Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bigger than Us
Bigger than Us (azərb. Bizdən daha böyük‎) — Böyük Britaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Maykl Rays "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker, İsveç müğənnisi Con Lundvik və Anna-Klara Folin, Conas Tander tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Con Lundvik eyni müsabiqədə İsveçi təmsil etmişdir.
Happier Than Ever
Happier Than Ever — ABŞ müğənnisi Billi Aylişin ikinci studiya albomu. 30 iyul 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini sənətçinin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop janrındakı mahnılardan təşkil edilmiş “Happier Than Ever” kiçik miqdarda da olsa trek siyahısında caz və elektropop janrlı mahnılara da yer verir. Albomun mahnılarındakı sözlərdə Billi Aylişin şöhrətə yüksəlişindən və onun mənfi tərəflərindən danışılır. Albom təqdim edildiyi zaman musiqi tənqidçilərindən parlaq rəylərlə qarşılanıb. Mahnıların orijinal üslubu, ustalıqla edilmiş prodüserlik işi və dinləyicilərin qəlbinə yol açan sözləri geniş alqış və tərif qazanmışdır. “Happier Than Ever” 2022-ci ildə baş tutan “Qremmi” mükafatları mərasimində öz adını daşıyan trek ilə birlikdə müxtəlif kateqoriyalar üzrə xeyli sayda mükafatlara namizəd göstərilmişdir. Albomun buraxılışından əvvəl yeddi mahnısı tanıtım məqsədi ilə sinql şəklində təqdim edilib: “My Future”, “Therefore I Am”, “Your Power”, “Lost Cause”, “NDA”, “Happier Than Ever” və “Male Fantasy”. İlk üç sinql ABŞ-də Billboard Hot 100 musiqi cərgəsinin ilk sıralarına düşüb.
Stronger Than Me
"Stronger Than Me", ingilis musiqiçi və musiqi sözü yazarı Emi Uaynhaus-un Frank albomu üçün yazdığı ilk single-dır. Emi Uaynhaus və Salaam Remi tərəfindən yazılan musiqi, 6 oktyabr 2003-də Birləşmiş Krallıq-da dərc olundu. İngiltərə 45-liklər listində 71-ci olan musiqi,Amy Winehouse-un kariyerindəki ən aşağı göstərici oldu. Musiqi buna baxmayaraq 2004-də Ən Yaxşı Müasir Musiqi Sözü və Musiqi bölməsində İvor Novello mükafatı qazanıb.
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu
Happier Than Ever: Los-Ancelesə sevgi məktubu (ing. Happier Than Ever: A Love Letter to Los Angeles) — Robert Rodriges və Patrik Ozbornun rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı konsert filmi. Filmdə müğənni-bəstəkar Billi Ayliş "Happier Than Ever" albomundan bütün 16 treki canlı olaraq Hollivid-boulda (ing. Hollywood Bowl) ifa edib. Baş tutan çıxışda onu qardaşı Finneas O'Konnell və Los-Anceles flarmoniyası müşayiət edib.
Ton Dhık Thanq
Ton Dhık Thanq (vyet. Tôn Đức Thắng; 20 avqust 1888[…], Lonqsyuen[d], Fransa Hind-Çini, Fransa – 30 mart 1980[…], Hanoy) — Vyetnam kommunist dövlət xadimi, Vyetnam Demokratik Respublikasının ikinci və sonuncu prezidenti, birləşmiş Vyetnam Sosialist Respublikasının birinci prezidenti. Ton Dhık Thanq anadan olmuşdur. O, 1930-cu ildə Vyetnam Kommunist Partiyasına (VKP) daxil olmuşdur. Thanq 1951-ci ildən VKP MK-nın üzvü idi. O, 1950–1969-cu illərdə Vyetnam–Sovet Dostluğu Cəmiyyətinin sədri, 1955–1960 illərdə Vyetnam Demokratik Respublikasının (VDR) Milli Məclisi Daimi Komitəsinin sədri, 1960–1969-cu illərdə VDR-in prezident müavini, 1969–76 illərdə prezidenti olmuşdur. O, 1976–1980 illərdə Vyetnam Sosialist Respublikasının prezidenti idi. Thanq 1955-ci ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə" görə "Lenin" mükafatına layiq görülmüşdür. O, "Lenin" ordeni ilə təltif olunmuşdur.
