Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taşnak
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Yunan tapınağı
Qədim yunan məbədi (yun: Ναός; Rom: Naos) qədim Yunanıstanda müqəddəs İlahların heykəllərinin yerləşdiyi tikililər idilər. Məbədin daxili hissələri görüş yeri kimi xidmət etmirdi, çünki müvafiq ilaha həsr olunmuş qurbanlar və ayinlər onlardan kənarda həyata keçirilirdi. Yunan məbədlərinin əksəriyyəti astronomik yönümlü idilər.
Tapılan obyekt
Tapılmış obyekt (Fransızca objet trouvé -dən hərfi tərcüməsi ) və ya tapılmış sənət , ört-basdır edilməmiş, lakin əsasən dəyişdirilmiş əşyalardan və ya məmulatlardan yaradılmış sənətdir ki, onlar adətən sənət olduğu qəbul edilməyən materiallardır. Onların qeyri-bədii funksiyası var, çünki adətə belə edilir. Pablo Pikasso bu ideyadan ilk dəfə stul çəngəllərinin çap olunmuş şəklini “Stulun çəmənliyi ilə natürmort” (1912) adlı rəsminə yapışdırarkən istifadə etdi. Marsel Duchamp bir neçə il sonra özü tərəfindən seçilmiş və sənət kimi təyin edilmiş tamamilə dəyişdirilməmiş gündəlik əşyalardan ibarət bir sıra hazır məhsullar ortaya qoyaraq konsepsiyanı təkmilləşdirdiyi güman edilir. Ən məşhur nümunə Fəvvarələrdir (1917), bir tikinti malları mağazasından alınmış və yan tərəfində dayanan bir postamentdə nümayiş etdirilən standart pisuardır. Ən ciddi mənada "hazır" termini yalnız geyim sənayesindən bu termini götürmüş Marsel Dyuşampın istehsalı olan əsərlərə tətbiq edilir ( fr. prêt-à-porter ) Nyu Yorkda yaşayarkən və xüsusilə 1913-cü ildən 1921-ci ilə qədər olan əsərlərə. Tapılan əşyalar sənət əsəri kimi kimliklərini rəssamın onlara qoyduğu təyinatdan və obyektlə birlikdə gələn sosial tarixdən alır. Bu ya onun anonim köhnəlməsi ( Kurt Şvittersin kollajlarında olduğu kimi) və ya istehlakçıların qəbul etdiyi mənası ilə tanınması ( Haim Steinbachın heykəllərində olduğu kimi) ilə göstərilə bilər. Onun yerləşdirildiyi kontekst də çox aktual amildir.
Əhməd Hamdi Tanpınar
Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi. Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib. 1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib. Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır.
Əhməd Həmdi Tanpınar

Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
O qızı tapın
O qızı tapın — rejissor Həsən Seyidbəylinin filmi. Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır. Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Tanınmayan və ya qismən tanınan dövlətlər
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası
Əhməd Həmdi Tanpınar ədəbiyyat muzey-kitabxanası (türk. Ahmet Hamdi Tanpınar Edebiyat Müze Kütüphanesi) — Türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) adına ədəbiyyat muzeyi və arxivi. Muzey İstanbulda yerləşir, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Açılışı 2011-ci il noyabrın 12-də reallaşıb.. Muzey, XIX əsrdə inşa edilmiş "Alay Köşkü" tarixi binasında, Topqapı sarayı kompleksinin bir hissəsi olan Gülhanə parkının yaxınlığında yerləşir. Osmanlı sultanları əvvəllər bu binada yeniçəri paradlarına ev sahibliyi edirdilər. 1910-cu illərdən bəri Gözəl Sənətlər Dərnəyi tərəfindən istifadə olunur. 1928-ci ildən 1940-cı illərin sonlarına qədər binada Türk Dili və Ədəbiyyatı Dərnəyi üzvlərinin iclasları keçirilirdi. Zirzəmidə iki otaq və bir vestibül var. Birinci mərtəbədə keçmiş taxt otağı, iki salon və üç otaq yerləşir.
O qızı tapın (film, 1970)
O qızı tapın — rejissor Həsən Seyidbəylinin filmi. Film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunmuşdur. Kinolent avtomobil qəzası nəticəsində həlak olmuş bir nəfərin təhqiq işindən danışır. Özünə "satış bazarı" axtaran əmtəəşünas Kazımlı (Səyavuş Şəfiyev) ehtiyatsızlıq edir. Milis işçiləri bundan şübhələnir və onu izləməyə başlayırlar. Kazımlı və gizli tikiş sexi təşkil etmiş əlaltıları bundan duyuq düşürlər. Əgər Kazımlı ələ keçsə susmayacaq, qorxusundan hamını ələ verəcək. Ona görə də "dostları" qabaqcadan qəsd hazırlayıb, Kazımlını maşın qəzasına uğradırlar. Film insanları düzlüyə, doğruluğa çağırır. Film Azərbaycan sovet milisinin 50 illiyinə ithaf olunmuşdur.
Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Akinak
Akinak (q.yun. ἀκινάκης) — gödək (40—60 sm) dəmir qılınc, skiflər tərəfindən işlənirdi. == Tarixi məlumat == Bəzi antik müəlliflər skiflərin adətləri haqqında da məlumat verirlər. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri "at südü içənlər" adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, "skiflərin böyük əksəriyyəti yalnız at südü ilə qidalanırlar". İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və "skif heyvan stili"nin Altayda və Qərbi Sibirdə təşəkkül tapdığını artıq sübut etmişlər. Altayda və Sibirdə irandilli etnosların heç zaman yaşamadığını sübut etməyə isə ehtiyac yoxdur.
Makinak boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Osamu Taninaka
Osamu Taninaka (d. 24 sentyabr 1964) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Vaqinak Zaxaryan
Vaqinak Semyonoviç Zaxaryan (20 iyun 1920, Qarabulaq, Gəncə qəzası – 16 yanvar 1945) — İkinci Dünya müharibəsi iştirakçısı, sovet zabiti, Sovet İttifaqı Qəhrəmanı, qvardiya baş leytenantı, 1-ci Ukrayna cəbhəsinin, 5 qvardiya ordusunun 4-cü qvardiya tank korpusunun 13-cü Ternopol-Şepetov tank briqadasında tank taqımının komandiri.
Felipe Tapiya
Felipe Tapiya (25 aprel 1995) — Çilili üzgüçü. Felipe Tapiya Çilini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Felipe Tapiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 16:02.44 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Alyona Apina
Alyona Apina (Еле́на Евге́ньевна А́пина; qızlıq familiyası — Levoçkina; 23 avqust 1964, Saratov) — Sovet və rus müğənnisi, aktrisa, bəstəkar, Rusiya Federasiyasının əməkdar artisti (2002) == Həyatı == Alyona 1964-cü il 23 Avqust tarixində Saratov şəhərində doğulub. 5 yaşı olanda valideynləri onu lokal musiqi məktəbinə qoydular. O, musiqi məktəbini uğurla bitirdikdən sonra musiqi kollecinə daxil olub. Musiqi kollecindən sonra Saratov Dövlət Konservatoriyasında təhsilinə davam edib. == Fəaliyyəti == Konservatoriyada oxuyarkən Alyona bir dostu tərəfindən bir qrupda müğənni olaraq əlavə pul qazanmaq üçün yay tətilinə dəvət edilir və 1988-1991-ci illərdə Rusiya qadın qrupu Kombinaciya-nın aparıcı müğənnisi olur. Qrupun populyarlığı 1989-1993-cü illər arasında "Rus Qızları", "Amerikan oğlan", "Mühasib" (Бухгалтер) və "İki Dilim Sosis" (Два кусочека колбаски) kimi məşhur hitləri ilə zirvəyə çatdı. 1991-ci ildə Alyona Apina solo ifaçı kimi uğurlu karyerasını davam etdirmək üçün qrupdan ayrıldı. İlk solo mahnısı "Xenia" dərhal hit oldu. 1992-ci ildə ilk solo albomu 'Street of love' nı çıxardı, lakin ikinci albomu "Səhərə qədər rəqs et" ən uğurlu hesab olunur. Bu albomdakı səkkiz mahnının hamısı bütün Rusların tanıdığı və oxuduğu populyar hit oldu.
İqnasio Tapia
İqnasio Tapia Bustamante (22 fevral 1999-cu ildə anadan olub) — Çili Primyera Diviziya təmsilçilərindən olan Uaçipato klubunda müdafiəçi kimi çıxış edən peşəkar Çili futbolçusudur. Tapia ilk dəfə Çili millisinə 2017-ci ilin iyun ayında Burkina-Faso millisi ilə yoldaşlıq oyunu üçün çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Çili rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Quadalupe Kampanur Tapiya
Quadalupe Kampanur Tapiya (1985 – 16 yanvar 2018) — İnsan hüquqlarının fəal müdafiəsi və ekoloji problemlərin həlli uğrunda mübarizə zamanı məşhurlaşan meksikalı fəal. Quadalupe Kampanur Tapiya 1986-cı ildə Meksikanın cənub-qərbində, Sakit okean sahilində yerləşən Meksikanın Miçoakan ştatında yerləşən Çeran şəhərində anadan olub. Quadalupe Kampanur Tapiyanın əsli yerli meksikalıdır. O, yerli xalqların hüquqlarını və ətraf mühiti müdafiə edir, meşələrin qırılmasına qarşı çıxır. O, 2018-ci ilin yanvarında qeyri-müəyyən şəraitdə vəfat edib. Quadalupe Kampanur Tapiyanın cəsədi Meksikanın Çerano inzibati vahidliyindən 30 kilometr aralıda yol kənarında tapılıb. 2018-ci ildə BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması agentliyi olan BMT-nin Qadınları tərəfindən İlin Qadını seçilmişdir.