Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məcidiyyə
Məcidiyyə (Armudlu) — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
"Məcidiyyə" ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Məcidiyyə ordeni

Səudiyyə şahinləri
Səudiyyə şahinləri (ərəb. الصقور السعودية‎) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou zamanı 7 Hawker Siddeley Hawk təyyarəsi istifadə olunur. Komanda 1998-ci ildə yaradılmışdır. İlk ictimai debüt 1999-cu ildə Səudiyyə Ərəbistanının 100 illiyi yubileyində olmuşdur. Komanda eyni təyyarələrdən istifadə olunduğuna görə Birləşmiş Krallığa məxsus Qırmızı Oxlar aerobatika komandası ilə müqayisə olunur. Xəbərlərdə keçmiş Qırmızı Oxlar pilotlarının Səudiyyə Şahinlərinin təliminə cəlb olunduğu barədə məlumatlar var.
Səudiyyə Ərəbistan
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistanı

Məcidiyyə (Armudlu)
Məcidiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd Yalova vilayətindən 61 kilometr, Armudlu rayonundan isə 6 kilometr məsafədədir.
Hədiyyə (dəqiqləşdirmə)
Hədiyyə — bir əşyanı kiməsə bağışlamaq. Hədiyyə (film, 2015) — film. Hədiyyə (film, 2016) — film.
Hədiyyə Məmmədzadə
Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi. == Həyatı == Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir. Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir.
Osmanlı-Səudiyyə müharibəsi
Osmanlı-Səudiyyə müharibəsi (və yaxud Misir-Səudiyyə müharibəsi) - 1811-1818-ci illərdə Birinci Səudiyyə əmiri Səud ibn Əbdüləzizlə Osmanlı İmperiyasının Misir əyalətinin hakimi Kavalalı Mehmed Əli Paşa arasında baş vermişdir. Müharibə Səud ibn Əbdüləziz əl-Səudun dövründə başlamış və onun vəliəhdi Abdullah ibn Səud əl-Səudun dövründə onun ölümü ilə başa çatmışdır. Vəhhabilik Birinci Səudiyyə dövlətinin yaranmasında əsaslı rol oynadı və bu Osmanlı imperiyasının maraqlarına zidd idi. Hərəkata qarşı Osmanlı sultanı Misir hakimi Kavalalı Mehmed Əli Paşanı vəzifələndirdi. Məhəmməd ibn Əbdülvahab və əmir Məhəmməd bin Səud əl-Səudun islam islahatları onların Dəriyyə şəhərində hakimiyyətlərini möhkəmləndirməyə şərait yaratdı. 1805-ci ildə Vəhhabilər Məkkə və Mədinə üzərində nəzarəti ələ keçirdilər, Kərbəla şəhərinə və İmam Hüseyn məqbərəsinə hücum etdilər. Bu zaman vəhhabilər Osmanlı karvanlarına hücum etdilər. Səudiyyə əmirinin Hicaz ziyarətgahlarının qoruyucusu olması iddiasını Osmanlı sultanı tərəfindən pislənmişdi. Daha sonra Osmanlılar vəhhabilərlə mübarizə üçün Mehmed Əli Paşanı vəzifələndirmişdilər. 1807-ci ilin dekabr ayında Misir hakimi Mehmed Əli Paşa Osmanlı sultanı IV Mustafadan Səudiyyə əmirliyinə qarşı müharibəyə başlamaq tapşırığı aldı.
