Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Ov mövsümü
Ov mövsümü (ing. Open Season) — 2006 ABŞ animasiya komediya-macəra filmidir. Sony Pictures Animations tərəfindən hazırlanmışdır. Martin Lorens - Boog Eşton Kutçer - Elliot Qari Sinise - Şou Debra Messing - Beyt Billi Konnolli - McSquizzy Con Favreau - Reilly Corciya Engel - Bobbi Ceyn Krakovski - Gizel Qordon Tootoroz - Qordi Patrik Varburton - İan Kodi Kameron - Mr. Veyni Deni Mann - Serj Maddi Teylor - Deni Nika Futterman - Rozi Mişel Murdokka - Mariya Ferqal Reyli - O'Tool sonypictures.com/movies/openseason/ — Ov mövsümünün rəsmi saytı Ov mövsümü — Internet Movie Database saytında.
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Yağışlar mövsümü
Yağışlar mövsümü — İlin bir movsümü olaraq, atmosfer yağıntılarının böyük miqdarda düşdüyü dönəmdir. Əsasən tropik qurşaqlarda müşahidə edilir. Xüsusi ilə mussonun mövcud olduğu ərazilərdə savannalarda müşashidə etmək olar. Yağışlar mövsümü ekvatordan tropiklərə doğru yağıntılar mövümü arasındakı vaxt və yağıntının miqdarında fərqlər müşahidə edilir. Ekvatora yaxın ərazilərdə ildə iki dəfə yağışlar mövsümü müşahidə edilir. Tropiklərin ucqarlarında isə ildə bir yağış mövsümü olur.
Əqrəb mövsümü
Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir. 12 seriyadan ibarətdir. Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir. Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır. Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır.
Mövsüm Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Hüseynxanlı
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Mövsüm Məmmədov
Mövsüm Şahin oğlu Məmmədov ( 6 iyun 1967, Xankəndi şəhəri ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı. Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir.Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur.Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir Ailəlidir , üç övladı var.
Mövsüm Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mövsüm Salamov
Salamov Mövsüm Əsgər oğlu – Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 1938-ci ildə repressiyaya məruz qalaraq Sibirə-Kolımaya göndərilmişdir. 1959-cü ildə məşəqqətli sürgün ömrünü başa vuraraq, vətənə qayıdan M.Salamov yenidən fəal həyata başlamış, bir qədər sonra isə “Şirvanşahlar Saray Kompleksi” tarix-memarlıq qoruq-muzeyinə rəhbərlik ona tapşırılmışdır.
Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mövsüm İbrahimov
Mövsüm İbrahimov — 1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi. Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.
Mövsüm Şıxıyev
1966 Neftyanik mövsümü
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur. Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi. == Çempionat == Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı. 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi. Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi.
Fleş (II mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır. Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
Fleş (I mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir. Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır. Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir.
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Mir Mövsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Mövsüm Hüseynov (əsgər)
Mövsüm bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Ox (II mövsüm)
"Ox" teleserialının ikinci mövsümünün premyerası The CW telekanalında 10 oktyabr 2013-cü ildə baş tutmuşdur. 14 may 2014-cü ilə kimi davam edən ikinci mövsüm ərzində ümumilikdə 23 seriya təqdim edilmişdir. Teleserial Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, ədalətsizlik və cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarına əsaslanmışdır. İkinci mövsümdə serialın şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. İkinci mövsümdə beş il adada yaşadıqdan sonra doğma şəhəri Starlinq-sitiyə qayıdan keçmiş milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) şəhərdə cinayətkarlıq və ədalətsizliklə mübarizə aparır. Bu işdə ona Con Diql (Devid Ramsi) və Felisiti Smouk (Emili Bett Rikards) kömək edirlər. Mövsümdə Oliverin qarşılaşdığı əsas düşmən vaxtilə birgə adada olduqlar Sleyd Vilson (Manu Bennett) olur. Oliver Roy Harperi (Kolton Heyns) köməkçisi kimi qəbul edir və zabit Kventin Lenslə (Pol Blektron) birgə çalışmağa başlayır. Oliver mövsümdə başqa bir tərəfdar da qazanır, bu, əvvəl öldüyü güman edilən Sara Lensdir (Keyti Lotz). Fleşbeklərdə Oliverin Lian Yu adasında keçirdiyi dövrdən bəhs olunur, onun Doktor Entoni İvo (Dilan Nil) ilə qarşılaşması, Sleyd, Sara və Şado (Selina Jade) ilə birgə çalışması göstərilir.
