Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ulaxan-Arı
Ulaxan-Arı (saxa dilindən tərcümədə "Böyük ada" mənasını verir) — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Qonşu adalar: şərqdə — Kyersese-Arıta, qərbdə — Oçuqquy-Arı və Oqonnyor-Arıta, şimalda — Ot-Arı və Boldyor-Arıta. Ən hündür nöqtədi 4 metrdir. Şimalında isə 3 metrlik yüksəklik vardır. Adada elədə böyük olmayan Ulaxan-Arı-Kyuele gölü vardır.
Ulaxan-Arı-Kyuele
Ulaxan-Arı-Kyuele — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan Ulaxan-Arı adasında yerləşən ən böyük göl. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ulaxan-Arı Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Qərb sahillərini Ulaxan-Ues, şərq sahillərini isə Kubalax-Uesya qolu yuyur. Gölün maksimal dərinliyi 4 metri keçmir.
Abaxan
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Caxın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir.
Cajan
Göyərçin noxudu (lat. Cajanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Atylosia Wight & Arn. Cajan Adans. Cajanum Raf. Cantharospermum Wight & Arn. Endomallus Gagnep.
III Ağaxan
III Ağaxan Sultan Məhəmməd xan (ing. Sir Sultan Mahomed Shah, Aga Khan III; 2 noyabr 1877[…], Kəraçi, Britaniya Hindistanı və ya Britaniya Hindistanı – 11 iyul 1957[…]) — ismailik təriqətinin 48-ci imamı (1885-ci ildən), Hindistan burjua dairələri ilə əlaqədar olan siyasi xadim. == Həyatı == III Ağaxan Sultan Məhəmməd xan 2 noyabr 1877-ci ildə o dövrlər Britaniya Hindistanının tərkibində olan Kəraçi şəhərində anadan olmuşdur. Onun anası Nəvvab Aliyə Şəmsülmülk Fətəli şah Qacarın nəvəsi idi. III Ağaxan 1930–1932-ci illərdə London konfransında və 1932, 1934–1937-ci illərdə Millətlər Cəmiyyəti iclaslarında Hindistan nümayəndə heyətinə rəhbərlik etmişdir. Onun bir çox ölkədə müəssisələri var idi. III Ağaxan dini məsələlərdə islamda burjua modernizminin tərəfdarı olmuşdur. O, 11 iyul 1957-ci ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Daftary, F., "The Isma'ilis: Their History and Doctrines", Cambridge University Press, 1990. Naoroji M. Dumasia, A Brief History of the Aga Khan (1903).
Osman Öcalan
Osman Öcalan (1958, Ömərli[d], Şanlıurfa ili – 15 noyabr 2021, Ərbil) — Türk-Kürd PKK üzvü. == Həyatı == Öcalan 15 noyabr 2021-ci ildə Kürdüstan bölgəsinin Ərbil şəhərində 63 yaşında COVID-19-dan vəfat edib.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. == Ümumi məlumat == Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
Turaxan məqbərəsi
Turaxan məqbərəsi (başq. Турахан кәшәнәһе) — məqbərə Başqırdıstanın Çışmi rayonu ərazisində yerləşir. Abidə XIV—XV əsrlərə aiddir. Məqbərə rayon mərkəzindən 12 km cənub-qərbdə, Çişmidən Aşağı Termı kəndinə gedən yolun üzərində yerləşir. Ehtimal edilir ki, nə zamansa yaxınlığında daş məscid olmuşdur. Bu məqbərə ilə birlikdə vahid memarelıq ansambılıdır. Bəzilərinə görə məqbərə «məhkəmə evi» rolunu oynadığını iddia edirlər. Burada nə zamanlarsa məhkəmələr getmişdir. == Təsviri == Turaxan məqbərə kobut işlənmiş daşlarla inşa edilmişdir. Təməlini düzbucaqlı formalı, 6,6х6 metr olan divarlar təşkil edir.
Ulaqan rayonu
Ulaqan rayonu(c.alt. Улаган аймак) — Altay Respublikasında rayon. == Coğrafiyası == Ulaqan rayonu Rusiya federasiyasının Altay Respublikasında yerləşir. == Tarixi == Ulaqan rayonu Pazırıq mədəniyyətinin beşiyidir. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.
Ulağan (Nəmin)
Ulağan (fars. اولاغان‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (23 ailə).
Uşaqan döyüşü
Uşağa və ya Uşaqan döyüşü yaxud Əştərək döyüşü — 1826–1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsi zamanı 17 (yeni təqvimlə 29) avqust tarixində vaş vermiş döyüş. Qacar ordusu ilə Rus ordusu arasında baş vermiş döyüşdə qızılbaş ordusuna Şahzadə Abbas Mirzə, qarşı tərəfə isə general-leytenant Afanasi Krasovski rəhbərlik edirdi. 1827-ci ilin avqust ayının əvvəllərində Qacar ordusu İrəvan xanlığı ərazisinin şərq torpaqlarını ələ keçirdi və burada İrəvan sərdarı Hüseynqulu xan Qacarın ordusu ilə birləşdi. Birləşmiş qüvvələr Üçmüəzzin monastrını mühasirəyə aldılar. Üçmüəzzindən 35 verst kənarda yerləşən general Krasovski bu hadisədən xəbər tutduqdan sonra təcili oraya doğru irəliləməyə başladı. Onun ordusuna erməni və gürcü könüllülər də qatıldılar. Monastrı mühasirəyə alan Qacar ordusundan say etibarilə dəfələrlə az döyüşçüyə sahib olsa da, Krasovski onları məğlub etməyi bacardı və elə həmin gecə mühasirə ləğv edildi. Döyüş zamanı rus ordusu ağır itki ilə üzləşdi. Bu itki onun İran ilə müharibələrində aldığı ən ağır zərbə hesab edilir.. Bu döyüşün baş verməsi və gedişatı barədə ən dəyərli məlumatlar orada birbaşa iştirak etmiş komandan A. Krasovski, kapitan M. Sobolev və dekabrist E. Laçınov tərəfindən verilmişdir.
Vaqif Ucatay
Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu; 22 iyun 1955, Təkyə, Dəvəçi rayonu – 20 dekabr 2020, Bakı) — Azərbaycan rəssamı; Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvü (2006). == Həyatı == Vaqif Ucatay 22 iyun 1955-ci ildə Dəvəçi rayonununnun Təkyə kəndində anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin boyakarlıq fakultəsinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Krasnoyarsk şəhərində hərbi xidmətdə olmuş, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirmişdir. 1981–1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 20 dekabr 2020-ci ildə 65 yaşında dünyasını dəyişib. == Yaradıcılığı == 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir.
İsaxan (Maku)
İsaxan (fars. عيسي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (32 ailə).
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. == Həyatı == İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. === Ailəsi === Ailəli idi. 4 övladı var.
İsaxan Qanıyev
İsaxan Qəniyev
İsaxan Vəliyev
İsaxan Veysəl oğlu Vəliyev (15 noyabr 1958, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. == Həyatı == İsaxan Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə SSRİ Prokurorluğu yanında rəhbər kadrların ixtisasartırma institutunu bitirdikdən sonra İ.Vəliyev 1986-cı ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət idarəsinin rəisi vəzifəsinə, 1989-cu ildə isə SSRİ Prokurorunun əmri ilə Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə Respublika Baş prokurorunun müavini vəzifəsinə irəli çəkilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiridir. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir. == Elmi fəaliyyəti == Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan İsaxanlı
İsaxanlı İsaxan Abdulla oğlu — Ədəbiyyatşünas, yazıçı, tərcüməçi. Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru. Filologiya elmləri doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar kafedrasının professoru. == Həyatı == 1962-ci ildə Gürcüstan SSR-in Qarayazı rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olmuşdur. 1979-cu ildə Kosalı kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1984-cü ildə məzun olmuşdur. "Mars" elmi-tədqiqat İnstitutunda (Rusiya, Ulyanovsk, 29.03.1985 – 01.06.1987) mühəndis-proqramçı, Gürcüstanın Qardabani 1 saylı orta məktəbində riyaziyyat müəllimi (01.03.1988 – 01.08.1994) işləmişdir. 1994-cü ildən Xəzər Universitetində çalışır. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda özəl ali təhsilin problemləri" mövzusunda dissertasiya (elmi rəhbər: akademik Hüseyn Əhmədov) müdafiə edərək pedaqoji elmlər namizədi (Pedaqoji elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi: akademik İsa Həbibbəyli) müdafiə edərək Filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Qaçaq İsaxanın nəvəsidir.
Əcanan mahalı
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm.
Əcanan nahiyəsi
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm.
Ömər Öcalan
Ömər Öcalan (1987, Ömərli[d], Şanlıurfa ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ömər Öcalan 1987-ci ildə Şanlıurfa ilinin Halfeti ilçəsində anadan olub. Ankara Universiteti Ünsiyyət Bölməsindən məzun olub. DBP, HDP və DEM üzvü olub. 2014-2016-cı illərdə Bölgələr Partiyası (BDP) Mardin il şöbəsinin həmsədri olub. 2018 və 2023-cü illərdə Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci və 28-ci çağırışlarda TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan sabiq lideri Abdullah Öcalanın qardaşı oğludur.
Üçayaq
Üçayaq — Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan və Şərur rayonlarında yaranmış "Tənzərə" rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çavan
Çəvan (Marağa)
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. == Tarixi == Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çağan
Birinci Çağan
Nuçavan (Sərdəşt)
Nuçavan (fars. نوچوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (25 ailə).
Çalxan kəndi
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. == Ümumi məlumat == Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.