işləyirdi. Çarlzdan başqa ailənin daha altı uşağı var idi. Çarlzda diz oynağının anadangəlmə deformasiyası və nəticədə ayaqların içəriyə doğru əyriliyi var idi. Bundan əlavə, o, kəkələyirdi və şiddətli miyopi və çəpgözlükdən əziyyət çəkirdi, buna görə də məktəbdə onu daim ələ salırdılar və müəllimlər onun son dərəcə inkişaf etmədiyinə inanırdılar, çünki 17 yaşında boyu 1,57 m idi.Boyu qısa olmasına baxmayaraq, yeniyetmə kifayət qədər güclü idi və zaman keçdikcə ona sataşanları və sonradan onu sevməyənləri döyməyə başladı. Tezliklə o, artıq ən problemli tələbələrdən biri hesab olunurdu. Çarlz davranışında və görkəmində sevimli aktyorunu — Ceyms Dinini təqlid edərək onun xarici görünüşünü və üsyankar davranışını təkrarlayırdı. Onun da aşağılıq kompleksi var idi — o, heç nəyi düzgün edə bilməyəcəyinə inanırdı və acınacaqlı bir varlığa məhkum idi. 1956-cı ilin oktyabrında Çarlz Starkvezer gələcək qətl ortağı Keril Fyüqeyt ilə tanış oldu; Bu, onun ən yaxşı dostu Bob von Buşun böyük bacısı Barbara ilə görüşməyə başlaması səbəbindən baş verdi.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. == Tarixi == Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. == Üzvləri == === İlkin tərkibi === Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri === Sonrakı üzvləri === Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara == Fəaliyyətləri == Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Yohannes Ştark
Yohannes Ştark(d 15 aprel 1874 ö 21 iyun) 1919-cu ildə Fizika üzrə Nobel mükafatını almış alman fizik. Ştark Bavariya krallığında doğulmuşdur. O, "Bareet Gimnazium" orta məktəbində oxumuş, daha sonra Reqensburqda təhsilinə davam etmişdir. Universitet təhsilinə Fizika Riyaziyyat Kimya əsasında Münhen Universitetində başlamışdır. Buradakı təhsilinə 1894-cü ildə başlamış və 1897-ci ildəburadan məzun olmuşdur.
Brawl Stars
Brawl Stars — Finland videooyun şirkəti Supercell tərəfindən tərtib edilmiş çox oyunçulu, döyüş arenası videooyunu. Qlobal olaraq 12 dekabr 2018-ci ildə iOS və Android platforması üçün buraxılmışdır. Oyunda müxtəlif oyun rejimləri mövcuddur, burada oyunçular hər birinin özünəməxsus bacarıqları olan Brawler adlanan personajları seçir, onları matçlarda idarə edərək bir-birlərini məğlub etməyə çalışırlar. == Oynanış == Oyunçunun məqsədi oyun kuboku yolunda (ing. Trophy Road) irəliləmək, digər oyunçularla döyüşlərdə iştirak etmək və unikal qabiliyyət eləcə də xüsusiyyətlərə malik yeni oynana bilən personajları açmaq və təkmilləşdirməkdir.Oyunun oynanışı müxtəlif oyun rejimlərində iki nəfərdən ibarət komandada və ya üç və ya beş nəfərlik kooperativdə digər oyunçulardan ibarət komandanı və ya süni intellektlə idarə olunan rəqibi təkbaşına məğlub etməyə yönəlib. Oyunçular hər biri öz bacarıqları və super gücləri olan personajları seçə bilərlər. Həmçinin, personajların hər birinin öz ulduz gücləri və qacetləri var, onları oyunda bir qutu açmaqla əldə etmək və ya mağazadan almaq mümkündür.2020-ci ilin may ayında oyunun yeniləmələrindən birinə Brawl Pass adlı yeni mükafat sistemi əlavə edildi. Oyunçular döyüşlərdə iştirak etdikcə, mükafat səviyyələrini açmaq üçün istifadə edilən oyundaxili valyuta olan tokenlər qazanırlar. Oyunçular qutular, kristallar, dərilər, döş nişanları (döyüşlər zamanı və ya komanda oyun otağında istifadə edilə bilən emoji), sikkələr, güc nöqtələri, spreylər (döyüş meydanında yerdə qala bilən xüsusi rəsmlər) və döyüşçülər ala bilər. İki növ Brawl Pass var: pulsuz və premium, kristallarla alına bilən.
Muriyel Spark
Dam Muriyel Spark DBE- (1 fevral 1918[…], Edinburq – 13 aprel 2006[…], Florensiya) ödüllü bir Şotlandiyalı romançı(roman yazıçısı) idi. 2008-ci ildə Tayms qəzetinin "1945-ci ildən bu yana 50 böyük britaniyalı yazıçı" siyahısında yeraldı. == Uşaqlığı == Muriel Sarah Camberg 1918-ci ildə Edinburqda doğulub. Atası şotland, anası ingilis idi. Ceyms Cillespi kollecində oxuyub. İstedadli tələbə olan Muriel 12 yaşında ikən "Out of a Book" başlıqlı şeirinə görə Volter Skot mükafatı alıb == Ailə həyatı == 1937-ci ildə Muriel Camberg Sydney Oswald Spark ilə evlənmişdir. Evliliyinin ilk illərində Afrikada yaşayır, 1938-ci ildə oğlu Robin kimi tanınan Samuel doğulur, amma Murielin evliliyi tezliklə boşanma ilə sona yetir. 1944-cü ildə ərindən ayrılıb oğlu ilə Londona qayıdır. == Əsərləri == Əsərlərini elmi və bədii olmaqla 2 qrupa bölmək olar. Elmi əsərlərinə tənqidi məqalə və bioqrafiyalar, bədii əsərlərinə isə şeirlər, romanlar, pyeslər və qısa hekayələr daxildir.
Nataliya Starr
Nataliya Starr (ing. Natalia Starr; 22 mart 1993, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa-ABŞ pornoaktrisası və qalmour modeli.
Nataşa Starr
Nataşa Starr (ing. Natasha Starr; 10 oktyabr 1987, Ostruv-Mazoveska[d], Mazovets voyevodluğu) — Polşa pornoaktrisası.
Rinqo Starr
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE), “Oskar” və “Qremmi mükafatı” laureatı. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. 2010-cu ildə “Rolling Stone” jurnalının keçirdiyi sorğuya uyğun olaraq bütün vaxtların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub.. == Erkən illəri == Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Stara Lyubovnya
Stara Lyubovnya (slovak. Stará Ľubovňa, ukr. Стара Любовня, pol. Lubowla / Любовля, alm. Altlublau‎, mac. Ólubló) — Slovakiyanın şərqində şəhər. Poprad çayının hər iki sahilində, yerləşir. Əhalisi 15 minə yaxındır. == Tarix == Stara Lyubovnyanın adı ilk dəfə 1292-ci ildə Libenlərin şəhəri kimi qeyd olunub. 1364-cü ildə macar kralı Böyük Lüdovik Stara Lyubovnaya kral şəhəri hüquqları verdi.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. == Tarixi == Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbrüstü abidə qorunub saxlanılmışdı.
Start kodon
Start kodon — Başlanğıc kodonu, məlumat RNT (mRNA) transkriptinin ribosom tərəfindən tərcümə olunan ilk kodondur. Ən ümumi başlanğıc kodonu AUQ(yəni müvafiq DNT ardıcıllığında ATQ). Başlanğıc kodundan əvvəl 5' tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokariotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir . Başlanğıc kodundan əvvəl 5 'tərcümə edilməmiş bölgə (5' UTR) gəlir. Prokaryotlarda bu ribosomun bağlanma sahəsini əhatə edir. == Alternativ başlanğıc kodları == Alternativ başlanğıc kodonları standart AUQ kodonundan fərqlənir və həm prokaryotlarda (bakteriya və arxey) həm də eukaryotlarda olur. Alternativ başlanğıc kodonları, zülalın başlanğıcında olduqda (kodon fərqli bir amin turşusu kodlaşdırsaydı belə), Met olaraq tərcümə olunur. Bunun səbəbi, başlanğıc üçün ayrı bir nəqliyyat RNT-nin (tRNT) istifadə edilməsidir . === Eukariotlar === Alternativ başlanğıc kodonları (AUQ olmayan)eukaryotik genomlarda çox nadirdir.
Start menyusu
("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır. "Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur. İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE, LXDE, XPWM) analoji menyu var. == Versiyalar arası fərq == === Windows 9x/2000-də "Start" menyusu === "Sənədlər", "Proqramlar", "Axtarış" və "Quraşdırmalar" aiddir. Menyunun sol tərəfində Windows versiyası göstərilmişdir. İstifadəçinin adı əks olunmurdu.
Start təpəsi
Start təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 265 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır.Təpə Antarktidada yerləşən Start burnunun adını daşıyır. == Yerləşməsi == Start təpəsi 62°35′48″ c. e. 61°10′33″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Dronq təpəsindən 1.8 km cənubda, Battenberq təpəsindən 1.85 km qərbdə, Dulo təpəsindən 1.23 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al.
Starı Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004-2011-cu illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsiAzəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-ci ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsi ilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Euro Star
Star TV - 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. == Tarixçə == === Quruluş === Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. === Test yayımı === Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Katti Sark
"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir. 2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur. == Gəminin tarixi == === "Katti Sark"ın yaradılması === Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi. == Adının tarixi == "Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür.