Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stilbit
Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar. Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur. Azərbaycan mineralları.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Tsabit
Tsabit (ərəb. تسابيت‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, paytaxt Əlcəzairdən təxminən 971 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Tsabit kommunası Bəşar vilayətinin Sbaa, Metarfa, Şəruin, Talmin, Xabi və Tabelbala kommunaları ilə həmsərhəddir. Sahəsi 13,263 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 17 mm). Orta illik temperatur 24,3 °C-dir.
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
İrbit
İrbit — Rusiya Federasiyasında yerləşən şəhər Sverdlovsk vilayətinə daxildir
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır. Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Tibbin fəlsəfəsi
Tibbin fəlsəfəsi — nəzəri və praktik insan fəaliyyətinin xüsusi sahəsi kimi tibb sahəsində ontoloji, qnoseoloji və etik məsələlərlə məşğul olan elm fəlsəfəsinin bir qolu. Tibb fəlsəfəsi təbabətin predmeti və metodu, digər elmlər və insan fəaliyyətinin sahələri arasında tibbin yeri, təbiətşünaslıq və humanitar biliklərin ayrılmaz bir sistemi kimi müasir cəmiyyətdə idrak və sosial rolu haqqında ümumiləşdirici fəlsəfi mülahizələr sistemidir. Tibb və bioetika fəlsəfəsinin ən mühüm bölmələrindən biri həkimlə xəstənin qarşılıqlı əlaqəsi məsələlərini ön plana çıxaran tibbi etikadır. Bir elm olaraq tibb "refeksiya və transformasiya fəaliyyətinin idrak və dəyər formalarının spesifik birliyidir". O, sağlamlıq və xəstəlik, müalicə və profilaktika, norma və patologiya haqqında, təbii, sosial və mənəvi amillərin insana təsiri haqqında biliklər toplayır. Tibb müəyyən bilik sahəsinin bütün əlamətlərinə malikdir. Öz mövzusuna əlavə olaraq, onun özünəməxsus öyrənmə metodları və praktik tətbiq dairəsi var, yəni: xəstəliklərin qarşısının alınması və müalicəsi, həmçinin sağlamlığın möhkəmləndirilməsi. “Tədqiqat mövzusu vasitəsilə tibb sosial fənlərlə bağlıdır. Təbabətin əmək gigiyenası, qidalanma, yaşayış və istirahət kimi sahələri bir sıra sosial fənlərlə sıx bağlıdır. Tibb insan orqanizmində baş verən bioloji prosesləri öyrəndiyi üçün biofizika, biokimya, genetika, fiziologiya, embriologiya, antropologiya, mikrobiologiya və s.
Tilsit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Tilzit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Tibbi coğrafiya
Tibbi coğrafiya- coğrafiya və tibb elmlərinin şöbəsidir. Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiya tibbi coğrafiyanın mühüm bir şöbəsidir. Tibbi-coğrafi xəritə coğrafi mühitin insan sağlamlığına təsirinin ərazi xüsusiyyətlərinin xaratkerini işarələrlə əks etdirən xəritədir. Tibbi iqlimşünaslıq coğrafiya və tibb elmi qovuşuğunda olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və yayılmasını öyrənir.
Tibbi diplomatiya
Tibbi diplomatiya (ing. medical diplomacy), ictimai sağlamlıq diplomatiyası (ing. public health diplomacy), və həmçinin COVID-19 pandemiyası vaxtı yayımlamış maska diplomastiyası (ing. mask diplomacy) və ya üz maskası diplomastiyası adları altında tanımağa başlayıb — milli məqsədləri üçün xarici dövlətlərə tibbi yardımın təmini. O, adətən yumşaq gücünün nümunəsini olaraq sayılır, amma onun bərk gücə aid olan cəhətləri də var. Fəlakət diplomatiyasının bir növü. 1851-ci ildə birinci Beynəlxalq Sanitar Konfransı keçirilib. Beləliklə, sərhədarası çağırış olan sağlamlıq məsələsi diplomatiyanın yeni mexanizmi olan çoxtərəfli konfransı cəlb edən ilk məsələlərdən biri idi. On illər ərzində Beynəlxalq Sanitar Kofransları üçün əsas mövzu vəba idi. Tibbi diplomatiya Kubanın xarici siyasətinin vacib hissəsidir.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Tibet soyqırımı
Tibet soyqırımı — Çin tərəfindən 1959-cu ildə Tibetdə törədilən soyqırımı.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Tibet çaytikanı
Tibet çaytikanı (lat. Hippophae tibetana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.
Tibet xenomelesi
Tibet xenomelesi (lat. Chaenomeles thibetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
Tibet büldürüyü
Tibet büldürüyü (lat. Syrrhaptes tibetanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin büldürük cinsinə aid heyvan növü.
Tibbi antropologiya
Tibbi antropologiya (tətbiqi) antropologiyanın alt sahəsidir. Fərdləri və cəmiyyəti tibbi nöqteyi-nəzərdən araşdıran tibbi antropologiya nisbətən yeni elm sahəsidir. O, sağlamlıq, xəstəlik və müalicə kimi hadisələrin mədəni, sosial və bioloji proqnozlarını araşdırır. Bundan başqa, bir çox müxtəlif mövzuları araşdıran tibbi antropologiyanın inkişafı əksər antropoloqlar tərəfindən 4 mərhələdə müəyyən edilir. 1870-ci illərdə ortaya çıxan mədəni antropologiya bu gün tibbi antropologiyada araşdırılan mövzuların, anlayışların və problemlərin əksəriyyətini əhatə etmişdir. Tibbi antropologiya termini 1963-cü ildən antropoloqlar üçün sağlamlıq, xəstəlik və əlaqəli tibb bacısı/qulluq təcrübələrinin sosial prosesləri və mədəni təqdimatı ilə bağlı empirik tədqiqat və nəzəriyyələr inkişaf etdirmək üçün bir etiket kimi istifadə edilmişdir. 1970-ci illərdə tibbi antropologiya öz yerini dəyişdi, yerli tibb anlayışlarına diqqət yetirərək, daha çox öz cəmiyyətlərində yer almış və onları biotibbi institutlara və bu qurumlarla əlaqəli anlayışlara çevirmişlər. Son zamanlar tibbi antropoloqlar tibbdə tədqiqatla bağlı məsələləri araşdırırmağa başlayıblar. Tibbi antropologiya antropologiya və tibblə yanaşı, anlayış və metodologiya baxımından sosiologiya, epidemiologiya, etiologiya, ekologiya və iqtisadiyyat kimi müxtəlif elmlərdən də faydalanır. Bu gün bir çox universitetlərdə şöbələri olan tibbi antropologiya tibbin sosial elmlərlə birlikdə araşdırılmasında mühüm elm sahəsidir.
Tibbi reabilitasiya
Tibbi reabilitasiya (rehabilitatio, bərpa) — xəstəlik və ya zədə nəticəsində pozulmuş və ya tamamilə itirilən insan orqanizminin normal psixi və fizioloji funksiyalarının (ehtiyaclarının) maksimum mümkün bərpasına və ya kompensasiyasına yönəlmiş tibbi, pedaqoji, psixoloji və digər növ tədbirlər kompleksi. Ehtiyac nümunələri: sağlam olmaq, fiziki fəaliyyət, hərəkət azadlığı, fəaliyyət müstəqilliyi, insanlarla ünsiyyət, lazımi məlumatları əldə etmək, iş və digər fəaliyyətlər vasitəsilə özünü həyata keçirmək.