Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. == Kosmik şüaların mənbələri == Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Mitogenetik şüalar
Mitogenetik şüalar — dalğasının uzunluğu 1900–3250 Å, intensivliyi az olan ultrabənövşəyi şüalar. Bitki və heyvanların hüceyrə və toxumalarının çoxalması zamanı hasil edilir. == Tarixi == Mitogenetik şüalar 1923-cü ildə Aleksandr Qurviç tərəfindən kəşf edilmişdir. O göstərmişdir ki, mitogenik şüalar hüceyrələrin mitoz bölünməsinin və hüceyrədə ardıcıl kimyəvi prosesləri stimulə edir. Mitogenik şüalar hüceyrəsiz sistemlərdə də müşahidə olunmuşdur. Mitogenik şüaların spektrlərinin analizi onların tədqiq olunan obyektlərin fizioloji vəziyyətindən asılılığını aşkara çıxarır. Bəzi patoloji hallarda mitogenik şüalar intensivliyi dəyişir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Bischof M. "Bibliography on biophoton research and related subjects". International Institute of Biophysics. 2010-01-25 tarixində arxivləşdirilib.
Erken-Şaxar
Erken-Şaxar (abq. Эркин-ШахӀар, kab.-çərk. Эркен-Шахер, Эркен-Щыхьэр, Эркен-Щэхьэр, qaraç.-balk. Эркин-Шахар, noq. Эркин-Шахар ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Noqay rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Qəsəbə Noqay rayonunun şərq hissəsində, Kuban çayının sol sahilində, Kiçik Zelençuk çayının ona töküldüyü yerdən bir qədər yuxarıda yerləışir. Çerkesskdən 18–20 km şimal-qərbdə və Nevinnomıssk şəhərindən 31 km cənubda yerləşir. Qəsəbədə Nevinnomısskaya stansiyası vardır. Bu stansiya Nevinnomıssk-Cequta yolu üzərində yerləşir.
Şaxar Peer
Şaxar Peer, İsrailli tennisçi. == Haqqında == Peer, 2005-ci ildə İstanbul Kubokunda dörddəbir final oynayan oyunçulardan biridir. Bu mövsüm Praqa şəhərindəki ITF turnirində çempionatda ən gənc oyunçu xanımlar kateqoriyasında 32-ci yeri tutur. Peer karierində oynadığı 167 oyundan 120 qalibiyyət aldı.
Ruasar
Ruasar (fr. Roissard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38342. Kommunanın 1999-cu il üçün əhalisi 193 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Saxara
Səhra (ərəb. صحراء‎, fr. Sahara) və ya Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsi ilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsi ilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Daxar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. == Əhalisi == Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Laxar
Laxar - (rus. лахар, ing. lahar) vulkan ma­te­rial­larının yağış suyu, krater gölü­nün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsul­lardan əmələ gəlir, soyuq L.-püs­kürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. == Tarixi == Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. == Əhalisi == Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Saxur
Saxur kəndi — Dağıstanın Rutul rayonunda kənd. == Haqqında == Tarixən Qafqazın mərkəzlərində biri olmuşdur. Məhşər səyyahlardan Övliya Çələbi də bu kənddə olmuş və haqqında yazmışdır. Saxur kəndi həmçinin Qafqazın İslam mərkəzlərindəni biri olmuşdur. Belə ki, Səlcuq imperiyasının sultanı Məlikşahın vəziri Nizamülmülkün fərmanı ilə 1075-ci ildə Saxurda mədrəsə inşa edilmişdir. Bu mədrəsədə ilahiyyatla yanaşı təbiət elmləri də tədris edilmişdir. Mədrəsədə İmam Qəzalinin kitabları da tərcümə edilmişdir. Bura Dağıstanın hər yerindən təhsil almaq üçün tələbələr gəlirdi. Mədrəsə şagirdləri şərqin elm ocaqları olan Bağdad və Şama göndərilirdi. 1562-ci ildə Səfəvi hökmdarı I Təhmasib Saxur bəyi Adı-Görklü bəyə fərman göndərək onu İlisu sultanı elan etdi.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Dirili Surxay
Dirili Surxay (1902-1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı оğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul оlub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yоllarda ayaq döyüb, qоyun-quzu оtarıb. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еtdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Qərbi Saxara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Saxara köpgəröküzü
Saxara köpgəröküzü (lat. Oryx dammah) — boşbuynuzlular fəsiləsinin köpgəröküz cinsiə aid heyvan növü.
Saxara səhrası
Səhra (ərəb. صحراء‎, fr. Sahara) və ya Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.
Sumbar çayı
Sumbar çayı - Türkmənistanın cənubunda və İranın şimalında sürətlə axan çay, Ətrak çayının qolu. 1954-cü ilin yanvarında sonunda fərd öldürülənə qədər yaxın çevrələr Türkmənistanda Xəzər pələnginin yaşadığı ərazi idi. == Coğrafiya == Sumbar 245 km (152 mil) uzunluğundadır. İranın Kopet dağlarından başlayır və Türkmənistana doğru axır. Sumbar Ətrak çayına daxil olana qədər uzun bir müddət ərzində ondan Marabeh adlanan bir sıra təpələrlə ayrılır.
Sundar Pichai
Sundar Piçay (Sandar Piçay, Pichai Sundararajan; 10 iyul 1972, Maduray[d], Tamilnad) — Google şirkətinin baş icraçı direktoru. == Həyatı == Sundar Piçai (eng. Sundar Pichai) 12 iyul 1972-ci ildə Hindistanın Çennai (eng. Chennai) Tamil Nadu əyalətinde iki otaqlı bir evdə dünyaya gəldi. Atası elektrik mühəndisi, anası isə stenoqraf idi. Xaragpur`da Hindistan Texnologiya İnstitutun Metallurgiya Mühəndisliyini diplomunu alan Piçai, oxuğuduğu vaxtda dövrünün ən yaxşısı olaraq tanınırdı və Stenford Univesitetinindən magistr üçün burs qazandı. Amma Piçainı ABŞ göndərmək üçün kifayət qədər pulu olmadığından və kredit ala bilməyincə atası Requnatha Piçai, topladıqları pulla Sundarı ABŞ-yə göndərdi. Piçai, Stenford Universitetini bitirə bilmədi, amma Pensilvaniya Univesitetindən MBA dərəcsi aldı. Applied Materials və McKinsey & Company şirkətlərində işlədi. 2004-cü ildə Googleda işləməyə başladı.
Sundar Piçay
Sundar Piçay (Sandar Piçay, Pichai Sundararajan; 10 iyul 1972, Maduray[d], Tamilnad) — Google şirkətinin baş icraçı direktoru. == Həyatı == Sundar Piçai (eng. Sundar Pichai) 12 iyul 1972-ci ildə Hindistanın Çennai (eng. Chennai) Tamil Nadu əyalətinde iki otaqlı bir evdə dünyaya gəldi. Atası elektrik mühəndisi, anası isə stenoqraf idi. Xaragpur`da Hindistan Texnologiya İnstitutun Metallurgiya Mühəndisliyini diplomunu alan Piçai, oxuğuduğu vaxtda dövrünün ən yaxşısı olaraq tanınırdı və Stenford Univesitetinindən magistr üçün burs qazandı. Amma Piçainı ABŞ göndərmək üçün kifayət qədər pulu olmadığından və kredit ala bilməyincə atası Requnatha Piçai, topladıqları pulla Sundarı ABŞ-yə göndərdi. Piçai, Stenford Universitetini bitirə bilmədi, amma Pensilvaniya Univesitetindən MBA dərəcsi aldı. Applied Materials və McKinsey & Company şirkətlərində işlədi. 2004-cü ildə Googleda işləməyə başladı.
Sundaxar (Vərziqan)
Sundaxar (fars. سونداخر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (24 ailə).
Suntar ulusu
Suntar ulusu (saxa Сунтаар улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Suntar kəndidir. == Coğrafiyası == Sahəsi - 57,8 min km²-dir. Ulus Vilyoy çayının orta axınında yerləşir. Şimal və şimal-şərqdə Nyurba ulusu, şərqdə Yuxarı Vilyoy ulusu, cənub-şərqdə Olyokminski ulusu, cənub-qərbdə Lena ulusu, qərbdə Mirnı ulusu ilə həmsərhəddir. Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubunda Prilenskı yaylası yerləşir. === Təbii şərait === Meşələrində əsasən qarağac, küknar və şam ağacları üstünlük təşkil edir. Bəzi yerlərdə ağcaqayın ağacları vardır. Göllər və Vilyoy çayı sahillərindəki çəmənliklər mal-qaranın yem bazasının əsasını təşkil edir.
Surxay Allahverdiyev
Surxay Allahverdiyev (Allahverdiyev Surxay Rəhim oğlu; 21 may 1941, İrəvan) — Rusiya alimi. Biologiya elmləri doktoru. M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin biologiya və ekologiya kafedrasının professoru. == Həyatı == Allahverdiyev Surxay Rəhim oğlu 1941-ci il mayın 21-də İrəvanda anadan olub. 1958-ci ildə Bakı şəhərində 26 saylı orta məktəbi bitirib. 1959-cu ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik fakültəsinə daxil olub və 1964-cü ildə ali təhsilini bitirib. 1964-1965-ci illərdə Xabarovskda sovet ordusu sıralarında xidmət edib. Bir il sonra SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun aspirantı olub və 1972-ci ildə “bitkilərin biokimyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.1969-cu ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1988-ci illərdə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb. 1988-ci ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin davamlılığı laboratoriyasının rəhbəri vəzifəsini icra edib, 1989-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin və bitkilərin davamlılığı laboratoriyasının müdiri təyin olunub.
Surxay Cəfərov
Surxay Cümşüd oğlu Cəfərov (19 fevral 1986; Göygöl, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Surxay Cəfərov 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 1992-ci ildə Göyöl rayon Danayeri kənd ümumi orta məktəbin 1- ci sinfinə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Subaydır. == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Surxay Mehdiyev
Surxay Zülfi oğlu Mehdiyev (7 dekabr 1985; Ağdam rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Surxay Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Surxay Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Surxay Mehdiyev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Surxay Mehdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Surxay Mehdiyevin şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Surxay Musayev
Surxay Novruz oğlu Musayev (1 fevral 1951, Füzuli, Samux rayonu – 29 aprel 2023) — professor (1992), "əməkdar həkim" (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010) == Həyatı == Surxay Musayev 1951-ci il fevralın 1-də Samux rayonunun (o zamanlar Xanlar rayonu) Füzuli kəndində anadan olmuşdur. 1967-ci ildə Samux rayon M. Ə. Sabir adına orta məktəbi bitirmişdir. Bir il sovxozda fəhlə işləmişdir. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb institutunun (indi universitet)pediatriya fakültəsinə daxil olmuş, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1977-ci illərdə Azərbaycan Tibb Universitetinin I-uşaq xəstəlikləri kafedrasnda həkim, 1977–1985-ci illərdə assistent, 1986–1992-ci illərdə dosent vəzifəsində işləmiş, 1992-ci ildən professor vəzifəsində işləyir. Eyni zamanda 1974–82-ci illərdə universitet komsomol təşkilatına, 1983–88-ci illərdə universitet partiya komitəsinə, 1994–2010-cu illərdə universitet həmkarlar ittifaqı komitəsinə rəhbərlik etmişdir. 1985-ci ildə namizədlik, 1992-ci ildə doktorluq disserasiyası müdafiə etmişdir. 150-dən çox elmi əsırin müıəllifidir. Rəhbərliyi altında 5 elmlər namizədi hazırlanmış, 4 nəfər gənc tədqiqatşı namizədlik dissertasiyası üzərində işləyir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim",2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülmüşdür.
Sürxab
Sürxab (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Sürxab (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Süxur
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Bürxar şəhristanı
Bürxar şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dövlətabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,389 nəfər və 24,739 ailədən ibarət idi.
Cessika Şumaxer
Cessika Şumaxer (13 yanvar 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Cessika Şumaxer Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.