Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Umar Beksultanov
Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federasiyası) — bəstəkar, pedaqoq, Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının dövlət himninin musiqisinin müəllifi. == Həyatı == Çeçen-Aul kəndində anad olub. Atası traktorçu, anası isə evdar qadın olub. 23 fevral 1944-cü ildə deportasiya vaxtı anası əri və uşaqları tərəfindən tərk edildi. Umar anasını yalnız 1960-cı ildə axtardı. Umar atası və kiçik bacısı ilə Qırğızıstana getdi. Atası tezliklə silikozdan vəfat etdi. Uşaqlar Belovodsk kəndində uşaq evinə yerləşdirildi. 1946-cı ildə Umarı Panfilovka kəndində yerləşən uşaq evində yerləşdirdilər.
Umar Əfəndiyev
Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972-1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973-1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981-1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.Milliyətcə avardır. == Fəaliyyəti == Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçkidairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir. 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi. Umar Əfəndiyev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Anar Umarov
Anar Məhəmməd oğlu Umarov (12 may 1991, Yevlax – 2 noyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998–2009-cu illərdə Ş. Qurbanov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Anar Umarov 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Umarov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Doka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dokka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Doku Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Himouto! Umaru-chan
Himouto! Umaru-chan (干物妹!うまるちゃん, Himōto! Umaru-chan) — Sankaku Head tərəfindən yazılmış manqa seriyası. Əsasında anime və videooyun adaptasiyaları istehsal olunmuşdur == Məzmun == Umaru Doma böyük qardaşı ilə yaşayan şagirddir. Məktəbdə yaxşı görünüşə, yüksək qiymətlərinə və müxtəlif sahələrdəki istedadına görə ideal bir şagird sayılır. Lakin evə dönərkən vaxtını videooyunlara xərcləyən, qardaşından asılı olan tənbələ çevirir. == Media == === Manqa === Manqa ilk dəfə Shueisha nəşriyyatının Miracle Jump jurnalında 16 avqust 2012-ci ildə çıxmış, daha sonra 16 oktyabr 2012-ci ildə çıxmış buraxılışında nəşr olunmuşdur 14 mart 2013-cü ildən manqa seriayası Weekly Young Jump jurnalında nəşr olunur.Nana Ebina personajı Niconico Seiga saytında personajlar arasında populyarıq müsabiqəni udandan sonra, onun haqqında "Akita Imokko! Ebina-chan" (秋田妹!えびなちゃん, lit. Akita Native Little Sister Ebina) adlı spinoff manqası həmin saytda çıxacağı elan olunmuş.
Liza Umarova
Liza Umarova (çeç. Iумарийн ЙоI Лиза, 12 mart 1965, Almatı) — Çeçen müğənisi və Çeçenistanda məşhur olan "Qroznı bir qəhrəman şəhərdir", "Ruhum" və bir sıra digər vətəndaş və vətənpərvər məzmunlu mahnıların müəllifidir. == Bioqrafiya == Qazaxıstanda doğulmuşdur. Yaroslavl Teatr İnstitutunu dram teatr aktrisası kimi bitirmişdir. Birinci Çeçenistan müharibəsi başlamazdan əvvəl Qroznıda bir mədəniyyət mərkəzinin müdiri olaraq çalışır, sonra köçür və Moskvada yaşayır. Anna Politkovskayanın Novaya qazetadakı nəşrlərindən sonra məşhurlaşır. 2009-cu ildə parlamentin spikeri onu vətənə qayıtmağa çağırdıqdan sonra Liza Umarova Çeçenistana qayıtmağa çalışır. Lakin iqtisadi səbəblərdən və böyük qardaşının öldürülməsindən sonra yenidən Moskvaya köçmək məcburiyyətində qalır. 2012 -ci ildə Finlandiyaya qastrol səfərinə gedərək oradan siyasi sığınacaq istəyir. == Yaradıcılığı == Liza Umarova İkinci Çeçen müharibəsi zamanı kitab almaq üçün getdiyi Çeçenistana etdiyi başqa bir səfərdən sonra mahnı oxumağa və mahnı yazmağa başlayır.
