Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Tayfur Əliyev
Tayfur Əliyev (1 yanvar 1997, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Tayfur Əliyev 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə debütü idi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi. Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu. İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu. İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2).
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş türk futbolçusu və məşqçisi. == Futbol karyerası == === SV Darmstadt 98 === Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Ferdi Tayfur
Ferdi Tayfur (15 noyabr 1945, Adana) – türkiyəli müğənni, oyuncu, rejissor, şair, bəstəkar, yazıçı və müsəlman iş adamı, Türkiyənin ən uğurlu və məşhur simalarından biri. Musiqi və oyunculuq dünyasında 30-dan çox musiqi və film albomu olsa da, 1982-ci ildə Ferdifon Müzik musiqi şirkətini qurdu. O, həmçinin 2009-cu ildə İmran Sənayesinə daxil olub. Arabesk Kralı (türkcə: Arabesk'in Kralı) türk xalqı tərəfindən ona verilən məşhur bir tituldur. Onu Fərdi Baba olaraq də tanıyırlar. Sorğuya görə, 2021-ci ildə Türkiyənin ən populyar musiqi siması adını məşhur televiziya proqramı olan Şarkılar Bizi Söylər qazanıb. Həmçinin Türkiyə musiqisi'nin qurucularından və qabaqcıllarından biridir.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. == Həyatı == Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
Teymur
Teymur — kişi adı. Teymur — görkəmli sərkərdə. Cahan Teymur — Elxanilər sülaləsindən, elxanlığa iddiaçı. Teymur Bəkirzadə — rejissor, ssenarist Teymur bəy Aşurbəyov — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi. Teymur İlyaslı Teymur Quliyev Teymur Quliyev (dövlət xadimi) — Azərbaycan SSR-nin dövlət xadimi Teymur Bünyadov Teymur Bünyadov (akademik) — tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. Teymur Bünyadov (general-mayor) — general-mayor (1966) Teymur Məmmədov Teymur Məmmədov (aktyor) — Aktyor. Film bələdçisi. Teymur Məmmədov (boksçu) — Azərbaycanlı boksçu, həvəskar boks üzrə dünya, avropa çempionatlarının mükafatçısı. Filmlər Topal Teymur (film, 1983) — Digər Teymur Müskanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasov Teymur
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bisəvad Teymur

Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Mahmud Teymur
Mahmud Teymur (ərəb. محمود تيمور‎) (16 iyun 1894, Qahirə – 25 avqust 1973, Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur. == Həyatı == Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.
Mir Teymur
Mir Teymur Məmmədov (d. 21 yanvar 1947, Bakı) — Azərbaycan rəssamı. == Həyatı == Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968–1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb.
Məcidzadə Teymur
Teymur Tehran oğlu Məcidzadə (10 oktyabr 1992; Füzuli rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirmişdir. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Ailə həyatı qurmamışdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Məngu Teymur
Məngu Teymur (monq. ᠮᠦᠨᠺᠬᠲᠡᠮᠦᠷ) və Daş Möngke— Elxani şahzadəsi, Hülakunun ən gənc oğlu. == Həyatı == 23 oktyabr 1256-cı ildə gecə saatlarında Hülakü xanın ən gənc oğlu olaraq doğuldu. Anası Oyrat tayfasından Ölcay xatun idi. 5 yaşında Fars atabəyi Səəd Əbubəkr oğlu Salqurlunun qızı Abəş xatunla nişanlanmış, 1272-ci ildə evlənmişdi. 1281-ci ildə Suriyada Məmlük sultanı Qalavuna qarşı İkinci Höms döyüşündə məğlub olmuşdu. Uzun sürən xəstəlikdən sonra 26 aprel 1282-ci ildə Mosulda vəfat edib. == Ailəsi == 3 xatunu, bir neçə kənizi olub: Ölcay xatun (Buğa Teymurun qızı və dayısıqızı) Ara Qutluğ — Buğa Teymurun oğlu Tarağayla evləndi Abəş xatun Kərduçin xatun Noçin xatun (Diyarbəkr valisi Durabay noyonun qızı) İncitay xatun (Hülakunun oğlu Cumğurun qızı) Alinaq Egeçi Ambarçi (ö. 24 Sentyabr 1294, Naxçıvan) Əsən Temür Yol Qutluq Pir Hüseyn Qonçi Qutuqtay (Samaqarın oğlu Ərəb Noyonla evləndi) Bibi Şah (Kirman valisi Rüknəddin Mübarək Xacənin qızı) Başqa bir kəniz Buyan ağa — Əmir Sutayla evləndi.
Teymur Mehdiyev
Teymur Ramiz oğlu Mehdiyev — Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor. == Həyatı == Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirmişdir. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmışdır. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilmişdir.
Teymur Miralayev
Teymur Miralayev (1904, Qazax rayonu – 1999, Bakı) — Azərbaycan tarixçisi. == Həyatı == Teymur Miralayev 1904 -cü ildə Qazax qəzasında anadan olmuşdu. O, tarixçi idi. 1960-cı ildə "1917-1920-ci illərdə Qazax qəzasında kəndlilərin inqilabi hərəkatı tarixindən" disertassiyasını müdafiə edərək tarix elmləri namizədi elmi adını almışdı. Teymur Miralayev 1999-cu ildə Bakı şəhərində vəfat edib. == Əsərləri == Miralayev Teymur. Gəncə və Qazax Qəzalarinda kəndlilərin inqilabi hərəkatı bolşeviklərin rəhbərliyi[Mətn] (1917-1920-ci illər) Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963.- 87 s. Miralayev Teymur. Azərbaycanın qırmızı qvardiyaçıları və qırmızı partizanları. Bakı: Azərnəşr, 1970, 130 s.
Teymur Mirzəyev
Teymur İbrahim oğlu Mirzəyev (1936, Ağdam – 27 sentyabr 2021, İsrail) — müğənni, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (1993). == Həyatı == T.İ.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olmuşdur. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Tofiq Mirzəyev də musiqiçi və aktyor idi. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirmişdir. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuşdur. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı "Qaya" ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanmışdır (I yer). T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir.
Teymur Musayev
Teymur Yusif oğlu Musayev (16 sentyabr 1970, Bakı) — Azərbaycan Respublikasının səhiyyə naziri (2022-ci ildən). == Həyatı == 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.
Teymur Mustafayev
Teymur Mustafayev (xanəndə) — Azərbaycanın xalq artisti.
Teymur Müskanlı
Teymur Müskənli, Teymur Müskanlı (və ya Yuxarı Müskanlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə Azərbaycana qaytarılıb. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 67 evdə 311 türk yaşayırdı. 1918 ci ildə Əsgülüm dağlıq silsiləsinin Səlk dağı sıldırımlarından Şuşa şəhəri aydın görünür və ətəyində yerləşən Teymur-Müskanlı kəndində 1918-ci ildə 70 evi, kənd qəbiristanlığını, məscidi və gümbəzi, 1850-ci ildə Bərgüşad çayı üzərində tikilmiş və Əliquluuşağı kəndinə keçid olan “Laləzar” daş körpüsünü hay silahlıları məhv etmişlər. === Tanınmış şəxsləri === Qara İlyasov — çekist, ictimai xadim. Hüseyn Quliyev — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi. Ramiz Rövşən — Azərbaycanın xalq şairi. == Şəkillər == == İstinadlar == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Teymur Müskənli

Teymur Məcidzadə
Teymur Tehran oğlu Məcidzadə (10 oktyabr 1992; Füzuli rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirmişdir. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Ailə həyatı qurmamışdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Teymur Məmmədov
Teymur Məmmədov (aktyor) — Azərbaycanlı aktyor. Teymur Məmmədov (boksçu) — Azərbaycanlı boksçu. Teymur Məmmədov (güləşçi) — Azərbaycanlı güləşçi.
