Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Taqanək
Taqanək— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,504 nəfər və 1,433 ailədən ibarət idi.
Anqanok
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Taqanroq
Taqanroq (rus. Таганрог), türk dillərində Tayğan adı ilə tanınır (osman. طيغان, krımtat. Tayğan, kəraim. Tajhan) — Rusiya Federasiyasının Rostov vilayətində, Azov dənizi sahilində yerləşən şəhər. Şəhərin adı Rusiyanın tarixi şəhərlər siyahısında yer alır. == Tanınmış şəxsləri == Qalitskiy Kuzma Nikitoviç (24.10.1897 - 14.3.1973) İkinci dünya müharibəsinin iştrakcısı 11-qvardiyanın komandiri SSRİ qəhrəmanı,General-polkovnik.
Naqano
Naqano (yap. 長野市 Nagano-shi) — Yaponiyada şəhər.
Aleksandr Tuqanov
Aleksandr Aleksandroviç Tuqanov (rus. Александр Александрович Туганов; 19 (31) mart 1871, Moskva – 6 mart 1960, Bakı) — Tiflis Azərbaycan Teatrının baş rejissoru, Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Aleksandr Tuqanov Azərbaycan teatr sənətində iz qoymuş simalardandır. O, 1871-ci ildə Moskvada doğulub. Moskvada Korş teatrında, habelə Rusiyanın bir sıra şəhərlərində aktyor, sonradan Gürcüstanda, 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib. Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı "Müsəlman teatr cəmiyyəti"nin tamaşalarına baxır. Bu tamaşalar "Zubalov Xalq Evi"ndə, habelə digər teatrların səhnələrində göstərilirdi.
Batırbek Tuqanov
Batırbek Tuqanov (oset. Батырбег Тугъанты, 4 (16) iyul 1866 – 19 iyun 1921) — Osetiya ictimai inqilabi xadim, yazıçı, tərcüməçi, dramaturq və hüquqşünas. == Bioqrafiyası == 4 iyul 1866-cı ildə hazır ki Şimali Osetiya Respublikası Diqora rayonu Dur-Dur kəndində bir osetin torpaq sahibinin ailəsində anadan olmuşdur. 1880-ci ildə Vladiqafqaz kişi gimnaziyasına daxil olur, sonra 1884-cü ildən Stavropol gimnaziyasında təhsiliyi davam etdirir. 1886-cı ildə təhsilini tərk edərək doğma kəndinə qayıtdır. Bir müddət sonra Vladiqafqaza köçür və burada Kosta Xetaqurovla tanış olur. Vladiqafqazda hüquq təhsili alır. Mülki işlər üzrə xüsusi vəkil adını aldıqdan sonra vəkillik etməyə başlayır. Bir hüquqşünas olaraq ilk əsərini, "Hənifə" hekayəsini yazır. İnqilabi hərəkatda iştirak edir.
Taqalak adası
Taqalak adası (ing. Tagalak Island, aleut. Tagalax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == İqitkin adasından cənub-şərqdə, Çuqul adasından isə şərqdə yerləşir. Maksimal hündürlüyü 249 metrdir. Uzunluğu 6.5 km-dir.
Taqaloq dili
Taqal dili — Filippin əhalisinin üçdə birinin ana dili (danışanların sayına görə ölkədə 2-ci dil). Avstroneziya dillərindəndir. Standart forması,Filippin dili adlanır və milli dilidir və Filippinlərin iki rəsmi dillərindən biridir.
Taqanroq körfəzi
Taqanroq körfəzi — Azov dənizinin şimal-şərqində yerləşən və ən iri nisbətən təcrid olunmuş kördəzi. Taqanroq körfəzi dənizdən Dolqaya və Belosaray dilləri ilə ayrılır. Körfəzin uzunluğu 140 km, çıxacaqda eni isə 31 km təşkil edir. Taqanroq körfəzi dayazlıq baxımından hətta Azov dənizinin göstəricilərini belə keçir. Körfəzin dibi düzən relyefə malikdir. Onun orta dərinliyi 4,9 m, su tutumu isə 25 km³-dir. Taqanroq körfəzinin sahəsi 5600 km²-dir. Körfəz dekabr ayından mart ayına qədər tamamən donur. Bəzi mülayim qış ayları demək olar heç donmur. Kiçik axınlara sahibdir.
Taqanroq mayakı
Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1878-ci ildə inşa edilmişdir. Bina bir əsrindən az bir müddətdə öz fəaliyyət göstərmişdir. 1970-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar fəaliyyətini tayandırmış və tamamən sökülmüşdür. == Tarixi == Taqanroqda ilk mayak 1770-ci ildə inşa edilmişdir. Ancaq bir müddət sonra mayak bilinməyən səbəblərdən fəaliyyətini dayandırmışdır. 1877-ci ildə verilən iki qərarla burada msyakın inşa edilməsi qərarlaşdırılırdı. 5 iyul və 24 oktyabr tarixli qərarla mayak üçün 625 sajen torpaq sahəsi ayrılmışdır. Üslək əlavə olaraq mayak ərazisinə 750 sajen torpaq sahəsi ayrılırdı. Bu mayak ətrafında əlavə əkin yerinin salınması ilə əlaqədar idi. Ancaq bircə şərq qoyulurdu.
Taqanroq meteostansiyası
Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1815-ci ildə inşa edilmişdir. Bina meteo nəzarət məqsədi ilə təsis edilmişdir. Meteostansiyası Rostov vilayəti Taqanroq şəhəri, Şevçenko küçəsi, ev 143 ünvanında yerləşir. == Tarixi == 1815-ci ilin mayında Taqanroq şəhərində, Azov dənizinin sahilində ilk hidroloji meteostansiya açılmışdır. Bu şəhərin iqtisadi cəhətdən inkişaf etməsi və mühün limsn şəhərinə çevrilməsi ilə əlaqadar formalaşmışdır. Stansiya Taqanroq kişi gimnaziyasında 1833-cü ilin aprelinə qədər fəaliyyət göstərmişdir. Araşdırmalar nəticəsində əldə edilən məlumatlar ictimai açıq yerlərdə göstərilirdi. 1865-ci ildə şəhərin maksimal və minimal temperaturu göstərilirdi. 1870-ci illərdə «Taqanroq» meteostansiyası Flaqman enişi rayonunda yerləşirdi. 1880-ci ildə Taqanroq mayakı inşa edildikdən sonra şəhər meteostansiyası bura köçürülmüşdür.
Taqanroq poçtamtı
Taqanroq poçtamtı və ya Bankir Davidoviçin evi — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regiolaq əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. 1911-ci ildə inşa edilmişdir. Bina modern stilinə sahibdir. Adres: Taqanroq ş, Frunze küçəsi, 38. == Tarixi == Taqanroq şəhərinin əsas poçt binası 1911-ci ildə A. А. Davidoviçin vəsaiti hesabına inşa edilmişdir. Binanın tikintisi zamanı əsasən kərpiçdən istifadə edilmişdir. Binanın birinci mərtəbəsində "E. Fiçini və K" bankının filialı yerləşirdi. Filialın rəsmi açılışı 20 yanvar 1912-ci ildə gerçəkləşmişdir. Bu filialın rəhbəri Emmanuil Karloviç Façini olur.
Taqanroq trolleybusu
Taqanroq trolleybusu — Taqanroq şəhərində ictimai nəqliyyat. Şəhərdə ilk trolleybus 25 dekabr 1977-ci ildə fəaliyyətə başlamışdır. 2010-cu ilin iyul ayına onan məlumata görə şəhərdə 7 maşrut xətti olmuşdur. Trolleybus parkına yalnız bir depo xidmət edir. Tramvay-Trolleybus idarəsinə daxildir. == Tarixi == Şəhərdə ilk trolleybus xətti 1977-ci ilin sonları Boris Fyodoroviç Zubriskinin səyi nəticəsində çəkilmişdir. Trolleybus deposunun inşasına maliyyəni SSRİ Energetik Maşınqayırma Naziri Viktor Vasileviç Krotov ayırmışdır. == Maşrutları == 1 yanvar 2014-ci ilə olan məlumat: == Parkı == БТЗ-5276-01 (5 əd.) БТЗ-5276-04 (1 əd.) ВЗТМ-5284.02 (7 əd.) ВМЗ-52981 (5 əd.) ВМЗ-5298.01 «Avanqard» (3 əd.) Steyr STS 11 HU (3 əd.) DAF DenOudsten B79T-KM560 / Kiepe (17 əd.) == Gediş haqqı == 2015-ci ilə olan məlumat: Tam gediş haqqı — 14 rubl. Təhsil alanlar üçün (tələbə, şagird) — 11 rubl. 00 kop.