Uhan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Han
Han — kişi adı.
Tan
Tan Şanyü (v. 124) — hunların ən uzunömürlü hökmdarlarındandır. Fenhu ilə müharibə etməməyə çalışan Tan əsasən sülh və əmin-amanlığı bərpa etməyə çalışırdı. 118-ci ildə Fenhu aclıq və xalqın dəstəyini əsirgəməyini görüb Çinə köçdü və şanyülüyə olan iddiasından əl çəkərək Çin vətəndaşı oldu. Tan Şanyü dövründə ölkənin rifah səviyyəsində dəyişiklik olmasa da müharibələrin sayı sıfıra endirildi. 124-cü ildə ölən Tanın yerinə Ba keçdi.
Dschinghis Khan
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Khan Academy
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir. Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir. Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı. 2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır. Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.
Now & Then
Now & Then — The Carpenters albomu.
Ostin Tran
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
Tvan Börx
Tvan Börx (nid. Twan Burg; doğ. 2 aprel 1990) — Niderland şahmatçısı, qrosmeyster (2015). Tvan Börx 2016-cı ilin sentyabr ayında azərbaycanlı beynəlxalq qrosmeyster (qadınlar arasında) Nərgiz Umudova ilə ailə həyatı qurub. FIDE Chess profili Twan Burg. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Twan Burg. Chessgames.com (ing.) Twan Burg.
Tyan-Şan
Tyanşan dağları — Orta Asiyada olan böyük dağ sistemlərindən biri. Tyanşanın geoloji quruluşunda müxtəlif püskürmə, metomorfik və çökmə süxurlar iştirak edir. Bu çöküntülər, əsasən qranitdən, porfiritdən qneysdən, siyenitdən, mərmərdən, kristallik şistlərdən, əhəng daşlarından konqlomeratdan, qumdaşlarından ibarətdir. Kembriyə qədərki və paleozoy çöküntüləri ərazidə geniş yayılıb. Tyan- şanın yüksək dağ sistemlərini əhatə edir. Demək olar ki, aşağı və orta daş kömür dövrünün süxurları hər yerdə yayılmışdır. Üst daş kömür və perm dövrünün süxurları nisbətən az sahədə inkişaf etmişdi. Dağarası çökmə zona isə başlıca olaraq Mezo-Kaynazoy yaşlı qırıntı çökmə suxurları ilə doldurulmuşdur. Bu çöküntülər içərisində üçüncü və dördüncü dövrün kontinental çöküntüləri üstünlük təşkil edir. Mezozoy çöküntüləri əsasən yura dövrünün qırıntı süxurlarından ibarətdir.
Uhan Universiteti
Uhan Universiteti (çin. ənən. 武漢大學, sadə. 武汉大学) ― Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində yerləşən tədqiqat universiteti. Əsası Tzin sülaləsi dövründə məsul vəzifələr tutmuş Çang Çidong tərəfindən 1893-cü ildə qoyulmuşdur. Yerləşdiyi əyalətin ən böyük ali təhsil müəssisələrindən biri olan universiteti, eyni zamanda, Çin Xalq Respublikasının ən qabaqcıl ali təhsil ocaqları arasındadır. Hazırda, 3 kollec, 27 məktəb, 5 institut başda olmaqla, çoxsaylı elmi vahidlərdə dünyanın 111 ölkəsindən təhsil alan 58720 tələbəsi vardır. Əsas kampusu Uhan şəhərində, Luociya təpəsində yerləşir. Uhan Universiteti ÇXR Təhsil Nazirliyi tərəfindən başladılmış universitetlərin təkmilləşdirilməsi proqramının nüfuzlu hesab olunan "A sinfi"nin üzvü olmaqla yanaşı, "Layihə 985" və "Layihə 211" kimi dövlət maliyyələşdirmə proqramlarının da tərkib hissəsidir. 2017-ci ildə Çin üzrə dərc olunmuş ali təhsil müəssisələri sıralamasında 3-cü yerdə qərarlaşmışdır.
