Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tərsanə
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Təranə Abbasova
Təranə Abbasova (13 yanvar 1967) — Azərbaycanı təmsil edən ağır atlet. == Həyatı == Təranə Abbasova 1967-ci il yanvarın 13-də anadan olub. == Karyerası == Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Təranə Abbasova final mərhələsində 165.0 Kq. nəticə göstərdi və olimpiadanı 10-cu pillədə başa vurdu.
Təranə Haşımova
Təranə Haşimova (tam adıː Haşimova Təranə Əzim qızı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Muradova
Muradova Təranə Hüseyn qızı (6 avqust 1965, Bakı) — Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,baletmeyster.Azərbaycan Respublikasının xalq artisti (1998),Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru. == Həyatı == Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008). 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). == Həyatı == Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). == Əsərləri == 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Təranə Məmmədova
Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru. == Həyatı == Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib. 1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
Tərlan (Komican)
Tərlan (fars. طرلان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 59 ailədə 62 nəfəri kişilər və 83 nəfəri qadınlar olmaqla cəmi 145 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Tərlan (dəqiqləşdirmə)
Yaşayış məntəqələriTərlan (Komican) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd.Digər Tərlan (quş) — yırtıcı quş Tərlan (balet) — Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet.
Tərlan Amanaliyev
Tərlan Rövşən oğlu Amanaliyev (15 iyul 1995; Şəhriyar, Şamaxı rayonu — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Amanaliyev 1995-ci il iyulun 15-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tərlan Amanaliyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tərlan Amanaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Amanaliyev oktyabrın 9-da Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Amanaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tərlan Atakişiyev
Tərlan Dərgah oğlu Atakişiyev (23 fevral 1977, Göylər, Şamaxı rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1983–1992-ci illərdə Göylər kənd tam orta məktəbində, 1992–1994-cü illərdə Nərimanov rayonunda yerləşən Kimya-Biologiya təmayüllü məktəb-liseydə təhsil alıb. Ali təhsilini 1994–1998-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Ailəli idi. İki oğlu yadigar qaldı. == Hərbi xidməti == Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsi altında xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Atakişiyev oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Tərlan Eyniyev
Tərlan Gölişad oğlu Eyniyev (22 yanvar 1993; Yardımlı rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Eyniyev oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Fərzullayev
Tərlan Yaşar oğlu Fərzullayev — aktyor. Əksər tamaşaçılar onu "Bacanaqlar" teleserialından tanıyır. ", "Qonşular", "Aramızda qalsın","Üç Bacı","Qız Atası" teleseriallarında çəkilmişdir. == Həyatı == Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Tərlan Fərəcov
Fərəcov Tərlan Hüseyn oğlu — texnika elmləri doktoru == Həyatı == Fərəcov Tərlan Hüseyn oğlu Azərbaycan Respublikasının Puşkin rayonunda anadan olmuşdur. 1955-ci ildə "Neft yataqlarının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə "Gürganneft" trestində müxtəlif vəzifələrdə işləmişdir. 1958-1968-ci illərdə AzETNÇİ-da böyük mühəndis işləmişdir. 1963-cü ildə "Quyuların qazılması zamanı elastik-plastik süxurların mexaniki xassələrinin və səmərəli dağılmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə "Böyük dərinliklərdə qazıma zamanı dağ süxurlarının dayanıqlığı və dağıdılması proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1994-cü illərdə Fərəcov T.H. həmçinin AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyət göstərmiş, "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri olmuşdur. == Elmi fəaliyyəti == Fərəcov T.H. dağ süxurlarının dağılması mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının dağılması və deformasiyası məsələlərinin tədqiqi. Fərəcov T.H. 45 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.
Tərlan Fətullayev
Tərlan Amanşah oğlu Fətullayev (15 may 1989; Sumqayıt, Azərbaycan SSR — 25 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tərlan Fətullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Fətullayev oktyabrın 25-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Fətullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Göyçəli
Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü == Həyatı == Tərlan Göyçəlinin Göyçə aşıqları haqqında silsilə oçerkləri və bir çox tarixi, elmi və publisist əsərləri aşıq sənətinin öyrənilməsinə həsr olunmuşdur. == Kitabları == Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. 246 səh. Tərlan Göyçəli. "Ömrümün mənası dağlarda qaldı". Bakı.
Tərlan Rzayev
Tərlan Rövşad oğlu Rzayev (21 may 2001; Sumqayıt, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Rzayev 2001-ci il mayın 21-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tərlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Rzayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Əhmədov
Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu. == Bioqrafiya == Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb. 90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir. 2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır.2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır. 2002/03 mövsümündə Azərbaycanda oynaya bilmədiyi üçün İranın yüksək liqa komandası "İstiqlal"ın dəvətini qəbul etdi.
