Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191[1], Xamaq Monqol – 1232) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Toluy xan | |
---|---|
monq. ᠲᠤᠯᠤᠢ | |
Monqol İmperiyasının naibi | |
1227 – 1229 | |
Əvvəlki | Çingiz xan |
Sonrakı | Ögedey xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1191[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1232 |
Fəaliyyəti | xan, Regent |
Atası | Çingiz xan[2] |
Anası | Börtə |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Borucigin, Çingizlilər |
Vikianbarda əlaqəli mediafayllar |
1191-ci ildə doğulduğu güman edilir.[3] 1203-cü ildə Sorxaxtani bəyim ilə evləndirilmişdir. İlk övladı Münke isə 1209-cu ildə doğulmuşdur.
Xarəzmşahlar dövlətinin ilkin işğal mərhələsində Toluy atasının izi ilə gedirdi. 1221-ci ilin əvvəllərində Bəlxin alınmasından sonra Xorasanın alınması ona tapşırıldı. Toluy qərbə irəlilədi, əvvəlvə Maruçakı (indiki Əfqanıstanın şimal-qərb hissəsi), sonra Murqab və onun sol qolu Kuşkanı keçərək, şimaldan Mərv istiqamətinə çayı keçdi.
O dövrdə şəhərin hakimi böyük bir türkmən qrupu ilə düşmənçilik edirdi. Çayın ətraf mövqeləri araşdırıldıqdan sonra monqollar gecə hücumuna başladı və sayca çox olmalarına baxmayaraq türkmənlər məğlub edildi. 25 fevral 1221-ci ildə monqollar Mərvin qapıları qarşısına çıxdı. Toluy özü 500 nəfərlə qala divarları ətrafına getdi. Altı gün ərzində monqollar istehkamları araşdırdılar və uzun bir mühasirə üçün əlverişli mövqe tapdılar. Yeddinci gün ümumi hücum başladıldı. Şəhər əhalisinin müxtəlif qapılarda ikili növbə tutmalarına baxmayaraq dərhal onlar məğlub edildi. Ertəsi gün şəhər hakimi şəhərin təslim olunacağını bildirdi. Əhali açıq əraziyə aparılaraq qılıncdan keçirildi, 4000 sənətkar sağ saxlanaraq uşaqlarla birlikdə köləliyə aparıldı.
Mərvdən sonra Toluy cənub-qərbə dönərək Nişapura yaxınlaşdı. 1220-ci ilin noyabrında Toqaçar Noyanın dəstəsinə müqavimət göstərən və onun tərəfindən öldürülən şəhərin qalan əhalisi Toluyun qoşunlarına qarşı müqavimət göstərmədi və onu təslim olmaq şərtlərini müzakirə etməyə çağırdı. Lakin onların təklifi rədd edildi və 1221-ci il aprelin 7-də çərşənbə günü hücum başladı və bu hücumla şəhər şənbə günü alındı. Mərvdə olduğu kimi, sakinlər açıq sahəyə aparıldı və Toğaçarın ölümündən qaçanlar üçün şəhəri məhv etmək əmri verildi və intiqamın arxasında hətta pişiklər və itlər də canlı qalmadı.
Herata gəldikdə isə Toluy şəhərə elçi göndərdi, lakin elçi Sultan Cəlaləddinin valisi Malik tərəfindən edam olundu. Bundan hiddətlənən Toluy hücuma başladı və səkkizinci gün Malikin öldürülməsiylə başa çatdı. Toluy heratlılara dərhal təslim olacaqları təqdirdə canlarını bağışlayacağını bildirdi. Sakinlər razılaşdı. Lakin Sultan Cəlaləddinin 12000 nəfərlik qoşunu istisna idi. Herata xorasanlı məlik qoyaraq əhatəsindəki monqollarla birgə Çingiz xanın yanına qayıtdı.
Çingiz xan öz vəliəhdi olaraq üçüncü oğlu Ögedey xani seçdi. Monqol qanunlarına görə Toluy kiçik oğul “ocağın qoruyucusu” (otçiqin) olaraq atasının əsas yurdu Monqolustana sahib çıxaraq oranı qorumalı idi. “Monqolların gizli tarixi” əsərində yazılanlara görə Toluy xanın taxtına iddia etmədi. Fars tarixçiləri Cüveyni və Rəşidəddin onu atasının ali hakimiyyətinin varisi kimi təqdim etməməsini Guyukun ölümündən sonra Toluy oğullarının hegemonyasınına haqq qazandırmaq istəyi ilə ehtimal edirdilər.
Toluy ordunun mərkəzi hissəsinin (129000 nəfərdən ibarət idi) komandanlığını aldı və 1229-cu ildə Böyük Qurultayı çağırıb Çingiz xanın vəsiyyəti ilə Ögedey xanı xaqan elan edənə qədər dövlətin naibi olaraq qaldı. Toluya Ögedey xanin hakimiyyətində olan keşikçilər korpusunun (xan keşikçiləri) komandanlığı verildi və Ögedey xana 9 dəfə sadiqlik andı içdi. Komandanlıqla yanaşı Toluy Elyuy Çutçayla yanaşı dövlətin idarə olunmasında da mühüm rol oynamışdır.
Böyük Xanın seçilməsindən sonra monqollar qoşunların böyük hissəsini cəbhəyə qaytarmaqla Çzin imperiyası ilə müharibəni davam etdirdi. Hərbi əməliyyatlar monqollar üçün heç də uğurlu alınmadı və onlar 1230-cu ildə geri çəkilərkən cənub-qərbəki qrupların komandanlığı Sabutaydan alınıb Toluya verildi. Tezliklə o, Çzin ordusunu məğlub etdi və 1232-ci ilin əvvəlində imperiyanın daxili ərazilərinə girdi.
Ögedey xan ağır xəstələndiyində onun ruhunu xəstə ruhlardan qurtarmaq üçün ənənəvi bir mərasim təşkil edildi. Şamanlar Ögedey xanın ruhunu yerinə almaq üçün ruhlara qızıl, gümüş, mal-qara və ya girov olaraq nə isə vəd etdilər. Toluy “Ögedey xanın əvəzinə məni qəbul edin, ona bu xəstəlikdən şəfa verin və onun əziyyətini mənə verin” deyərək şamanın sui-qəsd suyunu içdi. Tezliklə Ögedey xan sağaldı lakin yolda Toluy xəstələnərək 1232-ci ilin payızında öldü.[4]
Toluyun böyük və sevimli qadını kereitlərdən olan Vanq xanın qardaşı Cax-Qambunun qızı Sörköktəni Bəgi idi. O, 1203-cü ildə kereitlər məğlub edildikdən sonra hələ uşaq ikən Çingiz xan tərəfindən Toluya həyat yoldaşı olaraq verilmişdi. Sörköktəni Bəgi Toluyun imperatorluğun tarixində mühüm rol oynayan 4 oğlunun anası idi – Münke, Xubilay, Hülakü və Arıq Buğa. Fəzlullah Rəşidəddin əsərlərində bu 4 uşağı Çingiz xan və Börtenin 4 oğlu müqayisə edərək onları “dövlətin dörd əsas sütunu” olaraq qiymətləndirmişdi.
Övladları: