STAY

stay1

n I 1. qalma, yaşama; a long / a short / a week’s ~ in London Londonda uzun müddət / qısa müddət / bir həftəlik qalma; 2. dözümlülük, dözüm, davamlılıq, davam

n II 1. dayaq; the only ~ of the family ailənin yeganə dayağı; 2. adət. pl korset

stay2

v I 1. qalmaq; to ~ (at) home evdə qalmaq; to ~in the house / in one’s room evdə / otağında qalmaq; He stayed with us O bizimlə qaldı; 2. qalmaq, düşmək; to ~ at / in a hotel mehmanxanada qalmaq; 3. dayandırmaq, qarşısını almaq; to ~ bloodshed qantökməni dayandırmaq; to ~ the spread of disease xəstəliyin yayılmasının qarşısını almaq; 4. küsdürmək; to ~ one’s appetite iştahasını küsdürmək; 5. d.d. dözmək, tab gətirmək; geri qalmamaq;

◊ to ~ one’s hand əlini saxlamaq

v II 1. müdafiə / kömək etmək; 2. korseti bərkitmək

STAVE
STAY-AT-HOME
OBASTAN VİKİ
Stay
Stay (Tuci mahnısı)
Temple stay
Temple stay Cənubi Koreyanın buddist məbədlərində ölkənin mədəniyyətinin öyrədildiyi bir proqramdır. Temple stay iştirakçılara buddist tələbələrin yaşam tərzini təcrübə etmək və rahiblərin izah etdiyi hekayələr vasitəsilə Koreya Buddist mədəniyyətinin və tarixinin müxtəlif tərəflərini öyrənmək imkanı verir. Bu proqram 2002-ci ildə keçirilən Dünya çempionatından bəri mövcuddur. == Temple stay proqramının yaranması == Temple stay proqramı ilk dəfə 2002-ci il Dünya kuboku zamanı xarici turistlər üçün qonaqlama yerinin azlığı problemindən yaranmışdır. Hal-hazırda nəinki xarici qonaqlar, eyni zamanda yerli əhali də Temple stayə qoşulur.1700 illik tarixi ərzində Koreya Buddizmi Ganhva Seon (bir növ Zen meditasiyası) təcrübəsini qoruyub saxlaya bilmişdir. Hər il yay və qış mövsümündə 2500-ə yaxın rahib ölkə daxilindəki 100 məbəddən birində 100 günlük meditasiyaya başlayır. Koreyada məbəddə qalmaq insana sabitlik və sülh hissi verir. Koreya buddizminin Coqye ordenində məbədlər koreyalılar və xaricilər üçün açıq elan olundu, həmçinin 2002-ci il Koreya-Yaponiya Dünya Kubokunu mədəni bir Dünya Kubokuna çevirmək üçün onların Sansada qalmalarına icazə verildi. Nəticədə 1000 əcnəbi və 10.000 Koreyalının Koreya-Yaponiya Dünya Kubokunun keçiriləcəyi 31 may 2002-ci il tarixindən 30 iyun 2002-ci il tarixinədək məbəddə təxminən 30 gün qalmasına icazə verildi. İştirakçıların sayının çoxluğu nəticəsində bu ərəfədə CNN, New York Times, BBC və NHK də daxil olmaqla, dünyanın bir sıra media orqanları Temple staylə bağlı məlumat verməyə başladılar ki, bu da Koreya Buddizmi və məbədlərinin məşhurlaşmasına gətirib çıxardı.
Stay (Anna Odobesku mahnısı)
Stay (azərb. Qal‎) — Moldovanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Anna Odobesku "Stay" mahnısı ilə Moldovanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Qeorqios Kalpakidis, Tomas Reyl, Ceppe Reyl və Mariya Broberq tərəfindən bəstələnmişdir.
Fate/stay night: Heaven's Feel
Fate/stay night: Heaven's Feel (azərb. Tale/gecə mübarizəsi: Cənnətin hissi‎) — Tomonori Sudonun rejissorluğu və Yuki Kaciuranın bəstəkarlığı ilə Ufotable studiyası tərəfindən çəkilmiş anime filmi trilogiyası. Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanının sonuncu – 3-cü hekayəsi olan "Heaven's Feel" hekayəsinin adaptasiyasıdır, hadisələrin əsas diqqət mərkəzində Sakura Matodur. Trilogiyanın birinci filmi olan "Presage Flower" filminin premyerası 14 oktyabr 2017-ci ildə baş tutmuşdur. İngilis dilinə dublajı 5 iyun 2018-ci ildə ABŞ-də buraxılmışdır. İkinci film "Lost Butterfly" 12 yanvar 2019-cu ildə ekranlaşdırılmışdır. Üçüncü və sonuncu film "Spring Song" isə 15 avqust 2020-ci ildə buraxılmışdır. "Kara no Kyōkai" film seriyasından, "Fate/Zero" və "Fate/stay night: Unlimited Blade Works" anime seriallarından sonra bu trilogiya Type-Moon şirkətinin əsərlərinin Ufotable studiyası tərəfindən çəkiləcək dördüncü anime adaptasiyasıdır. == Rollarda == Noriaki Suqiyama Şiro Emiya (衛宮 士郎, Emiya Shirō) rolunda. Noriko Şitaya Sakura Mato (間桐 桜, Matō Sakura) rolunda.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.
Fate/stay night: Heaven's Feel II. lost butterfly
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır. Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır. == Məzmun == Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir.
Fate/stay night: Heaven's Feel III. spring song
Fate/stay night: Heaven's Feel III. spring song (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi III. bahar mahnısı‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2020-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının üçüncü və sonuncu filmidir. Əvvəlki filmlərdə Müqəddəs qədəh döyüşündən kənar qalan Şiro Emiya Müqəddəs qədəhin bir parçası olduğu məlum olan və qaranlıq tərəfini üzə çıxaran Sakura Matonu xilas etməyə çalışır. Filmin Yaponiyada premyerası 28 mart 2020-ci ildə planlaşdırılsa da, koronavirus pandemiyasına görə 15 avqust 2020-ci ildə baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == fatestaynightusa.com — Animenin rəsmi saytı Fate/stay night: Heaven's Feel III. spring song — Internet Movie Database saytında.
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — ingilis müğənni, bəstəkar və aktyordur. Onun musiqi karyerası 2010-cu ildə Britaniyanın The X Factor musiqi yarışması seriyasında solo iştirakçı kimi başlamışdır.Yarışda məğlub olduqdan sonra o,2016-cı ildə qeyri-müəyyən fasiləyə getməzdən əvvəl bütün zamanların ən çox satılan oğlan qruplarından birinə çevrilən One Direction oğlan qrupuna qoşulmaq üçün geri qaytarıldı. Stayls 2017-ci ildə Columbia Records vasitəsilə özünün debüt solo albomunu buraxdı. Albom, Böyük Britaniya və ABŞ-də bir nömrəli debüt etdi və ilin ən çox satılan on albomundan biri oldu, aparıcı sinqlı "Sign of Times", İngiltərə Singles Chart-da birinci yerə çıxdı. Onun ikinci albomu, "Fine Line (2019)" ABŞ Billboard 200-də ilk həftədə ingilis kişi sənətçinin ən böyük satışı ilə debüt etdi və 2020-ci ildə Rolling Stone jurnalının "Bütün zamanların 500 ən böyük albomu" sırasına daxil edildi. Albomun dördüncü mahnısı olan "Watermelon Sugar" adlı sinql ABŞ-də Billboard Hot 100-də birinci yeri tutdu. Staylsin üçüncü tammetrajlı albomu "Harry's House" 2022-ci ildə çıxacaq. O, Kristofer Nolanın 2017-ci ildə çəkdiyi döyüş filmi Dünkerkdə aktyorluq debütünü edib. Stayls karyerası boyunca Brit Mükafatı, Grammy Mükafatı və Amerikan Musiqi Mükafatı da daxil olmaqla bir çox mükafat qazandı.
Heyli Staynfeld
Heyli Staynfeld (ing. Hailee Steinfeld; 11 dekabr 1996, Tarzana[d], Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir. O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur. Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi.
Ralf Staynman
