Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Tulunbəy
Tulunbəy(tatar. Толынбәк, ? — 1386)—Qızıl Orda hakimi Bərdibəy xanın qızı, Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi Mamayın xanımı. Tulunbəy Saray Bərkə şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Tulunbəy Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi Mamayın baş hərəmi olmuşdu. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdibəyin qızı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur.
Tulunilər dövləti
Tulunlular (Ərəbcə: الطولونيون al-Tūlūnīyūn), Misirdə qurulmuş türk-islam dövlətidir. Adın Dolunaydan gəldiyini söyləyənlər var. Tolunoğulları dövləti türklər tərəfindən Misirdə qurulan ilk dövlətdir. Quruluş tarixi 868-ci ilə təsadüf edir. Paytaxtı Fustat (Qahirə) şəhəri olmuşdur. Dövlətin ilk qurucusu Əhməd bin Tolun olmuşdur. Dövlətin qurucuları, idarəçiləri və ordu əsgərləri türk mənşəli olmasına baxmayaraq, xalqın əksəriyyətini ərəblər və digərləri təşkil etmişdilər. Bu dövlətin dövründə Misir mütərəqqi hala gətirlmiş, xan, hamam, məscid kimi ictimai və dini təsislərlə təchiz edilmişdir. Ən güclü dövrü Fərqanədən gələn türk əslli Əhməd bin Tolun dövrüdür. Əhməd bin Tolun iqtisadiyyat sahəsində etdiyi islahatlar Misirə uğurlar gətirmişdir.
Tulunlular dövləti
Tulunlular (Ərəbcə: الطولونيون al-Tūlūnīyūn), Misirdə qurulmuş türk-islam dövlətidir. Adın Dolunaydan gəldiyini söyləyənlər var. Tolunoğulları dövləti türklər tərəfindən Misirdə qurulan ilk dövlətdir. Quruluş tarixi 868-ci ilə təsadüf edir. Paytaxtı Fustat (Qahirə) şəhəri olmuşdur. Dövlətin ilk qurucusu Əhməd bin Tolun olmuşdur. Dövlətin qurucuları, idarəçiləri və ordu əsgərləri türk mənşəli olmasına baxmayaraq, xalqın əksəriyyətini ərəblər və digərləri təşkil etmişdilər. Bu dövlətin dövründə Misir mütərəqqi hala gətirlmiş, xan, hamam, məscid kimi ictimai və dini təsislərlə təchiz edilmişdir. Ən güclü dövrü Fərqanədən gələn türk əslli Əhməd bin Tolun dövrüdür. Əhməd bin Tolun iqtisadiyyat sahəsində etdiyi islahatlar Misirə uğurlar gətirmişdir.
Tulunoğulları
Tulunoğulları və ya Tulunoğulları dövləti (ərəb. المملكة العربية السعودية‎ - el-Tuluniyun) — 868 (və ya 875) və 905-ci illər arasındsa hökm sürmüş, müsəlman türklərinin qurduğu ilk müstəqil dövlətdir. Tulunoğulları Misirdə 875-ci ildə, 9-cu əsrin son rübündə, Abbasilərin siyasi və ictimai cəhətdən zəiflədiyi zaman quruldu və tez bir zamanda iqtisadi baxımdan əhəmiyyətli olan Suriya, Fələstin və Tarsus kimi bölgə və şəhərləri öz ərazisinə daxil edərək, sərhədlərini Kirenaikadan Fərat çayına qədər genişləndirmişdir. Tulunoğulları dövlətinin qurucusu Əhməd bin Tulunun atası Buxaralı Tulun adlı bir türkdür. 815 və 816-cı illərdə Samani Buxara əmiri tərəfindən Abbasilərə bağışlanmış və 818-ci ildə tərkibi türklərdən ibarət olan xilafətin qurduğu orduya qoşuldu. Orduda rütbəsi sürətlə yüksəlmiş və ən qısa zamanda önəmli komandirlərdən biri olmuşdur. Tulunoğulları dövlətinin yaradıcısı Əhməd İbn Tulun isə 20 sentyabr 838-ci ildə Bağdadda doğulmuşdur. O da, atası kimi xilafət ordusunda xidmət etmişdir. Əhməd ibn Tulunun ögey atası Bayık bəy Abbasi xəlifəsini sui-qəsddən xilas etdiyinə görə Misir valiliyinə layiq görüldü. 868-ci ildə isə bu vəzifə Əhməd İbn Tuluna verildi.
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tulus
Tulus — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tulus Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Tuluy xan
Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191, Xamaq Monqol – 1232) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Turun sonu
Turun sonu (ing. The End of the Tour) — 2015-ci ildə ekranlara çıxan ABŞ dram filmi. "Rolling Stone" jurnalından Devid Lipski beş gün ərzində məşhur yazıçı Devid Foster Vollesdən müsahibə alır. İkisi birlikdə vaxt keçirdikcə aralarında dostluq inkişaf edir. Ceyson Siqel Cessi Ayzenberq a24films.com/films/the-end-of-the-tour/ — Turun sonunun rəsmi saytı The End of the Tour — Internet Movie Database saytında.
Bulun ulusu
Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir. == Coğrafiya == Rayonun sahəsi 235.1 min km²-dir. Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir. Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir. Təbii şərait Relyefə görə ulusun ərazisi iki hissəyə bölünür.
Tulan xaqan
Tulan xaqan — birləşmiş Göytürklərin sonuncu xaqanı hesab olunur. 588-ci ildə taxta çıxmışdır. Atasının həyat yoldaşı şahzadə Kvancin ilə evlənmişdi. 593-cü ildə Suy sülaləsinin Göytürklərdəki səfiri Pey Çju idi. Pey Çju xaqanın qardaşına şahzadəni öldürməyi, əvəzində Suy sülaləsindən bir şahzadə ilə evlənməyi təklif etmişdi. Xaqan şahzadəni öldürsə də yeni Suy şahzadəsi 597-ci ildə qardaşı ilə evləndi. Beləliklə Suy sülaləsinə qarşı düşmən münasibəti bəsləməyə başladıqda Tardu xaqanla birlikdə ittifaq quraraq Çinə yürüş etdi. Çin onları məğlub edərək Tulan xaqanı 599-cu ildə səhrada öldürdü. Yerinə Tulan xaqanın qardaşı Yami xaqan keçdi. Yami xaqan Çin vassalı oldu.
Tulon (rayon)
Tulon (fr. Toulon) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Var (departament). Suprefektura — Tulon. Rayon əhalisi 2006-cı ildə 555 302 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 428 nəf / km². Rayon sahəsi — 1296 km².
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Tulus (Sisyan)
Tulus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir. Toponim qədim türk tayfalarından olan tolos, teles etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 728-ci ilə aid mənbədə adı çəkilir. Həmin mənbədə dеyilir ki, kənddə cəmi 2 xristian ailəsi yaşayır Qədim türkmənşəli Tulus tayfasının adındandır. XIII əsr tarixçisi Rəşid-əd-Din monqolların tərkibində tulas adlı tayfa olduğunu qеyd еdir.
Tulu (boy)
Tulu — Qədim türk boyu. Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Tulu dili
Tulu (ತುಳು ಭಾಷೆ, Tulu bāse) daha çox Hindistanın Karnataka, Kerala və Maharaşta əyalətlərində danışılan dravid dillərindən biridir. Tulu dili beş Dravid dilindən biri hesab olunur və təxminən 2 milyon insan bu dildə danışır. Tulu dili Kannada yazısı ilə yazılır.
2017 Tulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. == İştirakçı ölkələr == 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. == Məkanlar == == Heyətlər == == Qrup mərhələsi == Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Turun Palloseura FK
TPS — Finlandiyanın futbol klubu. 10 dəfə Avropa kuboklarında iştirak edib.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa. Digər Tülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tülü
Tülü (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Tülü (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Tülan (Germi)
Tülan (fars. تولان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (15 ailə).
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, Ribaçiy Suiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. 1667-ci ilik yayında Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Tülin (Germi)
Tülin (fars. تولير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (24 ailə).
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.