Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Take Yamada
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Can't Take My Eyes Off you
"Can`t Take My Eyes Off You" (Tərc.: "Gözlərimi səndən ayıra bilmirəm") 1967-ci ildə Frankie Valli tərəfindən ifa olunmuş mahnıdır. Bəstə onun ən böyük hitlərindən biri idi, və ona qızıl qrammofon valı-nı və Billboard Hot 100 siyahısında 2-ci yeri qazandırdı. Bəstə Bob Gaudio və Frankie Valli tərəfindən yazılmışdır. Bu mahnı 200-dən çox müğənni tərəfindən, öz stillərində ifa olunmuşdur. Bunların arasında Andy Williams, The Supremes, Bobby Darin, Julio İglesias-ı saymaq olar. Həmçinin, Robert De Niro, John Cazale və Christopher Walken mahnını, 1978-ci ildə, Deer Hunter filmində ifa etmişlərdir.
Take Five (albom)
Take Five – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun ilk studiya albomu. Alboma 11 musiqi nömrəsi daxildir. Albomda xalq rəqslərindən tutmuş, Ruhəngiz Qasımova, Vaqif Gərayzadə, Pol Dezmond, Çik Koria, Karlos Qardel kimi bəstəkarların əsərləri yer almışdır.
Take Me Home
Take Me Home — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın ikinci studiya albomu. 9 noyabr 2012-ci ildə Syco Music və Columbia Records tərəfindən buraxılıb.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Spin-off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Spin off
Mediada spin-off (və ya spinoff) termini radio proqramda, televiziya verlişində, teleserialda, filmdə, video oyunda, romanda və ya hər hansı bir layihədə yer almış hekayənin, baş vermiş bir hadisənin, obrazın və s. kiminin ayrıca olaraq sırf o barədə hazırlanmış versiyasıdır. İngilis dilində istifadə olunan bu terminin Azərbaycan dilində birbaşa tərcüməsi olmasada "(nəyinsə) bir hissəsi" mənasında başa düşülə bilər. Daha dəqiq qavranması üçün aşağıdakı bir neçə nümunəyə nəzər salaq: 2009-17 illərdə The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri serialının bir neçə mövsümündə ilk vampir ailəsi haqqında söhbət açıldı. Sözügedən serial uğurlu alındığından kanal ilk vampir ailəsi mövzusunda ayrıca olaraq 2014-cü ildə İlk Doğulmuşlar adlı serial yayımlamağa başladı. Aktyor heyətinə gəldikdə isə rolları bu mövzudakı obrazları daha əvvəl Vampirin Gündəlikləri-ndə ifa etmiş eyni aktyorlar ifa etdilər. Fləş serialı da Ox serialının spin-off versiyasıdır (və ya spin-off-udur). Qrant Qastin tərəfindən oynanılmış Fləş obrazı ilk dəfə 2012-ci ildə yayımlanmağa başlayan Ox serialının 3 seriasında göründü. Yaradıcılar bu obraza diqqət yetirərək ona aid ayrıca bir serial hazırlamağı qərara aldılar və 2014-cü ildə Fləş serialını yayımlamağa başladılar. Rol isə bu rolu Ox-da oynamış Qastinə verildi.
Dance You Off
Dance You Off (azərb. Səni rəqs etdirmək‎) — İsveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Benyamin İnqrosso "Dance You Off" mahnısı ilə İsveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı MAG, Luis Şurl, K Nita və Benyamin İnqrossonun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Off The Wall
Off the Wall — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Off the Wall (albom)
Off the Wall — Maykl Cekson 5-ci studiya albomu. Albom 10 avqust 1979-cu ildə Epic Records leyblı ilə buraxılmışdır. Albomdakı üç sinqla videoklip çəkilmişdir. Mahnılardan üçü Ceksonun özü tərəfindən yazılmışdır, o cümlədən, Platin sertifikatlı sinql — Don't Stop 'Til You Get Enough. Albom dünyada 20 milyon nüsxədən artıq satılmış və tarixə ən çox satılan albomlardan biri kimi düşmüşdür.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.
We Take the Chance (Modern Talking)
We Take the Chance (azərb. Biz şansı götürəcəyik‎) — Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır. "Space Mix '98" (feat.
UEFA Avro 2000 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2000-in seçmə mərhələsinin pley-off qarşılaşmalarında öz qruplarında 2-ci yeri tutan Şotlandiya, İngiltərə, İsrail, Danimarka, Sloveniya, Ukrayna, İrlandiya və Türkiyə milli futbol komandaları mübarizə aparmışlar. Qruplarda 2-ci yeri tutan komandalar arasında ən yaxşı göstəricilərə sahib olan Portuqaliya millisi turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır. Oyunlar 1999-cu il 13 və 17 noyabr tarixlərində baş tutmuşdur. Bu oyunların nəticələrinə görə Türkiyə, Sloveniya, Danimarka və İngiltərə milliləri UEFA Avro 2000-in fшnal turnirində iştirak etmək hüququ qazanmışlar.
UEFA Avro 2004 (seçmə mərhələsi, pley-off)
UEFA Avro 2004-ün seçmə mərhələsinin pley-off oyunları Avropa çempionatlarının tarixində 2-ci dəfə idi ki, keçirilirdi. Oyunlarda seçmə mərhələsinin 10 qrupunda 2-ci yeri tutan komandalar iştirak etmişlər. Komandalar 5 cütlüyə bölünmüş və hər cütlüyün qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdır. Pley-off oyunlarının püşkatmasl 2003-cü il 13 oktyabr tarixində Frankfurt-Mayn şəhərində baş tutmuşdur. Komandalar üçün səpələmə sistemi tətbiq olunmamış, buna görə də püşkatma açıq keçirilmişdir: istənilən komanda digər bir istənilən komanda ilə qarşılaşa bilərdi. Püşkatmanı UEFA-nın baş katibi Gerhard Ayqner və İsveç Futbol Birliyinin prezidenti Lars-Oke Laqrell keçirmişlər. Oyunlar 2003-cü il 15-19 noyabr tarixləri arasında keçirilmişdir. Niderland millisi iki oyunun nəticəsinə görə (6:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Xorvatiya millisi iki oyunun nəticəsinə görə (2:1) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir. Rusiya millisi iki oyunun nəticəsinə görə (1:0) qalib gəlmiş və final turnirinə vəsiqə əldə etmişdir.
Don't Take Away My Heart (Modern Talking)
Don't Take Away My Heart (azərb. Götürmə mənim ürəyimi uzağa‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
2022/2023 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
2022–23 UEFA Çempionlar Liqasının pley-off mərhələsi
Make
Make - faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
TAKM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
Tako
Tako (isp. taco, astek tlacopan)- ənənəvi Meksika yeməyidir ki,qarğıdalı və ya buğda tortiliya çörəyi bir doldurma ətrafında qatlanmış və ya lülələnmişdir.Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur. Tako, Meksikada Avropalıların gəlişindən əvvəl istehlak edilməyə başlanmışdır.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Tate
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Corc Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
George Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Lake Malawi
Lake Malawi — 2013-cü ildə Çexiyada qurulmuş indi pop qrupu. Qrup vokalist, gitaraçı və keybordist Albert Çerni, bassist və keybordist Yeronim Şubrt və barabançı Antonin Hrabaldan təşkil olunmuşdur. Lake Malawi Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra yaradılmışdır. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu, 2017-ci ildə isə Surrounded by Light adlı debüt studio albomu buraxılmışdır. Lake Malawi qrupu Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lake Malawi qrupun vokalisti Albert Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra 2013-cü ilin sentyabr ayında qurulmuşdur. Qrupun adı Bon Iver qrupunun "Calgary" mahnısından ilhamlanaraq, qoyulmuşdur. 2014-cü ildə qrupun debüt sinqlı "Always June" təqdim olunmuşdur. Həmin ildə Lake Malawi Çexiyanın Colours of Ostrava, Rock for People festivallarında və Böyük Britaniyada isə The Great Escape Festivalında çıxış etmişdir. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu buraxılmışdır.
