Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Dan ulduzu
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Dəniz ulduzu
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Kvark ulduzu
Kvark ulduzu — varlığı sübut edilməmiş və mövcud olma ehtimalı çox az olan ulduz növüdür. == Tarixi == Kvark ulduzu ilə bağlı ilk fərziyyə 1965-ci ildə sovet fiziklər Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülüb. Lakin, bu ulduzun mövcudluğu haqqında olan bütün fərziyyələr indiyə kimi sübut edilməyib. == Xüsusiyyətləri == Kvark-qluon plazmasından ibarət olan kvark ulduzun mövcud olması üçün ulduz ölərkən baş verən cazibə içə çökməsi zamanı, protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Amma, bu hadisənin baş vermə ehtimalı çox azdır, çünki protonun kvarklara parçalanması üçün lazım olan təziq və istilik o qədər yüksəkdir ki, ifratnəhəng ulduzlarda belə bunu ödəyəcək təziq və istilik yoxdur. Nəzəri olaraq, bu ulduzun plazmasının çoxu s-kvarklardan (qəribə kvark) ibarət olmalıdır, ona görə də, kvark ulduzu həm də qəribə ulduz adlandırılır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Əgər bu ulduz varsa, sıxlığı neytron ulduzlarına nəzərən daha çox olmalıdır. Orta hesabla 5–10 km radiusunun, 7–10 milyon il ömürünün olduğu təxmin edilir. Öləndən sonra kvark ulduzunun qara dəliyə çevriləcəyi fərz edilir.
Neytron ulduzu
Neytron ulduzları — Supernova partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlərdir. Belə ki kütləsi 1,4 Günəş kütləsi ilə 3 Günəş kütləsi arasında olan bir ulduz öz nüvəsində termonüvə sintezini başa çatdırdıqdan sonra sıxılır, Supernova partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə həmin ulduzun yalnız nüvəsi qalır. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlandırırlar. Bu kütləyə sahib olan nüvə çökərkən yüksək təzyiq və temperatur altında nüvənin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Ortaya maddəsi sadəcə neytronlardan ibarət olan bir kürə çıxır və buna görə onlar Neytron ulduzları deyilir. Neytron ulduzunu daha da çökməyə qoymayan güc isə bu neytron qazının təzyiqidir. Neytron ulduzlarının diametri ortalama 10–20 km-dir, kütləsi isə Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabər olacaqdır. Neytron ulduzları çox istidir və onların səth temperaturları 600.000 K-ə çatır. Onların maqnit sahələri Yer kürəsinin maqnit sahəsindən 10⁸-10¹⁵ dəfə daha güclüdür.
Qütb ulduzu
Qütb ulduzu (lat. Polaris) — Kiçik Ayı bürcündə yerləşən ən parlaq ulduz. Şimal qütbünə çox yaxındır və bu, mövcud şimal qütb ulduzunu meydana gətirir. Yenidən nəzərdən keçirilmiş Hipparკos parallaksı Qütb ulduzuna təxminən 433 işıq ili (133 parsek) məsafəsini verir, digər metodlarla hesablamalar isə təxminən 30% yaxındır. Qütb ulduzu başlıca ulduzdan ibarət olan üçlü ulduz sistemidir: Polaris Aa (sarı supernəhəng), Polaris Ab, Polaris B ilə orbitdə olan cüt. Bir zamanlar iki daha uzaq komponent - Polaris C və Polaris D kimi düşünülmüşdü, lakin bunlar Qütb ulduzu sistemi ilə fiziki olaraq əlaqələndirilməməsi göstərilmişdir.
Sirius ulduzu
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Səlcuqi ulduzu
Səlcuq ulduzu — qədim türk milli simvolu, damğası. Səlcuqlu memarlığında mədrəsə və məscidlərin divarlarına həkk olunmuş ən çox yayılmış simvollardan biridir.
Yer ulduzu
Yer ulduzu (lat. Aseroe rubra), Phallaceae familiyasından bir göbələk növü. Çürük(saprofit) bir növ olan yer ulduzuna ümumiyyətlə tropik bölgələrdə rast gəlinər və yetkinləşdiyində sıx pis bir qoxuya malikdir. Növün yetkin bir nümunəsi ortalama olaraq 8 sm uzunluğunda bir gövdəyə, 6 elə 10 arasında dəyişən ədəddə kola sahib olar; bu qolları ona ulduz bir şəkil verər ki adını da buradan götürmüşdür. Qolların ətraf mərkəzi qisimin rəngi ağ, qırmızı kimi müxtəlif rənglərdə ola bilərkən, bu qisimin ətrafında (qolların başladığı qisimlərdə) ümumiyyətlə qəhvəyi olan sporlar tapılar.
Zöhrə ulduzu
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Ölüm ulduzu
Ölüm ulduzu (ing. Death Star) — "Ulduz müharibələri" kainatında uydurma kosmik stansiya. Bütün planetləri məhv etməyə qadir olan son dərəcə dağıdıcı gücə malik super güclü enerji lazer silahları ilə təchiz edilmişdir. Qalaktik imperiyanın stansiyasının bir işləyən və bir yarımçıq variantı var idi. Sonradan "Ölüm ulduzu" daha da güclü super silah olan "Ulduz qatili" ilə əvəz olunmuşdur. 14 dekabr 2012-ci ildə ABŞ-də ölkənin özünümüdafiə qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq üçün əsl "Ölüm ulduzu"nun yaradılması təklifi irəli sürülmüşdür. Petisiyada 26 mindən çox imza toplanmışdır. Barak Obama administrasiyası proqramın mümkün işə salınması variantlarını nəzərdən keçirməkdən rəsmən imtina etmişdir. База данных по Звёздным войнам — Звезда Смерти Звезда Смерти на TheForce.net (ing.) описание ангара/дока 2037 — местонахождение притянутого лучом Захвата Звезды Смерти «Сокола Тысячелетия» (ing.)) описание северной траншеи Звезды Смерти (ing.)) Звезды Смерти — Строительство и Разрушения (Технические комментарии) (ing.)) Уточнение числа гиперпространственных генераторов Звезды Смерти для подпространственного перемещения, а также ссылка на Мимас, спутник Сатурна (ing.)) Одна из известных схем Звезды в разрезе (ing.)) Щипков Б. Р. Корабли — разрушители планет в фантастических сериалах и фильмах Что нужно знать про перемещения в подпространстве при помощи Системы гиперперехода, а также намек на Звездные Врата предтечей науки перемещения из анклава цивилизации Гри (см. Пр.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
Şeytanın ulduzu
Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir. Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.
Əsgərin ulduzu
Əsgərin ulduzu — 2006-cı ildə çəkilmiş bədii filmdir. Filmin premyerası 5 sentyabr 2006-cı ildə çəkilib. Film Əfqan müharibəsi zamanı baş verən real hadisələrə əsaslanır. Filmin baş qəhrəmanının prototipi — Badaberdə mühacirlər düşərgəsində sovet hərbi əsirlərinin üsyanı zamanı qəhrəmancasına həlak olmuş kiçik serjant Samin Nikolay Qriqoryeviçdir. Filmin çəkilişləri Əfqanıstanda və Rusiyada həyata keçirilib. Sovet əsgəri Nikolay ona yeni ad- Əhməd adı verildiyi Əhməd Şah Məsudun əfqan əsarətinə düşür. Əhməd Şah Məsud Əfqanıstan səhra komandiri, Əfqanıstanın müdafiə naziri (1992—1996) olub "Pəncşir aslanı" ləqəbi ilə tanınırdı. Fransız jurnalist Kristofun vasitəçiliyi ilə əfqan mücahidləri onu buraxmağa icazə verirlər. Əfqanlar fransızlara əsiri sərhəddən keçirməyi həvalə edirlər. Onlar ikilikdə Pakistan sərhəddini keçirlər.
Con Malkoviç olmaq
Con Malkoviç olmaq (ing. Being John Malkovich) — 1999-cu ildə istehsal olunmuş sürrealist ABŞ filmi. Spayk Consun rejissorluq etdiyi bu filmin senari müəllifi Çarli Kaufmandır. == Süjet == Yenicə işə düzəlmiş olan kuklaçı bir adam ofisdə məşhur Hollivud aktyoru Con Malkoviçin ağlına girməyə imkan verən sirli portalla rastlaşır. == Rollarda == John Cusack — Craig Schwartz Kameron Diaz — Lotte Schwartz Catherine Keener — Maxine Lund John Malkovich — özü və John Horatio Malkovich Orson Bean — Dr. Lester Mary Kay Place — Floris Çarli Şin — özü W. Earl Brown — First J.M. Inc.
David ulduzu
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır.
Davud ulduzu
"Davud ulduzu" (ivr. מָגֵן דָּוִד‏, "David qalxanı", Magen David (idiş dilində Magendo`vid kimi tələffüz olunur)) iki bərabərtərəfli ulduzun bir-birinin üzərində təsvir edilməsi ilə formalaşan altıgüşəli ulduz (heksaqramma) şəklində qədim simvoldur. Simvola David ulduzu adı veriləməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur. Həmin möhürün ilk dəfə Hz. Süleyman tərəfindən işlədildiyi qəbul edilir. Bir sözlə, altıguşəli ulduzun bir "peyğəmbər işarəsi" olduğu bildirilir. Həmçinin bu simvolun Çar Davidin döyüşçülərinin qalxanlarında təsvir edilməsi ehtimal edilir. masonluğun əsas və məşhur simvollarındandır. Eyni zamanda XIX əsrdən etibarən yəhudilərin ümumi simvolu hesab olunan bu fiqur İsrail dövlətinin bayrağında da təsvir olunub. Ancaq masonların bununla bağlı fərqli fikirləri vardır.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Dan ulduzu (dəqiqləşdirmə)
Dan ulduzu (yaxud Çoban ulduzu) - Venera planetinin başqa bir adı. Dan ulduzu (instrumental ansambl) - Gülarə Əliyevanın bədii rəhbərliyində fəaliyyət göstərmiş instrumental ansambl.
Slavyan Ulduzu 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
İsa Səhər Ulduzu
İsa Səhər Ulduzu (kor. 기독교복음선교회) — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Kultun yaradıcısı Çon Men Sok İsanın xilaskarlıq missiyasını yerinə yetirə bilmədiyini, həqiqi xilaskarın özü olduğunu irəli sürərək 1970-ci ildə təmizlənmə rituallarına əsaslanan İsa Səhər Ulduzu kultunun əsasını qoymuşdur. Onunla intim əlaqə sayəsində bütün günahların silinəcəyini təbliğ edərək Çon yüzlərlə koreyalı qadınla münasibətdə oldu. Cazibədar qızları universitetlərdən seçərək sosial klublar, idman turnirləri və Bibliyanı öyrədən kurslar vasitəsilə aldadıb yığırdılar. 1999-cu ildə kütləvi informasiya vasitələrində zorlamalar haqqında ittihamlar dərc edilməyə başlayanda Çon Koreyadan qaçdı. O, növbəti 8 ili Yaponiyada, Honkonq və Tayvanda gizlənərək öz əməllərinə davam etdi. Lakin 2008-ci ildə Çində ələ keçirildi və Seulda 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
T Tauri ulduzu
T Tauri ulduzları (TTS) — gənclərlə əlaqəli dəyişən ulduzların bir sinfidir. Onlar on milyon ildən azdır. Bu sinif Taurus ulduzlu bölgəsində gənc bir ulduz olan T Tauri adlı prototipdən adlanır. Onlar molekulyar bulud yaxınlığında aşkar və onların optik dəyişkənliyi və güclü xromosferik xətləri ilə müəyyən edilir. T Tauri ulduzları əvvəlcədən əsas ardıcıllıqla 3 günəş kütləsindən (MY) az olan ulduzlar tərəfindən təqlid edilən parlaqlıq-temperatur əlaqəsi olan Hayashi yolunda əsas ardıcıllıqla müqavilə müddətində əvvəlcədən əsas ardıcıl ulduzlardır təkamül mərhələsidir. 0.5 M'lik bir ulduz radiasiya zonası inkişaf etdikdə və ya daha böyük bir ulduzun əsas ardıcıllıqla nüvə füzyonuna başladığı zaman başa çatır. == Xüsusiyyətlər == T Tauri ulduzları ən kiçik görünən F, G, K, M spektral tipli ulduzlardır (<2 M☉). Onların səthi temperaturu həmin kütlənin əsas ardıcıl ulduzları ilə bənzərdir, lakin onların yarıçapları daha böyükdür, çünki onlar əhəmiyyətli dərəcədə parlaqdırlar. Onların orta temperaturu hidrogen füzyonu üçün çox aşağıdır. Bunun əvəzinə, təxminən 100 milyon il sonra əldə etdikləri əsas ardıcıllıqla hərəkət edərkən, ulduz müqaviləsi kimi sərbəst qravitasiya enerjisi ilə təchiz edilirlər.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Bir-əl-Cir
Bir-əl-Cir (ərəb. بئر الجير‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin şərq ətrafıdır. Mütləq hündürlüyü dəniz səviyyəsindən 153 metrdir.Bir-əl-Cir ölkənin paytaxtı Əlcəzairdən təxminən 340 kilometr qərb-cənub-qərbdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 152,151 nəfər nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Vəhran əs-Seniya hava limanı şəhərin cənubunda yerləşir.
