QULAQ

is.
1. İnsan və heyvanlarda eşitmə orqanı. Qulağı ağrımaq. Qulaq həkimi.
– Nəvəsi onun … burnundan, qulağından yapışır, boğazının altını qıdıqlayır. M.Rzaquluzadə.

2. Qulaqları örtmək üçün papağın yanlarından sallanan hissəsi. Papağın qulaqlarını salmaq.
3. Bir şeyin qırağı, yanı, kənarı, ucu.
İkincisi, mən ömrüm olanı səndən savayı bir qadına gözümün qulağı ilə də baxmayacağam. Ə.Haqverdiyev.
Günəşin qulağı batdımı, kimsə bu mədənin yanından keçə bilməzdi. A.Şaiq.
Məmməd bəy dinmirdi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Çəmənzəminli.

// “Bir” sözü ilə: bir tikə, bir parça, bir qırıq, bir az, azacıq, cüzi.
Kişi çörəkdən bir qulaq qoparıb etinasız və hətta acıqlı bir hərəkətlə yerə atdı. M.İbrahimov.
Hər nə varsa, bir qulaq gətir, iştahadan yaman kəsilmişəm. S.Rəhimov.
Arvadlar qəzeti o qədər dartışdırdılar ki, bir qulağı qırıldı. Mir Cəlal.

4. Arabada: oxların təkərdən kənara çıxmış ucu. Arabanın qulağı sındı.
– Kəndin küçələrindən birində tini burulanda heç gözlənilmədən arabanın taxta oxunun qulağı divara toxunub (sındı). H.Sarabski.
◊ Bir qulağından alıb, o biri qulağından çıxartmaq, yaxud bu qulağından vurub, o qulağından keçirmək – eşidərək əməl etməmək, deyilən sözə əhəmiyyət verməmək, tapşırılan sözü, işi, təklifi yerinə yetirməmək, vecinə almamaq, saymazlıq göstərmək.
Tükəzban bunlara bilmərrə fikir verməyib, dalınca söylənən sözləri də eşidəndə bu qulağından vurub, o qulağından keçirərdi. B.Talıblı.