Fuka Naqano
Fuka Naqano (d. 9 mart 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Manzo Naqano
Manzo Naqano (永野万蔵, Naqano Manzo, 26 noyabr 1853, Kuçinotsu[d], Naqasaki prefekturası – may 1924, Kuçinotsu[d], Naqasaki prefekturası) – rəsmi olaraq Kanadaya immiqrasiya etmiş ilk yapon şəxs. O, 1877-ci ilin martında Yaponiyanı tərk etmiş və may ayında Britaniya Kolumbiyasına çatmışdır. Naqano Viktoriyada məskunlaşaraq bizneslə məşğul olmağa başlamışdır. Səhhətindəki problemlərə görə 1923-cü ildə Yaponiyaya qayıtmış və növbəti il ölmüşdür. == Həyatı == Manzo Naqano 1853-cü ildə müasir Naqasaki prefekturasının ərazisində yerləşən Kuçinotsu balıqçı kəndində anadan olmuşdur. O, atası Kihey Naqanonun yeddi övladından dördüncüsü idi. Yaponiyada izolyasiya dövrünün başa çatması səbəbilə canlanan beynəlxalq dəniz ticarəti Naqanonun diqqətini cəlb etmiş, Britaniyaya məxsus ticarət gəmisi ilə Şanxaya və Kanadaya səyahət etmişdir. 1877-ci ildə daimi olaraq Kanadada məskunlaşmağa qərar vermişdir. O, əvvəlcə yerli xalqların arasında yaşamış, balıqçılıq və odunçuluq kimi işlərlə məşğul olmuşdur. O, Viktoriyadakı çinli immiqrat icmasına qarışmış, dəmiryol tikintisində də iştirak etmişdir.
Naqano prefekturası
Naqano prefekturası (yap. 長野県 Nagano ken) — Yaponiyanın Honşu adasında yerləşən Çubu regionunda prefektura.
Averinonun binası (Taqanroq)
Averinonun binası — Taqanroq şəhərinin mərkəzində XIX əsrə aid bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 50 ünvanında yerləşir. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Kommerçeski xiyabanının küncü (hazırda Ukrayna xiyabanı) və Qreçeskaya küçəsi XIX əsr boyunca tacir Averino ailəsinə mənsub olmuşdur. Ərazidə bir neçə tikili vardı. Ən qədim bina iki mərtəbədən ibarət olmuşdur. Bina 1818-ci ildə inşa edilmişdir. Sonradan bina Mussuri ailəsi tərəfindən satın alınmışdır. İki mərtəbəli bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina 1855-ci ildə fransız-ingilis artilleriyasından ciddi zərər görmüşdür.
Azadlıq küçəsi (Taqanroq)
Petrovskaya küçəsi (rus. Улица Свободы) — Taqanroq şəhərində yerləşən küçə. Taqanroqun İnstrumental və Transport küçələri arasında yerləşir. Küçənin uzunluğu 2120 metr təşkil edir. Küçələrin nömrələnməsi İnstrumental küçəsindən başlayır. == Coğrafiyası == == Tarixi == Küçənin hazlr ki, adı 1957-ci ildə verilmişdir. Ona qədər küçə Sovet İttifaqı qəhrəmanı, qütb təyyarəçisi Vasili Serqeeviç Molokovun şərəfinə Molokov küçəsi adlandırılmışdı. Hazırda şəhərdə aparılan planlı tədbirlər sayəsində Azadlıq küçəsi bir xəttli olmuşdur. 1 avqust 2009-cu ildə İnstrumental küçəsindən Kolxoznu xiyabanına hərəkətin bir xətli olması barədə qərar qəbul edilmuşdir. == Küçədə yerləşir == Azadlıq küçəsi, ev 10 - Dmitri adına Taqanroq mədəni və texnika sarayı (hazırda «„Primorski“» Sosial-mədəni mərkəzi).