Mir Ulduz Qarayev
Qarayev Mir Ulduz Ağabəy oğlu - texnika elmləri doktoru, professor Qarayev Mir Ulduz Ağabəy oğlu 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1946-cı ildə "Neft-mədən avadanlığı" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. İnstitutu bitirdikdən sonra, 1954-cü ilə qədər "Azərneftkəşfiyyat" İB sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1959-cu ildə "Struktur-axtarış qazıması prosesində qazıma nasoslarının hidravlik göstəricilərinin tədqiqi" mövzusunda namizədlik, 1982-ci ildə isə "Vurulan mühitin təsirini nəzərə almaqla, neft-mədən nasoslarının hidravlik göstəricilərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1982-1997-ci illərdə AzNKİ-nun "Hidravlika və hidravlik maşınlar", "Hidromaşınlar və hidrointiqallar" kafedralarına rəhbərlik edib. Hazırda Qarayev M.A. ADNA-da "Hidravlika" kafedrasının professorudur. O hidravlika və hidromaşınlar sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft hidravlikası; həmçinin özlü mayelərlə iş zamanı pərli nasosların işinin tədqiqi; porşenli qazıma nasosları. Qarayev M.A. 140-dan artıq elmi məqalənin, 17 monoqrafiyanın, tədris vəsaiti və broşüraların müəllifdir.
Gəl bir olaq (film, 2000)
"Gəl bir olaq" filmi — Udayaşankarın ssenaristi və rejissoru olduğu 2000-ci il Hindistan (teluqu) dram və sevgi filmidir. == Məzmun == Bax: Romeo və Cülyetta Raqaviya və Ram Mohan Rao dostdurlar. Lakin, kiçik bir səbəb üzündən Raqaviya ilə Ram Mohan Rao dalaşırlar. İllər ötür. Raqaviyanın 60 yaşı var və 60 yaşı üçün də Bombeydə olan gəlini və nəvələrini çağırmaq qərarına gəlir. Raqhu Raqaviyanın istəkli nəvəsidir. Bombeydən Ramapurama gəldikdən sonra Raqaviya ailəsinin üzvlərindən xəcalət çəkir. Raqhu burada dostdan düşmənə çevrilmiş ailənin üzvü Manqanı görür və ona aşiq olur. Tezliklə, Manqa da Raqhuya aşiq olur. Ancaq heç vaxt bir-birlərinə sevgilərini etiraf etmirlər.
Bor-e-Bar
Bor-e-Bar (fr. Bor-et-Bar, oks. Vòrs e Bar) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12029. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 85 km şimal-şərqdə, Rodezdən isə 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 96 yaşında (15-64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 69.4%).
Pir Miyan Mir
Mir Məhəmməd Muayyinul İslam (11 avqust 1550, Lahor – 11 avqust 1635, Lahor) – Qadiri təriqətinə məxsus sufi piri. O Sevastan (Sind)-də 11 avqust 1550-ci ildə anadan olmuşdur. Ömrünü Lahor ətrafında yaşamışdır. Beşinci siqh qurusu Arcun Dev yaxın dostu kimi onu Harmandir Sahibin (Qızıl Məbədin) əsasını qoymağa dəvət edib (yanvar, 1588). O vaxtlar bütün Hindistanda məşhur sufi şeyxi kimi şöhrət qazanmışdır. Böyük Moğol imperatoru Cahan Miyan Mirə yaxın idi. O, 17 Rəbiulavvəl (fevral-mart) 1045 Hicri tarixində (1635-ci il) vəfat edib və Haşimpur kəndində dəfn edilmişdir. Onun ən məşhur şagirdi İmperator Şah Cahanın böyük oğlu Dara Şikuh idi. Onun istəyilə Miyan Mirin qəbrinin üzərində böyük türbə inşa olunub. Miyan Mir siqhlər tərəfindən hələ də yüksək hörmətlə anılır.
Olman bataqlığı
Olman bataqlığı (belar. Альманскія балоты) — Avropanın üst, keçid və alt formalı bataqlıq kompleksi. Müasir dövrə qədər öz ilkin formasını saxlamış bataqlığın ərazisində yasaqlıq yaradılmış. Olman bataqlığı ərazisində hərbi aviasiya poliqonu yerləşir. Massivin cənub-qərb hissəsi Ukrayna ərazisinə daxildir. O üzdən bataqlığın cənub sərhəddi dövlət sərhəddi zolağına uyğun gəlir. Bataqlıq ərazisində yerləşən yollar və hərbi postlar ümumi sahənin 1%-ni təşkil edir. Ümumi sahənin 40 % - i açıq sahəli bataqlıqdır. Bu ərazidə mamırlar və nadir halda ağcaqayınlar üstünlük təşkil edir. Bataqlığın mərkəzi hissəsində qumlu dyun və qum tirələri mövcuddur.
Oymaq iyesi
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı. Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir .
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.