Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.
Georgi Svetaçov
Georgi Georgiyeviç Svetaçov (25 noyabr 1922, Kalaçev rayonu[d] – 22 noyabr 1943, Qorodnya[d], Çerniqov vilayəti) — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944) == Həyatı == Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci taqım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir. 22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir. 15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Юные герои Витебщины.
Marina Svetayeva
Marina Svetayeva — (rus. Марина Ивановна Цветаева; 8 oktyabr 1892[…], Moskva[…] – 31 avqust 1941[…], Alabuqa, Tatarıstan MSSR[…]) Rus şairəsi, roman yazarı, tərcüməçi == Həyatı == Marina Svetayeva 1892-ci ildə Moskvada doğulub. Atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Anası Polşa-alman əsilli pianist, qızını da özü kimi musiqiçi görmək istəyirdi. Marina isə şair olacaqdı. Artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazırdı. Anası Marinanın poetik duyumunun zəif olduğunu deyirdi. Anası vərəmdən əziyyət çəkir.
Anastasiya Svetayeva
Anastasiya İvanovna Svetayeva (rus. Анастаси́я Ива́новна Цвета́ева ; 14 sentyabr 1894, Moskva – 5 sentyabr 1993, Moskva) — rus, sovet yazıçısı, filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayevin qızı, Marina Svetayevanın kiçik bacısı. == Həyatı == Anastasiya Svetayeva (ailədə onu Asya adlandırırdılar) 14 (26) sentyabr 1894-cü ildə Moskvada anadan olub. Onun atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Böyük bacısı Marina kimi o, ibtidai təhsili evdə alıb, sonra isə M. T. Bryukhonenkonun özəl qadın gimnaziyasında oxuyub. 1902–1905-ci illərdə qızlar Qərbi Avropada yaşayıb, İsveçrə və Almaniyada özəl internat məktəblərində oxuyublar. Sonra bir müddət Yaltada yaşayıblar. 1906-cı ildə analarının ölümündən sonra onlar Moskvaya dönüblər.
İvan Svetayev
İvan Vladimiroviç Svetayev (rus. Ива́н Влади́мирович Цвета́ев; 4 (16) may 1847, Şuya qəzası[d], Vladimir quberniyası[d] – 30 avqust (12 sentyabr) 1913, Moskva) — Rusiya alimi, tarixçi, arxeoloq, filoloq və sənətşünası. Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1904-cü ildən — klassik filologiya və arxeologiya kateqoriyası üzrə), Moskva Universitetinin professoru (1877-ci ildən), məxfi məsləhətçi. Moskva İmperator Universitetində İmperator III Aleksandr adına İncəsənət Muzeyinin (hazırda A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi) yaradıcısı və ilk direktoru. Marina və Anastasiya Svetayevanın atası. İvan Svetayev kənd keşişi Vladimir Vasilyeviç Svetayevin (1818–1884) və həyat yoldaşı Yekaterina Vasiliyevnanın (1824–1859) ailəsində anadan olub. Anası erkən yaşlarda vəfat edib, ata dörd oğlunu tək böyüdüb. O, övladlarını ruhani təhsili istiqaməti üzrə yönləndirib. İvan altı il Şuy İlahiyyat Məktəbində, sonra daha altı il Vladimir İlahiyyat Seminariyasında təhsil alıb. Bundan sonra o, Tibb-Cərrahiyyə Akademiyasına daxil olur, lakin səhhətinə görə oranı tərk edərək İmperator Sankt-Peterburq Universitetinin Tarix-filologiya fakültəsinin klassik şöbəsinə keçir.
İveta
İveta — qadın adı. İveta Veyone — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). İveta Mukuçyan — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.
İveta Mukuçyan
İveta Mukuçyan (erm. Իվետա Մուկուչյան; d. 14 oktyabr 1986, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası) — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı, aktrisası və modeli. İveta Mukuçyan "LoveWave" adlı mahnı ilə Ermənistanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə 249 xalla 7-ci yeri qazandırmışdır. Müsabiqə zamanı Azərbaycanın işğal altında olan torpaqlarında separatçı rejimin bayrağını canlı yayımda dalğalandıraraq təxribata əl atmış və müsabiqənin qaydalarını pozmuşdur. İveta Mukuçyan 14 oktyabr 1986-cı ildə Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvanda anadan olmuşdur. 1992-ci ildə ailəsi ilə birlikdə Almaniyanın Hamburq şəhərinə köçmüşdür. Almaniyada təhsil alan İveta 2009-cu ildə ailəsinin təkidi ilə ölkəsində olan ağır vəziyyətə baxmayaraq İrəvana geri qayıtmışdır. O, həmin ildən Almaniyadakı dizayn təhsilini yarımçıq qoyaraq, İrəvan Dövlət Konservatoriyasında musiqi-caz təhsili almağa başlamışdır. 29 aprel 2016-cı il tarixində Avropa Yayım İttifaqı bəzi tanınmayan qurumların bayraqlarının müsabiqə arenasına gətirilməsinə icazə verilməyəcəyini bəyan etmişdir.