Qulağa girmək məc. – bir şey bilməyə, söz çəkməyə çalışmaq. Qulağı ağır olmaq – 1) ağır eşitmək, yaxşı eşitməmək;
2) işdə kahal və tənbəl olmaq, səhlənkar olmaq. Qulağı batmaq – kar olmaq, eşitməmək. Qulağı cingildəmək – 1) qulağında zəng səsi kimi bir səs eşitmək;
2) sözünün başqası tərəfindən danışıldığını hiss etmək. Qulağı çəkilmək – tənha və uzaq bir yerdə qalıb darıxmaq, qəribsəmək, ürəyi qısılmaq, könlü sıxılmaq. Qulağı dəng olmaq – səs-küydən təngə gəlmək, səsdən təngişmək. Qulağı dinc olmaq – rahat, asudə, sakit, qeydsiz-qayğısız olmaq, canı rahat olmaq.
İnsanın əvvəl-qabaqca düşməni olmasa, söz yox ki, qulağı dinc olar… C.Məmmədquluzadə.
Qulağı dincəlmək – rahat olmaq, asudələşmək, qeyddən-qayğıdan azad olmaq, heç bir şeyin dərdini çəkməmək. Qulağı dolmaq – bir şeyi çox eşitməkdən ona adət etmək, öyrəşmək, inanmaq. Qulağı … olmaq – birinin danışdığı sözlərə diqqətlə qulaq asmaq, bir sözünü qaçırmamaq. Xanın gülər gözləri Ömər xanın gözlərinə dikilmişdi.
Vaqifin də qulağı onda idi. Çəmənzəminli.
Qulağı səsdə olmaq – bir şeyin intizarında olmaq, bir xəbər gözləmək. Qulağı səsə düşmək – heç bir səs olmadığı halda, qulağına səs gəlmək.
Gülpəri qulağının səsə düşdüyünü güman edib, yerinə uzanmaq istərkən, eyni zəif taqqıltı yenə eşidildi. M.Hüseyn.
Qulağına arı vızıltısı kimi gəlmək – heç bir əhəmiyyət verməmək, qətiyyən saymamaq, vecinə almamaq. Qulağına barmaq tıxamaq – qulaq asmaq istəməmək, qulaq verməmək, eşitməməyə çalışmaq, eşitmək istəməmək. Qulağına batmaq – təsir etmək.
Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz. C.Məmmədquluzadə.
Qulağına çatdırmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitdirmək, bildirmək, xəbər vermək. Qulağına çatmaq – bir sözü, ya xəbəri hər hansı bir vasitə ilə eşitmək.
Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədirnisənin qulağına çatdı. Mir Cəlal.
Qulağına dəymək – eşitmək, eşidən kimi olmaq.
Azca keçməmiş iki atlının ayaq səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov.
Qulağına əyilmək – qulağına söz demək. Anam mətbəxdə qurdalanırdı.
Yanlayıb qulağına əyildim. Mir Cəlal.
Qulağına girməmək – təsir etməmək, kar etməmək, əsər etməmək, saymamaq, əhəmiyyət verməmək.
…Bu danışıqların heç biri mənim qulağıma girmir. C.Məmmədquluzadə.
Qulağına pambıq tıxamaq – bax qulağına barmaq tıxamaq. Qulağına pıçıldamaq – yavaşca və xəlvəti söyləmək, pıç-pıç danışmaq. Qulağına söz girməmək (batmamaq) – söz təsir etməmək, deyilən sözə qulaq asmamaq. Qulağına yetişmək – bax qulağına çatmaq.
İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. A.Şaiq.
Qulağında sırğa olmaq – təcrübədən çıxmaq, imtahandan çıxmaq, bir sınaq nəticəsində ayıq və sayıq olmaq, yadından çıxarmamaq. Qulağından çıxmaq – yadından çıxmaq, unudulmaq. Qulağından pambığı çıxarmaq – ayılmaq, qəflətdən ayılmaq, düşünmək.
Çıxar pambıq qulağından, gözün aç; Ki, həşr oldu və çalındı bu gün sur. Nəsimi.
Qulağını burmaq – bax qulağını çəkmək. Qulağını (qulaqlarını) çəkmək – yüngülcə cəzalandırmaq, tənbeh etmək. Qulağını (qulaqlarını) doldurmaq – bir fikri və s.-ni daima birinə təlqin etmək, beyninə yeritmək, inandırmağa çalışmaq.
[Rəcəb:] …Mən yavaş-yavaş Zinyət xanımın qulağını doldururam. N.Vəzirov.
…Hacı Mir İbrahim ağa və sair ağa və mollanümalardır ki, hərəsi öz ətrafına bir dəstə yığıb, avamın qulaqlarını doldururlar ki, hər kəs onlara itaət etsə, behiştə daxil olacaq. “Mol. Nəsr. ” Qulağını sallamaq – 1) anlamamaq, deyilən sözü qanmamaq;
2) boş-bikar durmaq, avara gəzmək. Qulağını saza vermək – saymamaq, bir sözə qulaq asmayıb başqa işlə məşğul olmaq. Qulağını tutmaq – bax qulağına barmaq tıxamaq. Qulağını tutub qaçmaq – bir sözü və s.-ni eşitmək istəməmək, nifrət etmək. Qulağının ardını görəndə – heç vaxt, qətiyyən, əsla. Qulağının dibi saralmaq – ölümü yaxınlaşmaq. Qulağının dibində – lap yanında, lap yaxınlığında, yanındaca.
Atam məni qolları arasında yük üstünə uzadırkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. A.Şaiq.
Qulağının dibini görər – heç bir vaxt görməz, əsla görməz.
Qulaq asmaq1) dinləmək. Bir qulaq as naleyiheyranə, hifz et naləsin; Bəzmi-hikmətdə onu əfsanə eylə, ey həkim! Heyran xanım.
Xan … başını pəncərədən çıxardıb, bir də qulaq asdı. Çəmənzəminli.
Mən gedib oxuyanaçalana qulaq asıb, çox el mahnıları və muğamat öyrəndim. H.Sarabski;

2) qulağını qoyaraq yoxlamaq, müayinə etmək. Həkim ürəyimə qulaq asdı;
3) gizli olaraq qulaq vermək, xəbər bilmək, dinləmək, eşitmək.
Dadaş, yarım saatdır mən sizin söhbətinizə o biri otaqdan qulaq asıram. N.Vəzirov;

4) deyilən sözə əməl etmək, sözə baxmaq, deyiləni qəbul etmək;
// fikir vermək, əhəmiyyət vermək, saymaq.
[İskəndər:] Baş üstə, … amma bunu de ki, mənim sözümə qulaq asan kimdir? C.Məmmədquluzadə.
[Mahmud əminin] öz ağlı vardı və belə işlərdə öz bildiyini edirdi, bir kəsin sözünə qulaq asmazdı. B.Talıblı;

5) qeydinə qalmaq, muğayat olmaq, fikir vermək, baxmaq. Uşağa yaxşı qulaq as.
Qulaq batırmaq1) kar etmək, karlaşdırmaq;
2) səs-küydən dəng etmək, gurultudan təngə gətirmək.
Qulaq batmaq – dəng olmaq, səsdən, bərk danışıqdan heç şey eşitməmək, kar olmaq.
…Qulağım batdı, nə çox-çox danışırlar. M.Ə.Sabir.