Səudiyyə-Yəmən müharibəsi
Səudiyyə-Yəmən müharibəsi — Səudiyyə Ərəbistanı və Yəmən arasında 1934-cü ildə başvermişdir. 1930-cu illərdə Ərəbistan yarımadasının cənubunda vəziyyət imam Yəhyaın ələhinə işləyirdi. Onun Ədəndə yerləşən ingilis koloniyaları ilə münasibətləri normallaşdıra bilməməsi və «nə müharibə, nə sülh» ingilislərin lehinə işləyirdi. Belə ki, sərhəddə daim gərginlik saxlanılırdı. Üstəlik ingilis kolonizatorları imam Yəhya və Əbdül Əziz ibn Səud arasında münasibəti pisləmdirməyə çalışırlar. Bu isə Yəmənin şimal rayonlarında gərginliyi artırdı. Artıq getdikcə Səudiyyə Ərəbistanı və Yəmən arasında münaqişə yaranırdı. Hər iki ölkənin başçısı ilk öncə türklərə qarşı mübarizə apararaq Birinci Dünya müharibəsindən sonra müstəqillik əldə etmişdilər. Hər ikisi ölkələrinin birləşdirilmədi xəttini götürmüşdü. Hər iki dövlət başçısı ingilislərin daimi təzyiqini hiss edirdi.
Səudiyyə Dəmiryolu Şirkəti
Səudiyyə Dəmiryolu Şirkəti — Səudiyyə Ərəbistanı dəmir yolu şəbəkəsini idarə edən iki dəmir yolu şirkətindən biri. İkinci dəmir yolu şirkəti Səudiyyə Dəmir Yolları Təşkilatıdır. Səudiyyə Dəmiryolu Şirkəti 2006-cı ildə yaradılmışdır, 2,750 km uzunluğunda 1435 mm-lik xətləri idarə edir. Şirkətin baş ofisi Ər-Riyadda yerləşir. Səudiyyə Dəmir Yolları Təşkilatı və Səudiyyə Dəmiryolu Şirkətinin birləşməsinə razılıq 2021-ci ilin fevralında elan edilmişdir.
Səudiyyə Ərəbistan kralı
Səudiyyə Ərəbistan kralı (ərəb. قائمة ملوك السعودية‎) — Vəzifəni Əbüləziz bin Salman icra edir. Bəzən kralı İki müqəddəs məscidin Şərifi adlandırırlar. İbn Səudun ölümündən bəri padşahların hamısı onun övladlarıdır və yəqin ki, hökmranlıq edən Kral Salmanın dərhal davamçıları onun nəslindən olacaqlar. İbn Səudun övladları Səudiyyə Ərəbistanının taxtında əsas iddia hesab olunur. Bu, Səudiyyə monarxiyasını ümumiyyətlə böyük, dəqiq müəyyənləşdirilmiş kral ailələri və varis əmrləri olan və varisliyin mütləq primojenasiya sistemindən istifadə edən Qərb monarxiyalarından tamamilə fərqləndirir. 2017-ci ildə kral fərmanı ilə vəliəhd vəzifəsindən kənarlaşdırılmadan əvvəl Məhəmməd bin Nayef, İbn Səudun ard-arda olan ilk nəvəsi idi.
Səudiyyə Ərəbistanı Krallığı
Səudiyyə Ərəbistan və ya rəsmi adı ilə Səudiyyə Ərəbistan Krallığı (ərəb. المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah) — Qərbi Asiyada yerləşən bu dövlət Ərəbistan yarımadasının böyük hissəsini əhatə edir. Təqribən 2,150,000 km² quru sahəsi ilə Yaxın Şərqin ən böyük, Asiya qitəsinin beşinci ən böyük və ümumilikdə dünyanın ən böyük 12-ci ölkəsidir. Səudiyyə Ərəbistanı şimaldan İordaniya və İraq, şimal-şərqdən Küveyt, şərqdən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, cənub-şərqdən Oman, cənubdan isə Yəmənlə həmsərhəddir. Aqaba körfəzi vasitəsilə İsrail və Misirdən ayrılmışdır. Həm Qırmızı dəniz, həm də Fars körfəzi sahilində yerləşən yeganə dövlət olan Səudiyyə Ərəbistanın ərazisinin əsas hissəsi səhralarla örtülüdür. 2018-ci ilin oktyabr ayına olan məlumata əsasən Səudiyyə Ərəbistan sahəsinin böyüklüyünə, əhalisinin sayına və iqtisadiyyatına görə Yaxın Şərq regionunda yerləşən ən böyük dövlətdir. Hal-hazırda Səudiyyə Ərəbistanın nəzarəti altında olan ərazilərdə vaxtilə bir neçə qədim mədəniyyətlər və sivilizasiyalar mövcud olmuşdur. Dünyada ilk insan məskənlərinin bəzilərinin də burada yerləşdiyi güman edilir. Hazırda dünya əhalisinin ən çox etiqad etdiyi ikinci din hesab olunan İslam dini də müasir Səudiyyə Ərəbistanı ərazisində təşəkkül tapmışdır.
