1. Öz təbiəti etibarilə günəşə bənzəyən və gecələr göydə parıldayaraq nöqtə kimi görünən göy cismi. Göydə ulduzlar parlayır.
2. məc. Hər hansı bir sahədə məşhur, tanınmış şəxs haqqında. Elm aləminin məşhur ulduzları. Kino ulduzu (ən məşhur kinoartist). Futbol ulduzu.
3. Dairə üzrə bərabər ucuşiş çıxıntıları olan həndəsi cisim; mərkəzdən çıxan şüaları olan fiqur; həmin fiqur şəklində olan şey. Beşguşəli ulduz. Ulduz şəkli çəkmək.
//Həmin şəkildə olan fərqlənmə nişanı. Marşal ulduzu.
// Təşbehlərdə: parlayan şey haqqında.
◊ Ulduz ulduzu çağırır şair. – gecə ulduzların par-par parıldaması haqqında. Onlar kəndə yetişəndə artıq gecə idi.
Ulduzu (ulduzları) barışmaq – bir-birilə dil tapmaq, yola getmək, bir-birilə xoş keçinmək.
Ulduzu batmaq – bəxti sönmək, şöhrətdən düşmək, nüfuzunu itirmək, gözdən düşmək.
Ulduzu doğmaq – xoşbəxtliyə çıxmaq, bəxti üzünə gülmək.