Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Endrü Stetson
Endrü Stetson (ing. Andrew Stetson) — Kanadalı modeldir. == Kariyerası == Endrü Stetson 23 yaşında model olmamışdan əvvəl dülgərlik ilə məşğul olub. Onu NAM agentinin əməkdaşı Noruani Anderson bu sahəyə yönləndirib. Bir ilə yaxın Nyu Yorkda və Avropada modelliklə məşğul olduqdan sonra geri qayıdaraq əvvəlki dülgərlik işinə qayıtsa da, sonradan dostları və ailəsi onu yenidən modelliyə qayıtmağa həvəsləndirdilər. Həmin vaxtdan etibarən o bir çox Armani, Chanel, Dolce & Gabbana, Zara, Calvin Klein, Levi's, Bloomingdales, və H&M kimi şirkətlərin reklamlarında göründü. O həmçinin 2005-ci ilin noyabr ayında və 2010-cu ildə mayda fransız qey jurnalı olan Têtu-nun üz qabığında göründü. Bundan sonra jurnal 6 səhifəni ona həsr edərək onun haqqında yazdı. 2006-cı ildə avqustda Endrü Calvin Klein-in ətir şirkəti olan Euphoria ilə 3 illik müqavilə bağladı. O Karson Parker tərəfindən Euphoria-nın uğurlu siması, Qarrett Neff isə şirkətin uğurlu təşkilatçı modeli elan edildi.
Stepan
Stepan — kişi adı.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. == Təkrarlanan frazalar == Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Homer Simpson
Homer Simpson (ing. Homer Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri. İlk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-nun "Good Night" hissəsində görünmüşdü. == Qəbulu == 2010-cu ildə Entertainment Weekly Homeri "son 20 ilin böyük personajı" (ing. the greatest character of the last 20 years) adlandırıb. TV Guide onu 2002-ci ildə 50 ən böyük cizgi personajların siyahısında (ing. Top 50 Greatest Cartoon Characters) Baqz Bannidən sonra yerləşdirib; Bravo kanalı isə onu 100 ən böyük televiziya personajı (ing. 100 Greatest TV Characters) siyahısında, harada ki Homer sadəcə dörd cizgi personajıdan biri olub, beşinci yerə daxil edib; Channel 4 sorğusuda isə o, bütün zamanların ən böyük televiziya peronajı kimi seçilib. Den Kastellaneta Homeri səsləndirdiyinə görə bir neçə dəfə "Outstanding Voice-Over Performance" nominasiyada Primetime Emmy mükafatını əldə edib: 1992-ci ildə Lizanın ponisi (ing. Lisa's Pony), 1993-cü ildə Mister Plou (ing.
Kristi Svenson
Kristi Svenson (ingiliscə: Kristen «Kristy» Swanson) – ABŞ aktrisasıdır. Playboy jurnalında 2002-ci ildə çəkilmişdir. == Seçilmiş filmoqrafiya == Ölümcül dost (film, 1986) / Deadly Friend Dostum, mənim maşınım haradadır?
Liza Simpson
Liza Mariya Simson (ing. Lisa Marie Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri.
Marc Simpson
Marcori "Marc" Simpson (ing. Marjorie "Marge" Simpson qızlıq familiyası — Buvye (ing. Bouvier)) — Simpsonlar cizgi serialının əsas personajlarından biri.
Meggi Simpson
Marqaret «Meggi» Simpson (ing. Margaret «Maggie» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Simpson boğazı
Simpson boğazı ing. Simpson strait -Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Kanada Arktik arxipelaqına daxil olan Kral-Vilyam adasını Adelya yarımadasından (cənub) ayırır. Kanadanın şimal-qərbində Nunavut vilayyəti ərazisində yerləşir. Qərbdə Kuin-Mod körfəzi ilə şərqdə Rasmusen körfəzini birləşir. Boğazın maksimum eni 16 km, ən dar yerdə eni isə 3,2 km təşkil edir. Uzunluğu 80 kilometrdir. Boğaz qütb dairəsi daxilində yerləşir. 4-5 kiçik adalar istisna olaraq böyük adalar yoxdur. Qütb dairəsi daxilində yerləşi. Boğaz Tomas Simpson və Piter Varren Dis tərəfindən qütb ərazilərinə (1837-1839) təşkil edilən ekspedisiya zamanı kəşf edilir.
Stephen Carpenter
Stiven Karpenter (ing. Stephen Carpenter; 3 avqust 1970, Sakramento) — ABŞ musiqiçisi. Yaradıcısı olduğu alternativ metal qrupu Deftones-in gitaraçısıdır. Stiven Karpenter 3 avqust 1970-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olub. Atası amerikalı anası isə meksikalıdır. Onun Marsi adlı bacısı var. O, Testament qrupunun üzvü Çak Billinin əmisi oğludur. Stiven Sakramentoda böyüyüb və gənc yaşlarında skeytbord həvəskarı olub.
Stepnov rayonu
Stepnov rayonu (rus. Степновский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Stepnoe kəndidir. Əhalisi 21 194 nəfərdir (2020). Rayon Stavropol diyarının cənub-şərq hissəsindədir. Cənubdan Kursk, şərqdən Neftekumski, şimaldan Budyonnovski, qərbdən Sovet və Kirov rayonları ilə həmsərhəddir. Stepnov rayonus dəniz səviyyəsindən 100 metrdən yüksəkliklərdə endirilmiş düzənlik olan Tersko-Kumskaya ovalığında yerləşir. Rayon ərazisi az yağıntı alır, əksinə isə yüksək buxarlanma müşahiddə edilir. Şərq küləyinin üstünlüyü ilə xarakterizə olunan kəskin kontinental iqlimə malik 2-ci quru aeroklimatik zonaya daxil edilmişdir. Stepnov rayonu 1924-cü ilin aprelində Terski dairəsi bir hissəsi olaraq qurulur.
