Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə — Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Diplomatik hüquq
Diplomatik hüquq — bu daimi və müvəqqəti diplomatik nümayəndəlikləri tənzimləyən beynəlxalq hüquq sahəsidir. Diplomatik hüququn əsas anlayışı dövlət toxunulmazlığından irəli gələn diplomatik toxunulmazlıqdır. Diplomatik hüququn əsas elementləri diplomatik personalın toxunulmazlığı, diplomatik nümayəndəliyin və onun ərazisinin toxunulmazlığı, habelə diplomatik yazışmaların və diplomatik göndərişlərin təhlükəsizliyidir. O, həm də beynəlxalq adət-ənənələrin hamılıqla qəbul edilmiş prinsipidir və ölkələr arasında praktiklik kimi qəbul edilir. Diplomatik hüquq çox vaxt dövlətlər tərəfindən ciddi şəkildə tətbiq edilir, çünki o, qarşılıqlılıq əsasında fəaliyyət göstərir. Məsələn, bir ölkə başqa ölkədən diplomatlarını qovubsa, o zaman onun diplomatlarının da digər ölkədən qovulma ehtimalı var. == Diplomatik toxunulmazlıq == Diplomatik hüququn ən əsas qaydası diplomatik agentin şəxsiyyətinin toxunulmaz olmasıdır. Göndərən dövlətin yurisdiksiyasından heç bir toxunulmazlıq olmasa da, diplomatlar saxlanıla və ya həbs edilə bilməz. Diplomatın törətdiyi iddia edilən cinayətlərə görə qəbul edən dövlətin yeganə çıxış yolu onu persona non qrata elan etməkdir. Bu da adətən diplomatın dövlət ərazisini tərk etməli olması deməkdir.
Diplomatik korpus
Diplomatik korpus — müəyyən bir ölkə və ya qurumda akkreditə olunmuş xarici diplomatların kollektiv orqanı. Diplomatik korpus bir ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərinin rəhbərləri və digər diplomatik şəxslərdən ibarət qrupdur. Diplomatik korpus ölkələrarası əlaqələri tənzimləyən əsas qurumlardan biridir və adətən bir ölkənin paytaxtında yerləşir. Diplomatik korpusun üzvləri beynəlxalq hüquqla qorunur və onlara xüsusi imtiyazlar və toxunulmazlıq hüquqları verilir. == Diplomatik korpusun dekanı == Diplomatik korpusa, ölkədə ən uzun müddət fəaliyyət göstərən səfir başçılıq edir və ona "duayen" deyilir. Bu şəxs, diplomatik korpusun ümumi maraqlarını təmsil edir və vacib diplomatik tədbirlərdə xüsusi rol oynayır. Diplomatik korpusun üzvlərinin əsas vəzifəsi təmsil etdikləri ölkə ilə yerləşdikləri ölkə arasında rəsmi əlaqələri idarə etmək və inkişaf etdirməkdir. Diplomatik korpusun fəaliyyətini ümumilikdə diplomatik protokollar və beynəlxalq konvensiyalar, xüsusən də 1961-ci il Vyana Konvensiyası tənzimləyir.
Diplomatik yazışmalar
Diplomatik yazışmalar — dövlətlər arasında münasibətlərin həyata keçirildiyi diplomatik xarakterli müxtəlif növ yazışmaların və sənədləşmələrin məcmusu. Diplomatik sənədlərin dili dövlətin xarici aləmlə ünsiyyət bağladığı dildir. Bu sənədlər rəsmi dövlət sənədi kimi bütövlükdə dövlətin xarici siyasət xəttini əks etdirir. Diplomatik yazışmalar dövlətlərarası münasibətlərin idarə edilməsi, anlaşmaların əldə olunması, problemlərin həlli və digər beynəlxalq məsələlərin müzakirəsi məqsədi ilə həyata keçirilir. Diplomatik yazışmaların əsas məqsədi iki və ya daha çox dövlət arasında əlqələri tənzimləmək və inkişaf etdirməkdir. Onlar rəsmi protokol çərçivəsində, xüsusi üslub və qaydalara uyğun olaraq tərtib olunur. == Tarixi == XIV əsrdə xristianlıq dövründən əvvəl mövcud olan beynəlxalq münasibətləri aydın şəkildə əks etdirən, bizə gəlib çatan ən qədim diplomatik yazışmaları El-Amarna məktubları adlandırmaq olar. == Şəxsi nota == Şəxsi nota müraciət formulu ilə başlanır və hörmət formulu ilə tamamlanır. Şəxsi nota özündə vacib hadisə haqqında informasiya verir. Diplomatik yazışmanın bu növü birinci şəxs adından tərtib olunur.
Diplomatik kabel
Diplomatik kabel — diplomatik mesaj və ya diplomatik göndəriş. Diplomatik nümayəndəlik, həm səfirlik, həm də konsulluq, həm də ki, Xarici İşlər Nazirləri ilə mübadilə edilən məxfi mesajlardır. Bu yazışmalar beynəlxalq münasibətlər, xarici siyasət, iqtisadi, hərbi və ya digər mühüm məsələlərlə bağlı məlumatları əks etdirir. Diplomatik kabel çox vaxt məxfi və ya gizli statusa malik olur, çünki burada mühüm məlumatlar, danışıqların detalları və ya hökumətin xarici siyasətlə bağlı strategiyaları əks olunur. Onlar ənənəvi olaraq şifrələnmiş formalarda göndərilir, amma müasir dövrdə e-poçt və digər təhlükəsiz rabitə vasitələri də istifadə olunur. 2000-ci illərin sonunda "Wikileaks" adlı təşkilat tərəfindən bir sıra ABŞ diplomatik kabellərinin sızdırılması beynəlxalq mediada böyük müzakirələrə səbəb olmuşdu.
Diplomatik çanta
Diplomatik çanta — beynəlxalq hüquqda və diplomatiyada xüsusi bir konteyner. Bundan diplomatik missiyalar tərəfindən rəsmi sənədlərin və ya əşyaların daşınması üçün istifadə olunur. Diplomatik çanta toxunulmazlıq statusuna malikdir və gömrük və ya digər yoxlamalara məruz qalmır. Bu çantanın içindəki əşyalar diplomatik missiyaların və ya hökumətlərin rəsmi məqsədləri üçün istifadə olunur və onun məxfiliyi təmin edilir. Çanta, ya möhürlənmiş konteyner, ya da çanta şəklində olur və diplomatik daşıyıcı tərəfindən aparılır. Diplomatik çanta Vyana Konvensiyasına uyğun olaraq qorunur və toxunulmaz sayılır, çünki onun məzmunu dövlətlərarası rəsmi yazışmaların təhlükəsizliyini təmin edir. == Vəzifələri == Diplomatik çantanın vəzifələri və funksiyaları beynəlxalq hüquq və diplomatik praktikalarda mühüm əhəmiyyət daşıyır. Məxfi yazışmaların daşınması, rəsmi sənədlərin ötürülməsi, hökumətə məxsus əşyaların daşınması, təhlükəsizlik və toxunulmazlıq, diplomatik əlaqələrin fasiləsizliyini təmin etmək diplomatik çantanın vəzifələri sırasındadır. Diplomatik çanta diplomatik missiyalar arasında dövlətlərarası rəsmi və məxfi yazışmaların təhlükəsiz şəkildə göndərilməsi üçün istifadə olunur. Bu, hökumətlər və səfirliklər arasında əlaqənin qorunması məqsədini daşıyır.
E-ticarət
Elektron ticarət və ya elektron kommersiya — elektron xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — elektron xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marjinal ticarət
Marjinal ticarət (ing. margin trading) — razılaşdırılmış məbləğ - marja təhlükəsizliyinə qarşı tacirə kreditlə verilən pul və / və ya maldan istifadə edərək spekulyativ ticarət əməliyyatlarının aparılması. Marjinal, sadə bir borcdan fərqlənir ki, alınan pul məbləği (və ya alınan malların dəyəri) girov məbləğindən (marji) bir qayda olaraq bir neçə dəfə çoxdur. Məsələn, ABŞ dollarına 100 min avro alqı-satqı müqaviləsi bağlamaq hüququnun verilməsi üçün broker ümumiyyətlə 2 min dollardan çox girov tələb edir. Belə borc vermək mümkündür, çünki marjinal ticarətində əməliyyatların məqsədi həmişə yalnız bir müddət sonra eyni məhsulun qiymətlərindəki fərqi əldə etməkdir və alınanları istehlak etmək deyil. Eyni zamanda, treyderə malların çatdırılması heç vaxt baş vermir, bu da malların zədələnməsi və ya itirilməsi riskini aradan qaldırır. Marjinal əməliyyatları mütləq "sövdələşməni bağlamaq" deməkdir, yəni "açılış" sövdələşməsinə münasibətdə bir cüt əks əməliyyat aparmaq - əgər birincisi məhsulun rubla alınmasıdırsa, o zaman bir müddət sonra eyni məhsul rubla satılacaq və özgəninkiləşdirilməyəcək və ya fərqli bir şəkildə istifadə olunmayacaq. Bu marjinal krediti verərkən bir treyder üçün mövcud olan vəsaitin bir əməliyyatdan yarana biləcək zərərin qaytarılması zəmanəti kimi izah edilməsinə imkan verir, yəni qiymətin özü deyil, mümkün zərərin miqdarı nəzərə alınır. Marjinal ticarəti treyderə eyni kapitalla əməliyyat həcmini artırmağa imkan verir. Əlavə olaraq, marjinal ticarəti zamanı, oxşar məhsulun sonrakı gözlənilən alınması ilə borc verilmiş bir məhsul satmağa və krediti natura (əmtəə) qaytarmağa icazə verilir.
Ticarət kapitalı
Ticarət kapitalı — dövriyyə sferasında ayrıca kapitalistlər qrupunun işlətdiyi sənaye kapitalının təcrid olunmuş hissəsi. Onun xüsusi funksiyası malların və onlarda olan izafi dəyərin satışı prosesinə xidmət etməkdir. Kapitalizmdən əvvəlki formasiyalarda ticarət kapitalı kapitalın müstəqil və dominant forması idi. Ticarət kapitalı kapitalist istehsal tərzinin doğulmasından çox əvvəl yaranmış və tarixən sənaye kapitalından əvvəl olmuşdur. Feodalizmin parçalanması dövründə o, kapitalist istehsal üsulunun formalaşmasına, xırda əmtəə istehsalçılarının məhvinin sürətləndirilməsinə, feodalların təsərrüfat təsərrüfatlarının bazar münasibətlərinə cəlb edilməsinə, mənfəət və mənfəət məqsədlərinə tabe edilməsinə fəal töhfə verib. zənginləşdirmə. Ticarət kapitalı regionlar və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, milli və dünya bazarlarının formalaşmasında mühüm rol oynamışdır. Ticarət kapitalının fəaliyyətinin son məqsədi ticarət mənfəəti əldə etməkdir. Əmtəə kapitalının pul kapitalına, yəni satışa çevrilməsi. Ticarət kapitalı məcmu kapitalın dövriyyə sürətini sürətləndirir.
