Mamay bulağı

Mamay bulağıŞuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri.

Mamayı bulağı
Mamayı bulağı 2021-ci ildə
39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa rayonu
Aidiyyatı Şuşa qəzası
Sifarişçi Səməd ağa Cavanşir
Tikilmə tarixi 1910-cu il
Mamayı bulağı (Azərbaycan)
Mamayı bulağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[1] Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər.

Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[2]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.[2]

Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[3]

İşğaldan sonra ərəb əlifbası ilə olan yazı götürülərək, xaç işarəsi həkk olunub.

İlk hərbi kazarmaların yerləşdiyi Şuşa məktəbinin həyətində su qıtlığından əsgərlər gündəlik ehtiyacları üçün qardan su mənbəyi kimi istifadə edirdilər. Məhəllə sakinlərinin içməli su ilə təmin edilməsi üçün Mamayı məhəlləsində bu bulaq inşa edilmişdir. Məhəllə adı ilə əlaqədar olaraq bulağa da Mamayı bulağı adı verilib. Mamay bulağı Şuşa şəhəri 1910-cu ildə tanınmış sahibkar, şuşalı Səməd ağa Cavanşir 10 min manat pul xərcləyib Şuşada müsəlmanlar yaşayan bir məhəlləyə içməli su kəməri çəkdirərək, şəhərin su təchizatı problemini demək olar ki, aradan qaldırdı (ondan əvvəl Şuşaya 1873-cü ildə Xan qızı Natəvan su çəkdirmişdir). Cavanşirov Şuşaya çəkdirdiyi bu su kəməri yerli camaat tərəfindən Mamayı bulağı adı ilə adlandırılır.

Mamayı - Şuşada yerləşən yuxarı məhəllələrdən birinin adıdır. Bulaq da bu adla bağlıdır.[4]

Məhəllə Mamay bəyin adı ilə bağlıdır, ancaq bulağın üzərində kitabələrdə bulağı Səməd bəy Cavanşirovun vəsaiti hesabına inşa edildiyi göstərilmişdi.

  1. Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
  2. 1 2 Авалов, 1977. səh. 74-75
  3. Авалов, 1977. səh. 75
  4. "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.