Miçiyo Taki
Miçiyo Taki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Naoto Otake
Naoto Otake (d. 18 oktyabr 1968) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Neoseiulus teke
Neoseiulus teke (lat. Neoseiulus teke) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Tate dağı
Tateyama dağı (立山) — Yaponiyanın Toyama prefekturasının cənub-şərqində yerləşmiş dağdır. Xida dağ silsiləsinin ən yüksək zirvələrindən biri hesab olunur. Fuci dağı və Xaku dağı ilə birlikdə "Üç Müqəddəs Dağ" (Sanreydzan) hesab olunur. Dağa qalxmalar mövsümü apreldə başlanır və noyabrda qurtarır. Dağa qalxan ilk şəxs Saeki no Ariyori olmuşdur. Bu hadisə Asukanın hakimiyyəti dövründə baş vermişdir. 4 dekabr 1934-cü ildə dağ Tyubu-Sanqaku Milli parkının tərkibinə daxil edilmişdir. Dağ əsasən qranitdən və qneysdən təşkil olunmuşdur. "Tateyama" sözü yapon adı olub, "durmaq" (立) və "dağ" (山) mənasını bildirən iki heroqlifdən ibarətdir. Toyama prefekturasının hökuməti rəsmən dağı "Tate" dağı kimi deyil, "Tateyama" dağı kimi adlandırır.
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.
Veronica Lake
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Wake türbülansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Bank of Baku
Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb. Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırılmışdır. "Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi. Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.
Royal Bank of Baku
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Karl Orf
Karl Orf (10 iyul 1895[…], Münxen – 29 mart 1982[…], Münxen) — məşhur alman bəstəkarı, musiqişünası və pedaqoqu. 10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib. 1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib. 1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı. Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Mersiyalı Offa
Mersiyalı Offa - 757-796-cı illər arasında Mersiya kralı olmuşdur və ilk dəfə özünə 774-cü ildə Ingiltərə kralı adını götürmüşdür. İngiltərənin cənubunda Anglosakson dövrünün ən güclü krallıqlarından birini qurmuşdur.
Ted Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı. Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
XON/XOFF
XON/XOFF – asinxron rabitə protokolunun adı; bu protokolda qəbuledici qurğu, yaxud kompüter alınan verilənlər selini idarə etmək üçün xüsusi simvollardan istifadə edir. Buferin aşırı dolması halında qəbuledici kompüter verilənləri ala bilmirsə, o, göndərənə verilişi dayandırmasını bildirən XOFF idarəedici simvolunu göndərir; veriliş davam etdirilə bilərsə, qəbuledici kompüter göndərənə XON simvolunu yollayır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təkə (Urmiya)
Təkə (fars. تكه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (30 ailə).
Təkə (Xocavənd)
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Ace of Base
Ace of Base — İsveçin rok qruplarından biri. Ace of Base (Eys of Beys kimi tələffüz olunur) qrupu musiqi dünyasına ilk öncə "Tech Noir"adı ilə qatılıb. İlk əvvəl qrup tecno musiqi ifa etmişlər. Sonradan öz musiqi tərzlərini və adlarını dəyişərək "Ace of Base" adı altında fəaliyyət göstərməyə başlamışlar. Qrupun üzvləri Cenni Berggren, Cons "Joker" Berggren, Malin "Linn" Berggren və Ulf "Buddha" Ekberg olub. Qrup İsveçdə yaranıb. 1997-ci ildə onu üzvü Linn, 2009-cu ildə isə Cenni Berqqern tərk edib. 1992-ci ildə ilk albomları olan "Happy Nation" satışına görə Ginnesin Rekordlar kitabına düşmüşdür. Satış 21 milyon olub. Bu albom onları məşhurlaşdıraraq bütün dünyada tanıtdı.