Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aglaia teysmanniana
Aglaia teysmanniana (lat. Aglaia teysmanniana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Bulbophyllum teysmannii
Bulbophyllum teysmannii (lat. Bulbophyllum teysmannii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. == İstinadlar == == Mənbə == Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Tess
Tess — ad. Tess Oliveyra — Braziliyanı təmsil edən su poloçusu. Tess Haubriç — Avstraliya aktrisası və fotomodeli.
Ceyms Meys
Ceyms Meys (ing. James Mace; 18 fevral 1952 – 3 may 2004, Kiyev) — ABŞ tarixçisi, professoru və tədqiqatçısı. O, Qolodomorun tədqiqi üzrə ixtisaslaşmışdır. Ceyms Meys ABŞ-nin Oklahoma ştatında anadan olmuşdur. O, Oklahoma Dövlət Universitetində bakalavr təhsili almış, 1973-cü ildə oranı tarix üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, Miçiqan Universitetində magistraturaya getmiş və burada Roman Şporluk ilə birlikdə oxuyaraq 1920-ci illərdə Sovet Ukraynasında Milli Kommunizm mövzusunda dissertasiya işi ilə 1981-ci ildə magistr dərəcəsi qazanmışdır. 1981-ci ilin iyul ayından Meys Harvard Ukrayna Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. == Əsərləri == Mace, James Ernest. Communism and the Dilemmas of National Liberation: National Communism in Soviet Ukraine, 1918–1933 / James Earnest Mace, Harvard Ukrainian Research Institute, Ukrainian Academy of Arts and Sciences in the United States. Cambridge: Distributed by Harvard University Press for the Harvard Ukrainian Research Institute and the Ukrainian Academy of Arts and Sciences in the U.S., 1983.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Coğrafiyası == == Əhalisi == Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Alfi Deys
Alfi Deys (ing. Alfie Deyes; İngiltərə, London) — britaniyalı vloqçu.
Brittani Xeys
Brittani Xeys (7 fevral 1985) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brittani Xeys, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Heys adası
Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır. Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır. == Maraqlı faktlar == 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Qeys Sultanov
Qeys Cəmşid oğlu Sultanov (9 mart 1939, Naxçıvan – 10 yanvar 2023) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri. == Həyatı == Qeys Sultanov 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdfiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.
Ralf Teyt
Ralf Teyt (ing. Ralph Tate; 11 mart 1840 – 20 sentyabr 1901, Cənubi Avstraliya) — Böyük Britaniya və Avstraliya botaniki və geoloqu. == Elmi fəaliyyəti == Ralf Teyt toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Samuel Peckworth Woodward, Ralph Tate, Joseph Wilson Lowry, A.N. Waterhouse. A Manual of the Mollusca, Being a Treatise on Recent and Fossil Shells. Harvard University, London, 1880. == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Ədəbiyyat == Serle, Percival (1949). «Tate, Ralph (1840—1901)». Dictionary of Australian Biography. Sydney: Angus and Robertson.
Raterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. == 1876-cı il prezident seçkiləri == 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Ruterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. == 1876-cı il prezident seçkiləri == 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Tess Haubriç
Tess Haubriç (ing. Tess Haubrich; 1 aprel 1990 və ya 12 may 1989, Sidney) — Avstraliya aktrisası və fotomodeli.
Tess Oliveyra
Tess Oliveyra (6 yanvar 1987, San Paulo) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Tess Oliveyra, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teyt Modern
Teyt Modern (ing. Tate Modern) — İngiltərənin paytaxtı Londonda yerləşən milli və beynəlxalq modern sənət əsərlərinin sərgiləndiyi muzey, dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Teyt Briteyn, Teyt Liverpul, Teyt S.t İves və Teyt Onlayn ilə birlikdə sadəcə "Teyt" olaraq adlandırılır. == Tarixi == Teyt Moderndəki sənət qalereyaları orijinal olaraq fərqli funksiyalara sahibdir.1947-1963-cü illərdə memar Gil Gilbert Skott dizaynına görə bu bölgədə iki mərhələli inşaat ilə "Bankside Elektrik stansiyası" inşa etdi.1981-ci ildə isə bu elektrik stansiyası bağlandı. Quruluş memarlar qrupu olan Herzoq & de Meyron tərəfindən yenidən dizayn edilərək muzey kimi xidmət göstərməyə başladı.Muzeyin tikintisini isə "Karillion" adlı inşaat firması həyata keçirdi.
