Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hücum bucağı
Hücum bucağı ( α {\displaystyle \alpha } ) Aerodinamikada axın xətləri və qanad profilinin veter xətti arasındakı bucaq. Bu hərəkət istiqaməti və veter xətti arasındakı bucaqdır. Daşıyıcı qüvvə hücum bucağının böyüklüyü ilə sıx bağlıdır. Bununla birlikdə, hücum bucaqları aerodinamikanın və fizikanın əsas qaydalarına uyğun olaraq məhdud bucaqlardır və adətən (α <15 ~ 20°) arasındadırlar. Hücum bucağı artdıqca daşıyıcı qüvvə artır, lakin bu da sürüklənməni də artırır. Bu düz mütənasiblikli əlaqə saxlanma itkisi (dayaq) başlayana, yəni axın xətlərinin qanad profilindən ayrılmağa başladığı yerə qədər davam edir. Ancaq bu nöqtədən sonra ayrılma başlandığı üçün, daşıyıcı qüvvə azalmağa başlayır. Böyük bir hücum bucaqlarında uçan təyyarələr, (məsələn) çox güclü və qəfil küləyin partlamasına girdikləri zaman qəfil itkiyə məruz qala bilərlər. Ayrıca, müəyyən bir daşıyıcı qüvvənin davamlılığını təmin etmək üçün sürət azaldıqca hücum bucağı artırılmalıdır. Bu da bizə saxlanma itkisinin əsasən nəyə görə aşağı sürətlərdə baş verdiyini izah edən bir amildir.
Yer bucağı
Yer bucağı (elevasiya) - həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı - şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arçman bulağı
Bucağın növləri
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Bucağın triseksiyası
Bucağın triseksiyası (lat. tri –üç və sectio — kəsilmə, yarılma) — bucağın üç bərabər hissəyə bölünməsinə aid məsələ. == Təsviri == Əvvəllər bucağın triseksiyasnı pərgar və xətkeşin köməyi ilə həll etməyə çalışırdılar. Bu yalnız 90° və 90°/2n bu caqları üçün (n natural ədəddir) mümkün idi. Arximed bucağın triseksiyasını pərgar və bölgülü xətkeş vasitəsilə “yerləşdirmə” adlanan üsulun köməyi ilə həll etmişdir: 90°-dən kiçik ABC bucağını üç bərabər hissəyə bölmək üçün onun AB tərəfi üzərində ixtiyari N nöqtəsindən BC-yə perpendikulyar NF və paralel NL xətləri çəkilir. KL=2BN parçasının K və L ucları NF və NL üzərində elə yerləşdirilir ki, onun uzantısı B nöqtəsindən keçsin; KL parçasının ortası M ilə işarə edilir. Bu halda BN=KM=ML=MN olduğu üçün ∠LBC= 1/3∠ABC Bucağın triseksiyasnın pərgar və xətkeşlə həllinin olmadığını fransız riyaziyyatçısı P. Vansel isbat etmişdir (1837).
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Karvansara bulağı
Karvansara mineral su bulağı — Şahbuz rayonundakı Gömür kəndindən 7 km şimal-şərqdə, okean səviyyəsindən 2260 m. yüksək ərazidədir. Gömür çayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır. Ultrabərk qatılığa malik, zəif minerallaşmış, sulfadlı-hidrokarbonatlı, kalsiumlu-natriumlumaqneziumlu termal (qaynar) sudur. == Əhəmiyyəti == Daxili və xarici orqanların müalicəsində vanna qəbul etməklə (10 dəfə, T 30-40 Cº) əhəmiyyətlidir. Mineral sudan heyvanlarındakı qoturluğun müalicəsində də istifadə etmək olar. == İstinadlar == == Mənbə == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri - Naxçıvan, 2008.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi. Bulaq XIX əsrin sonunda inşa edilib. Bulaq adını yerləşdiyi məhəllənin adından almışdır.Bulaq üç yol ayrıcında yerləşir.
Kərəm bulağı
Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşir. El qəhrəmanı Qaçaq Kərəmin adıyla adlandırılıb. Söylənilənlərə görə, Qaçaq Kərəm bu bulağın başında Pərizamanlı camaatının dəfələrlə qonağı olub.
Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər.
Mamayı bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər.
Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII-XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi.Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsi ilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür. Küçələrin kəsişməsi nəticəsində kontrast yaradan bu üsul hətt kiçik ölçülü ərazidə də genişlik effekti formalaşdırır.Meydanın yanız Aşağı bazar küçəsindən uzanan bir mərtəbəli ticarət sıralarını davam etdirən cənub hissəsindəki tikililər ticarət məqsədi ilə istifadə olunurdu. Digər tərəfdə yerləşməklə məscidlə üzbəüz olan iki mərtəbəli bina və hər iki tərəfdən ona birləşən digər iki mərtəbəli binalar mədrəsə binalarıdır.
Nisəbəyim Bulağı
Nisəbəyim Bulağı — Culfa rayonunun Şurud kəndində ərazisində ziyarətgah. == Haqqında == İlandağın zirvəsinə qalxan cığırdan azca aralıdır. Yerli camaat arasında möhkəm kök salmış adətə görə, meyvə ağaclarına tırtıl daraşanda, xəstəlik düşəndə ziyarətgaha qurban deyər, yaxud “Nisəbəyim bulağı"ndan su gətirib ağaclara çiləyər xeyir-bərəkət, bol məhsul diləyərdilər. Bundan sonra sanki canlanar, azar-bezardan qurtarardı, arzu və niyyətlər hasil olardı. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Qızlar bulağı
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvanın yaxınlığındadır. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur..
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Tarixi == Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi.Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar.Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır. Xurşidbanu Natəvan həmin bulağın çəkilməsi üçün yüz min qızıl pul xərcləyib. Bundan sonra şəhərin müxtəlif yerlərinə bulaqlar çəkilir.
Xaltan bulağı
Xaltan bulağı — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kəndinin şimal-şərqində, Gilgilçayın hər iki sahilində çoxdebetli, isti kükürdlü mineral bulaqlar yerləşir. Qədimdən yel və dəri xəstəliklərininmüalicəsində istifadə olunur. Tədqiqatçılara görə, bulağın adı qədim İran mənşəli xar və ya gar ("isti" deməkdir;sonralar [r] səsi [l] səsinə keçmişdir) və dan (su) sözlərindən düzəldilmişdir (osetin dilində qardan "istisu"mənasındadır. Hidronimdəki dan (su) sözünün tan formasına düşməsi isə tat dilinin Xaltan şivəsində d səsinin t səsi kimi tələffüz olunması ilə əlaqədardır. Qeyd edək ki, Don çayının adı da tarixən Tan variantında işlənmişdir. == Həmçinin bax == Xaltan kəndi == Mənbə == "Azərbaycan toponimlərinin ensklopedik lüğəti". II cilddə. Bakı-2007. I cild, səh.
Yusifli bulağı
Yusifli bulağı və ya Hacı Yusifli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Yusifli bulağı hazırda Şuşa şəhərinin Niyazi küçəsində yerləşir. Bulaq XIX əsrin sonu XX əsrin əvvəllərində inşa edilmişdir. Bulaq şəhərin imkanlı şəxslərindən olan Kərbalayi Səhliyalının maddi vəsaiti hesabına inşa olunub və məhəllə sakinlərinə hədiyyə edilibdir.Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal ediləndən sonra bulaq erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra bulağın məhv edildiyi bəlli olmuşdur.
Zeytun budağı
Zeytun budağı - Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
İlisu bulağı
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. == Ümumi məlumat == İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. == Tarixi məlumat == İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. == Kimyəvi tərkibi == Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İsa bulağı
İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır. === Bərpası === Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Ələhi bulağı
Ələhi bulağı — Azərbaycanın Ordubad rayonu ərazisində, Ələhi kəndindən 500 m. cənub-qərbdə bulaq. Ələhi bulağı Gilənçay dərəsində yerləşir. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Gürcüstanın "Barjomi" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Bucaq
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Buçeqi dağları
Buçeci dağları (Rumın: Munții Bucegi [ˈmunt͡sij buˈt͡ʃed͡ʒʲ] ( dinlə); mac. Bucsecs-hegység) — Mərkəzi Rumıniyada, Braşov şəhərinin cənubunda yerləşən dağ silsiləsi. Buçeqi dağları Karpat dağlarının qolu olan Cənubi Karpat dağlarının bir hissəsidir. Şərqə doğru getdikcə dağların yamacları dikləşir və burada məşhur Prahova dərəsi yerləşir (Buşteni və Sinaya şəhərləri). Buçeci platformasında külək müxtəlif və görməli daş quruluşlarının yaranmasına səbəb olmuşdur: Sfinks və Babelə kimi. Belə bir inanc mövcuddur ki, Buçeci müqəddəs Dakiya dağı olan Koqaynondur, hansı ki, bu dağın mağarasında tanrı Zalmoksis yaşayır. == Ad == "Buçeci" adının mənşəyi mübahisələr doğurur. "Buçeac" və ya "Buqeaç" adın ilkin forması hesab olunur. Bu söz dağ adamlarının dilində ardıc ağaclarını və meşə mamırlarını ifadə etmək üçün istifadə olunur. "Buçeci" sözünün arxaik forması "Buçeçi"dir.
Buca
Buca (türk. Buca) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şimal-şərqində Bornova, şərqində Kamalpaşa, cənubunda Torbalı, cənub-qərbində Menderes, qərbində isə Qaziemir və Qarabağlar ilçələri yerləşir. İlçənin sahəsi 178 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 510,695 nəfərdir.