Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peter Stormare
Peter İnqvar Rolf Storm (27 avqust 1953[…]). isveçli aktyor. Atasının adı Teolinda, anasının adı isə Renato Stormdur. Əsl adı Peter İnqvar Rolf Storm olan sənətçi aktyorluq akademiyasının başqa bir tələbəsi ilə eyni soyadlı olduğunu başa düşəndə soyadını dəyişdirmişdir. Retep Mrots adı ilə bağlı tələbi rədd edildikdən sonra, o, Stormare soyadını götürmüşdür.
Nensi Storas
Anna Selina Storas (ing. Nancy Storace ; it. Anna Selina Storace; 27.10.1765, Böyük Britaniya, London) — italyan əsilli İngiltərə opera müğənnisi, soprano ifaçı. == Həyatı == Nensi Storas Londonda işləyən italyan musiqiçisinin ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarından oxumağı öyrənən Nensi Storas hələ 8 yaşında ikən konsert vermişdir. 1778- ci ildə İtaliyada, 1780- ci ildən isə Florensiya, Milan Venesiya opera səhnələrində çıxışlar etmişdir. 1783- cü ildə irland tenor Maykl Kelli və italyan bariton Fraçesko Benuççi ilə birlikdə Vena operasına dəvət alaraq 4 il avstriya opera səhnəsini bölüşür. Fiqaronun toyu operasında Süzan rolunun ilk ifaçısı olmuşdur. 1785- ci ildə hamiləliklə əlaqədar bir müddə səsini itirmiş olur. 1787 ci ildə Nensi Soras qardaşı Stivenlə birlikdə Londona dönür.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One və Xbox 360 platformaları üçün nəşr edilən interaktiv macəra oyunudur. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Play Store
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Apple Store
Apple Store "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır. İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır.
Store Koldevey adası
Store Koldevey adası (dan. Store Koldewey) — Qrenlandiyanın şimal-şərqində yerləşən nisbətən iri ada. Adanın sahəsi 615 km². == Coğrafiya == Ada şimaldan cənuba 50 mil uzunluğa malik olduğu halda, şərqdən qərbə eni 8 milə belə çatmır. Cənub qutaracağında Alf Trolle, şimalında isə Helqoland burnu yerləşir. Onun ərazisinin böyük hissəsini plato təşkil edir. Platonun hündürlüyü 2000 - 3100 fut arasında dəyişir. == Tarixi == Ada İkinci Alman Qütb Ekspedisiyası zamanı, 1869—1870-ci illərdə kəşf edilmişdir. Ada ekspedisiyanın rəhbəri olmuş Karl Koldeveyin şərəfinə adlandırılmışdır. Ekspedisiyanın xəritəsində 3 ada təsvir edilmişdir.
Chrome Web Store
Chrome Veb Mağazası Chrome veb brauzeri üçün Google-un onlayn mağazasıdır. 2022-ci ilə qədər Chrome Veb Mağazası təxminən 123.000 artırma və 29.000 mövzuya sahibdir. == Tarixi == Chrome Veb Mağazası 2010-cu ilin dekabrında ictimaiyyətə təqdim edildi və 11 fevral 2011-ci ildə Google Chrome 9.0 buraxılışı ilə açıldı. Bir il sonra o, "yükləmələr, istifadəçilər və tətbiqlərin ümumi sayı üzrə trafikdə böyük artımı kataliz etmək" üçün yenidən dizayn edildi. 2012-ci ilin iyun ayına olan məlumata görə, Chrome Veb Mağazasında yerləşdirilən məzmunun cəmi 750 milyon quraşdırması olmuşdur. Bəzi genişləndirmə tərtibatçıları öz genişləndirmələrini daha sonra reklam proqramlarını birləşdirən üçüncü tərəflərə satdılar. 2014-cü ildə bir çox istifadəçi arzuolunmaz pop-up reklamlardan şikayət etdikdən sonra Google Chrome Veb Mağazasından iki belə genişləndirməni sildi. Növbəti il Google etiraf etdi ki, öz veb-saytlarına edilən ziyarətlərin təxminən beş faizi reklam proqramları ilə genişləndirmələr tərəfindən dəyişdirilib. == Zərərli proqram == Zərərli proqram Chrome Veb Mağazasında problem olaraq qalır. 2018-ci ilin yanvar ayında ICEBRG təhlükəsizlik firmasının tədqiqatçıları 500.000-dən çox birləşmiş endirmə ilə dörd zərərli genişləndirmə aşkar etdilər.
Şipraqe
Şiprage (serb-xorv. Šiprage) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Vrbanja çayı üzərində yerləşən şəhər. == Coğrafiyası == Şipraqe, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Banja Luka region. Bu yer Vrbanja (85 km), Vlašić dağının (1933 m) altında yerləşir. == Demoqrafiyası == === Siyahıya baxış === 1931. və 1953.: Bələdiyyə Şiprage.♦ Sahə Şiprage 2013-cü ildəki rəsmi siyahıyaalmaya görə, Şipraqe paylanan 788 n nəfərlik bir əhaliyə sahib idi. === Kotor Varoš, 1953 ərazisində bələdiyyə === === Şipraqe əhalisi 1921. === ==== Din ==== Nüfus sayımının rəsmi adı Radohovo idi.
Şorangə
Şorangə (lat. Salsola) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xüsusiyyətləri == Adətən qaidə hissəsindən geniş şaxələnmiş, uzunluğu 15–45 sm olan yarımkoldur, aşağı budaqları sərt, çopur, odunlaşmışdır. Birillik zoğları uzun, qısa, sarımtıl, qıvrım tüklüdür. Yarpaqları növbəli xətvari düzülüşlü yarımsallaqdır. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşmiş, meyvələri sarımtıl, tüklü, enli qanadlı, böyrəkvaridir. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanda Xəzər ovalığında, Abşeronda, Qobustanda çınqıllı və gilli yamaclarda, şoranlaşmış düzənlik yerlərdə seyrək halda təsadüf edilir.
Boz şorangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan düzündə adətən az və ya çox şoranlaşmış quru gilli və ya gilli-daşlı yamaclarda təbii yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Duzlaşmış gilli-daşlı yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 20-35 sm, bozumtul rəngli, budaqlı yarımkoldur. Yaşlaşmış budaqları oduncaqlı, cavan birillik zoğları tez sınan, bozumtul-sarı, xırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaqları oturaq, xətvari, növbəli, yarımsilindrik, codtəhər, küt, ağımtıl-boz tükcüklərlə sıx örtülmüşdür.
Kövrək şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Qaba şorangə
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri == May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Pisiyli şorangə
Pisiyli şorangə (lat. Salsola foetida) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Ulduzvari şorangə
Ulduzvari şorangə (lat. Salsola stellulata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Avropada, Qərbi Sibirdə yayılmışdır. Orta Asiyada təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 10-12 sm olan, qaidə hissədən şaxələnmiş və aşağı hissədən budaqları oduncaqlaşmış yarımkolcuqdur. Yarpaqları oturan, yarımsilindrvarıdır, uzunluğu 5-10 mm, ucları kütdür. May ayında çiçəkləyir. Çiçəkyanlığının yarpaqları uzun tükcüklərlə örtülmüşdür. Sentyabr-oktyabr aylarında meyvə verir. Meyvələri pərdəvari qanadlı, böyrəkvari, adətən narıncı rəngdədir.
Təraqə (Bükan)
Təraqə (fars. طراقه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (18 ailə).
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Ştora-1 (aktiv müdafiə sistemi)
Ştora-1 (rus. Штора "pərdə") — tanklar üçün tank əleyhinə idarəolunan raketlərin (ATGM) lazer təyinedicisini və lazer məsafəölçəninin sistemini pozmaq üçün hazırlanmış elektro-optik aktiv müdafiə sistemi və ya dəstidir. Sistem Rusiyanın T-80 və T-90 seriyalı tanklarına və Ukraynanın T-84 tanklarına quraşdırılmışdır. Ştoranın varlığı 1980-ci ildə Adolf Tolkachev tərəfindən aşkar edilmişdir == Təsvir == Shtora-1, görüş xəttindəki yarımavtomatik komandalı (SACLOS) tank əleyhinə idarə olunan raketləri, lazer məsafə ölçənləri və hədəf təyinedicilərin iş sistemini pozan bir elektro-optik pozucudur. Shtora-1 yumşaq öldürmə (soft-kill) və ya passiv əks tədbir sistemidir. Sistem 1995-ci ildə Əbu-Dabidə təşkil edilən Beynəlxalq Müdafiə Sərgisi zamanı bir Rus əsas döyüş tankına quraşdırılmış vəziyyətdə göstərilmişdir. Sistemin ilk bilinən tətbiqi 1993-cü ildə Rusiya Ordusunda xidmətə başlayan Rus T-90 əsas döyüş tankında olmuşdur.BMP-3M piyada döyüş maşınında da mövcuddur. == Komponentləri == Shtora-1 dörd əsas komponentdən ibarətdir: Hər biri əsas silahın soluna və sağına monte edilmiş iki elektro-optik/infraqırmızı (IR) "göz qamaşdıran" interfeys stansiyası, bir infraqırmızı qarışdırıcı, modulyator və idarəetmə panelini özündə birləşdirir. Qüllənin hər iki tərəfinə yerləşdirilmiş infraqırmızı işığa qeyri-şəffaf bir aerosol tüstü pərdəsi dağıdan, qumbaralar ata bilən qabaqcıl atış bombası buraxıcıları və ya boşaldıcılar bankası. Həssas və kobud başlı lazer xəbərdarlıq sistemi.