Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkəçi
Təkəçi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Təkəçi (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Təkəçi (Germi)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Təkəçi (Pərsabad)
Təkəçi (fars. تكه چي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 962 nəfər yaşayır (186 ailə).
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
Tikei
Tikei (fr. Tikei) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Takapotodan 70 km cənub-şərqdə yerləşir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Fakahina ilk dəfə 1722-cü ildə holland səyyahı Yakob Roqqeven tərəfindən kəşf edilmişdir. O, adanı Karlshoff olaraq adlandırır. 1816-cü ildə rus səyyahı Otto von Kosebu adanı yenidən kəşf edilmişdir. O, adanı Rumyansev adası olaraq adlandırır. İnzibati baxımından Takaroa kommunasına daxildir.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Təkəmçi
Təkə (Təkəmçi) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.
Vikiçi
Vikiçi — Viki texnologiyası üzrə mütəxəssis.
Şirəçi
Şirəçi — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Şirəçi kəndində 219 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Tiksi
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Naoya Kikuçi
Naoya Kikuçi (d. 24 noyabr 1984) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Pikəçik (Salmas)
Pikəçik (fars. كاچوك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (39 ailə).
Qasımuşağı tikməsi
Qasımuşağı tikməsi — Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən ipək tikmə. Bu tikmənin kənarları naxışla tamamlanmışdır. Naxışlar ara sahədə yerləşən gölün yanlarında ensizləşdirilərək bu tikmələrə və Qasımuşağı xalçalarına məxsus "S" hərfinə bənzər naxışlarla bəzədilmişdir. Ara sahənin tən ortasında böyük ölçülü səkkizbucaqlı göl yerləşdirilmişdir. Gölün kənarları iki cür naxış olmaqla bəzədilmişdir. Gölün daxili hissəsi xonçanı xatırladan müxtəlif gül—çiçəklə tərtib edilmiş yaşıl və sürməyi rəngli kənarları dilikli kətəbələrlə təsvir edilmişdir. Gölün mərkəzində ağ yerlikli səkkizguşəli həndəsi formalı elementin dörd tərəfindən qola bənzər motivlər işlənmişdir. Bəzi toxucular bu motivləri böcək adlandırırlar. Gölün tam ortasında isə qırmızı yerliyi olan səkkizbucaqlı həndəsi fiqurun içərisində dörd ləçəkli gül təsviri işlənmişdir. Gölün ara sahəsində yerləşən kətəbəyə (böcəyə) bənzər elementlər bu tikmələrə məxsus budağı xatırladan qarmaqlı motivlərlə əhatə olunmuşdur.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Təkəli (Dərəçiçək)
Təkəli — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd . Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Təkərli kimi də göstərilir. Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi əsasında yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz qoyulmuşdur. Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543 nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Təkəli (Marneuli)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Sarvan)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Urmiya)
Təkəli (fars. تكالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (79 ailə).
Təkəli eli
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur. Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir. Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır.
Yuriko Kikuçi
Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya – 8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır. Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi. 1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır. Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dans və baletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır.
Şirin Təkəli
Şirin Təkəli (28 fevral 1944, Ankara – 13 iyun 2017, Bodrum, Muğla ili) — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist. O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib. Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir. Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır. Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.
Hikeşi
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər. Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.
Himeci
Himeci (yap. 姫路市) — Yaponiyanın Kansay regionunda yerləşən, Hyoqo prefekturasında şəhər. == Diqqətəlayiq yerlər == Əvvəldən qala şəhəri olan Himeci şəhərində UNESCO Ümumdünya irsinə aid olan Himeci qəsri yerləşir.
Takeşi
Takeşi — ad.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…], Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi. Əvvəlcə hakimiyyəti senatla birgə, sonra isə pretorianlara arxalanaraq təkbaşına idarə etmişdir.
Türkəci
Türkəci (bəzən: Türkəçi) — Azərbaycan Respublikasının Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Əhalisinin sayı 416 nəfərdir. Tədqiqatçılara görə, oykonim Türk Hacı adı­nın tələffüzdə təhrif olunmuş formasıdır. Əslində, keçən əsrin əvvəllərində Göyçay qəzasında Təklə Hacı və Türkəncə adlı ayrı- ayrılıqda iki kənd mövcud olmuşdur. Tür­kəçi oykonimi Türkəncə adının təhrif olun­muş formasıdır. 1933-cü ildə həmin kənd səhvən Türk Hacı kimi qeydə alınmışdır. 1917-ci ildə Türkəncə kəndi Yengikənd ic­masının tərkibində olmuşdur. Oykonim “yeni türk kəndi” mənasındadır.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı. İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır. İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.
Himeci qəsri
Himeci qəsri(yapon 姫路城 Himecicö) — Yaponiyanın ən qədimdən qalmış qəsrlərindən biri. 1993 ildə Yuneskonun Dünya İrsi siyahısına salınıb. Qəsr kompleksinə ümumiyətlə, əksəriyəti ağacdan olan 83 bina daxildir. Qəsrin dayandığı təpənin ətəyində eyni adlı şəhər yerləşir. Qəsr 1333 - 1346 illərdə tikilib, 1580 və 1612- illərdə genişləndirilib. == Ümumi məlumat == Yapon qəsrinin vacib xüsusiyətlərini topoqrafiya müəyyən edir. Üç əsas yapon qəsri tipi var: yama –ciro – dağın üstündə, hira-ciro düzənlikdə, hirayama –ciro düzənliyin ortasında təpədə tikilir. == Himeci qəsrinin quruluşu == Yaponiyanın qərbindəki Himeci qəsri üçüncü tipə aiddir. Adətən qəsrin ərazisində ən yüksək yerdə əsas qüllə –tensükaku- tikilirdi. Qüllə qəsr üzərində yüksəlirdi və rəqibin yerdəyişməsini müşahidə etmək üçün əlverişli noqtə idi.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Melaleuca tinkeri
Melaleuca tinkeri (lat. Melaleuca tinkeri) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Məhəmməd Hidəci
Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı – 1928, Tehran) — Azərbaycan şairi. Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir. Hidəci üç dildə — azərbaycanca, farsca və ərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. I cild.
Naoko Takeuçi
Naoko Takeuçi (武内 直子, Takeuchi Naoko, Yaponca tələffüz: [ta.keꜜ.u͍.tɕi naꜜ.o.ko], d. 15 mart 1967, Kofu) — yapon manqaka. "Codename: Sailor V" (1991-1997) və "Seylor Mun" (1991-1997) manqa seriyalarına görə tanınır. 1985-ci ildə "Yume ja Nai no Ne"-yə görə 2-ci Nakayoşi Komiks Mükafatını, 1986-cı ildə "Sevgi səsi"nə görə Yeni Sənətçi Mükafatını qazanmışdır. Onun yazdığı "Seylor Mun" manqa seriyası dünyada ən məşhur manqa seriyalarından birinə çevrilmişdnir. İndiyə qədər bütün dünyada manqanın 35 milyon nüsxəsi satılmışdır. Bu manqa seriyasına görə 1993-cü ildə Kodansya Manqa Mükafatına layiq görülmüşdür. Yaponiyadan xaricdə manqanın anime adaptasiyası daha çox məşhurluq qazanmışdır və Qərbdə Yaponiya animelərinə qarşı maraq böyümüşdür. Kendzi və İkuko Takeuçinin qızı kimi 1967-ci ildə anadan olmuşdur. Özündən yaşça kiçik olan Şinqo adlı qardaşı var.