SƏCDƏGƏH
SƏD
OBASTAN VİKİ
Orta Araz təbii vilayətinin (Naxçıvan) fiziki-coğrafi səciyyəsi
Relyefin ümumi səciyyəsi
Relyefin ümumi səciyyəsi - Azərbaycan Respublikasının ümumi sahəsi 86.6 min km² olub Qafqazın kənar cənub-şərq hissəsində yerləşir və Cənubi Qafqazın çox hissəsini əhatə edir. Ərazi şərqdən 825 km məsafədə Xəzər dənizi ilə əhatələnir. Cənubda Talış dağ silsilələri və Araz çayının dərəsi ilə İran və Türkiyə ilə həmsərhəddir. Şimalda Baş Qafqaz silsiləsinin suayrıcı və Samur çayının aşağı axını ilə Dağıstan MR-ilə, qərbdə və şimal-qərbdə isə Gürcüstan Respublikası və Ermənistanla həmsərhəddir. Respublikamızın ərazisində zirvələri qar və buzlaqlarla örtülü uca dağlar, yaylalar, dağarası çökəklilklər, geniş düzənliklər, ovalıqlar bir-birini əvəz edir. Göstərilən səth formalarının hamısı relyef adlanır. Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlifdir. Burada düzənliklər və dağlar üstünlük təşkil edir. Azərbaycan dağlıq ölkə hesab edilsə də, ərazisinin yarıya qədəri düzənliklərdən ibarətdir. Respublikamızın əsas geomorfoloji vahidləri Böyük Qafqaz, Kiçik Qafqaz dağları, Talış dağları, Kür-Araz ovalığı, Arazyanı düzənliklərdən və silsilələrdən ibarətdir.

Значение слова в других словарях

воево́дский вы́дернуться запя́титься марина́д баловни́к добря́чка обр отпа́хиваться па́льцем показывать пережива́ние подруба́ть слага́емое умори́ться уно́сный cinefilm cross series gore-fish level down octet pedestal reindeer moss water-parting амёба давай твердоватый