Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi.
Valter Kronkayt
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Kronkite
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. == Həyatı == Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Lübke
Valter Lübke(22 avqust 1953 – 2 iyun 2019) - alman siyasətçi. 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi 2019 may ayında regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqına aid idi. 2019-cu il iyunun 2-də Volter Lübke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb.
Valter Model
Otto Moris Valter Model (alm. Otto Moritz Walter Model‎; 24 yanvar 1891[…] – 21 aprel 1945[…], Ratingen, Prussiya[d]) — alman hərb xadimi, general-feldmarşal.
Valter Natan
Valter Natan (3 aprel 1962) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Valter Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Valter Nernst
Valter Nernst(alm. Walther Hermann Nernst‎, 25 iyun 1864, Brizen — 18 noyabr 1941, Ober-Sibelle) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Brizendə (indiki Bomcezno, Polşa) (1864–1941) anadan olmuş, Alman fiziki və fiziki- kimyaçısı, Nernst Valter Fridrix 1883–1887-ci illərdə Sürix, Qrats, Berlin və Vürsburq Universitetlərində oxumuşdur. 1890–1905-ci illərdə Gettingen Universitetində işləmiş, 1891-ci ildə professor elmi adı almışdır. Termokimya sahəsində həyata keçirdiyimühüm tədqiqat işlərinə görə 1920-ci ildə alim Nobel mükafatına layiq görülmüşdür. Valter Nernst 18 noyabr 1941-ci ildə vəfat edib.
Valter Oyken
Valter Oyken alm. Walter Eucken‎ (1891-1950)—Alman iqtisadçısı. == Həyatı == == İqtisadi fəaliyyəti == Neoliberalist missiyanın mühüm qollarından biri olaraq Alman məktəbi fərqlənir. Alman neoliberalist məktəbinin fərqləndirici əsaslarında Keynizçdaha çox dövlət tənzimlənməsi və bazar rəqabəti mexanizminin müdafiəsi dayanır. Bu məktəbin ən görkəmli nümayəndələri sırasında isə Valter Oyken /1891-1950/ və postfaşist almaniyasının praktik memar-konstruktoru Lüdviq Erxard /1897-1977/ simaları durur. Alman neoliberalizminin banisi Valter Oyken özünün 1940-cı ildə nəşr etdirdiyi "Milli iqtisadi nəzəriyyənin əsasları" əsərində alman sosioloqu, tarixçi, iqtisadçı və hüquqşünası M.Veberin "ideal tiplər" metodologiyasının bazası üzərində təsərrüfatın iki: "azad bazar" və "mərkəzi idarəçilik" tiplərinin mövcudluq vəziyyətini irəli sürmüşdü. Birinci tip V.Oykenə görə azad qiymətlər mexanizmi ilə təqdim olunan bazar vasitəsi ilə idarə edilən daha mükəmməl iqtisadiyyatdır. İkinci tip isə bazar mexanizmini təcrid edən, istisnalı olaraq mütləq iqtisadi komandalı formadadır. Bununla belə heç bir təsərrüfat tipi "xalis formada" mövcud ola bilməz. Onlar yalnız real iqtisadiyyatın təyinedici keyfiyyəti prinsipində çıxış edə bilərlər.
Valter Skott
Ser Valter Skott (ing. Sir Walter Scott; 15 avqust 1771[…], Edinburq – 21 sentyabr 1832[…]) — şotland mənşəli vəkil, şair, yazıçı, tarixçi, tarixi roman janrının banisi. == Həyatı == Valter Skott Edinburqda imkanlı şotland hüquqşünası Valter Conun (1729–1799) və Edinburq universitetinin tibb professorunun qızı Anna Rezerfordun (1739–1819) ailəsində anadan olmuşdur. O, ailədə 9-cu uşaq idi, bu ailədə böyüyən 13 uşaqdan yalnız 6-sı salamat qalmışdır. 1772-ci ilin yanvarında uşaq iflici xəstəliyinə tutulan Valter Skotun sağ ayağı hərəkət qabiliyyətini itirmiş və o, ömrü boyu şikəst qalmışdır. Uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirən Valter Skott Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdur. Fiziki qüsurlarına baxmayaraq hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirirdi. Valter Skott 1778-ci ildə Edinburqa qayıtmışdır. 1779-cu ildən Edinburq məktəblərində təhsil alan Valter Skott 1785-ci ildə Edinburq kollecinə daxil olmuşdur. Kollecdə təhsil alarkən o, alpinizmə dərin maraq göstərmiş, fiziki cəhətdən möhkəmlənmiş, yaşıdları arasında natiqlik qabiliyyəti ilə fərqlənmişdir.
