TEYYUB

Ərəbcədir, əsli teyyib kimidir, “yaxşı əməl”, “saf”, “təmiz” mənasında işlə­dilir. Qadın adı olanda Teyyubə kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TEYLƏMƏK
TEZ
OBASTAN VİKİ
Fəxrəddin Teyyub
Fəxrəddin Teyyub (23 aprel 1950, Şıxakəran, Lənkəran rayonu) — tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010). == Həyatı == Fəxrəddin Teyyub 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir. 1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olur. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabı olaraq bitirir. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir. == Yaradıcılığı == Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb.
Teyyub Abbasov
Teyyub Aslanov
Teyyub Şueyib oğlu Aslanov (d. 6 fevral 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı xanəndə, Azərbaycanın xalq artisti (2018), "Qədim Musiqi alətləri” Dövlət ansamblının solisti. Aslanov Teyyub Şueyib oğlu 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-1984–cü illərdə 96 saylı orta məktəbdə təhsil almışdır. 1984-1989-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil almışdır. 1985-1987-ci illərdə ordu sıralarında qulluq etmişdir. Təhsilini 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirmişdir. 1995-ci ildən Azərbaycan Muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak etmişdir. O cümlədən: 1996-cı ildə Türkiyənin Bayburt şəhərində "Dədə Qorqud" festivalında; 2000-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində "Qarabağ uşaqlarının göz yaşları"adlı tədbirdə; 2001-ci ildə Orta əsrlər "Romana" kilsələri mədəniyyəti festivalında; 2004-cü ildə Polşanın Çexoçinek şəhərində “III Çexoçinek rəssamların nümayişi” festivalında; 2004-cü ildə İngiltərənin paytaxtı London şəhərində Azərbaycan Diasporunun təşkil etdiyi 28 May Respublika gününə hesr edilmiş bayram konsertində; 2005-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Qəlblərin səsi” adlı festivalda; 2005-ci ildə UNESCO-da akademik Y.Məmmədəliyevin 100 illik yubileyinə həsr olunan dövlət tədbirində; 2006-ci ildə UNESCO-da Azərbaycan Respublikasının müstəqilliyinin 15 illik yubileyinə həsr olunmuş dövlət tədbirində; 2007-ci ildə Rumuniyanın paytaxtı Buxarets şəhərinin mərkəzində ulu öndər Heydər Əliyev adına parkın və heykəlinin açılış konsertində; 2010 və 2012-ci illərdə Macarıstanda Türkdilli xalqların iştirakı ilə "Hun-Türk” festivalı; 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasıbəti ilə ABŞ-in Texas və Kaliforniya ştatlarında (Hyuston, LosAngeles, San-Fransisco) və paytaxt Vaşinqtonda silsilə konsertlərdə; 2014-cü ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə, Azərbaycanın İsveçrədəki səfirliyinin dəvətilə, İsveçrədə keçirilmiş tədbirdə; 2014-cü il UNESCO tərəfindən Məhsəti Gəncəvi ili elan edilmişdir. Həmin il Fransanin paytaxtı Paris şəhərində və Avstriyanın paytaxti Vyana şəhərində Məhzəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən tədbirlərdə; 2015-ci ildə Cənubi Koreyada keçirilən "Böyük İpək yolu" festivalında iştirak edib.
Teyyub Axundov
Teyyub Mirzəhəsən oğlu Axundov (30 yanvar 1920, Bakı – 3 dekabr 1991) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir. Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir.
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir. Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Teyyub Paşayev
Paşayev Teyyub Yunis oğlu (30 oktyabr 1958, Naxçıvan) — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent. 1958 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1981 – ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya əlavə biologiya müəllimi ixtisasını bitirmişdir. 1986 – cı ilin mart ayından Azərbaycan Elmlər Akademiyası Naxçıvan Regional Elm Mərkəzinin Bəzək – Bağçılıq şöbəsində əmək fəaliyyətinə başlamışdır. Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun Elmi Şurasının 28 dekabr 1987 – ci il tarixli iclasının qərarı ilə “Zəfəranın və Sarıkökün müxtəlif klonlarının inkişaf biologiyasının öyrənilməsi, onların becərilməsinin elmi əsaslarının hazırlanması” mövzusunda dissertasiya işi təsdiq edilmiş və 1988 – 1991- ci illərdə dissertasiya işi uğurla yerinə yetirilmişdir. Zəfəranın Naxçıvan şəraitində öyrənilməsi ilə bağlı elmi tədqiqat işləri aparmış, əkilmə dərinliyinin, yumrusoğanaqların iriliyinin, əkin vaxtlarının, suvarma və demyə şəraitlərinin bu bitkinin bioloji inkişafına, çiçəklənməsinə və məhsuldarlığına təsirini öyrənmiş və uğurlu nəticələr əldə etmişdir. 1988 - ci ildən başlayaraq ölkəmizdə baş verən ictimai-siyasi hadisələr dissertasiya işinin vaxtında müdafiəsinə mane olmuşdur. Azərbaycan MEA Rəyasət Heyətinin 26 avqust 2002-ci iltarixli 18/1 saylı qərarına əsasən Naxçıvan Regional Elm mərkəzi ləğv edildikdən sonra tutduğu vəzifədən azad edilmiş, 17 yanvar 2003-cü ildə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Bioresurslardan istifadə şöbəsinə elmi işçi təyin edilmişdir. 2004-cü ilin yanvar ayında Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Naxçıvan Muxtar Respublikasının sibyə florası” mövzusunda dissertasiya işi təsdiq edilmiş, 05 dekabr 2008 – ci ildə dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir . Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 yanvar 2011- ci il tarixli qərarı ilə ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Teyyub Quliyev
Teyyub Arıx oğlu Quliyev (4 oktyabr 1976, Qoyunbinəsi, Yevlax rayonu) — Azərbaycan dilçisi, dil nəzəriyyəçisi, altayşünas, türkoloq. Teyyub Quliyev 1976-cı ildə Yevlax rayonunda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin əyani aspiranturasında oxumuşdur. 2004-cü ildə "İltisaqi dillər və dil qohumluğu məsələsi (Altay dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycanda altayşünaslığa aid ilk elmi monoqrafiyanın müəllifidir. 2012–2013-cü illərdə Dilçilik İnstitutunun Nəzəri və tətbiqi dilçilik şöbəsinin, 2013-cü ildən 2016-cı ilə qədər Dil tarixi və dialektologiya şöbəsinin müdiri olmuşdur. 2016-cı ildən yeni yaradılmış Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi işləmişdir. Hal-hazırda həmin şöbənin müdiridir. 2004-cü ildən Bakı Slavyan Universitetinin Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
Teyyub Qurban
Qurban Teyyub Yarməmməd oğlu (18 dekabr 1934, Bülbülə – 21 fevral 2018) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatı (2002). Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954–1959). Hələ universiteti bitirməmişdən onu ADU-nun komsomol komitəsinin birinci katibi seçmişlər (1958–1961). Bakı Pioner və Məktəblilər Sarayının ədəbi yaradıcılıq dərnəyinin rəhbəri olmuş (1958–1976), yaxsşı işinə görə ÜİLKGİ-nin Fəxri fərmanı ilə təltif edilmişdir. ADU-nun jurnalistika kafedrasının aspirantı olmuş (1961–1963), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçilik etmiş (1963–1976), orada komitə təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir (1976-cı ildən), həm də ictimai əsaslarla metodika kabinetinə rəhbərlik etmişdir (1976–1992). Azərbaycan Yazıçılar Birliyi "Oğuz eli" assosiasiyasının işlər müdiri (1992), Suraxanı rayon icra hakimiyyəti başçısının birinci müavini (1992–1993), Bakı və Kəndlər Birliyi Mətbuat xidmətinin rəhbəri olmuşdur (1994–1996). Hazırda fərdi yaradıcılıqla məşğuldur (1996-cı ildən). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Onun "Koreyalı döyüşçüyə" adlı ilk şeri 1950-ci ildə "Pioner" jurnalının 12-ci sayında çıxmışdır.
Rəcəb Teyyub Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Qardaşəli Teyyubov
Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir. Atası Teyyubov Ağaqardaş Nurulla oğlu Böyük Vətən müharibəsində vəfat etmişdir. Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.
Teyyubov Çərkəz
Turac Teyyubqızı
Çərkəz Teyyublu
Çərkəz Teyyubov

Значение слова в других словарях