Betulinskinin binası (Taqanroq)
Betulinskinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Binanın mövcud olan eyvanın üzərində onun ünvanı yazılmışdır. Bins Lermontov xiyabanı, ev 11 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bibanın sahibi və inşa etdirəni Qriqor Yefimoviç Betulinski olmuşdur. == Tarixi == İki mərtəbədən ibarət olan Lermontov xiyabanı, ev 11 ünvanında yerləşın bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Onun tikintisinə 1872-ci ildə başlanmışdır. Binanın Qriqor Yefimoviç Betulinski vəsaiti hesabına inşa edilmişdir. O, qubernatorun müavini olmuşdur. Oda məlumdur onun həyat yoldaşı Mariya Konstantinova olmuşdur.
Dairəvi bina (Taqanroq)
Dairəvi bina — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşın yaşayış binadı. Bina bürü SSRİ ərazisində ilk dairəvi bina olmuşdur. Binanın yerləşdiyi adresı: Aleksandrovskaya küçəsi, ev 107. == Layihənin müəllifi == Uzun illər ərzində binanın layihə müəllifi hasısa Boqoblyudov hesab edilirdi. 2000-ci illərdə binaya olan marağın artması ilə əlaqədar binatın layihə müəllifi axtarılmağa başlanılmışdır. Nəticədə bina layihəsinin müəllifi məşhur rodtovlu arxitektor Mixail Nikolsyeviç Kondratev olması müəyyənləşmişdir. Sonradan Artur Qeorqeviç Tokarevin apardığı araşdırmalar nəticədində binanın layihəsinin İvan Qeorqieviç Taranova mənsub olması müəyyən edilmişdir. Layihə hələ öz dövründə hazırlandıqdan sonra Sənaye və mülki tikililər jurnalında dərc edilərək müzakirə edilmişdir. == Binanın tarixi == Dairəvi binanın tikintisinə Taqanroqda 1929-cu ildə başlanıılmışdır. 1932-ci ildə isə tikinti işləri başa çatmışdır.
Dallaporte binası (Taqanroq)
Dallaporte binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşir. == Tarixi == İki mərtəbədən ibarət, Taqanroq şəhəri İtalyanski xiyabanı ev 9 ünvanında yerləşən bina ХIХ əsrin ikinci yarısında inşa edilmişdir. Bina Don qoşunlarının mayoru A. İ. Yeqorovun vəsaiti hesabına tikilmişdir. Bina sonradan I gildiya taciri İvan Pavloviç Dalaportenin həyat yoldaşı Yekaterina Yeqorovnanın xahişi ilə binanaya mətbəx əlavə edilir və ikinci mərtəbə artırılmışdır. Dallapoetenin ailəsində 1834-cü ildə oğul övladı doğulmuşdur. Oğlunun adı Panaqi idi. İvan Pavloviç Dallaporte 70 yaşında ikən 1870-ci ildə həyatını itirmişdir. ХХ əsrin əvvəllərində Dallaportenin vərəsələri bu iki mərtəbəli binanı Taqanroq şəhərinin fəxri sakini Minaya Yeqoroviç Sinodi-Popova və Konstantin Nikolayeviçin həyat yoldaşı Yelena Semenovna Averino tərəfindən satın alınmışdır. 1921-ci ildə Yelena Semenovna 78 yaşında infaktdan vəfat etmişdir.
Davidoviçin binası (Taqanroq)
Davidoviçin binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 34 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. == Tarixi == XIX əsrin ikinci yarısında Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 34 ünvanında bina inşa edilmişdir. Bina zirzəmiyə sahibdir. Bir mərtəbəli binadır. Bir mərtəbəli kərpiçdən inşa edilmiş bina 1897-ci il lsyihəsinə görə inşa edilmişdir. Onun sahibi Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakultəsinin alimi Abram Davidoviç David-Şeylə məxsus olmuşdur. 1897-ci ildə onun ailəsində (həyat yoldaşı Aleksandra Davidovna) родился сын, названный Симеоном.
Draqoslavın binası (Taqanroq)
Draqoslavın binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri İtalyanski xiyabanı ev 11 ünvanında yerləşir. İki mərtəbədən ibarət olan bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. == Tarixi == Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 11 ünvanında yerləşən bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bu bina bir mərtəbəki idi. Üstəlik fasadı qırmızı kərpiçlə bəzədilmişdir. Fasadında beş pəncərə vardı. Binanın sahibləri haqqında məlumat ancaq XIX əsrin sonlarından XX əsrin əvvəllərinə aiddir. 1880-ci illərdə binabın sahibi quberniya katibi Pavel Nikolayeviç Draqoslav olmuşdur. O, depaldo binasında yerləşən inperatorluğa aid müəssisədə mühasibatçı kimi işləyirdi.
Fistinanın binası (Taqanroq)
Fistinanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 1992-ci il 18 noyabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == İki mərtəbəli bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. İlk əvvəllər bina tacir Anna Fustinaya məxsus olmuşdur. Onun ölümündən sonra onun vərəsələrinə verilmuşdir. XIX əsrin 70-ci illərində bina qərargah kapitanı S. Pekuneviçin həyat yoldaşına, sonradan isə Vasili Tıçininə məxsus olmuşdur.
Frankın binası (Taqanroq)
Frankın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina. Bina 1857-ci ildə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti ilə inşa edilmişdir. == Tarixi == 1857-ci ildə inşa edilən, Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti hesabına inşa edilmişdir. Bina bir mərtəbədən ibarətdir. O, İmperator quruqoşunları kadetində təhsil almışdır. Hansı ki, burada 1794 - 1797 illərdə bu təhsil mərkəzinə Mixail İllarionoviç Kutuzov rəhbərlik etmişdir. 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə kavalyer hücumlarının birində Otto Germanoviç Pfeyliser-Frank yaralanmışdır.
Zağanos Paşa
Zağanos Mehmed Paşa (XV əsr – 1464, Balıkəsir) — Fateh Sultan Mehmet səltənətində 1453–1456-cı illər arasında sədrəzəmlik etmiş Osmanlı dövlət xadimidir. İstanbulun fəthindən sonra sədrəzəmliyə gətirilən ilk şəxsdir. == Həyatı == Yunan əsilli olduğu bildirilməkdədir. Dənizçilikdə müşahidə üçün zağanos (iti fikirli, yırtıcı bir quş) istifadə etdiyi üçün zağanos ləqəbi ilə tanınmışdır. Təhsilini Əndurunda almışdır. Təhsilindən sonra umera sinfində oxumuşdur. II Murad oğlu və vəliəhdi olan Şahzadə Mehmeti Manisa bəylərbəyi təyin edəndə əvvəl Nişançı Mehmed Bəy onun lələsi olaraq gorvlendirilmis və çox keçmədən Zağanos Paşaya lələlik vəzifəsi verilmişdir və dekabr 1449-cu ildə Saruca Qasım Paşa lələlik vəzifəsinə təyin olunana qədər bu vəzifədə çalışmışdır. 1443-cü ildə Şahzadə Mehmet Ədirnəyə cağrildığı zaman Zağanos Paşaya vəzirlik vəzifəsi verilmişdir. 1444-cü ildə ikinci zövcə olaraq II Muradın qızı və Şahzadə Mehmetin bacısı Fatma Sultan ilə evlənmiş və "Kürəkən" (damad) adlandırılmağa başlanmışdır. 1446-cı ildə Gelibolu bəylərbəyii və donanma komandiri olmuştur.