Səudiyyə Ərəbistanı bayrağı
Səudiyyə Ərəbistanı bayrağı — Səudiyyə Ərəbistanının Dövlət bayrağı 1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində "La İlahe İllallah va Muhammadun Rasululallah" ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Səudiyyə Ərəbistanı coğrafiyası
Səudiyyə Ərəbistanının krallığı (ərəb. Al-Mamlyaka al-Arabiya as-Saudiya) — cənub-qərbi Asiyada Ərəbistan yarımadasında dövlət. Şimalda İordaniyayla, İraqla və Küveytlə; şərqdə Fars körfəziylə və Qətərlə və Birləşmiş Ərəb Əmirlikləriylə, cənub-şərqdə Omanla həmsərhəddir, cənubda – Yəmənlə, qərbdə Akabanın Qırmızı dəniziylə və körfəziylə yuyulur. Sərhədlərin ümumi ölçüsü – 4431 kilometr. Sahə – 2149,7 min kv. kilometr (məlumatlar təxminidir, çünki cənubda və cənub-şərqdə sərhədlər aydın qurulmamışdır (təyin edilməmişdir)). Mübahisəli ərazilər var.İndiyə qədər Yəmənlə sərhəd sualları məsələləri həll edilməmişdir; Yəmənlə sərhəd rayonlarında köçəri qruplar sərhədin demarkasiyasına müqavimət göstərirlər. İranla dəniz sərhədi sularla Küveytin və Səudiyyə Ərəbistanının danışıqları davam edir. Birləşmiş Ərəb Əmirlikləriylə sərhədin statusu qəti təyin edilməmişdir. Əhali – 24 293 min nəfərdir, və onun 5576 min əcnəbidir (2003).
Səudiyyə Ərəbistanı himni
Səudiyyə Ərəbistanı himni – 1950-ci ildə rəsmiləşdi. 1984-cü ildə mətninin bir az dəyişikliyindən sonra, yenidən rəsmiləşdi.
Səudiyyə Ərəbistanı kralı
Səudiyyə Ərəbistan kralı (ərəb. قائمة ملوك السعودية‎) — Vəzifəni Əbüləziz bin Salman icra edir. Bəzən kralı İki müqəddəs məscidin Şərifi adlandırırlar. İbn Səudun ölümündən bəri padşahların hamısı onun övladlarıdır və yəqin ki, hökmranlıq edən Kral Salmanın dərhal davamçıları onun nəslindən olacaqlar. İbn Səudun övladları Səudiyyə Ərəbistanının taxtında əsas iddia hesab olunur. Bu, Səudiyyə monarxiyasını ümumiyyətlə böyük, dəqiq müəyyənləşdirilmiş kral ailələri və varis əmrləri olan və varisliyin mütləq primojenasiya sistemindən istifadə edən Qərb monarxiyalarından tamamilə fərqləndirir. 2017-ci ildə kral fərmanı ilə vəliəhd vəzifəsindən kənarlaşdırılmadan əvvəl Məhəmməd bin Nayef, İbn Səudun ard-arda olan ilk nəvəsi idi.
Səudiyyə Ərəbistanı tarixi
Səuddiyyə Ərərbistanı — Hazırda Səudiyyə Ərəbistanı adlanan ərazinin tarixi. Səudiyyə Ərəbistanı köçəri ərəb tayfalarının ən qədim dövrlərdən qədimdən məskunlaşdığı ərazilərdəndir. Erkən paleolit dövründə Ərəbistan yarımadası insanların bu ərazidən planetin digər hissələrinə miqrasiyasının başlandığı ilk ərazidir.. Ərəb tayfaları ilkin dövrlərdə ölkənin şimal-şərqində, e.ə. II minillikdə isə Ərəbistan yarımadasının hər yerində yayılmışdı. Məkkə şəhəri Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə idi. Məkkəlilər VII əsrin ortalarında qonşu tayfaları öz ətrafında birləşdirdilər. Hicaz əyalətində VII əsrdə yeni din – İslam və ilk müsəlman teokratik dövləti – xilafət yarandı. Xilafətin ilk paytaxtı Mədinə şəhəri olmuşdu. Ərəb xilafəti VII-VIII əsrlərdə Əməvilərin, VIII-IX əsrlərdə Abbasilərin hakimiyyəti altında olmuşdu.
Səudiyyə Ərəbistanı şəhərləri
P.V. Qusterin :Şərqi Ərəb şəhərləri 2007
Osmanlı–Səudiyyə müharibəsi
Osmanlı-Səudiyyə müharibəsi (və yaxud Misir-Səudiyyə müharibəsi) - 1811-1818-ci illərdə Birinci Səudiyyə əmiri Səud ibn Əbdüləzizlə Osmanlı İmperiyasının Misir əyalətinin hakimi Kavalalı Mehmed Əli Paşa arasında baş vermişdir. Müharibə Səud ibn Əbdüləziz əl-Səudun dövründə başlamış və onun vəliəhdi Abdullah ibn Səud əl-Səudun dövründə onun ölümü ilə başa çatmışdır. Vəhhabilik Birinci Səudiyyə dövlətinin yaranmasında əsaslı rol oynadı və bu Osmanlı imperiyasının maraqlarına zidd idi. Hərəkata qarşı Osmanlı sultanı Misir hakimi Kavalalı Mehmed Əli Paşanı vəzifələndirdi. Məhəmməd ibn Əbdülvahab və əmir Məhəmməd bin Səud əl-Səudun islam islahatları onların Dəriyyə şəhərində hakimiyyətlərini möhkəmləndirməyə şərait yaratdı. 1805-ci ildə Vəhhabilər Məkkə və Mədinə üzərində nəzarəti ələ keçirdilər, Kərbəla şəhərinə və İmam Hüseyn məqbərəsinə hücum etdilər. Bu zaman vəhhabilər Osmanlı karvanlarına hücum etdilər. Səudiyyə əmirinin Hicaz ziyarətgahlarının qoruyucusu olması iddiasını Osmanlı sultanı tərəfindən pislənmişdi. Daha sonra Osmanlılar vəhhabilərlə mübarizə üçün Mehmed Əli Paşanı vəzifələndirmişdilər. 1807-ci ilin dekabr ayında Misir hakimi Mehmed Əli Paşa Osmanlı sultanı IV Mustafadan Səudiyyə əmirliyinə qarşı müharibəyə başlamaq tapşırığı aldı.
Şəqra (Səudiyyə Ərəbistanı)
Şəqra (ərəb. شقراء‎‎ Şəqra '​) — Səudiyyə Ərəbistanında yerləşən şəhər. Riyad əyalətinə inzibati dairəsində yerləşmişdir. Əhalisinin sayı 26 651 nəfərdir (2010-cu il məlumatlarına əsasən).
Zeydiyyə
Zeydilik (ərəb. زيدية‎) məzhəbi — İslamın Şiə məzhəbinin fiqhi məzhəblərindən biri. 4-cü imam İmam Əli ibn Hüseyn Zeynül Abidinin (ə) oğlu Zeyd ibn Əlinin davamçılarıdır. Zeydilər, 4-cü imam Zeynül Abidindən (ə) sonra Zeydi imam bilirlər. İndi də Yəmən və ətrafında zeydiyyə firqəsinə bağlı insanlar kifayət qədər sayca üstünlüyə malikdirlər. Zeydilik təriqəti Zeydilik hərəkatının nəticəsində yaranmışdır. Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı.
