Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teləş (Əbyəlil)
Teləş kəndi (başq. Теләш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Teləş kəndinin milli tərkibi: başqırdlar 97 %. Məsafələr: rayon mərkəzindən (Askorovo): 58 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 10 km. Совет муниципальных образований Республики Башкортостан.
Doles yarımadası
Doles (latış. Doles sala‎) — Qərbi Dvinanın yatağı ilə əhatələnmiş yarımada. Yarımadada üç yaşayış məntəqəsi vardır: Annuşka, Rumbenieşi və Lebenieşi Sahəsi 20,2 km² təşkil edir. Üzəri meşə ilə əhatələnmişdir. Yarımada ərazisindən Lebava çayı axır. Riqi çayının cənubunda yerləşir. Riqa SES tikintisinə qədər Doles ada idi. Doles adasının ilk dəfə 1226-cı ildə adı çəkilir. Bu zaman adaда İohann fon Dolenə vassal olaraq verilir. O, adada "Vesdole qalasını" inşa etdirir.
Ktheju tokës
Ktheju tokës (azərb. Vətəninə dön‎) — Albaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yonida Maliçi "Ktheju tokës" mahnısı ilə Albaniyada keçirilən sayca 57-ci Festivali i Këngës mahnı festivalında qələbə qazanmış və ölkəsini həmin mahnı ilə İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi və sözləri alban bəstəkarı Eriona Ruşitiyə aiddir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşanan alban immiqrasiyası mövzusuna toxunulur.
Osvaldo Moles
Osvaldo Moles (port. Osvaldo Moles) — braziliyalı jurnalist, publisist, radiojurnalist. O, həmçinin bir çox məşhur Braziliya mahnılarının sözlərini yazıb. Osvaldo Moles 14 mart 1913-cü ildə Braziliyanın Santos şəhərində anadan olmuşdur. Onun əcdadları italyan mühacirləri idi. 1937-ci ildə San-Pauluda "Radio Tupi"nin yaradılmasında iştirak etmiş və 1941-ci ildə Adoniran Barbosa ilə tanış olmuşdur. Onlar birlikdə bir çox mahnı mətnləri yazıblar. Nümunə kimi "Tiro ao Alvaro" və "Joga a chave" mahnılarını göstərmək olar. Osvaldo Moles 14 may 1967-ci ildə San-Paulu şəhərində intihar edib. O zaman mətbuat bu fakt barədə susmuşdur.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Tolis xan
Tolis xan — Şərqi Göytürk xaqanlığının şərq torpaqlarını idarə edən Göytürk şahzadəsi. Şibi xaqanın oğlu idi. 602-ci ildə doğulmuşdur. Yami xaqanın dövründə dövlətin şərq torpaqları Tolis xana verilmişdi. Onun tabeçiliyində kidan və mohe tayfaları vardı. 624-cü ildə Tan şahzadəsi Li Şiminlə ittifaqa girmişdi. 628-ci ildə Çinə tabe oldu və 700 ailə ona hədiyyə edildi və Beipinq knyazı titulu verildi. 631-ci ildə Çindən öz torpaqlarına qayıdarkən Binçjouda vəfat etdi. Suy sülaləsinin imperatoru Yanqdinin qızı şahzadə Xuaynan ilə evlənmişdi. Aşina Xeloxu — Aşina Cieşeşuayla birlikdə imperatoru öldürməyə cəhd etmişdi.
Xanəli Tolış
Xanəli Tolış (tam adı: Xanəli Şirəli oğlu Ağayev; 2 mart 1940, Qızılavar, Masallı rayonu) — Azərbaycan şairi. İxtisasca tarixçi-etnoqraf olsa da, azərbaycan və talış dillərində yazdığı şeir və poemaları ilə məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub 1969-cu ildə oranı bitirmişdir. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir. 1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləmişdir. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olmuşdur.