Qulaq dincliyi – rahatlıq.
[Vəzir:] Vəzirim mənə belə-belə qulluq buyurubdur, sonra qulaq dincliyi bizə haram olar. M.F.Axundzadə.
[Gülcamal:] Bu bəy, bu yüzbaşı, bu divanxana; Bir qulaq dincliyi verərmi ona? Z.Xəlil.

Qulaq kəsilmək – diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək.
Bütün nümayəndələr qulaq kəsilərək, şairin səsini eşitmək … istəyirdi. M.S.Ordubadi.
Başdan-ayağa qulaq kəsilərək müəllimin sözlərini diqqətlə dinləyən Həsən … son sözləri eşidərkən bütün vücudu sarsılır kimi oldu. A.Şaiq.

Qulaq kəsmək – aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq.
Aslan bəyin evlərinə baxırsan, … o büsatlar, o bəzək, o şücaətlər hamısı adam aldatmaqdan ötrüdür və bizim kimi avam, fəqir-füqəraların qulaqların kəsməkdən əmələ gəlibdir. N.Vəzirov.

Qulaq qabartmaq – bildirmədən, hiss etdirmədən qulaq asmaq, gizlindən qulaq vermək.
Qulaq-qulağa1) tən, bərabər;
2) yanaşı.
Qulaq olmaq – güdmək.
Qulaq tutmaq – qulaq asmaq, fikir vermək.
Gər sənə əfqanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut. Füzuli.

Qulaq tutulmaq – bax qulaq batmaq.
Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən səsdən qulaq tutulur. A.Şaiq.
Şəhərin hər tərəfindən alov qalxırdı, güllə və top səsindən qulaq tutulurdu. Çəmənzəminli.

Qulaq vermək – bax qulaq asmaq 1 və 4-cü mənalarda.
Hükəmalar buyurublar: …sözünü o kəslərə de ki, sənə qulaq verirlər. C.Məmmədquluzadə.
Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev;

// eşitməyə çalışmaq.
Ayna bir müddət uzaqdan gələn tütək səsinə qulaq verdi. Ə.Məmmədxanlı.

Qulaqda qalmaq – yadda qalmaq, unudulmamaq.
Qulaqda saxlamaq – yadda saxlamaq, unutmamaq. Qulağına qurğuşun! – arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə.
Qulaqlarını (qulağını) şəkləmək1) səs və s.-dən hürkərək qulaqlarını dikləmək. Mahmud atdan yerə sıçradı.
Ürkə töyşüyə-töyşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn;

2) məc. çox maraqlanmaq, bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək.
Çox adam qulağını şəkləyib durur. A.Şaiq.
Əli qulağında – tam vaxtında, lap vaxtında. Yerin, divarın qulağı var – danışarkən ehtiyatlı olmaq lazım gəldiyini bildirir.

Синонимы

  • QULAQ QULAQ (insan və heyvanlarda eşitmə orqanı) [Bahadır] leytenantın qulağına nə isə pıçıldadı (R.Rza); GUŞ (arx