Ticarət müharibəsi
Ticarət müharibəsi (ing. trade war), Ticarət mübahisəsi (alm. Handelsstreit‎) — xarici bazarları (təhqiredici ticarət müharibəsi) ələ keçirmək və ya milli iqtisadiyyatın (müdafiə ticarət müharibəsi) ticarətin "işğalı" ticarəti ilə məşğul olmaq məqsədilə iki və ya daha çox dövlətin ticarət rəqabəti. Ticarət müharibələrinin aparılması səbəbləri və metodlarının tədqiqi, geoiqtisadiyyat və dünya iqtisadiyyatı da daxil olmaqla müxtəlif elmlərin prerogatividir. Bir ticarət müharibəsi daha geniş "hərbi əməliyyatlar" bu qədər iqtisadi müharibənin bir hissəsi kimi keçirilə bilər. Klassik istiqamətdə olan iqtisadçılar ticarət müharibələri ilə mənfi aiddirlər, icraları onların icrası münaqişədə iştirak edən bütün ölkələrin iqtisadi quyuların azalmasına səbəb olur. Eyni zamanda, ticarət müharibələri bir çox nəzəri anlayışlar çərçivəsində, o cümlədən institusional və keynes dili nəzəriyyələri çərçivəsində nəzəri cəhətdən əsaslandırılmışdır. Hücum edən bir ticarət müharibəsi aparmağın əsas üsulları: ixrac gömrük tariflərini azaltmaq, ixrac kvotalarının artırılması, zibil qiymətlərindən istifadə, fövqəladə hallarda, iqtisadi blokada və embarqo istifadə olunur, istehlakçılara və ya ekologiyaya zərərli rəqiblərin elanı, bəyanatların beynəlxalq qaydalarının və normalarının və rəqiblərin istifadəsini və istifadəsini qadağan edən və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə müşayiət oluna bilər. Müdafiə Ticarət Müharibəsinin metodlarına ticarət maneələrinin inşası daxildir: İdxal gömrük rüsumlarının artması (idxal olunan malların qiymətinin daxili qiymət səviyyəsinə qədər artması təmin edilməsi, boşaltmanın qarşısını almaq üçün), daxil olmaqla, bərabərləşdirici vəzifələrin istifadəsi də daxil olmaqla), İdxal kvotaların azaldılması, Ayrıfilsiz məhdudiyyətlərin tətbiqi - lisenziyalaşdırma proseduru və gömrük rəsmiləşdirilməsinin komplikasiyası ilə bağlı maneələr, İdxal olunan malların milli standartlara və texniki şəraitə uyğunluğu ilə çətinliklərin meydana gəlməsini təmin edən texniki maneələrin tətbiqi. Ticarət müharibəsinə rəhbərlik edən bütün ölkələrin müdafiə taktikasına riayət edildiyi təqdirdə, özünəməxsus "kollektiv autarxiya" imkanı var.
Pərakəndə ticarət
Pərakəndə ticarət, pərakəndə, riteyl və ya reteyl — şəxsi və ya ailə istifadəsi üçün nəzərdə tutulmuş mal və xidmətlərin (yəni iş fəaliyyəti ilə əlaqəli olmayan) birbaşa son istehlakçıya satılması. Pərakəndə satışların pərakəndə satış sahəsinin saxlanılmasını tələb edən pərakəndə satıcılar vasitəsilə həyata keçirilməsinə əsaslanaraq, geniş işçi heyəti, salonda və anbardakı çoxlu mallar, malların qiymətini artırır. Xərcləri ödəmək və mənfəət əldə etmək üçün ticarət marjası (marja) tətbiq olunur. Marjın miqdarı bazarın ümumi vəziyyəti və ya qiymətlərin dövlət tənzimlənməsi (bəzi mal və xidmətlər kateqoriyası üçün) ilə tənzimlənir. Dövlət tərəfindən tənzimlənməyən mallar (xidmətlər) üçün marj 30% -dən 200% -ə və ya daha çox ola bilər. Çox vaxt kassa aparatı, 2 qəbz çap edən pərakəndə satış məntəqələrində alış-veriş faktını təsdiq etmək üçün istifadə olunur (kassadan istifadə mümkün olmadıqda və ya avtomat vasitəsilə satılarkən). Biri alıcıya verilir, ikincisi isə satıcıda saxlanılır. Kassa qəbzlərində aşağıdakılar olmalıdır: ticarət adı malların (xidmətlərin) dəyəri vergi dərəcəsini göstərən əlavə dəyər vergisinin məbləği satış tarixi və vaxtı Bundan əlavə, satış qəbzində satın alınan malların siyahısı ola bilər. Çekdə heç bir alış siyahısı yoxdursa, satın alınan malları göstərən faktura müşayiət oluna bilər. Pərakəndə satış tarixi uzaq keçmişə gedib çıxır.
Ticarət kanalı
Ticarət kanalı — birja ticarətinin texniki təhlili üçün termin, forex — bazar qiymətlərinin konsolidasiyası sahəsi. Ticarət kanallarının 2 növü var: üfüqi (düz) və meyilli (trend). Adətən kanalın sərhədlərində əməliyyatların aparılması tövsiyə olunur. İki seçim var: ya kanal daxilində ticarət etmək (trenddən sonra) və ya kanalın kəsilməsi üçün əməliyyatlara girmək (çıxmaq, kanal zonasından çıxmaq). Yalançı qırılmalardan ehtiyatlı olmalısınız — yalançı qırılma ilə qiymət kanalın hüdudlarından çox kənara çıxır (yuxarı, aşağı), lakin çox keçmədən kanalın hüdudlarına qayıdır və dövri olaraq inkişaf etməyə davam edir. Bütün birja ticarət obyektlərinin qiymətləri kanallarla formalaşmır. Ticarət kanalının qırılması mühüm ticarət siqnalı ola bilər. Breakout, qırılma istiqamətində sonrakı qiymət hərəkətini əhatə edir. Bir sıçrayışın etibarlılığı aşağıdakı amillərlə qiymətləndirilə bilər: Ticarət kanalının müddəti: nə qədər uzun olarsa, gələcəkdə mümkün irəliləyiş bir o qədər əhəmiyyətli olacaqdır. Kanal eni: dar kanallardan çıxan qırılmalar adətən xüsusilə etibarlı ticarət siqnalları verir.
Ticarət faydası
Ticarət faydası — bir malın və ya xidmətin ticarətə qoyulması nəticəsində əldə edilən iqtisadi üstünlükləri və gəlirləri ifadə edir. Bu fayda, həm istehsalçılar, həm də istehlakçılar üçün bir sıra müsbət nəticələr yaradır. == Ticarət faydalarının əsas aspektləri == İqtisadi İnvazivlik — ticarət, resursların daha səmərəli istifadəsinə imkan tanıyır. İstehsalçılar, öz ixtisaslaşdıqları sahələrdə fəaliyyət göstərərək, məhsuldarlığı artırır. Məhsul çeşidliliyi — ticarət, istehlakçılara daha geniş məhsul və xidmət seçimi təqdim edir. Bu, müştəri məmnuniyyətini artırır. Qlobal bazar — ticarət, yerli istehsalçıların qlobal bazara çıxışını təmin edir. Bu, daha çox müştəriyə və gəlir imkanlarına yol açır. Yenilikçilik və inkişaf — rəqabət, istehsalçıları yeniliklər etməyə və məhsullarını yaxşılaşdırmağa təşviq edir. Bu, iqtisadi inkişafı stimullaşdırır.
Ticarət paltarı
Ticarət paltarı (ing. Trade dress) — bir məhsulun və ya xidmətin xarici görünüşü, forması, qablaşdırılması və ya vizual xüsusiyyətlərinin ticarət nişanına bənzər şəkildə qorunması anlamına gəlir. Bu hüquqi konsepsiya, bir məhsulun istehlakçılar tərəfindən tanınmasını təmin edən vizual elementləri qoruyur. Ticarət paltarının qorunması, bir məhsulun və ya xidmətin xarakterik görünüşünün kopyalanmasının qarşısını alır, beləliklə istehlakçıları çaşdırmaqdan qoruyur və məhsulun özünəməxsusluğunu saxlayır. == Ticarət paltarının əsas aspektləri == Görünüş və qablaşdırma — ticarət paltarı bir məhsulun zahiri görünüşü ilə əlaqəlidir. Bu, qablaşdırma, dizayn, rənglər, forma və hətta məhsulun təqdimat tərzini əhatə edə bilər. Məsələn, bir içki şüşəsinin unikal forması və ya restoranın daxili dizaynı ticarət paltarına daxil ola bilər. İdentifikasiya rolunu oynama — ticarət paltarı yalnız o zaman qorunur ki, istehlakçılar həmin dizaynı və ya görünüşü məhsulun mənşəyi ilə əlaqələndirə bilsinlər. Bu, məhsulun özünəməxsusluğunu vurğulamaq və istehlakçıların onu bazardakı digər məhsullardan ayırmasını asanlaşdırmaq məqsədi daşıyır. Qeyri-funksionallıq — ticarət paltarı qorunması yalnız funksional olmayan elementlərə tətbiq olunur.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır. Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər.
Ticarət sirri
Ticarət sirri (ing. Trade secret) — müəssisə və ya fərdi sahibkar üçün kommersiya dəyəri olan, ictimaiyyətə məlum olmayan və məxfi saxlanılan informasiya və ya biliklərdir. Ticarət sirləri biznes üçün rəqabət üstünlüyü təmin edən məlumatları qorumağa yönəlib. Ticarət sirlərə texniki, kommersiya, elmi məlumatlar, istehsal üsulları, formullar, müştəri siyahıları, marketinq strategiyaları və digər kommersiya əhəmiyyətli məlumatlar daxil ola bilər. == Əsas xüsusiyyətləri == Məxfilik — ticarət sirri ictimaiyyətə və ya rəqiblərə məlum olmayan və yalnız məhdud şəxslərin (məsələn, işçilərin və ya strateji tərəfdaşların) bildiyi məlumatlardır. Məlumatın məxfiliyinin qorunması üçün sahibkar xüsusi tədbirlər görməlidir. Kommersiya dəyəri — ticarət sirri sahibinə kommersiya üstünlüyü verir. Bu, məlumatın dəyərini artıran və onun açıqlandığı təqdirdə sahibinə ziyan gətirə biləcək məxfi biliklərdir. Müvafiq tədbirlərin görülməsi — ticarət sirrini qorumaq üçün sahibkarın məxfi məlumatın açıqlandığı zaman hüquqlarının müdafiəsi üçün hüquqi tədbirlər görməsi tələb olunur. Bu, məxfilik müqavilələri (Non-Disclosure Agreements – NDA) və işçilərə xüsusi təlimatların verilməsi kimi tədbirləri əhatə edir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Diplomatika
Diplomatika (amerikan ingilis. Diplomatics; britaniya ingilis. Diplomatic) - sənədlərin, xüsusən də tarixi sənədlərin kritik təhlilinə əsaslanan köməkçi tarix elmi. Sənəd yaradıcıları tərəfindən istifadə olunan konvensiyalara, protokollara və formullara diqqət yetirir və bunlardan sənədlərin yaradılması, məlumat ötürülməsi prosesləri və sənədlərin qeyd etməyi təklif etdiyi faktlar ilə reallıq arasındakı əlaqələri artırmaq üçün istifadə edir. Bu sahə əvvəlcə kral və papa kilsələri tərəfindən verilmiş rəsmi nizamnamələrin və diplomların həqiqiliyini öyrənmək və təyin etmək üçün bir vasitə kimi inkişaf etmişdir. Daha sonra eyni əsas prinsiplərin bir çoxunun digər rəsmi sənəd və hüquqi sənədlərə, xüsusi məktublar kimi qeyri-rəsmi sənədlərə və ən son olaraq elektron qeydlərin metadatasına tətbiq oluna biləcəyi qəbul edildi. Diplomatiya tarixin köməkçi elmlərindən biridir. Paleoqrafiya disiplininə bənzəsə də, qarışdırılmamalıdır.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Diplomatiya
Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir. Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir: 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya; 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsilə tanınma. Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi "Xalqlar hüququ" adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.