Umarkot qalası
Umarkot qalası (Urdu: قِلعہ عُمَرکوٹ ‎; Sindhi: عمر ڪوٽ جو قلعو) — Sind əyalətinin Umerkot məntəqəsində yerləşən qala. == Haqqında == Amarkot da adlanır. (Urdu: امَرکوٹ ‎; Sindhi:امرڪوٽ). Moğol imperatoru Humayun şahın Şer Şah Suri tərəfindən məğlub edilməsindən sonra sığındığı Umarkot qalasında oğlu Əkbər (şah) 1542-ci il 15 oktyabr tarixində anadan olub. 1746-cı ildə Nur Məhəmməd Kəlxur adlı Moğol Subahdarı bu ərazidə qala bina etdi. Bir müddət sonra da bu ərazi ingilislər tərəfindən işğal edilib. Amarkot qalası XI əsrdə Rana Amar Singx tərəfindən inşa edilib. Hindu Racput sülaləsinin hakimiyyəti altında olub.
Umaro Embalo
Umaro Embalo (6 may 2001-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. == Klub karyerası == === İlk illəri === 14 yaşı olarkən Embalo ailəsi ilə birlikdə Portuqaliyaya köçmüşdür. O, Benfika klubu tərəfindən təşkil olunan bayram düşərgəsinə Qvineya-Bisaulu gənclər ilə birlikdə getmişdir. O, Migel Velozonun akademiyasına qoşulmaq istəsə də, Lissabon şəhərini təmsil edən Oeiras akademiyasına qəbul olmuşdur. === Benfika B === Embalo Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Barselona, Real Madrid və Mançester Yunayted klubu transfer etmək istəmişdir. Hətta RB Leypziq klubu Embalo üçün Benfikaya 20 milyon avroluq təklif göndərmişdir. Onun idealı Pari Sen-Jermen klubunun futbolçusu Anxel Di Mariyadır. Embalo öz peşəkar karyerasında debütünü 27 oktyabr 2018-ci ildə Sportinq Kovilya klubuna qarşı oyunda etmişdir. O, 90-cı dəqiqədə Kris Uilloku əvəz etmişdir.
Umaru Sisoku Embalo
Umaru Muxtar Sisoku Embalo (port. Umaro Mokhtar Sissoco Embaló; 23 sentyabr 1972, Bisau, Portuqaliya Qvineyası[d]) — Qvineya-Bisau Respublikanın Prezidenti. == Həyatı == Bisau şəhərində anadan olan Embalo Lissabon Texniki Universitetinin Ali Sosial və Siyasi Elmlər İnstitutundan beynəlxalq əlaqələr dərəcəsi, eyni zamanda Madridin Hesablamalar Universitetində Siyasi Elmlər üzrə magistr dərəcəsi və Beynəlxalq Əlaqələr üzrə doktorluq dərəcəsi almışdır. Portuqal və ispan dillərini mükəmməl bilir, ingilis, fransız, ərəb və suahili dillərində isə danışmağı bacarır.Orduda xidmətini başa vurduqdan sonra, İspaniya Milli Müdafiə Mərkəzində Milli Müdafiə Araşdırmaları üzrə kurs keçdi və Brüssel, Təl-Əviv, Yohannesburq, Tokio və Parisdə Milli Təhlükəsizlik mövzusunda seminarlar keçdi. Ölkəsinə qayıtdıqda ordu generalı rütbəsinə yüksəldi.Siyasi fəaliyyətinə başlamazdan öncə Afrika və Yaxın Şərq məsələlərində, beynəlxalq əməkdaşlıq və inkişaf mövzularında ixtisaslaşmışdı. Keçmiş Afrika İşləri Naziridir. == Baş nazir