Tərlan Gölişad oğlu Eyniyev (22 yanvar 1993; Yardımlı rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Tərlan Eyniyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zevin, Yardımlı, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Xəzər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Tərlan Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.[1]
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Eyniyev oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]