Stepnoy (Xaybulla)
Stepnoy kəndi (başq. Степной) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Stepnoy kəndinin milli tərkibi: başqırdlar 91 % Məsafələr: rayon mərkəzindən (Akyar): 7 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 51 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Uollis Simpson
Uollis Simpson (19 iyun 1896[…] – 24 aprel 1986[…]) — 1937-ci ildən Böyük Britaniyanın keçmiş kralı VIII Eduard Vindzorun həyat yoldaşı. Kralın 1936-cı ilin dekabrında taxtdan əl çəkməsinin səbəbi iki dəfə boşanmış Uollis Simpsonla evlənmək istəməsi idi.
Morris Cepson
Morris Cepson — 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atan "B-29" təyyarəçinin pilotlarından biri Kiçik leytenant Morris Ceppson döyüş uçuşu zamanı atom bombasının hazırlanması və döyüş hazırlığı vəziyyətinə gətirilməsinə cavabdeh olub. O, 2010-cu il martın 30-da vəfat edib. Təyyarəçinin həyat yoldaşı bildirib ki, Morris 1945-ci ildə öz işini yerinə yetirib: "O deyirdi ki, digər ekipaj üzvləri də əmri yerinə yetiriblər". Ceppson əvvəllər müharibədəki rolu barədə danışmaqdan imtina edirmiş. Amma sonradan 1945-ci il bombardmanı barədə fikirlərini bölüşməyə başlayıb: "Burada fərəhləndirici heç bir hal yoxdur. Bombardman dağıdıcı effektə malik olub. Amma ola bilsin ki, bu bombardman yüz minlərlə amerikalının və ondan da çox yaponun həyatını xilas edib". Hiroşima şəhərinin 1800 feet (550 mt.) Üzərində partdadılan nüvə bombası, 13000 ton TNT (TriNitroToluen) gücündə. 70.000-dən çox insanın ölümü partlamasında saniyələr sonra reallaşdı. Bunun iki qatı qədərini da partlayışdan sonra yayılan radiasiya təsiri öldürdü.
Oleq Stepko
Oleq Stepko (25 mart 1994, Zaporojya) — Ukraynaı, Azərbaycanı və Rusiya təmsil edən idman gimnastı, Avropa Çempionatının və Avropa Oyunlarının qalibi. Oleq Stepko 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 2 qızıl və 2 gümüş medalla başa vurdu. 2012-ci ildə isə Oleq Stepko Ukraynanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Komanda turnirində Oleq Stepko olimpiadanı beşinci pillədə başa vurdu. 2013-cü aprelində Oleq Stepko Rusiyada baş tutan Avropa Çempionatında parallel qollarda turnirin qızıl medalına sahib oldu. Həmin ilin iyulunda isə Oleq Stepko Rusiyanın Kazan şəhərində baş tutan Universiada Oyunlarını bir gümüş və bir bürünc medalla başa vurdu. 2014-cü ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Oleq Stepko Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyununda Oleq Stepko Birinci Avropa Oyunlarının 1 qızıl, 2 gümüş və 2 bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Oleq Sergeyeviç Stepko "Şöhrət" ordeni ilə təltif edildi. 2015-ci ildə Oleq Stepko həm də Şotlandiyanın Qlazqo şəhərində baş tutan Dünya Çempionatında parallel qollarda turniri bürünc medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.
Stepan Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.
Stepan Burnaşov
Stepan Daniloviç Burnaşov (1743–1824) – diplomat, səyyah, general-mayor, senator, yazıçı və topoqraf. O, Krım xanlarının nəslindən idi və Rusiya dövlətinə xidmət edirdi. S. D. Burnaşov 1768–1774-cü və 1787–1791-ci illər rus-türk müharibələrinin iştirakçısı olmuşdur. S. D. Burnaşov 1783-cü ilin may ayında knyaz Q. A. Potyomkin Tavriçeski tərəfindən Kartli-Kaxetiyaya – II Iraklinin və I Solomonun sarayına Rusiya dövlətinin səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. O, sarayda 1787-ci ilin oktyabr ayına qədər qulluq etmişdi. S. D. Burnaşov Kartli-Kaxetiya sarayında yalnız hərbi-diplomat işi ilə deyil, həm də Qafqaz ölkələri haqqında geniş məlumat toplamaqla da məşğul olmuşdur. Onun "Gürcüstanın xəritəsi", "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərləri çapdan çıxmışdır. S. D. Burnaşovun Azərbaycanla bağlı olan əsəri Azərbaycan MEA-nın Tarix Institutunun Elmi Arxivində saxlanılır. Bundan başqa onun müxtəlif illərdə Sankt-Peterburqa göndərdiyi məktubları A. A. Çaqareli tərəfindən çap edilmişdir və monoqrafiyada həmin məktublardan istifadə olunmuşdur. S. D. Burnaşov "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları, onların siyasi vəziyyəti, coğrafi mövqeyi, bəzi tayfa və xalqlar haqqında məlumat verir.
Stepan Erzya
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876 – 24 noyabr 1959, Moskva) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir. O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi. 1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Stepan Lianozov
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır. Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur. 1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır.