Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır.Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bulaq iyesi
Böyük Bulaq
Böyük Bulaq (Qoşaçay) Böyükbulaq (Marağa) Böyük bulaq — Laçın rayonunda bulaq.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq. == Ümumi məlumat == Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir == Həmçinin bax == Darıdağ (içki) == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Daş bulaq
Daşbulaq (Takab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Daşbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Daşbulaq (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Daşbulaq (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Daşbulaq (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Daşbulaq — İrəvan əyalətinin Aleksandropol qəzasında çay adı.İrandaDaşbulaq (Məlikan) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Daşbulaq (Miyanə) Daşbulaq (Nir) Daşbulaq (Germi) Aşağı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Daşbulaq (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Donuzütən (bulaq)
Donuzütən (bulaq) – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində yerləşən bu mineral bulaq Viləş çayının sağ sahilində 22 kükürdlü bulaqdan ibarətdir. Tədqiqatçıların ehtimalına ğörə hidronim keçmişdə isti bulaqlardan birinə çöl donuzunun (qabanın) düşüb ütülməsi səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ərazisində donuz komponentli oronimlərin sayı 300-dən çoxdur. == Həmçinin bax == == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.168.
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. == Yaradılma səbəbi == 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Korcabulaq (bulaq)
Korcabulaq — Laçın rayonunun Quşçu kəndində bulaq. Mənbəyi 10-12 m² ərazini tutsa da, sonradan qazmalar nəticəsində ərazi genişləndirilib və abidə-bulaq halında (ilk dəfə) 1934-cü ildə Kərim Kərbəlayı Nəzər oğlunun şəxsi vəsaiti hesabına istifadəyə verilib. Tağvaridir, üzü şərqə baxır, 2x1x0.80 həcmində 4 novdan ibarətdir (ikisi içəridə, ikisi bayırda). Hər iki tərəfində kiçik dərə, qarşısında isə şose yolu var. Qaraçöp ərazisində kiçik dərələrin qovuşuğunda yerləşir.
Məhəlli sular
Məhəlli sular - hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. == Hüquqi dayaq == 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. == Hüquq pozuntuları == 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Neştəryarpaq sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. == Botaniki təsviri == Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. == Ekologiyası == Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. == İstifadəsi == Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi. Bulaq 1880-ci ildə inşa edilib.
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. == Divarları == Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Haqqında == Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Baluan Şolaq
Baluan Şolaq (qaz. Балуан Шолақ) və ya Nurməhəmməd Baymırzaulı (qaz. Нұрмағанбет Баймырзаұлы; d. 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü. == Bioqrafiya == Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq (azərb. Rəqibsiz güləşçi‎) ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur.