Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abilin (Texas)
Abilin (ing. Abilene) — ABŞ-nin cənubunda, Texas ştatının mərkəzi hissəsində şəhər. 2006-cı ilin məlumatlarına görə, şəhərin əhalisi 113,888 nəfər olmuş, şəhərətrafı ərazisində 130 min nəfərdən insan yaşayırdı. Abilin mühüm kənd təsərrüfatı və neft istehsalı regionunun mərkəzidir. Şəhərdə pambıq yağı və yem istehsalı inkişaf etmişdir. Burada Abilin Xristian Universiteti, Qardin-Simmons Universiteti və Makmürri Kolleci yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == abilenetx.com — Rəsmi saytı Convention & Visitors Bureau Abilene.com "Collections: City Directories: Abilene". Portal to Texas History. University of North Texas Libraries. (circa 1900s-1950s) "Historical Maps of Texas Cities: Abilene".
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Plano (Texas)
Plano - Texas ştatında şəhər, ABŞ.
Serbin (Texas)
Serbin — ABŞ-nin Texas ştatı, Li qraflığında yerləşən, heç bir bələdiyyəyə aid olmayan, birləşdirilməmiş ərazidir. Ərazi Ostin şəhərindən 50 mil (80 km) məsafədə yerləşir. Yaşayış məskəni 1850-ci illərin ortalarında Texasdakı Sorb imiqrantları tərəfindən "Low Pin Oak Settlement" (Aşağı Pin palıd qəsəbəsi) adı ilə salınmışdır. Cəmiyyətin adı 1860-cı ilə qədər sorb dilində "Sorb diyarı" mənasını verən Serbin olaraq dəyişdirildi. (Hər iki slavyan etnik qrupunun adları ümumi mənşəyə malik olsa da, sorblar serblərlə qarışdırılmamalıdır) Sorbin immiqrantları ABŞ-yə ən böyük kçləri zamanı Serbini "ana koloniya" olaraq istifadə edərək Texasda məskunlaşdılar. 20 sentyabr 1854-cü ildə Lusatiya, Prussiya və Saksoniyadakı yığıncaqlardan təxminən 550 sorbiyalı lüteran Con Kilianın rəhbərliyi ilə Texasa yola düşdü. Texasa gəldikdə, indiki Serbin xalqı Texasdakı Lüteran Kilsəsinin – Missuri Sinodunun ən erkən üzvləri oldular. 1871-ci ildə tikilmiş Müqəddəs Pol Lüteran Kilsəsi, Vend memarlığının hələ də tam istifadə edilən tipik bir nümunəsi olaraq qalır. Serbində Müqəddəs Pol kilsəsi meydanında Texas Vendləri İrsi Muzeyi yerləşir. Bina keçmiş Müqəddəs Paul parokal məktəbi də daxil olmaqla üç müstəqil binanı özündə birləşdirir.
Acer californicum var. texanum
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Fort-Uort (Texas)
Fort-Uort (ing. Fort Worth) — ABŞ-nin Texas mərkəzi-şərq hissəsində yerləşən şəhər.
Live in Texas
Live in Texas – Linkin Parkın birinci canlı albomu 3-cü DVD-sidir. Orjinal albom 13 noyabr 2003. Albom Linkin Parkın Hyuston Staionunda keçirdiyi konsert əsasında yazılmışdır. Konsertdə Lying from You mahnısını görüntüləri sinqlda istifadə olunmuşdur.
Negundo texanum
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Nort Texas FK
Nort Texas FK — Amerika futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış edən peşəkar ABŞ futbol klubu. Klub MLS təmsilçilərindən olan "Dallas" klubunun ehtiyat komandası kimi fəaliyyət göstərir. Əsas komanda Texas ştatının Frisko şəhərində oynasa da, bu klub 2020-ci ildən etibarən Arlinqton şəhərində öz oyunlarını keçirir. Klub ev oyunlarını bir zamanlar "Texas Reyncers" beyzbol klubunun ev sahibliyi etdiyi Qloub Layf Park in Arlinqton stadionunda keçirir. Klub 2 noyabr 2018-ci ildə Birincli Liqanın qurucu üzvlərindən biri olaraq yaradılmışdır. 2 noyabr 2018-ci ildə "Dallas" klubu 2019-cu ildə yeni yaradılacaq futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış etmək üçün bu klubu yaratdıqlarını açıqlamışdır. 6 dekabr 2018-ci ildə klub öz adının Nort Texas olacağını açıqlamış və klubun loqosunu təqdim etmişdir. Klub ilk mövsümündə heyətində "Dallas" klubunun gənc akademiya futbolçularının oynamasına baxmayaraq, liqanı çempion olaraq başa vurmuşdur. Həmçinin klub oktyabr ayında növbəti mövsümdə artıq "Dallas" klubunun ev oyunlarını keçirtdiyi Toyota stadionunda oynamayacaqlarını açıqlamışdır. Hal-hazırda klub amerikan futbolu komandası olan "Dallas Reneceyds" komandasının stadionu olan Qloub Layf Park in Arlinqton stadionunda ev oyunlarını keçirir.
Ostin Texas Universiteti
Ostin Texas Universiteti (ing. The University of Texas at Austin) — ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən ali təhsil müəssisəsi; ştatın böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Texasda dövlət universitetinin yaranması haqqında ilk məlumat 1827-ci ilə təsadüf edir. Həmin dövrdə Texas Meksika dövlətinin tərkibində idi və burada ilk universitet yaradılması haqqında maddə Meksika dövlətinin konstitusiyasında qeyd olunmuşdu. Konstitusiyada incəsənət və elm sahələrini əhatə edən universitetin yaradılması göstərilsə də, həmin dövrdə Meksika hökuməti bu istiqamətdə heç bir tədbir görmür. 1836-cı ildə Texas müstəqillik əldə edir. Həmin dövrdə Texas Konqresi Respublika Konstitusiyasını qəbul edir. Konstitusiyanın ölkədə dövlət təhsilinin yaradılması haqqında maddəsinə əsasən Texasda iki universitet və iki kollec yaradılması haqqında məsələyə toxunulur. Nəhayət, 1839-cu ildə Texas Konqresi ali məktəb yaradılması üçün 50 liq (Latın Amerikasında qeyri-rəsmi ölçü vahidi) torpaq sahəsi, eləcə də yeni paytaxt Ostində 14 akr (160000 m²) ərazi ayırır. 1846-cı ildə Texas Amerika Birləşmiş Ştatlarının tərkibinə birləşdirilir.
Quercus texana
Quercus texana (lat. Quercus texana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvia texana
Salvia texana (lat. Salvia texana) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sebastyan Lerdo de Texada
Sebastyan Lerdo de Texada (isp. Sebastián Lerdo de Tejada, İspanca tələffüz: [seβasˈtjan ˈleɾðo ðe teˈxaða]; 24 aprel 1823 və ya 1827[…] – 21 aprel 1889 və ya 1889[…], Nyu-York, Nyu-York ştatı) — Meksika vəkili, siyasətçisi və dövlət xadimi. O, 1872–1876-cı illərdə Meksika Prezidenti olmuşdur. Sebastyan Lerdo de Texada 25 aprel 1827-ci ildə Xalapada anadan olmuşdur. O, hüquq təhsili almışdır. Lerdo de Texada liberal lider Benito Xuaresin yaxın dostu olmuşdur, O, 1855–1857-ci illərdə Ali Məhkəmədə işləmiş və Xarici İşlər naziri olmuşdur. Lerdo de Texada 1867-ci ildən Ali Məhkəmənin sədri kimi xidmət etmişdir. O, 1871-ci ildə prezident seçkilərində Xuaresə qarşı çıxmış və məğlub olmuşdur, lakin Ali Məhkəmənin sədri olaraq qalmışdır. 1872-ci ildə Xuaresin ölümündən sonra həmin ilin oktyabrında keçirilən seçkilərdə Lerdo de Texada prezident seçilmişdir. Onun hakimiyyəti dövründə Konqres kilsənin iqtisadi və siyasi gücünü məhdudlaşdıran, 12 noyabr 1874-cü il tarixli İslahat aktını qəbul etmişdir.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Texas Universiteti qülləsi qətliamı
Texas Universiteti qülləsi qətliamı (ing. University of Texas tower shooting) — 1966-cı ilin 1 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Texas ştatının Ostin şəhərində yerləşən Ostin Texas Universitetinin mərkəzi binasından ətrafdakı kütləyə Remington Model 700 snayper tüfəngi ilə atəş açmaqla törədilmiş qətliam hadisəsi. Hadisənin əsas və yeganə təşkilatçısı olan ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş mənsubu Çarlz Vitman saat yarım müddətində qüllənin ətrafından keçən insanlara heç bir fərq qoymadan atəş açmışdır. Vitman, ilk atəşdən 96 dəqiqə sonra Ostin Polis Departamentinin iki əməkdaşı tərəfindən öldürülmüşdür. Qətliam nəticəsində 18 nəfər həlak olmuş və 31 nəfər isə yaralanmışdır. Yerli polis tərəfindən sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, hadisə günü Vitman qətliamı törətmək üçün Ostin Universitetinə gəlməmişdən əvvəl evdə anası və həyat yoldaşnı bıçaqlayaraq öldürmüşdür. Sonradan evində tapılmış gündəliyində anası və həyat yoldaşını öldürməsinin səbəbini onları mümkün utanc hissindən xilas etmək olduğunu göstərmişdir. Çarlz Vitmanın beynində şiş aşkarlanmışdı və onun müəyyən baş ağrılarından və psixoloji problemlərdən əziyyət çəkdiyi və sözügedən hadisəni də bu səbəbdən törətdiyi ehtimal olunmaqdadır. 1966-cı ilin yayında baş vermiş hadisə təkcə Texas ştatında yox eyni zamanda ABŞ-ın bütün ştatlarında geniş rezonansa səbəb oldu. 25 yaşlı psixoloji problemləri olan bir gəncin evdə anası və həyat yoldaşını qətlə yetirdikdən sonra Remington Model 700 tipli snayer tüfəngi ilə silahlanaraq şəhərin mərkəzi hissəsindəki qülləyə qalxması və 350 metr məsafədə yerləşən canlı hədəflərə doğru atəş açması ölkədəki ictimai təhlükəsizlik və mülki əhalidəki silahların toplanması kimi məsələləri ilk dəfə gündəmə gətirmişdir.
Missuri-Siti (Texas)
Missuri-Siti (ing. Missouri City) — ABŞ-nin Texas ştatında yerləşən şəhər.
San Antoniodakı Texas Universiteti
San-Antonio Universiteti — Texas ştatının (ABŞ) San Antonio şəhərində yerləşən ictimai tədqiqat universiteti. Universitet San Antonionun ən böyük universitetdir. Burada 34 000-dən çox tələbə təhsil alır. Universitet "R1: Doktorantura — Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir və 170-dən çox dərəcə variantları təklif edir. 1969-cu ildə qurulan universitet, Texasda tələbə sayına görə üçüncü ən böyük təhsil müəssisəsi oldu. Universitetin yerli iqtisadiyyata təsiri 1,2 milyard dollardır. San Antonio Universitetinin rəsmi açılışı 5 iyun 1969-cu ildə 61-ci Texas Qanunverici orqanının qərarıyla, Qubernator Preston Smith tərəfindən imzalanmışdır. 1970-ci illərin sonlarında bakalavr və magistratura pilləsi üzrə tələbə qəbulu 9400 nəfər təşkil edirdi. 1986-cı ildə San-Antonio Universiteti ştatda multikultural təhsil mərkəzi olan Texas Mədəniyyətləri İnstitutunu kampus kimi aldı. Həmən il ərzində həm universitet mərkəzi, həm də universitetin kampusdakı ilk yaşayış kompleksi olan Şişolm Hall açıldı.
Texasdakı fransız kolonizasiyası
Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah Robert Kavalye de La Sall tərəfindən Fort Sen-Lui qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, Rio Qrande çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur. 1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir.
Texasın Fransa tərəfindən kolonizasiyası
Texasın fransızlar tərəfindən kolonizasiyalaşdırılması indiki Texasın cənub-şərqində müdafiə qalasının qurulması ilə başlamışdır. 1685-ci ildə Arenosa körfəzi və Mataqorda buxtası yaxınlığında səyyah Robert Kavalye de La Sall tərəfindən Fort Sen-Lui qalası inşa olunub və bununla ərazidə fransız müstəmləkəçiliyinin əsası qoyulub. O, əslində, Mississippi çayının mənsəbində koloniya qurmağı hədəfləsə də, qeyri-dəqiq xəritəçilik və naviqasiya xətaları səbəbindən gəmi hədəflənən ərazidən 640 km qərbdə, Texas sahillərində quruya oturmuşdu. Bununla belə, koloniya 1688-ci ilə qədər sağ qalmağı bacarır. İndiki İnez şəhəri bu qalanın ərazisi yaxınlığında yerləşir. Koloniya mövcud olduğu qısa müddət ərzində bir çox problemlərlə üzləşmişdi, hansı ki, bunlara Yerli amerikalı basqınları, epidemiyalar və sərt iqlim şəraiti daxil idi. La Sall bu bazadan istifadə edərək Mississippi çayını tapmaq üçün bir neçə ekspedisiyaya rəhbərlik edir. Yekunda o, öz istəyinə nail ola bilməsə də, Rio Qrande çayının çox hissəsi və Texasın şərq sahilləri haqqında ətraflı məlumat toplamağa müvəffəq olur. 1686-cı ildə onun növbəti səyahətlərindən birində koloniyanın sonuncu salamat qalan gəmisi qəzaya uğrayır və nəticədə, heyətin Karib hövzəsindəki digər fransız koloniyalarından ehtiyac duyulan resursları əldə etməsi mümkünsüz hala gəlir. Resurs çatışmazlığı nəticəsində vəziyyətin getdikcə pisləşməsi ilə birlikdə La Sall bu qənaətə gəlir ki, onun və adamlarının sağ qalmaq üçün yeganə yol Mississippi və İllinoys çayları boyunca şimal istiqamətində hərəkət edərək İllinoys torpağındakı fransızlardan kömək istəməkdir.
Yeltsin Texada
Yeltsin İqnasio Texeda Valverde (isp. Yeltsin Ignacio Tejeda Valverde ; 17 mart 1992[…]) — Kosta-Rika futbolçusu, "Erediano" klubu və Kosta-Rika milli komandasında çıxış edən yarımmüdafiəçi. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şərəfinə adlandırılmışdır.
Daubentonia texana
Sesbania drummondii (lat. Sesbania drummondii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sesbaniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Daubentonia drummondii Rydb.
El-Paso (Texas)
El-Paso — Texas ştatında şəhər, ABŞ.
Salvia texana var. canescens
Salvia texana (lat. Salvia texana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salviastrum texanum Scheele === Heterotipik sinonimləri === Salvia texana var. canescens A.Gray Salviastrum canescens (A.Gray) I.M.Johnst. Salviastrum texanum var.
Salviastrum texanum
Salvia texana (lat. Salvia texana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salviastrum texanum Scheele === Heterotipik sinonimləri === Salvia texana var. canescens A.Gray Salviastrum canescens (A.Gray) I.M.Johnst. Salviastrum texanum var.
Salviastrum texanum var. canescens
Salvia texana (lat. Salvia texana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salviastrum texanum Scheele === Heterotipik sinonimləri === Salvia texana var. canescens A.Gray Salviastrum canescens (A.Gray) I.M.Johnst. Salviastrum texanum var.
Tela
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Texas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Tex
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Ancelina (Texas)
Angelina rayonu (ing. Angelina county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 80 130 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi azalaraq 80 038 nəfər olmuşdur. Rayonun mərkəzi Lafkin şəhəridir. == Tarixi == Angelina rayonu 1846-cı ildə yaradılmışdır. Bu rayon, ispan missionerlərinə kömək edən Ancelinanın (ing. Angelina) şərəfinə adlandırılmışdır. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, Ancelina bölgəsinin sahəsi 2239 km2, bunlardan 2076 km2— quru, 163 km2 isə su səthi (7,28%) təşkil edir. === Əsas şoselər === ABŞ şosesi 59 ABŞ şosesi 69 ABŞ şosesi 69 Ştatdaxili şose 7 Ştatdaxili şose 63 Ştatdaxili şose 94 Ştatdaxili şose 103 Ştatdaxili şose 147 Farm Market şosesi 1818 == Əhali == 2000-ci ildə əhalinin siyahıyaalmasına görə, 80 130 nəfər Ancelina rayonunda yaşayırdı.
Anderson (Texas)
Anderson County — ABŞ-nin Texas əyalətindədir. 2010-cu ildə ABŞ-də əhalinin siyahıya alınmasına əsasən, əhali 58,458 nəfərdir. Ən böyük şəhəri Palestindir. Anderson rayonu 1846-cı ildə yaranmış və 1845-ci ildə vəfat etmiş Texas Ştatının Baş vitse-prezidenti olmuş Kenneth L. Andersonun şərəfinə adlandırılmışdır. Rayon tamamilə 430 – 903 bölgə kodları daxilində yerləşir. == Coğrafiyası == === Əsas avtobanlar === === Göllər === == Hökumət, məhkəmə və siyasət == === Hökumət === Anderson rayonu komissiya heyəti tərəfindən idarə edilir. Komissiya heyəti, dörd komissardan ibarət bir heyətdir. ==== Rayon komissiya heyəti ==== ==== Ştat həbsxanaları ==== Texas Cəza Ədliyyə İdarəsi mahalda kişilər üçün dövlət həbsxanaları fəaliyyət göstərir. Beto, Coffield, Michael və Powledge birimləri və Gurney vahidi köçürmə təsisi Fələstinin 7 mil qərbindəki etibarsız ərazidə yerləşir. Beto Vahidi Təşkilat İdarəsi Bölməsinin Region II xidmət mərkəzinə malikdir.
Andryus (Texas)
Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur. Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir. == Tarixçəsi == Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Lijepa Tena
"Lijepa Tena" (Azərbaycan dilində:”Gözəl tena”) 2009 Avroviziya Mahnı Müsabiqəsində Xorvatiyanı təmsil edən İgor Cukrov və Andrea Susnjaranın oxuduğu mahnıdır. Mahnının sözləri Vjekoslava Huljića aiddir və xorvat dilindədir. Mahnının bəstəkarı isə Tonči Huljićdir. 2009-cu il mayın 14-ü keçirilmiş II yarımfinalda 33 xalla 13-cü oldu. Lakin münsiflərin seçimi ilə finala keçdi. Finalda 45 xal toplayaraq 18-ci oldu.
Natalia Tena
Natalia Qastiain Tena (1 noyabr 1984, London) — İngilis kinoteatr aktyoru və müğənni, Molotov Jukeboks qrupunun solistidir. Harri Potter film seriyasındakı Nimfadora Tonks rolunu canlandırmışdır. Həmdə teleserialda Oshinini canlandırmışdır. 1 noyabr 1984-cü ildə dünyaya gəldi. İspaniyalı ailə olan, ata Cesus Tena bir dülgər, ana Maria Tena isə katibədir. 9 yaşında, ailəsi Natalianı, İngilis klassiklərinin əsərlərinə dayanan istehsallarda məmnuniyyətlə yer aldığı bir teatr studiyasına qoydu. Natalianın səhnədəki ilk rolu, Villiam Şeksbrin ölümsüz əsərindən Culieti obrazı idi. "Harri Potter" filmi ilə məşhurlaşan Natalia, səhnəni tərk etmədi və 2008-ci ildə London mərkəzli teatr studiyası Royal Şeksbrin bir produksiyasında Othellodan Desdemona rolunu oynadı. Natalianın ekranda ilk çıxışı 2001-ci ildə gerçəkləşdi. İngilis teleserial olan "Həkimlər"in bir neçə seriyasında yer aldı.
Sublime Text
Sublime Text — bir Python tətbiqi proqramlaşdırma interfeysi (API) ilə şərtsiz bir çarpaz platforma mənbə kodu redaktorudur.Bir çox proqramlaşdırma dillərini və işarələmə dillərini dəstəkləyir və funksiyaları, ümumiyyətlə cəmiyyət tərəfindən qurulmuş və pulsuz proqram lisenziyaları altında saxlanılan plaginləri olan istifadəçilər tərəfindən əlavə edilə bilər.
Tena Lukas
Tena Lukas (10 may 1995-ci ildə anadan olub) — Xorvatiyalı tennis oyunçusudur. Lukas öz karyerası boyunca İTF turu ərzində 4 dəfə fərdi və 3 dəfə cütlüklərdə titul sahibi olub. 21 sentyabr 2015-ci ildə o, öz rekorduna imza ataraq dünya reytinqində 262-ci sırada qərarlaşmışdır. 27 iyun 2016-cı ildə isə Lukas cütlüklərdə dünya reytinqində 395-ci sırada yer alaraq rekorduna imza atmışdır. Federasiya Kubokunda Xorvatiya üçün oynayan Lukasın 2-1 qələbələr və məğlubiyyətlər rekordu var.
Texas Instruments
Texas Instruments Inc. (TI) – elektrik avadanlıqlarının və elektron cihazların istehsalı ilə məşğul olan şirkət. Mənzil-qərargahı Dallaş şəhərində (ABŞ, Texas ştatı) yerləşir. Yarımkeçirici cihazların istehsalı sahəsində dünyada Intel, Samsung və Toshiba şirkətlərindən sonra 4-cü yeri tutur. Mobil qurğular üçün mikrosxemlərin istehsalı üzrə isə 1-ci yerdədir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Texas Respublikası
Texas Respublikası (ing. Republic of Texas) — 1836–1846-cı illərdə Şimali Amerikada mövcud olmuş dövlət. Texas Respublikası Meksikanın şimal-şərqində istiqlaliyyət uğrunda gedən müharibənin nəticəsində yaranmışdır. 1845-ci ildə vətəndaşların azad iradəsi və öz müqəddəratını təyin etmək barədə aktın qəbulundan sonra ABŞ-nin tərkibinə daxil olmuş və ştat hüququnu almışdır. 1830-cu illərin ortalarında prezident Antonio Santa-Annanın diktaturası və Meksikada hökm sürən özbaşınalıq nəticəsində dövlət tamamilə məhv olmaq ərəfəsində idi, Texas və Yukatan əraziləri konstitusiyaya uyğun olaraq-ayrılmaq arzusu adı ilə dövlətdən qoparılmışdır. Texaslıların narazılığının digər bir səbəbi də 1835-ci ildə qəbul olunmuş Texas konstitusiyası və Meksikada quldarlığın ləğv olunması idi. 1835-ci il 2 oktyabrda Qonzales şəhəri yaxınlığında texaslılarla Meksika süvari dəstələri arasında baş vermiş toqquşma hərbi əməliyyatların başlanmasına səbəb oldu. 1835-ci il 10 oktyabrda Qoliadda Meksika qarnizonu təslim oldu. 1935-ci il 24 oktyabrda texaslılar Bexarda (indiki San-Antonio şəhəri) Meksika qarnizonunu mühasirəyə aldılar. 1835-ci il 28 oktyabrda Konsepsyon yaxınlığında baş vermiş döyüşün gedişində 90 nəfər texaslı 450 nəfər meksikalının hücumunu dəf etdi.
Texas bluebonnet
Lupinus texensis (lat. Lupinus texensis) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. Texasdan Meksikanın şimal-şərqinə qədər ərazidə yayılmışdır.
Texas ştatı
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Diamond Tema
Tixa (okeanida)
Tixa (yun. τύχη) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Apton (Texas)
Apton rayonu (ing. Upton county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 3404 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi cüzi miqdarda artaraq 3149 nəfər olmuşdur. Rayonun mərkəzi Rankin şəhəridir. == Tarixçəsi == Apton rayonu 1887-ci ildə Tom-Qrin rayonunun bir hissəsindən yaradılıb. Bu rayon konfederasiyalar ordusunun polkovniklərinin şərəfinə adlandırılmışdır.
Ayriyon (Texas)
Ayriyon Rayonu (ing. Irion county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 1771 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ-nin siyahıyaalma bürosunun qiymətləndirməsinə görə rayonun əhalisi 1699 nəfər idi. Rayonun mərkəzi şəhəri Mersondur. == Tarixçəsi == Ayrion dairəsi 1889-cu ildə Tom-Qrin rayonunun bir hissəsindən formalaşmışdır. Ayrılıb müstəqil rayon olduqdan sonra, Texas Respublikasının dövlət katibi Robert Anderson Ayriyonun şərəfinə adlandırılıb. == Coğrafiyası == ABŞ-nin siyahıyaalma bürosunun məlumatına görə, Ayriyon rayonunun sahəsi 2724 km2 —dır, onlardan 2724 km2 — quru, 0 km2 isə su sahəsidir (0,01 %).
Təxar
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.
Beta Tea
Beta Tea — çay brendi. 1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.
Təxar vilayəti
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.