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Qərbi poles dili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Qərbi poles mikrodili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Tales of Ithiria
Tales of Ithiria Alman simfonik metal qrupu Haggardın dördüncü studiya albomudur.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Əmləş
Əmləş — İranın Gilan ostanında yerləşən şəhər. Əmləş əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Tales from Earthsea (anime)
«Yerdəniz hekayələri» (ゲド戦記, Qedo senki) — Qoro Miyazaki tərəfindən Ursula K. Le Guinin kitabları əsasında çəkdiyi tammetrajlı anime film. 29 iyul 2006-cı ildə ekranlara çıxan film yazıçının «Yerdəniz» silsiləsindəki «Uzaq sahil» kitabının məzmunü əsasında çəkilib. «Yerdəniz hekayələri» Hayao Miyazakinin oğlu Qoronun rejissor kimi ilk əsəridir. 1980-ci illərin əvvəllərində Hayao Miyazaki Ursulla Le Quinə onun əsərlərini ekranizasiya etmək təklifi ilə müraciət etdi, lakin Miyazaki o zamanlar o qədər də məşhur olmadığından Le Quin onun təklifini imtina etdi. Sonradan rəfiqəsi ona Qonşum Totoronu nümayiş etdirdi və Le Quin Miyazakinin Kurosava və Fellini səviyyəsində dahi olduğunu və onun pərəstişkarı olduğunu söylədi. Bir neçə il sonra Le Quin tərcüməçi Masako Şimidzu Miyazakini tanıdığını bildikdə ona «Yerdəniz» onu hələ də maraqlandırırsa, o, bunu müzakirə etməyə razı olduğunu söylədi. Görüşdükdə Miyazaki rejissorluğu buraxdığını və işi bundan öncə heç bir film çəkməmiş oğluna buraxacağını bəyan etdi. Le Quin bunu bildikdə narahat oldu, lakin ona heç bir mərhələnin Hayaonun icazəsiz olmayacağı inandırıldı. Buna baxmayaraq, sonradan məlum oldu, ki Hayao özü layihədə iştirak etmirdi. Yazıçı üçün xüsusi qapalı nümayişdən sonra Qoro Miyazaki filmin onun xoşuna gəldiyini soruşduqda o, «Hə.
Black Holes and Revelations
Black Holes and Revelations — İngiltərə rok qrupu Muse-un dördüncü studiya albomu. 3 iyul 2006-cı ildə Warner Bros. Records və Helium-3 tərəfindən buraxılıb. Bütün mahnılar Matt Bellamy tərəfindən yazılmış və bəstələnmişdir.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Tövlə
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Tələb
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 2397 nəfərdir. Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Fləş
Fleş və ya Fləş
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Tələ
Tələ (film, 1990)
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Ağevlər (Talış)
Ağevlər (fars. اق اولر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (50 ailə).
Bicarbin (Talış)
Bicarbin (fars. بيجاربين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (12 ailə).
Dirakari (Talış)
Dirakari (fars. ديراكري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (76 ailə).
Effektiv tələb
Effektiv tələb bazarda — başqa bir bazarda alıcılar məhdudlaşdırıldıqda ortaya çıxan məhsul və ya xidmətə olan tələbdir. Alıcılar başqa bir bazarda məhdudlaşmadığı zaman meydana gələn şərti tələblə ziddiyyət təşkil edir. Bütövlükdə mallar üçün məcmu bazarda şərti və ya effektiv olan tələb məcmu tələb adlanır. Səmərəli təklif anlayışı effektiv tələb anlayışına bənzəyir. Bazarlar daima tarazlıq qiymətlərini saxlamadıqda təsirli tələb və ya təklif konsepsiyası aktualdır. Nümunə olaraq əmək bazarından əmtəə bazarına axını vurğulamaq olar. Əmək bazarında əgər tarazlıq varsa və insanlar təklif etmək istədikləri bütün əməyi təmin edə bilmirlərsə, təklif edə biləcəkləri məbləğ mallara olan tələblərinə təsir edəcək; tədarük edilə bilən əmək miqdarının məhdudlaşdırılması şərtilə mallara olan tələb, onların mallara olan təsiridir. Əksinə, əmək bazarında balanssızlıqlar olmasaydı, fərdlər eyni vaxtda həm tədarük etmək üçün əməyin miqdarını, həm də alacaq malların miqdarını seçər, ikincisi isə mallara olan şərti ehtiyacları olardı. Bu nümunədə mallara təsirli tələb mallara olan şərti tələbdən az olacaqdır. Əksinə, mal bazarında çatışmazlıq olarsa, insanlar əmək bazarında tarazlıq olsaydı, olduğundan daha az əmək sərf etməyi (və daha çox boş vaxt keçirməyi) seçə bilərlər.
