Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel‎; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016) == Karyerası == Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.
Vomel Brendi Mento
Vomel Brendi Mento (17 iyul 1997) — Vanuatulu atlet. Vomel Brendi Mento Vanuatunu 2015-ci ildə XV Yüngül atletika üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Vomel Brendi Mento birinci dəfə Dünya çempinatına 2015-ci ildə qatıldı. O, Çinin Pekin şəhərində baş tutan XXX Yüngül atletika üzrə Dünya Çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.17 saniyəlik nəticə ilə 18-ci yeri tutdu və mübarizəni dayandırdı. Bu nəticə onun karyerası boyunca ən yaxşı nəticəsi hesab olunur.
Vittel
"Vittel" — öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən təbii mineral su. “Vittel” öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir. “Vittel” orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1,5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir. XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı. “Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir. Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır.
Vimeo
Vimeo — 2004-cü ildə bir qrup tərəfindən qurulan video paylaşma platforması. Vimeo istifadəçilərin rəqib saytlarda tapılmayan yüksək dərəcədə fərdiləşdirmə ilə videolarını yükləməsinə və tanıtmasına imkan verən optimallaşdırılmış bir onlayn video yayım saytıdır. Vimeo, özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq genişmiqyaslı məzmun yaradıcılarını cəlb etmişdir. Yüksək səviyyəli video və səs keyfiyyətinə diqqət yetirdiyi üçün sayt sənədli və animatorlardan tutmuş portfellərini nümayiş etdirmək istəyən kinorejissorlara və qrafika dizaynerlərinə qədər hər kəsin evinə çevrildi. == Tarixi == Vimeo 2004-cü ildə bir qrup rejissorla birlikdə Zek Kleyn və Ceyk Lodvik tərəfindən yaradılmışdır. Onların fikrincə, sayt insanlara yaradıcı layihələr və həyat hekayələrini paylaşmağa kömək etməlidir. Xidmətin adı “video” və “mən” sözləri üzərində qurulmuş tamaşa, həmçinin “film” sözünün anaqramıdır. 2007-ci ilin oktyabrında Vimeo HD (1280×720) dəstəyi verən ilk video hostinq xidməti oldu. Hazırda xidmət 4K (4096×2160 formatı) daxil olmaqla daha böyük təsvir ölçüsünü də dəstəkləyir. 2017-ci ildən Vimeo-nun 25 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 170 milyon izləyicisi var.
Vimne
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Viple
Viple (fr. Viplaix) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03317. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 171 nəfərin (15-64 yaş arasında) 121 nəfəri iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70.8%, 1999-cu ildə bu 68.8%). Fəal 121 nəfərdən 106 nəfəri (56 kişi və 50 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). 50 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎, 1 mart 1858, Berlin — 28 sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Trevis Fimmel
Travis Fimmel (15 iyul 1979, Eçuka[d] və ya Avstraliya) — Avstraliyalı aktyor və keçmiş modeldir. == Həyatı == Onun modellik karyerası Melburnda kəşf edildikdən sonra başlayıb və 2002-ci ildə Los-Ancelesdə yerləşən LA Models agentliyi ilə müqavilə imzalayıb. O, Calvin Klein-in ətir və alt paltarı promosyonlarında göründükdən sonra populyarlıq qazanıb və müxtəlif jurnalların üz qabığına çıxıb. Daha sonra Fimmel aktyorluq üçün işə başladı, 2003 Warner Bros. O, "Tarzan" serialında baş rolu oynayıbO, 2013-cü ildə History kanalında yayımlanmağa başlayan Vikinqlər serialında 45 seriyada Ragnar Lothbrok obrazını canlandırıb və ifası ilə diqqət çəkib. O, 2016-cı ildə ekranlara çıxan Warcraft filmində baş rolu canlandırıb.
Əbu-Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbel

Əbu Simbəl

Dimpl Kapadiya
Dimpl Kapadiya (8 iyun 1957, Bombey) — kəşmirli hind aktrisası == Həyatı == 8 iyun 1957-ci ildə anadan olmuşdur. Tam adı Dimpl Cunnibhay Kapadiyadır. Əslən Qucaratlıdır. Aktrisa Tvinkl Xannanın anasıdır. Karyerasına gənc yaşlarından başlayıb. 1973-cü ildə "Bobbi" filminə çəkiləndə 16 yaşı olub. 1991-ci ildə "Qara şahzadə Adjuba" filminə də çəkilib. 1973-cü ildə Radjeş Xanna ilə ailə həyatı qurub. İki qızı var.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Çimpe qalası
Çimpe qalası — XIV əsrin ortalarında Osmanlı ordusu tərəfindən fəth edilən, Balkan torpaqlarının cənub-şərqində Gelibolu yarımadasında yerləşən bir qaladır. 1352-ci ildə Osmanlı ordusu tərəfindən fəth edilmişdir. XIV əsrin ortalarında Osmanlı türklərinin Çimpe qalasını alaraq Rumeliyə keçişi Balkanların tarixində olduqca əhəmiyyətli bir dönüş nöqtəsi olmuşdur. Sənədlərdə qalanın adı "Cinbi", "Çinpi" olaraq da keçir. == Qalanın Fəth == İmperator Kantakuzenosun tələbi ilə 1352-ci ildə Süleyman Paşa komandasındakı iyirmi min nəfərlik Türk qoşunu Rumeliyə keçmiş, mühasirəyə altındakı Ədirnə ilə burada əsir olan imperatorun oğlunu xilas etmişdir. Kantakuzenos, Orxan bəydən yardım qüvvəsi istəyərkən bunun müqabilində Gelibolu yarımadasında bir qala verməyi öhdəsinə götürdüyü üçün Süleyman Paşa ertəsi il Anadoluya qayıdarkən Gelibolu yaxınlığındakı Çimpe qalasına bir miqdar əsgər qoymuşdur. İki il sonra, böyük strateji əhəmiyyəti olan Gelibolunu işğal etmiş və beş il ərzində Frakiyanın cənub bölgəsini fəth edərək, Anadoludan əsgər və əhali gətirib yerləşdirmişdilər. Beləliklə, qısa zamanda Avropa yaxasında güclü bir köprü-başı qurmuşdular. Bu köprü-başı, Osmanlıların Avropada Vyana önlərinə qədər yayılan imperiyalarının başlanğıcıdır. 1329-1344-ci illərdə İzmirdən donanması ilə Frakiyaya dəniz yürüşləri edən Aydınoğlu Umur Bəy, Balkan qoşunlarını hazırlayan ilk böyük qazi bəydir.
Abu-Simbel məbədi
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. == Məbədin daxili quruluşu == Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu-Simbel məbədi

Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
İpel çayı
İpel çayı (slovak. Ipeľ, mac. Ipoly) — Slovakiya və Macarıstan ərazisindən axan çaydır. == Əsas xüsusiyyətləri == Çay öz başlanğıcını Lom-nad-Rimaviçou kəndi yaxınlığından Veporske-Vrxi dağlıq massivindən götürür. Uzunluğu-233 km, hövzəsinin sahəsi isə-5151 km²-dir. Çay əvvəlcədən cənub-şərqdən cənuba, daha sonra isə qərbə sonra yenidən şərqə və sonda cənub-şərq istiqamətində axır.
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. == İnkişaf == === İnkişaf etdirilmiş model === AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.