Nquyen Khan
Nquyen Khan (vyet. Nguyễn Khánh; 8 noyabr 1927 – 11 yanvar 2013, San-Xose, Kaliforniya) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və dövlət xadimi, Cənubi Vyetnamın prezidenti və baş naziri (1964). Nquyen Khan 8 noyabr 1927-ci ildə Fransa Hind-Çininin Çavin vilayətində varlı ailədə anadan olmuşdur. O, Sayqonda elit fransız məktəbində oxumuşdur. Nquyen Khan gəncliyində Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan kommunist hərəkatına qoşulmuş, lakin 15 aydan sonra Ho Şi Minin tərəfdarları sıralarını tərk etmişdir. Buna müxtəlif səbəblər ortaya atılmışdır. İddialara görə, o, Fransanın təklif etdiyi məbləğə görə tərəf dəyişdirmişdi, lakin özü qeyd etmişdir ki, bunda səbəb özünün kommunist yox, milliyətçi olması idi. 1960-cı ildə dövlət çevrilişinə cəhddən sonra tutduğu mübahisəli vəzifəyə görə rütbəsi aşağı salınaraq korpus rəisi vəzifəsinə təyin edilmişdir. 1963-cü ildə general Zıonq Van Minin başçılıq etdiyi hərbi çevrilişdə iştirak etdi. O, buna baxmayaraq, bundan siyasi divident götürməmişdir.
True That
True That — Kanada aktyoru və musiqiçisi Maykl Seranın debüt studiya albomu. 8 avqust 2014-cü ildə Bandcamp üzərindən buraxılıb.
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Co Han
Co Han - Linkin Parkın DJ-yi və prodüseri. Linkin Parkın bütün kliplərini o yaratmış və idarə etmişdir. Han həm də 2002-ci ildə Qremmi mükafatı almışdır. O, dünyada Qremmi mükafatı alan yeganə Koreya əsilli Amerikandır.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Han (dəqiqləşdirmə)
Han-Banax teoremi – riyazi teorem
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han Lue
Han Lue və ya Han Seoul-Oh — Forsaj franşizasından Sunq Kanqın canlandırdığı uydurma personaj. Han Lue, Cənubi Koreya əsilli amerikalı küçə yarışçısıdır. Han ilk dəfə 2002-ci il istehsalı "Bəxtin bəlkə sabah gətirər" filmində çıxış etmiş və son olaraq Forsaj 10-da görünmüşdür. Yaxın dostu Dominik Toretto ilə iş birliyi yaratmış və öz aralarında bir qrup qurmuşdular. Forsaj 4-də Dominik Toretto ilə birlikdə yanacaq tankerini oğurlamışdılar. Han Lue seriyanın növbəti filmlərində iştirak etsə də, hadisələrdən daha sonra baş vermiş, lakin digər filmlərdən daha əvvəl yayımlanmış Forsaj 3: Tokio drifti filmində ABŞ-dən küçə yarışlarına görə uzaqlaşdırılmış Şon Bosvell adlı şəxsə yardım etmişdi. Forsaj 3: Tokio drifti filmində köhnə dostu Takaşi ilə Tokio küçələrində avtomobil qaçdı-tutdusundan sonra Han Dekard Şovun maşını ilə toqquşub. Maşından düşən Dekard Hanın avtomobilini alova verərək partladır. Hanın öldüyünü düşünən Dominik Dekardan qisas almaq üçün onu təqib edir və həbsxanaya göndərir. Forsaj 9 filmində məlum olur ki, Han həmin qəzada ölməyib.