Teymur Nadir
Teymur Nadir (tam adı:Teymur Nadir oğlu Kərimov; 7 sentyabr 1973, Bakı, Azərbaycan) — Azərbaycan rok musiqiçisi, ifaçı,bəstəkar, musiqi sözlərinin müəllifi, prodüser, multiinstumentalist, Azərbaycanın əfsanəvi Coldünya rok-qrupunun yaradıcılarından və vokalçılarından biri. "Sehrbaz", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Zeynəb", "Gözəl yar" və başqa məşhur mahnıların müəllifi, "Altun Nar" Azərbaycan Milli Musiqi mükafatının,Fransa musiqi Akademiyası mükafatının qalibi. == Bioqrafiya == == Uşaqlıq və gənclik == Teymur Nadir 1973-cü il sentyabrın 7-ində Bakı şəhərində anadan olub,Nadir və Tamilla Kərimova cütlüyünün ilk övladı olub. 1975-ci ilin fevralında Teymurun Rövşən adında qardaşı anadan olur,hansı ki,illər sonra onunla birlikdə Azərbaycanda hər rok musiqisini sevən insan üçün məşhur olan ColDünya qrupunu yaradacaq. 1979-cu ilin sentyabrında,6 yaşında onun mükəmməl eşitmə və gözəl musiqi yaddaşına diqqət yetirərək onu musiqi məktəbinin fortepiano sinifinə qoydular. 1983-cü ildə görmə qabiliyyətinin pisləşməsinə görə onu heç cür bitirə bilmədiyi musiqi məktəbindən çıxardılar. 80-ci illərin sonunda o,öz ilk mahnılarını yazmağa başladı.Həmin vaxt The Beatles, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen və bir çox başqaları gəncin həyatına girir və həmişəlik qalır. Teymurun çaldığı və oxuduğu ilk qrup 1987-ci ildə məktəbdə yiğilmışdı. Həmin vaxtda Bakıda rok cərəyanı öz intibahını yaşayırdı,ilk Bakı rok-klubu yaradılmışdı.Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb oldu və rok-musiqisi yenidən yoxa çıxdı. == "ColDünya"dakı illər == "ColDünya"nın yaradılması 1992-ci il kimi qəbul olunub,amma əslində bu 1990-cı ilin mayında Rövşən və Teymur qardaşlarının öz qruplarını yaratmaq qərarı ilə olub.
Teymur Nuriyev
Teymur Hüseyn oğlu Nuriyev (1898, Əhər, Şərqi Azərbaycan ostanı) — Sosialist əməyi qəhrəmanı 1950. == Həyatı == Teymur Hüseyn oğlu Nuriyev 1898-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Əhər şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. Şimali Azərbaycana mühacirət etmişdi. 1939–1959-cu illərdə Göygöl rayonunun "Azərbaycan" sovxozunda fəhlə, manqabaşçısı işləmişdi. 1949-cu ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu. Teymur Nuriyev 1959-cu ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı idi.
Teymur Osmanlı
Teymur Saday oğlu Osmanlı (31 may 1995; İsmayıllı rayonu, Azərbaycan — 17 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alırdı. Subay idi. == Hərbi xidməti == Teymur Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Teymur Qasımov
Teymur Qasımov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Aprel döyüşləri şəhidi. Teymur Qasımov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. Teymur Qasımov (atlet) (1973) — azərbaycanlı atlet.
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tənbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Qəyyur (1990)
== Məzmun == Film Azərbaycanın istedadlı rəngkarı, əsərləri xarici ölkə sərgilərində uğurla nümayiş etdirilən Qəyyur Yunusovun yaradıcılığından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Azər Salayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəyyur Yunus
Qəyyur Habil oğlu Yunusov (Qəyyur Yunus) (26 mart 1948, Əmircan) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rəssamı (2015). == Həyatı == Yunusov Qəyyur Habil oğlu 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Qəyyur Yunusov hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə etmişdir. O, Səttar Bəhlulzadənin tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir. Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında demişdir: == Yaradıcılığı == Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur.
Qəyyur Yunusov

Tayfun (dəqiqləşdirmə)
Tayfun qasırğası — Sakit okeanın qərbində yaranan tropik siklonlarının yerli adı. Tayfun (aerobatika eskadronu) — Birləşmiş Krallığa məxsus aerobatika eskadronu.
Tayfun qasırğası