Teyu (Fransa)
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Veys (Xuzistan)
Veys — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,024 nəfər və 2,478 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Veys İsmayılov
Veys Əflatun oğlu İsmayılov (23 fevral 1996; Tərtər, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin manqa komandiri, Vətən müharibəsi şəhidi. == Həyatı və təhsili == Veys İsmayılov 1996-ci il fevralın 23-də Yevlax rayonu nda anadan olub.2001-2005-ci ildə Yevlax da 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakı ya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. == Hərbi xidməti == 2014-cü ildə Qazax a hərbi xidmətə yola düşür, 2015-ci ildə tərxis olunur. === İkinci Qarabağ müharibəsində iştirakı === 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü döyüşə yazılır və 28 sentyabrda hərbi komissarlığa çağırılır. Azərbaycan Ordusunun manqa komandiri olan Veys İsmayılov 2020-ci il sentyabrın 30-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Tərs funksiya
Tutaq ki, y = f ( x ) {\displaystyle y=f(x)} , x ∈ D ( f ) {\displaystyle x\in D(f)} ədədi funksiya verilmişdir. Onda hər bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} ədədinə yeganə y 0 = f ( x 0 ) ∈ E ( f ) {\displaystyle y_{0}=f(x_{0})\in E(f)} ədədi uyğundur. Funksiyanın verilən y 0 {\displaystyle y_{0}} qiymətinə görə arqumentin uyğun qiymətinin tapılmasına, daha doğrusu f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} , y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} tənliyinin x {\displaystyle x} -ə nəzərən həllinə tez-tez rast gəlinir. Həmin tənliyin bir yox, bir neçə və hətta sonsuz sayda həlli ola bilər. y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafiki ilə y = y 0 {\displaystyle y=y_{0}} düz xəttinin kəsişdiyi bütün nöqtələrin absisləri f ( x ) = y 0 {\displaystyle f(x)=y_{0}} tənliyinin Əgər f {\displaystyle f} funksiyası hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} qiymətini ancaq yeganə bir x 0 ∈ D ( f ) {\displaystyle x_{0}\in D(f)} qiymətində alırsa, onda o funksiya dönən adlanır. Belə funksiyalar üçün f ( x ) = y {\displaystyle f(x)=y} tənliyini istənilən y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətində x-ə nəzərən birqiymətli həll etmək olar, daha doğrusu hər bir y ∈ E ( f ) {\displaystyle y\in E(f)} qiymətinə yeganə x ∈ D ( f ) {\displaystyle x\in D(f)} qiyməti uyğundur. Bu uyğunluq funksiya təyin edir, özü də f {\displaystyle f} funksiyasının tərsi adlanır və f − 1 {\displaystyle f^{-1}} simvolu ilə işarə olunur. Qeyd edək ki, hər bir y 0 ∈ E ( f ) {\displaystyle y_{0}\in E(f)} üçün y = y 0 {\displaystyle y=y_{0}} düz xətti dönən y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının qrafikini yeganə ( x 0 , y 0 ) {\displaystyle (x_{0},y_{0})} nöqtəsində kəsir, burada f ( x 0 ) = y 0 {\displaystyle f(x_{0})=y_{0}} . Tərs funksiyanın arqumentini x {\displaystyle x} hərfi ilə, onun qiymətini isə – y {\displaystyle y} hərfi ilə işarə edərək, f {\displaystyle f} funksiyasının tərs funksiyasını y = f − 1 ( x ) , x ∈ D ( f − 1 ) {\displaystyle y=f^{-1}(x),x\in D(f^{-1})} , şəklində yazırlar. Sadəlik üçün f − 1 {\displaystyle f^{-1}} simvolu əvəzinə g {\displaystyle g} hərfindən istifadə edəcəyik.
Ceyms Coys
Ceyms Oqastin Aloyşes Coys (ing. James Augustine Aloysius Joyce; 2 fevral 1882[…], Ratqar[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 13 yanvar 1941[…], Sürix[…]) — irland romançı, hekayə yazarı, şair, müəllim və ədəbiyyat tənqidçisi. Modernist avanqard cərəyanına töhfələr vermiş Coys 20-ci əsrin ən nüfuzlu və mühüm yazıçılarından biri hesab edilir. O, ən əsas Homerin Odisseya epik poemasındakı epizodların bir çox ədəbi üslub, xüsusən də, şüur axınının vəhdətiylə xarakterizə olunan Uliss romanı ilə məşhurdur. Müəllifin digər məşhur əsərlərinə Dublinlilər (1914) adlı hekayələr toplusu, Sənətkarın gəncliyindəki portreti (1916) və Finneqanın yası (1939) romanları daxildir. Onun digər əsərlərinə üç şeir kitabı, bir pyes, nəşr olunmuş məktubları və jurnalistik yazıları aiddir. Coys Dublində, orta təbəqəyə aid bir ailədə dünyaya gəldi. Ağıllı və çalışqan tələbə olan Coys yezuit məktəbləri olan Klonqous Vud Kolleci və Belveder Kollecində akademik göstəriciləri ilə seçilməzdən öncə atasının qeyri-stabil maddi gəlirindən qaynaqlanan xaotik vəziyətə baxmayaraq, Xristian Qardaşlar Cəmiyyəti tərəfindən idarə olunan O’Konnell məktəbinə getdi. O, təhsilini Dublin Universitet Kollecində davam etdirdi. 1904-cü ildə erkən 20-li yaşlarında olan Coys gələcək həyat yoldaşı Nora Barnakl ilə kontinental Avropaya köçdü.