Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaponlar
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Çaparlar
Çaparlar Aerobatika Komandası (ing. The Horsemen Aerobatic Team) 3 keçmiş ABŞ Hərbi Hava Qüvvələri pilotundan ibarət mülki aerobatika eskadronudur. 1994-cü ildə qurulmuşdur. Uçuşlar üçün 3 ədəd North American P-51 Mustang təyyarələri istifadə olunur.
Sporlar
Sporlar (yun. sparo-"səpmə")-ibtidai və ali bitkilərdə çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələrdir. Sporlar başqa hüceyrə ilə birləşmədən, yəni mayalanmadan cücərərək yeni bitki orqanizmlərinin başlanğıcını verir. Bir, iki və çoxhüceyrəlidir, silindr, kürə, ellips, yumurta, armud, paxla formasında olur. Bir çox bitkilərlə sporlar müxtəlif quruluşlu qlafla örtüldüyündən protoplastda toplanan ehtiyat qida maddələri hesabına qidalanaraq cücərmə qabiliyyətini uzun müddət saxlayır. Sporları üç qrupa bölmək olar: sinziqotlar, mitosporlar və meyosporlar. Ali bitkilər yalnız meyosporlar əmələ gətirir. Sporlu bitkilər əsasən qeyri-cinsi və ya cinsi yolla əmələ gəlmiş sporlar vasitəsilə çoxalan və yayılan bitkilərdir. Bu bitkilər bəzən ibtidai (yosunlar, bakteriyalar, şibyələr, göbələklər) və ali (mamırlar, plaunlar, selaginellalar və s.) qruplara bölünür. Bəzi sporlu bitkilərdə sporlar əmələ gəlmir; belə ki, çoxalma bitkinin müəyyən hissəsinin ayrılması ilə gedir (məs., bir çox şibyələrdə).
Fors-majorlar serialının seriyalarının siyahısı
Fors-majorlar — Aaron Korş tərəfindən yaradılmış, "USA Network" telekanalında 23 iyun 2011-ci ildə premyerası baş tutmuş ABŞ teledrama serialıdır. Serialda əsas hadisələr Nyu-York hüquq firmalarından birində vəkil işləyən Mayk Ross (Patrik Cey Adams) və Harvi Spekter (Qabriel Maxt) ətrafında baş verir. Harvi Nyu-Yorkun ən məşhur və nüfuzlu vəkillərindən biri olsa da, heç vaxt Harvard Hüquq Məktəbində (və ya hansısa başqa hüquq məktəbində) təhsil almamış, yalnız eydetik yaddaşı və təbii istedadı ilə uğur qazanan Mayk Rossu özünə köməkçi seçir. 27 avqust 2015-ci ilə kimi, beşinci mövsümün on seriyası da daxil olmaqla, serialın 70 seriyası çıxarılmışdır. Serial 2016-cı ilin yayında on altı seriyalıq altıncı mövsüm üçün yenilənmişdir. == Mövsüm bələdçisi == == Seriyalar == === I mövsüm === Fors-majorlar serialının birinci mövsümü ABŞ-da 23 iyun 2011-ci ildən 8 sentyabr 2011-ci ilə kimi yayımlanmışdır. === II mövsüm === 11 avqust 2011-ci ildə Fors-majorlar serialının on altı seriyalıq ikinci mövsüm üçün yeniləndiyi elan edilmiş, ikinci mövsüm ABŞ-da 14 iyun 2012-ci ildən 21 fevral 2013-cü ilə kimi yayımlanmışdır. === III mövsüm === 21 oktyabr 2012-ci ildə Fors-majorlar serialının on altı seriyalıq üçüncü mövsüm üçün yeniləndiyi elan edilmişdir. Üçüncü mövsüm ABŞ-da 16 iyul 2013-cü ildən 10 aprel 2014-cü ilə kimi yayımlanmışdır. Üçüncü mövsümdə Mişel Feyrli bir neçə seriyada "Pearson Darby" şirkətinin müştərisi olmuş Dr.
Çobanlar Zenobiyanı Araz çayının sahilində tapırlar
Çobanlar Zenobiyanı Araz çayının sahilində tapırlar (fr. Zénobie retrouvée par les bergers sur les bords de l'Araxe) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1850-ci ildə işlənmiş rəsm əsəri. Əsər hazırda Fransa İncəsənət Akademiyasında saxlanmaqdadır. Bu əsərinə görə gənc rəssam 1850-ci ildə Roma mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Crespelle Jean-Paul, Les Maîtres de la belle époque, Paris, 1966 Adhémar Hélène [sous la direction de], Chronologie Impressionniste: 1803–1905, Paris, 1981 Gaudieri Alexander V. J. — Burollet Thérèse — Atkinson Tracy, William Bouguereau 1825–1905 [cat. exp.], Paris, 1984 Lobstein, Dominique, Les Salons au XIXe siècle.