Этимология

  • QULAQ Məncə, qol, qıç, qulaq sözləri eyni kökdən törəyib və “çıxıntı” deməkdir. “Ar­xın qulağını dəyiş” deyirik; cəhrədə iyin kərt yeri də qulağa (cəhrədə o
QULAĞAGİRƏN
QULAQALTI
OBASTAN VİKİ
QULAQ
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Orta qulaq
Orta qulağa (lat. auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu - lat. cavum tympani 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır. == Divarları == Bayır zarlı divar - lat. paries membranaceus qulaq pərdəsi və gicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib - lat. recessus epitympanicus deyilir. İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır.
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
Qulaq (dəqiqləşdirmə)
Qulaq — eşitmə orqanı. QULAQ — Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. Qulaq (film, 1985) — film. Qulaq (İran) — İranda yaşayış məntəqəsi. Qulaq falı — Azərbaycanlıların bayram dəblərindən. Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz.
Qulaq falı
Qulaq falı və ya Açar falı, Azərbaycanlıların bayram ənənələrindəndir. == Qaydası == Xalq arasında belə dəb var ki, ilaxır çərşənbədə qulaq falı və ya açar falına çıxarlar. Qulaq falında hər kəs ürəyində bir arzu tutur və sonra hər hansı bir evin qapısını pusur. Əgər yaxşı sözlər eşitsə, deyilir arzusu yerinə yetəcək, amma əgər ürəkaçmayan sözlər eşitsə, arzusu bu il yerinə yetməyəcək. Açar falında isə hər kəs niyyət edib bir açar ya sancaqı ayaqının altına qoyur, bəzilər isə yaxalarına iynə taxır dörd yolun ayrımında və ya qapı dalında pusquda durur danışılan sözlərə qulaq yatırdır və eşitdiyi sözləri ürəyində olan arzu və niyyətlərinə görə yozur. Ümum xalqın bu dəbdən xəbərləri olduğu üçün, hər kəs çalışır danışdıqları sözlər xoş və sevindirici olsun. == Mənbə == Xoyda nəşr olan Əvrin həftəlik dərgisi.
Qulaq pərdəsi
Qulaq pərdəsi (lat. membrana tympani) — xarici qulaqla orta qulağın hüdudunu təşkil edir. Qulaq pərdəsinin kənarı xarici qulaq keçəcəyi dibində olan təbil şırımına lifli qığırdaq halqa - lat. anulus fibrocartilagineus vasitəsilə bağlanmışdır. Böyüklərdə qulaq pərdəsi dairə ya ellips şəklində olur; qalınlığı 0,1 mm və ölçüsü 11x9 mm-ə bərabərdir. Qulaq pərdəsinin mərkəzi qıf kimi orta qulağa doğru dartılmışdır və qulaq pərdəsi göbəyi - lat. umbo membranaetympani adlanır. Qulaq pərdəsinin xarici səthi qulaq keçəcəyi dərisinin epidermis qatı - lat. stratum curaneum, daxili səthi orta qulağın selikli qişası - lat. stratum mucosum ilə örtülüdür.
Qırıq qulaq
Qırıq qulaq — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 6-cı hissəsidir.
Qulaq pərdəsini gərginləşdirən əzələ
Qulaq pərdəsini gərginləşdirən əzələ (lat. m. tensor tympani) — eyni adlı yarımkanalda yerləşərək həmin kanalın divarından və yevstax borusunun qığırdağından başlayır və çəkic sümükcüyünün dəstəsinə bağlanır; vəzifəsi çəkicin dəstəsini dartmaqla qulaq pərdəsini gərginləşdirməkdir.
Kəsilmiş qulaq və qəlyanla avtoportret
"Kəsilmiş qulaq və qəlyanla avtoportret" (nid. Zelfportret met verbonden oor) — məşhur holland və fransız rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsmi. O, bu əsəri 1889-ci ilin yanvarında Arl şəhərində olduğu dövrdə çəkib. == Yaradıldığı şərait == Gerçəkliyi həssas qavraması və ruhi müvazinətsizliyi Van Qoqu psixi xəstəliyə gətirib çıxarır. Qogen Arl şəhərinə qonaq gəlir, lakin yaradıcı fikir ayrılıqları mübahisə doğurur. Van Qoq rəssamın başına stəkanı atır, sonra, Qogen getmək niyyətini elan etdikdə ülgüclə onun üzərinə hüçum edir. Həmin günün axşamı dəlilik tutmasında rəssam qulağının sırğalığını kəsir. == Rəsmin təsviri == Vinsent van Qoqun sifəti rəsmin böyük hissəsini tutur. Başı üçdə dörd sol tərəfə çevrilmişdir. O isti gödəkcə, nimdaş papağ geyinib.
Qulaq