Ağbulaq-Həmdiyyə (Təbriz)
Ağbulaq-Həmdiyyə — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 31 km cənub-qərbdə, Miyanə-Marağa dəmir yol xəttinin 5 kilometrliyindədir.
Səudiyyə Ərəbistanında təhsil
1925-ci ilədək bu ölkədə bir dənə də olsa dünyəvi məktəb olmadığı halda, cəmi 25 ildə bu sahə krallığın ən aparıcı inkişaf istiqamətlərindən birinə çevrilmiş, 1953-cü ildə Maarif Nazirliyi yaradılmışdır. Son 20 ildə isə (1990-2010) bu ölkədə təhsilin inkişafına, eləcə də təhsil müəssisələrinin ehtiyacının ödənilməsinə 30 milyard ABŞ dollarına yaxın vəsait xərclənmişdir. 1970-ci ildə ölkədə 3,3 min məktəb və kollec var idisə, yeni əsrin ilk ilində onların sayı 24 mindən çox idi. İnkişaf etmiş ölkələrdə istehsal edilən ümumi daxili məhsulun dəyərinin 5 faizi təhsil sektoruna yönəldilirsə, Səudiyyə Ərəbistanı Krallığında bu göstərici 9 faizdir. Bu ölkədə təhsilə marağın artmasını göstərən rəqəmlərin özü də maraqlıdır. Məsələn, hər il orta məktəb şagirdi olan oğlanların sayı 6,7 faiz, qızların sayı isə 11,2 faiz artır. Qız məktəbləri 1961-ci ildən fəaliyyət göstərir. Səudiyyə Ərəbistanında ibtidai təhsil 6 yaşdan başlanır və 6 il davam edir. Üç il natamam orta, üç il orta təhsil alan məzunlar ali məktəblərdə 4 il oxuyurlar. Bu ölkənin attestatları ABŞ və Qərb ölkələrində, eləcə də bütün ərəb dünyasında tanınır.
Mehdiyyə üsyanı
Mehdiyyə üsyanı və yaxud İngiltərə-Sudan müharibəsi (ərəb. الثورة المهدية‎; 1881–1899) — Sudanda özünü "Mehdi" (Məsih) elan edən Məhəmməd Əhmədin başçılıq etdiyi üsyan. Hərəkat üsyan kimi başlasa da, sonradan Məhəmməd Əhməd bin Abdullanın ardıcılları ilə əvvəlcə Misir xidivliyi qüvvələriylə sonra isə İngiltərə ordusu arasında genişmiqyaslı müharibəyə çevrilib. On səkkiz illik müharibə Britaniya imperiyasının və Misir krallığının de-yure kondominiumu olan İngilis-Misir Sudanının (1899-1956) nominal olaraq birgə idarə olunması ilə nəticələndi. Bu zaman İngiltərə Sudan üzərində faktiki nəzarətə malik idi. Mehdiyyəlilər Sudanın qonşularına qarşı bir neçə uğursuz hücum həyata keçirdilər. Bununla onlar münaqişənin miqyasını təkcə Britaniya və Misiri deyil, həm də İtaliya krallığı, Konqo Azad Dövləti və Efiopiya imperiyasını əhatə edəcək şəkildə genişləndirdilər. Britaniyanın müharibədə iştirakı Sudan kampaniyası adlanır. Tarixşünaslıqda bu müharibə digər adlara da malikdir - Mehdiyyə üsyanı, İngilis-Sudan müharibəsi və Sudan Mehdiyyəsi üsyanı. == Tarixi == === Tarixi və üsyanın səbəbləri === 1819-cu ildə Məhəmməd Əli tərəfindən fəth edildikdən sonra Sudan Misir administrasiyası tərəfindən idarə edilirdi.