Güləş (1970)
Güləş (mahnı)
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az-əbcəd. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuhistan (Talış)
Kuhistan (fars. كوهستان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (38 ailə).
Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Lemir (Talış)
Lemir (fars. لمير‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 566 nəfər yaşayır (113 ailə).
Maryan (Talış)
Maryan (fars. مريان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (19 ailə).
Bones
Bones (ボンズ, Bonzu) və ya bəzən BONES — Yaponiya animasiya studiyası. 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ən tanınmış əsərləri RahXephon, Wolf's Rain, Scrapped Princess, Eureka Seven, Angelic Layer, Darker than Black, Soul Eater, Ouran High School Host Club, Fullmetal Alchemist (iki adaptasiya), Star Driver, Gosick, Space Dandy və "Noragami" animeləridir. Baş qərargahı Tokionun Suqinami xüsusi rayonunda yerləşir. Bones studiyası Sunrise studiyasının keçmiş üzvləri Masahiko Minami, Hiroşi Osaka və Toşihiro Kavamoto tərəfindən 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ilk işlərindən biri Sunrise studiyası ilə birlikdə "Cowboy Bebop" anime serialına əsaslanan "Cowboy Bebop: Knockin' on Heaven's Door" adlı anime filmi olmuşdur. 24 sentyabr 2007-ci ildə studiyanın qurucularından biri olan, "Mobile Suit Victory Gundam", "Mobile Fighter G Gundam" və "The Mars Daybreak" kimi animelərin personaj dizayneri olan Hiroşi Osaka 44 yaşında xərçəngdən vəfat etmişdir. Hiroşi Osakanın ölümündən sonra studiyanın direktorlar şurasına Makoto Vatanabe və Takahiro Komori qatılmışdırlar. Takahiro Komori personaj dizayneri və animasiyaçı kimi tanınır: "Angelic Layer", "Scrapped Princess" və "Darker than Black" animelərinin personaj dizayneri olmuşdur. RahXephon Interlude: Her and Herself/Thatness and Thereness (7 avqust 2003) Wolf's Rain (23 yanvar 2004 – 25 fevral 2004) Fullmetal Alchemist: Premium Collection (19 mart 2006) Ghost Slayers Ayashi: Ayashi Diving Comedy (22 avqust 2007 – 24 oktyabr 2007) Darker than Black: Beneath the Fully Bloomed Cherry Blossoms (26 mart 2008) Fullmetal Alchemist Brotherhood (26 avqust 2009 – 25 avqust 2010) Prototype (Halo Legends-un hissəsi) (2010) Darker than Black: Gaiden (27 yanvar 2010 – 21 iyul 2010) Eureka Seven Ao: The Flowers of Jungfrau (20 sentyabr 2012) Noragami (17 fevral 2014 - 17 iyul 2014) Hitsugi no Chaika (10 mart 2015) Noragami Aragoto (17 noyabr 2015 – 17 mart 2016) Snow White with the Red Hair (5 yanvar 2016) Blood Blockade Battlefront (3 iyun 2016) Bungo Stray Dogs (məlum deyil) Xam'd: Lost Memories (PlayStation Network, 16 iyul 2008–3 fevral 2009) Escaflowne (iyun 2000; Sunrise ilə birlikdə) Cowboy Bebop (1 sentyabr 2001; Sunrise ilə birlikdə) RahXephon: Pluralitas Concentio (19 aprel 2003) Fullmetal Alchemist: Conqueror of Shamballa (23 iyul 2005) Sword of the Stranger (29 sentyabr 2007) Eureka Seven Pocket Full Of Rainbows (25 aprel 2009, Kinema Citrus ilə birlikdə) Towa no Quon (film seriyası) Fleeting Petals (泡沫の花弁, Utakata no Kaben) (18 iyun 2011) Wild Dance of Chaos (混沌の蘭舞, Konton no Ranbu) (16 iyul 2011) Never ending Crime (夢幻の連座, Mugen no Renza) (13 avqust 2011) Crimes in a Blank Dream (紅蓮の焦心, Guren no Shoushin) (10 sentyabr 2011) Heroic Return (双絶の来復, Souzetsu no Raifuku) (5 noyabr 2011) Eternal Eternity (永久の久遠, Towa no Quon) (26 noyabr 2011) Fullmetal Alchemist: The Sacred Star of Milos (2 iyul 2011) Un-Go episode:0 Inga chapter (19 noyabr 2011) Star Driver (9 fevral 2013) Robot Alchemic Drive (Enix, 4 noyabr 2002) Rahxephon Blu Sky Fantasia (Bandai, 7 avqust 2003) Fullmetal Alchemist and the Broken Angel (Square Enix, December 25, 2003) Fullmetal Alchemist: Stray Rondo (Bandai, 25 mart 2004) Fullmetal Alchemist: Sonata of Memories (Bandai, 22 iyul 2004) Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir (Square Enix, 22 sentyabr 2004) Fullmetal Alchemist 3: The Girl Who Succeed God (Square Enix, 21 iyul 2005) Eureka Seven vol.
Coues
Elliot Koues (ing. Elliott Coues; 9 sentyabr 1842 – 25 dekabr 1899) — Amerika hərbi cərrahı, tarixçisi, ornitoloqu.
EOLSS
EOLSS - Həyat təminatı sistemlərinin ensiklopediyası (ingiliscə, Encyclopedia of Life Support Systems). Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem pulludur, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür. Müxtəlif sahələrə aid 16 ensiklopediyanı özündə birləşdirir.
Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Fales
Gomes
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 29 oktyabr 1768 – 13 yanvar 1823, Lissabon) — Portuqaliyalı həkim, kimyaçı, botanik və parazitoloq. Gomes, B.A. Memoria sobre a ipecacuanha fuca do Brasil. — Lisboa, 1801. — 33 p. Gomes, B.A. Observationes botanico-medicae de nonnullis Brasiliae plantis. — Liboa/Olisipone, 1803. Gomes, B.A. Memoria sobre a canella do Rio de Janeiro offerecida. — Rio de Janeiro, 1809. — 51 p.
Koley
Koley (q.yun. Κωλαῖος) – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır. Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o , onların adlarını qeyd etmişdi. Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O , şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır. Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi. Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.
Koğes
Koğes (erm. Կողես) — Stepanavan rayonunda kənd adı Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Koğos kimi qeyd edilir. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Koğes bələdiyyəsi"ni (erm. Կողես համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011-ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 381 nəfərdir.Qədim türk mənşəli Kol tayfasının adından yunan mənşəli "es" şəkilçisindən ibarətdir.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.
Ədləs
Ədləs (ərəb. أدلس‎) — Əlcəzairin cənub-şərq hissəsində, Tamanrasset vilayətində kiçik şəhər və kommuna. Təzruk dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissələrində, Əhəqqar Milli Parkında, paytaxt Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1391 metrdir. Ədləs kommunası Fəqarət-əz-Zua, İn-Amgel, Tamanrasset, Təzruq kommunaları, həmçinin İllizi vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 54,125 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 21,1 °C-dir.
Hyles
Hyles (lat. Hyles) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sphingidae fəsiləsinə aid heyvan cinsi.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.