fəaliyyəti == 18 noyabr 2016-cı ildə Prezident Joze Mariu Vaş tərəfindən Baş nazir təyin edildikdən sonra kabinetini 13 dekabr 2016-cı ildə qurdu.Embalo mərkəzi komitə vasitəsi ilə ona 112 səs lehinə və 11 əleyhinə inamsızlıq verən öz partiyası olan Qvineya və Kabo-Verde İstiqlalı Partiyasını boykot edərkən vəzifəni tutdu.Hökumət başçısı olaraq, o, yalnız Qvineya-Bisau Milli Xalq Konqresində ikinci ən çox yer tutan Sosial Yenilənmə Partiyasının dəstəyinə arxalana bildi.13 yanvar 2018-ci ildə Prezident Joze Mariu Vaş ilə fikir ayrılıqlarından sonra, Joao Fadia və Botçe Kandenin tələblərinə uyğun olaraq hökumət dəyişdirildi, Embalo 16 yanvar 2018-ci il tarixindən etibarən vəzifəsindən istefa verdi. == Prezident fəaliyyəti == === 2019-cu il seçki kampaniyası === Embalo 2019-cu ildə "Madem G15"-in namizədi olaraq prezidentliyə namizəd oldu. Səsvermənin ilk turunda 27% səslə ikinci yeri tutdu. Milli seçki komissiyasının açıqladığı ilkin və yekun nəticələrə görə, o, digər keçmiş Baş nazir Dominquş Simoes Pereyraya qarşı ikinci turda 54%-in 46%-ə qarşı səslə qalib gəldi, lakin son nəticələr rəqibi Dominquş Simoes Pereyra tərəfindən mübahisə ilə qarşılandı.
İlkin Umarov
İlkin Umarov (24 fevral 1995, Şəki) — Rejissor == Həyatı == İlkin Umarov 23 oktyabr 1995-ci ildə Şəki şəhərində anadan olub. 2002-ci ildə Şəki şəhər 8 saylı orta məktəbə daxil olmuş və 2013-ci ildə həmin məktəbi bitirib. 2004-2011-ci illərdə Şəki şəhər 3 saylı musiqi məktəbində skripka üzrə təhsil aldıqdan sonra bu təhsilini 2011-2013-cü illərdə musiqi kollecində davam etdirib. 2008-ci ildən etibarən bir çox qısa filmin rejissorluğunu etmiş, eyni zamanda bir çox filmin və musiqi kliplərinin montaj rejissorluğunu etmişdir. 2016-cı ildən etibarən həvəskar olaraq rep musiqisi ilə məşğul olmağa başlamışdır. == Rejissor fəaliyyəti == 2011-ci ildə Gələrsən Görərsən - Kinematoqrafçılar İttifaqında Azərbaycan Respublikasının Xalq Artisti, kinorejissor, operator və ssenarist Vaqif Qulam oğlu Behbudov tərəfindən rejissorluq dərsləri almışdır. 2012-ci ildə qardaşı Alik Umarov ilə birlikdə AYFF "Azerbaijani Youth Film Festival" film festivalı üçün ilk filmi olan "Üç Gün" filmini çəkmişdir. Daha sonra 7 il ərzində AYFF-in tərkibində eləcədə fərdi olaraq 9 qısafilmin rejissorluğunu etmişdir. AYYF 2012-2017 ci illər ərzində təşkilatçılıq və təlimçilik (rejissorluq, video montaj və kinomotoqrafiya) etmişdir. == Musiqi fəaliyyəti == Musiqi fəaliyyətinə 2016-cı ilin İyun ayında "Oxumaq qadağandır" adlı sinqlla başlayan İlkin Umarov, cəmi 3 albomun və 40 musiqi parçasının müəllifidir.
Əbdürrəhman Umarov
Əbdürrəhman Umarov (d.1866 — ö.1933)- məşhur noqay maarifçisi və tarixçisi. == Həyatı == Abdürrəhman İsmayıl oğlu Umarov 1866-cı ildə doğulub. Onun doğulduğu illərdə noqaylar hələ də köçəri halda yaşayırdılar. Buna görə də qaynaqlar onun hansı şəhərdə, hansı kənddə anadan olduğunu yazmaqdansa, hansı tayfadan olduğuna üstünlük verirlər. Abdürrəhman Umarov da Həştərxan bölgəsində yaşayan nayman tayfasındandır. === Təhsili === Abdürrəhman Umarov ilk təhsilini molla yanında alıb. Molla sadəcə ona oxumağı və yazmağı öyrətməyib, həmçinin, türk ləhcələrini, fars, ərəb dillərini öyrədir, dini və dünyəvi biliklərdən məlumat verir. İlkin hazırlığı yaxşı olduğundan Ufa şəhərindəki Qaliyə mədrəsəsinə daxil olanda şəhərdə yaşayan, ibtidai məktəbi bitirən yaşıdlarından o qədər də fərqlənmir. 1906-cı ildə Ufada imkanlı adamların topladığı vəsaitlə yaradılan, dövrünün böyük din xadimi və pedaqoqu Ziyaddin Kamaletdinovun rəhbəriliyi ilə fəaliyyətə başlayan mədrəsə ali təhsil ocağ kimi qurulduğunda çox vaxt adı Aliyə kimi də yazılır. Mədrəsədə təhsil dörd mərhələli idi.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Ucar
Ucar — Azərbaycanın Ucar rayonunun inzibati mərkəzi. 1941-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Ucar rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon haqqında çoxlu fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir. Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir. Bəzi mülahizələrə görə rayonun adı Azərbaycan dilindəki "Uçar" sözündən əmələ gəlmişdir.Digər mülahizələrdə rayonun adının qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürüldüyü iddia olunur. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. 1930-cu ildə qəza bölgüsü ləğv edilmiş və rayon inzibati ərazi bölgüsünə köçürülmüşdür.
Ular
Ular (lat. Tetraogallus) — toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid quş cinsi. == Növləri == Altay uları (Tetraogallus altaicus) — Altay dağları, Sayanlar; Himalay uları (Tetraogallus himalayensis) — Tyan-Şan, Pamir-Altay, Hindukuş, Kunkun, Himalay dağlarının qərb tərəfi; Qafqaz uları (Tetraogallus caucasicus) — Böyük Qafqaz; Xəzər uları (Tetraogallus caspius) — Tavr dağları və Pont dağları, Elbrus, Kopetdağ, Zaqros; Tibet uları (Tetraogallus tibetanus) — Pamirin şərqi, Himalay dağları, Sino-Tibet dağları, Kunlun.
Umac
Umac - Azərbaycanın milli yeməyi. == Tərkibi == Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz == Hazırlanma qaydası == Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Uman
Uman (ukr. Умань) — Ukraynanın Çerkassi vilayətində şəhər. == Qardaş şəhərlər == İsrail, Aşkelon Rumıniya, Botoşani Polşa, Qnezno, Kurnik, Lansut == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Uman informational portal (ukr.) Evening Uman. Uman informational portal and newspaper (ukr.) Uman photos. Uman biggest photos collection portal (ukr.) Uman videos.
Umay
Umay — Qədim türk mifologiyasında ev, heyvandarlıq ilahəsi. Yaxşılıq İlahəsi. Omay (Imay, Ubay, Humay) Xanım olaraq da bilinir. Ana Tanrı və Həyat İlahəsi yaxşılıqlar edər. Doğulacaq uşaqları təyin edər. Üç buynuzu vardır. Ağ paltarlıdır. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü yaşlı deyil, orta yaşlıdır. Quş qılığına bürünəbilir və qanatlıdır.
MAR
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. == Coğrafiyası == Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Alpout (Ucar)
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Amar Das
Amar Das (5 may 1479, Amritsar – 1 sentyabr 1574, Amritsar) — Siqhlərin üçüncü qurusudur. Quru Anqadın tələbəsi olmuş, 1552-ci ildə Quru olmuşdur. Siqhlərin müqəddəs kitabı Adi-Qranthın mətnində onun 907 şeiri var.
Amar Muşiç
Amar Muşiç (21 mart 1987) — Xorvatiyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Xorvatiyanı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 15-ci olmuşdur. Amar Muşiç dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Amar Çatiç
Amar Çatiç (21 yanvar 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq PSV klubunda hücumçu kimi çıxış edən peşəkar Bosniya və Herseqovina futbolçusudur. == Klub karyerası == === Yonq PSV === Çatiç PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. 30 may 2018-ci ildə o, PSV Eyndhoven klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Çatiç öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Oss klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Zakaria Abuxlalı əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Çatiç Niderlandda anadan olmuşdur. Valideynləri isə Bosniya və Herseqovina vətəndaşlarıdır. == Karyera statistikası == 24 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Bağban (Ucar)
Bağban — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2283 nəfərdir son siyahıya alınmada == Tarixi == Bağban Ucar rayonunun Boyat inzibati ərazi vahidində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Bəzi ədəbiyyatlarda Bağman variantında qeydə alınmışdır. Bağban "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. == Din == Kənddə Bağban kənd məscidi dini icması fəaliyyət göstərir.
Bağırbəyli (Ucar)
Bağırbəyli — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 214 nəfərdir (2009-cu il). == Tarixi == Bağırbəyli Ucar rayonunun Qulabənd inzibati ərazi vahidində kənd. Etnotoponimdir. 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır. XIX əsrə aid məlumata görə, Göyçay qəzasında bağırbəyli adlı cəmi 5 ailədən ibarət elat yaşayırdı. Onlar XIX əsrin ortalarında Qulabənd qobusu və Qaraqulu yataq adlı yerdə məskunlaşaraq indiki kəndin əsasını qoymuşdular.
Boyat (Ucar)
Boyat — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.Ucarın ən inkişaf etmiş kəndlərindəndir == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. == Etimologiyası == Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Keçmişdə Boyat Məlik Umud adlanmışdır.
Bərgüşad (Ucar)
Bərgüşad — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bərgüşad Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. 1917-ci ildə Cavanşir qəzasının Şirvanlı inzibati ərazi vahidində, 1933-cu ildə Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində də Bərgüşat adlı yaşayış məntəqələri qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi "bərgülərin kəndi" kimi izah edərək, etnotoponim hesab edirlər. Ukraynanın Vannitski vilayətində BərŞad adlı Şəhər və rayonun olması faktı da məlumdur. == Etimologiyası == Bərgüşad toponimi hələ tamamilə öyrəlilməmişdir. Kürddilli Bərgüşad tayfasına mənsub addır. Bu tayfa öz adını Bərgüşad zonasından almışdır. Bərgüşad toponiminin arealı genişdir.
Fuad Umay
Fuad Mehmed Umay (türk. Mehmet Fuat Umay; 24 fevral 1885, Kırklareli ili – 1 iyul 1963, İstanbul) — həkim və siyasətçi; 1921-ci ildə Uşaq Qoruma Agentliyinin (Çocuk Hizmetleri Genel Müdürlüğü) qurucusu. 1910-cu ildə Ədirnə Liseyini və İstanbul Universiteti Tibb Fakültəsini bitirmişdir. Birinci Balkan müharibəsində iştirak etmiş və 1913-cü ilin avqust ayında Kırklarelidə şəhər həkimi kimi çalışıb. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra ABŞ-yə səyahət etmiş, Türkiyədə kimsəsiz qalan uşaqlar üçün ianə toplamaqla məşğul olmuşdur. 1920–1950-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir.. == Həyatı == Fuad Umay 24 fevral 1885-ci ildə Kırklarelidə anadan olub. Kırklarelidə ibtidai və orta məktəbə getmiş, sonra Ədirnə liseyində oxumuşdur. 1910-cu ildə İstanbul Universitetinin Tibb Fakültəsini bitirmişdir. İlk vəzifə yeri olan Tırnovacık qəsəbəsində bələdiyyə həkimi vəzifəsinə 2 iyul 1910-cu ildə başlamışdır.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.