İveta Radiçeva
İveta Radiçeva (7 dekabr 1956, Bratislava) — Slovakiya tarixində ilk qadın baş nazir Sosiologiya üzrə professor olan Radiçeva 2005–2006-cı illərdə əmək naziri işləyib. O, 2009-cu ildə prezidentliyə namizəd olsa da, hazırkı prezident İvan Qaşparoviçə qalib gələ bilməyib. 2010-cu ildə Slovakiya prezidenti İvan Qaşparoviç Demokrat və Xristian İttifaqının lideri İveta Radiçevanı ölkənin baş naziri təyn edib. Həmin il iyunun 12-də keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Robret Fitsonun partiyanın parlamentdəki 150 yerdən 62-sini qazanıb, lakin sağ-mərkəzçi beş partiyanın ittifaqı İveta Radiçevanın rəhbərliyi ilə yeni parlamentdə 79 mandat qazanıb. Bu isə koalisiya yaradılmasına imkan vermişdir. Duldur, bir qız anasıdır.
İveta Veyone
İveta Veyone (4 iyul 1966) — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). İveta Veyone 1966-cı il iyulun 6-da Madona şəhərində anadan olub. İveta Veyone 2015–2019-cu illərdə Latviya Prezidenti olan Raymonds Veyonis ilə ailəlidir, 2 övladı var.
Tatsuhiko Seta
Tatsuhiko Seta (d. 15 yanvar 1952) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Oksana Şvets
Oksana Oleksandrovna Şvets (ukr. Оксана Олександрівна Швець; 10 fevral 1955, Kiyev – 17 mart 2022, Kiyev) — Ukraynalı aktrisa. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrında çalışıb və 1996-cı ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb. O, həmçinin Ternopil Musiqi və Dram Teatrında, həmçinin Kiyev Satira Teatrında da səhnəyə çıxıb. O, 2013-cü ildə Rusiya-Ukraynanın birgə serialı olan Zanbaqlı ev filmində və televiziya tamaşasında da rol alıb. Kiyevdə anadan olan Şvets 1975-ci ildə İvan Franko Teatrında teatr studiyasının, 1986-cı ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin teatrşünaslıq fakültəsinin məzunu olub. in 1986. Şvets Ternopil Musiqili Dram Teatrında və Kiyev Satira Teatrında da çalışıb. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrının (Gənc Teatr) ansambl üzvü kimi çalışıb. Şirkət onun bir çox rollarını və oyunlarını siyahıya alıb.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir. == Avesta Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə.
Kvetta
Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi. == Tarixi == Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir. Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi. Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir.
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir. Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Msxeta
Mtsxeta (gürc. მცხეთა) – Gürcüstanda şəhər. Tbilisinin 20 kilometr uzaqlığında, Araqvi çayının Kürə töküldüyü yerdə yerləşir. Gürcüstanın ən qədim şəhərlərindən biridir. V əsrə qədər İberiya çarlığının siyasi və iqtisadi mərkəzi olmuşdur.
Pyeta
Pyeta — xristian incəsənətində, xüsusilə heykəltaraşlıqda istifadə olunan, Bakirə Məryəmi ölmüş oğlu İsanı qucağında tutarkən göstərən səhnə.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Sitta
Sitta (lat. Sitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sittalar fəsiləsinə aid heyvan cinsi.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
Euphorbia laeta
Euphorbia dendroides (lat. Euphorbia dendroides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula dendroides (L.) Haw. Euphorbia dendroides var. hesperia Jahand. & Maire Euphorbia divaricata Jacq. Euphorbia laeta Aiton Euphorbion dendroideum (L.) St.-Lag. Tithymalus arboreus Tourn. ex Lam. Tithymalus dendroides (L.) Hill Tithymalus laetus (Aiton) Haw.
Sketç
Sketç — estrada üçün yazılmış kiçik məzhəkə.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.