Qulaq ― eşitməni və məməlilərdə vestibulyar sistemdən istifadə edərək bədən tarazlığını təmin edən orqandır. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq təşkil olunub: Orta qulaq Daxili qulaq Xarici qulaq, Qulaq seyvanı və Qulaq kanalından Qulaq kanalının dərinliyində xarici qulaq ilə orta qulağı ayıran təbil pərdəsi yerləşir. Orta qulaq təbil pərdəsində yerləşən, hava ilə dolu boşluqdur. Hava, burnun arxasından Yevstax borusu adlı kanal ilə orta qulağa daşınır. Yevstax borusunun funksiyası, orta qulaq boşluğundakı havanın təzyiqi ilə atmosfer təzyiqini eyniləşdirməkdir. Səs dalğalarının qulaq pərdəsində yaratdığı titrəyiş, orta qulaq boşluğundakı sümükcüklər ilə (çəkic, zindan, üzəngi) daxili qulağa verilir və səsi beyinə ötürən siniri oyadır. Qulaqda küy qulaq burun boğaz sahəsində xəstələri çox narahat edən və müalicəsi çətin olan patalogiyalardan biridir. Tinnitus - qulaq küyü ya da uğultu olaraq ifadə edilən bu vəziyyət xəstələrin realda olmayan səsləri bir və ya hər iki qulağında və ya kəllə boşluğunda eşitməsini ifadə etməsidir. Bəzən bu səslər xəstələri o qədər narahat edir ki, xəstələrin günlük yaşantısını və psixoloji vəziyyətlərini poza bilir.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
== Məzmun == Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev === Filmi səsləndirən === Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) == Sitatlar == Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Daxili qulaq
Daxili qulaq (lat. auris interna) ya sümük labirint (lat. labzrinthis) gicgah sümüyünün daşlıq hissəsində, daxili qulaq keçəcəyi ilə orta qulaq arasında yerləşmişdir. Vəzifə etibarilə eşitmə və müvazinət üzvlərinin ən əhəmiyyətli hissəsidir. sümük və zarlı labirint hissələrə bölünür. Zarlı labirint sümük labirintin içərisində yerləşir, və forma cəhətcə bir-birilərinə müvafiqdirlər. Orta qulağın içəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı - lat. paries labyrinticus adlanır. Bunun mərkəzində bir hündürlük - lat. promontorium vardır.
Göy qulaq
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. == Yaradılma səbəbi == 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. == Qulaq seyvanı == Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. == Oval pəncərə (orta qulaq) == == İlbiz pəncərəsi (orta qulaq) == == Mənbələr == İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Göy qulaq (personaj)
Göy qulaq (ing. Blue Ear) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış super qəhrəman personajı. Göy qulaq Nyu-Hempşir ştatının Salem şəhərindən olan 4 yaşlı eşitmə qüsurlu və komiks fanatı Antoni Smitin şərəfinə yaradılmışdır. == Yaradılma səbəbi == 4 yaşlı Antoni Smit komiks fanatı və eşitmə qüsurlu idi. Buna görə anası Kristina Alessandro tərəfindən ona eşitmə aparatı verilmişdir, lakin 2012-ci ildə Smit məktəbdə onu geyməkdən imtina etmişdir. Sonda Smit "Super qəhərmanlar göy qulaqlar geyinmir" demişdir. Bu vəziyyətdən çıxmaq üçün anası Kristina Marvel Comicsin Nyu-Yorkdakı qərargahına email yollamışdır. Dizayner və köməkçi redaktor Nelson Ribeyro bu emaili alar-almaz əsl adı Antoni Smit olan Göy qulaq adlı super qəhrəman personaj yaradıb onun şəkillərini Alessandro ailəsinə göndərmişdir. Daha sonra rəssam Manni Mederos Göy qulağın uşaq halında eskizlərini çəkmişdir. Mederos bu prosesi "The Huffington Post" qəzetinə danışmışdır: "Niyə super qəhrəmanın özü uşaq ola bilməzdi?".
İlbiz (orta qulaq)
İlbiz - lat. cochlea 2½ dəfə öz oxunun başına burulmuş spiral sümük kanal - lat. canalis spiralis cochleae. Uzunluğu 2 sm-ə bərabərdir. İlbiz kanalının bir ucu lat. apertura vestibularis deyilən dəlik vasitəsilə dəhlizdən başlazır və digər ucu isə kor surətdə tamam olur. İlbizin daxili qulaq keçəcəyinə baxan əsası - lat. basis concheae və təbil boşluğuna doğru baxan zirvəsi - lat. cupula concheae vardır. İlbizin sağı (istinadı) mil - lat.
Qulaqaltı vəzi