Ralf Staynman (ing. Ralph Steinman) - yəhudikökənli kanadalı immunoloq və hüceyrə bioloqu, 2011-ci ildə dentritik hüceyrənin kəşfi və onun qazanılmış immunitetdə rolunun öyrənilməsinə görə Nobel mükaftına layiq görülüb. == Həyatı == Ralf Staynman 1943-cü ilin yanvarın 14-də Kanadanın Monreal şəhərində anadan olub, dörduşaqlı ailənin ikinci uşağı idi. Atası, İrvinq, Şərqi Avropadan qaçmış Aşkenazi yəhudisi idi və oğlunun ailə biznesini davam etdirməsini istəyirdi. Ancaq Ralf orta məktəbdən elmə maraq göstərir. O, 1963-cü ildə Makgill Universitetinin bakalavr dərəcəsini fərqlənmə ilə və Harvard Tibbi Məktəbini magna cum laude qiyməti ilə bitirir. Harvarddaykən bir il araşdırmaçı kimi Elizabeth Hey laboratoriyasında keçirir, orada onu hüceyrə biologiyası və immun sisteemlə tanış edirlər. Massaçusets Ümumi Hospitalında internatura və rezidentura keçərkən tibbi sosial işçi Klaudia Höfelə rast gəlir. Onlar 1971-ci ildə evlənirlər. Tibbi təhsilini başa vurduqdan sonra özünü biotibbi tədqiqat işinə adayır.
Stayvesant Taun — Piter Kuper Villic
Stayvesant Taun — Piter Kuper Villic (ing. Stuyvesant Town—Peter Cooper Village) — Nyu-York şəhəri Manhetten borosunun cənub hissəsindəki İst Sayd rayonuna aid yaşayış sahəsi. Sahə Stayvesant Taun və Piter Kuper Villic adlı iki mikrorayondan ibarətdir. Birincinin şimal sərhədi 14-cü küçə, cənub sərhədi isə 20-ci küçədə bitir; ikincinin şimal və cənub sərhədi isə müvafiq olaraq həmənki 20-ci və 23-cü küçələrdir. Hər iki mikrorayon Birinci və S prospektləri hüdudlarında yerləşir. Mikrorayonlar 6-cı Manhetten İcma Şurasının səlahiyyətindədilər. == İctimai nəqliyyat == Stayvesant Taun və Piter Kuper Villicdə Nyu-York metropoliteninin Birinci Avenü stansiyası yerləşir. 2012-ci ilin sentyabr ayına olan məlumata əsasən, ərazidə M9, M14A, M14D, M15, M23 və M34A avtobus marşrutları fəaliyyət göstərilər. == İstinadlar == == Ədəbiyyat == Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. The Encyclopedia of New York City (2).
Şayla Staylz
Şayla Staylz (23 sentyabr 1982, Armstronq[d], Britaniya Kolumbiyası – 10 noyabr 2017, Armstronq[d], Britaniya Kolumbiyası) — Kanadalı pornoqrafik film aktrisası. == Həyatı == Şayla Staylz Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik bir şəhər olan Armstronqda anadan olub. O, alman mühacir ailəsinin qızı idi. Orta məktəbi doğulduğu Armstronqda bitirib. Orta məktəbi bitirdikdən sonra o, sekslə dolanmaq qərarına gəlib. Sonra onun cinsi qabiliyyətləri böyüklər agentliyinin kəşfiyyatçısı Erik Everhard tərəfindən aşkar edildi. Karyerasını inkişaf etdirmək üçün Vankuverə köçdü. Burada o, canlı söhbət və böyüklər saytlarında iş tapdı. Özünə sonradan istifadə edəcəyi "Şayla Staylz" səhnə adını seçdi. Bundan əlavə, striptizlə məşğul olmağa başladı.
Uilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Bioqrafiyası == Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. == Əsas işləri == Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. == Nobel mükafatı == Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
Vilyam Hovard Stayn
Uilyam Hovard Stayn (ing. William Howard Stein; 25 iyun 1911[…], Nyu-York, Nyu-York ştatı – 2 fevral 1980[…], Nyu-York, Nyu-York ştatı) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Bioqrafiyası == Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub. == Əsas işləri == Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir. == Nobel mükafatı == Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.