Tərlan Əliyarbəyov
Tərlan Abdulla oğlu Əliyarbəyov (28 noyabr 1892, Ağsu – 15 fevral 1956, Bakı) — sovet hərbi xadimi, general-mayor. == Həyatı == Tərlan Əliyarbəyov 28 noyabr 1892-ci ildə Şamaxı şəhərində zadəgan ailədə anadan olmuşdur. 1914-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. 1927–1941-ci illərdə iki dəfə M.V.Frunze adına Ali Hərbi Akademiyanı bitirmişdir. Peşəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1956-cı ildə fevral ayının 15-də Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1914–1918-ci illərdə Birinci dünya müharibəsində iştirak etmiş, 205-ci Şamaxı piyada alayı tərkibində rota (bölük) və batalyon (tabor) komandiri olmuş, alman cəbhəsində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Xalq Cəbhəsi ordusu yaradılmağa başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə piyada alayında xidmət etmiş, sonra isə Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilmişdir. Bu vəzifədə o Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq etmişdir. 1918–1919-cu illərdə Müsavat ordusunda alay komandiri olmu həmçinin Bakı şəhər rəisinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində mövcud nöqsanları aradan qaldırmaq, bu sahədə yol verilən əyintilərin qarşısını almaq idi.
Tərlan Gülüşov
Tərlan Salman oğlu Gülüşov (16 oktyabr 1994; Salyan rayonu, Azərbaycan — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Gülüşov 1994-cü il oktyabrın 16-da Salyan rayonunun Xələc kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Gülüşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tərlan Kərimov
Tərlan Daşqın oğlu Kərimov (8 avqust 1992, Şabran, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Kərimov 8 avqust 1992-ci il tarixdə Şabran rayonunda anadan olub. == Hərbi xidməti == 2007-ci ildə C. Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyada ümumqoşun kəşfiyyatı ixtisası üzrə təhsil alır. 2014-cü ildə təhsilini başa vurur. 2014-cü ildən 2015-ci ilədək Silahlı Qüvvələrin Təlim-Tədriz Mərkəzində öz ixtisası üzrə təhsil alır. 2015-ci ildən Milli Ordumuzda leytenant rütbəsində gənc zabit kimi kəşviyyat taqım komandiri vəzifəsində xidmətə başlayır. İlk olaraq Beyləqanda "N" saylı hərbi hissədə xidmət edir. 2019-cu ildə tabor komandirinin müavini, çox keçmədən taborun qərargah rəisi vəzifəsinə yüksəlir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərlan Kərimov Füzulinin azad edilməsində savaşıb.
Tərlan Musayeva
Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; 22 yanvar 1955, Kələntərli, Bərdə rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident təqaüdçüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü. == Həyat və fəaliyyəti == 22 yanvar 1955-ci il tarixində Azərbaycan Respublikasının Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Tərlan Musayeva 1972-ci ildə Mirbəşir (Tərtər) şəhəri 1 saylı orta məktəbini bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur.. 1973-cü ildə peşə məktəbini sürücü mexanik ixtisası üzrə bitirərək, Bərdə rayonu "Kommunizm" kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində fərqləndiyinə görə dövlət tərəfindən "Qırmızı əmək bayrağı" ordeni, Xalqlar dostluğu ordenləri ilə təltif edilmiş, həmçinin Azərbaycan SSRİ və SSRİ Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, Xalq nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını almışdır. Habelə, Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara və bir neçə fəxri fərmanlara layiq görülmüşdür. 1980-ci ildə kinorejissor Elçin Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir. Tərlan Musayeva 23 yaşında SSRİ Ali Sovetinin (X–XI çağırış) ən gənc deputatı olmuşdur. 1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Tərlan Məmmədov
Tərlan Məmmədov (bioloq)
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Ternate
Ternate (ind. Pulau Ternate) — Molukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşir. Halmaheranın qərbində möve tutur. Keçmişdə Ternate sultanlığının mərkəzi olmuşdur. Qonşu Tidore adası kimi konusvari formaya malikdir. Müsəlman sultanlığı uzun sürən hakimiyyətə malik olmuşdur. Mıxək istehsalından böyük miqdarda gəlir əldə edilirdi. Bu ədvadan əldə edilən gəlir sultanlığın çiçəklənməsinə səbəb olmuşdur. Ternate sultanlığı Molukk adalarının çoxuna təsir güçünə malik olmuşdur. Hazırda adada yerləşən Ternate şəhəri Şimali Maluk vilayətinin mərkəzidir.
Terranea
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Astradelphus J.Rémy Polyactis Less. Dimorphanthes Cass. Fragmosa Raf. Woodvillea DC. Stenactis Cass. Terranea Colla Conyzoides Fabr. Trimorpha Cass. Eschenbachia Moench Brachyactis Ledeb. Musteron Raf.