Qulaqaltı vəzi (glandula parotidea) — ağız suyu vəzlərinin ən böyüyüdür. O, qulaq seyvanının aşağı ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub, ayrı-ayrı paycıqlardan təşkil olunub. Çeynəmə əzələsinin fassiyasından əmələ gəlmiş kapsula ilə örtülmüşdür. Paycıqların ağız suyu vəziləri birləşərək paycıq axacaqlarını, onlar da birləşrək paycıqlararası axacaqları, onlar da öz növbəsində birləşərək qulaqaltı axacağı əmələ gətirirlər. Qulaqaltı vəzin axacağı (ductus parotidea) 5-6 sm uzunluğunda və 2-3 mm diametrində olub, yuxarı ikinci böyük azı dişin bərabərində selikli qişadan əmələ gəlmiş qulaqaltı vəzin məməciyi üzərində, digər böyük ağız suyu vəzilərindən fərqli olaraq ağız dəhlizinə açılır. Qulaqaltı vəzinin innervasiyası hissi, simpatik və parasimpatik sinirlərlə həyata keçirilir. Qulaqaltı vəzin cismindən üz siniri keçir.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. == Patoanatomiyası == Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Qulaqcıqların fibrilyasiyası
Qulaqcıqların fibrilyasiyası və ya Qulaqcıqların səyrici aritmiyası — Qulaqcıqların fibrilyasiyası ən geniş yayılmış ürək aritmiyasıdır və dünya əhalisinin 1-2%-də rast gəlinir. 2001-ci ildə tək ABŞ-də 2.3 mln insan qulaqcıqların fibrilyasiyasından əziyyət çəkib və bu rəqəmin 2050-ci ilədək iki dəfə artması gözlənilir. Qulaqcıqların fibrilyasiyası insult riskini 4-5.3 dəfə artırmış olur. Amerikanın Ürək Assosiasiyasına görə beyin insultu ABŞ-də ölüm və əlillik səbəbləri arasında dördüncü yeri tutur. Qulaqcıqların fibrilyasiyası isə bütün yaşlarda qeydə alınan insult hallarının 15%-ə səbəb olur. Yaşı 80-dən yuxarı olan xəstələr arasında baş verən insultların 30%-dən çoxu isə qulaqcıqların fibrilyasiyası səbəbindən baş verir. Müalicə aparılmadıqda qulaqcıqların fibrilyasiyası olan xəstələrin 2-5% hər il insult keçirir. Bu insult hallarının əksəriyyəti kardioemboliya səbəbindən baş verir. Tromblar isə sol qulaqcığın artımından yayılmış olur. Müəyyən edilib ki, qulaqcıqların fibrilyasiyasından əziyyət çəkən və əvvəllər insult keçirmiş xəstələrdə oral antikoaqulyantlarla müalicə aparılmadıqda, onlarda illik insult riski 12% bərabərdir.
Qulaqdibi xəstəliyi
Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10–18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. == Qulaqdibinin ilkin əlamətləri == Halsızlıq və hərarət; Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı; Qulaqətrafı nahiyədə şişlik. == İlk yardım == Yaranan şişin üzərinə isti kompres qoyulmalı Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.
Qulaqlar
Qulaq ― eşitməni və məməlilərdə vestibulyar sistemdən istifadə edərək bədən tarazlığını təmin edən orqandır. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq təşkil olunub: Orta qulaq Daxili qulaq Xarici qulaq, Qulaq seyvanı və Qulaq kanalından Qulaq kanalının dərinliyində xarici qulaq ilə orta qulağı ayıran təbil pərdəsi yerləşir. Orta qulaq təbil pərdəsində yerləşən, hava ilə dolu boşluqdur. Hava, burnun arxasından Yevstax borusu adlı kanal ilə orta qulağa daşınır. Yevstax borusunun funksiyası, orta qulaq boşluğundakı havanın təzyiqi ilə atmosfer təzyiqini eyniləşdirməkdir. Səs dalğalarının qulaq pərdəsində yaratdığı titrəyiş, orta qulaq boşluğundakı sümükcüklər ilə (çəkic, zindan, üzəngi) daxili qulağa verilir və səsi beyinə ötürən siniri oyadır. Qulaqda küy qulaq burun boğaz sahəsində xəstələri çox narahat edən və müalicəsi çətin olan patalogiyalardan biridir. Tinnitus - qulaq küyü ya da uğultu olaraq ifadə edilən bu vəziyyət xəstələrin realda olmayan səsləri bir və ya hər iki qulağında və ya kəllə boşluğunda eşitməsini ifadə etməsidir. Bəzən bu səslər xəstələri o qədər narahat edir ki, xəstələrin günlük yaşantısını və psixoloji vəziyyətlərini poza bilir.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. == Xarici görünüşü == Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. == Arealı == Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. == Baş üçün qulaqlıq == Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. == Qulaqlıq haqqında == Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Qulaqsız dovşan (film, 2007)
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.

Значение слова в других словарях