Ox (IV mövsüm)
“Ox” teleserialının dördüncü mövsümünün premyerası The CW telekanalında 7 oktyabr 2015-ci ildə baş tutmuş, 23 seriyalı mövsümün son seriyası 25 may 2016-cı ildə efirə verilmişdir. Dördüncü mövsümdə serialın şouranneri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. Dördüncü mövsümdə əsas diqqət Ox komandasının Demien Dark və onun terror təşkilatı ilə mübarizəsi üzərində cəmlənmişdir. Dördüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır. Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür.
Ox (I mövsüm)
ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur. Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir. Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır. Mübarizə zamanı onun yaxın tərəfdaşları Con Diql (Devid Ramsi) və Felisiti Smok (Emili Bett Rikards) olurlar. Oliver həm də keçmiş sevgilisi Lorel Lenslə (Keti Kassidi) münasibətlərini bərpa edir. Birinci mövsümdə həm də Oliverin adana keçirdiyi günlərlə bağlı fleşbeklər göstərilir.
Ox (V mövsüm)
"Ox" teleserialının beşinci mövsümünün premyerası The CW telekanalında 5 oktyabr 2016-cı ildə təqdim edilmiş və 24 may 2017-ci ilə kimi davam etməklə 23 seriyanı ehtiva etmişdir. Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlıqla mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarından bəhs edən teleserial digər Ox Kainatı serialları ilə eyni dünyanı paylaşır. Beşinci mövsümün şourannerləri Mark Quqqenhaym və Vendi Merikl olmuşlar. Əsas personaj Oliver Kuinni canlandıran Stiven Amellə yanaşı serialın əsas aktyor heyətinə Con Diql rolu ilə Devid Ramsi, Teya Kuinn rolu ilə Uilla Holland, Felisiti Smok rolu ilə Emili Bett Rikards və Kventin Lens rolu ilə Pol Blektorn daxildir. Yeni mövsümdə daha əvvəlki seriyalarda formalaşmış əsas aktyor heyətinə Körtis Holt rolu ilə Exo Kellum və Prometey rolu ilə Coş Segarra qoşulmuşlar. Milyonçu-pleyboy Oliver Kuinn (Stiven Amell) gəmi qəzası nəticəsində Şimali Çin dənizindəki sirli Lian Yu adasına düşüb beş il orda vaxt keçirdikdən sonra vətəri Starlin-sitiyə (sonradan Star-sitiyə dəyişdirilir) qayıdaraq cinayətkarlığa qarşı mübarizəyə başlayır. Beşinci mövsümdə Oliver yeni qisasçılar dəstəsini yetişdirir. Dəstəyə Vəhşi köpək ləqəbli Rene Ramirez (Rik Qonzales), Cənab Terrifik ləqəbli Körtis Holt, Artemida ləqəbli Evelin Şarp (Medison MakLaflin) və Reqmen ləqəbli Rori Reqan (Co Dinikol) daxildir. Oliver yeni mövsümdə həm də yeni Qara bülbül olan polis xəfiyyəsi Dayna Dreykin (Culianna Harkavi) təlimi ilə məşğul olur. Oliver qiasasçılıq və yeni vəzifəsi olan şəhər meri səlahiyyətlərini tənzimləməyə çalışır.