Teymur Saday oğlu Osmanlı (31 may 1995; İsmayıllı rayonu, Azərbaycan — 17 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Teymur Osmanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub.[1] 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alırdı. Subay idi.
Teymur Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]