Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stilbit
Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). == Tarixi == Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır. Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Tibbin fəlsəfəsi
Tibbin fəlsəfəsi — nəzəri və praktik insan fəaliyyətinin xüsusi sahəsi kimi tibb sahəsində ontoloji, qnoseoloji və etik məsələlərlə məşğul olan elm fəlsəfəsinin bir qolu. Tibb fəlsəfəsi təbabətin predmeti və metodu, digər elmlər və insan fəaliyyətinin sahələri arasında tibbin yeri, təbiətşünaslıq və humanitar biliklərin ayrılmaz bir sistemi kimi müasir cəmiyyətdə idrak və sosial rolu haqqında ümumiləşdirici fəlsəfi mülahizələr sistemidir. Tibb və bioetika fəlsəfəsinin ən mühüm bölmələrindən biri həkimlə xəstənin qarşılıqlı əlaqəsi məsələlərini ön plana çıxaran tibbi etikadır. == Təbabətin mövzusu və metodu == Bir elm olaraq tibb "refeksiya və transformasiya fəaliyyətinin idrak və dəyər formalarının spesifik birliyidir". O, sağlamlıq və xəstəlik, müalicə və profilaktika, norma və patologiya haqqında, təbii, sosial və mənəvi amillərin insana təsiri haqqında biliklər toplayır. Tibb müəyyən bilik sahəsinin bütün əlamətlərinə malikdir. Öz mövzusuna əlavə olaraq, onun özünəməxsus öyrənmə metodları və praktik tətbiq dairəsi var, yəni: xəstəliklərin qarşısının alınması və müalicəsi, həmçinin sağlamlığın möhkəmləndirilməsi. “Tədqiqat mövzusu vasitəsilə tibb sosial fənlərlə bağlıdır. Təbabətin əmək gigiyenası, qidalanma, yaşayış və istirahət kimi sahələri bir sıra sosial fənlərlə sıx bağlıdır. Tibb insan orqanizmində baş verən bioloji prosesləri öyrəndiyi üçün biofizika, biokimya, genetika, fiziologiya, embriologiya, antropologiya, mikrobiologiya və s.
Tilsit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. == İstinadlar == == Ədəbiyyat == Шильдер, "Имп.
Tilzit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. == İstinadlar == == Ədəbiyyat == Шильдер, "Имп.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Aviasiya tibbi
Aviasiya tibbi — tibb elminin bir sahəsi. Təyyarədə uçuşun tibbi cəhətdən təhlükəsizliyini, uçuş heyətinin sağlamlığını və onun müasir təyyarədə iş qabiliyyətinin mühafizə edilib yüksək səviyyədə saxlanılmasını təmin edən tədbirləri öyrənir. Aviasiya tibbi uçuş heyətinin əmək, istirahət, yuxu və qida rejimini müəyyən edir, onun sağlamlığına xüsusi funksional diaqnostika üsulları ilə tibbi nəzarət edir, təyarrəçinin fərdi xüsusiyyətlərindən asılı olan qəzasız uçuşun elmi əsaslarını və s. öyrənir. Aviasiya tibbinin problem və üsullarının çoxu kosmik tibbin problem və üsullarına yaxındır. Aviasiya tibbinə aviasiyada tibb xidmətinin təşkili və taktikası, radiobiologiya, aviasiya fiziologiyası və gigiyenası, aviasiya psixologiyası və s. daxildir. == İstinadlar == == Əlavə ədəbiyyat == Zadik, Y; Chapnik, L; Goldstein, L. "In-Flight Barodontalgia: Analysis of 29 Cases in Military Aircrew". Aviation, Space, and Environmental Medicine. 78 (6).
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir. Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır. == Tarixi == Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər. Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi. == Tibbi jurnal == Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.
Tibet Universiteti
Tibet Universiteti (çin. 西藏大学) — Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətindəki yerləşən əsas ali təhsil müəssisəsi. Universitet 2 kampustan ibarətdir. Onlardan biri Lhasa, digəri isə Nyinqçidə yerləşir. == Tarixi == Universitetin əsası rəsmi olaraq 20 iyul 1985-ci ildə qoyulmuşdur. == Maliyyə vəziyyəti == Universitetin maddi qaynağı Çin hökuməti tərəfindən təmin edilir.
Tibet ardıcı
Tibet ardıcı (lat. Juniperus tibetica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Tibet buddizmi
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Tibet dili
Tibet dili – (tibet dilində|བོད་སྐད་|bod skad|phökä’) – Tibetdə yerli əhalinin dili. Çin Xalq Respublikasının Tibet Muxtar Rayonunda və bəzi bölgələrində, həmçinin Hindistan, Nepal və Pakistanda (balti və puriq dilalektləri) qismən yayılıb. Təqribən 6 milyon nəfər danışan var. Sino-tibet dil ailəsinin tibet-birma yarımailəsinə aiddir. == Ədəbiyyat == Генрих Август Йешке. «Tibetan grammar», London, 1883. Чома де Кёрёши. Essay towards a dictionary, Tibetan and English, Kəlküttə, 1834; Budapeşt, 1984. Чома де Кёрёши. Grammar of the Tibetan language, Kəlküttə, 1834; Budapeşt, 1984.
Tibet mastifi
Tibet mastifi — ən qədim it cinslərindən biri. Bu it cinsi ən qədim sayılır. Tibet mastifi iri köprəklər cinsi molossun "ulu baba"sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış.
Tibet soyqırımı
Tibet soyqırımı — Çin tərəfindən 1959-cu ildə Tibetdə törədilən soyqırımı.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. == Xarici görünüş == Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. == Geologiyası == Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Tibet çaytikanı
Tibet çaytikanı (lat. Hippophae tibetana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.