Valter Ulbrixt
Valter Ernst Paul Ulbrixt (alm. Walter Ernst Paul Ulbricht‎; 30 iyun 1893, Leypsiq – 1 avqust 1973, Berlin) — alman kommunist siyasətçisi, Almaniya Sosialist Vahid partiyasının baş katibi və 1950-ci ildən 1971-ci ilədək Şərqi Almaniyanın başçısı. Berlin divarının tikilməsinin təşəbbüskarı kimi sayılır. Ulbrixt 1950-ci illərdə Şərqi Almaniyada iqtisadi islahatlar keçirmişdi. 1960-cı illərin sonunda, həm respublika daxilində, həm də xaricdə nüfuzunu itirmiş, siyasi cəhətdən təcrid olunmuşdur. Berlin divarının tikilməsi nəinki qərb ölkələrdə, hətta Şərqi Bloku dövlətlərin arasında Ulbrextin rəhbərliyini ciddi şəkildə gözdən salmışdır. İqtisadi islahatlar Ulbrextin arzu etdiyi nəticələri gətirmədiyi halda, qonşu ölkələrin Şərqi Almaniyaya yardım verməməsi vəziyyəti daha da gərginləşirdi. Nəhayət, SSRİ-in rəhbərliyi ilə münaqişəsi nəticəsində, Ulbrext 1971-ci ildə istifayə verməyə məcbur edilir. Ulbrextin Berlin divarın tikilməsinə iki ay qalmış Berlindəki presskonferansda Qərb Almaniyalı jurnalistin verdiyi sualına cavabı məşhurdur. O, divarın tikilməsi və şəhəri ikiyə bölünəcəyilə bağlı dedi-qoduları israrla rədd edərkən dedi: "Mən sizin sualınızı belə başa düşürəm ki, Qərbi Almaniyada bizim ADR paytaxtının inşaatçıları hansısa divarın tikilməsinə səfərbər edəcəyimizi arzu edən insanlar var?
Valter Vallberq
Valter Vallberq (24 mart 2000) — İsveçli fristaylçı. Valter Vallberq İsveçni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Valter Vallberq birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Vallberq ümumilikdə 73.61 xal toplayaraq öz cığırında 19-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. == Təbii yayılması == Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Valter Çandler
Valter Çandler (5 oktyabr 1887, Cekson[d], Tennessi – 1 oktyabr 1967, Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü. == Valter Çandler və Azərbaycan == Baltik ölkələri, Azərbaycan və Gürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi.
Valter Şoniya
Valter Şoniya (rus. Ва́льтер Шо́ния; 22 mart 1936) — Rusiya dövlət xadimi, diplomat. 1992–1995-ci illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. == Həyatı == Valter Şoniya 22 mart 1936-cı ildə anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. 1964-cü ildən diplomatik fəaliyyətə başlayıb. 1964-1975-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində, SSRİ-nin Türkiyə səfirliyində və İstanbul Baş konsulluğunda çalışıb. 1980-1986-cı illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində birinci katib, SSRİ-nin Laos səfirliyində və SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində məsləhətçi vəzifələrini tutub. 1986-1992-ci illərdə SSRİ XİN-nin Orta Şərq ölkələri şöbəsində ekspert və SSRİ-nin Türkiyə səfirliyində müşavir kimi çalışıb. 1992-ci il martın 2-də Boris Yeltsinin sərəncamı ilə səfir statusu alıb və Bakıya göndərilib.
Valter Bote
Valter Vilhelm Georg Bote (alm. Walther Wilhelm Georg Bothe‎; 8 yanvar 1891[…] – 8 fevral 1957[…], Heydelberq, Baden-Vürtemberq) — alman fiziki, 1954-cü ildə fizika üzrə Nobel mükafatı laureatı. O, nüvə fizikasına mühüm töhfə verib. == Bioqrafiyası == == Uşaqlıq və gənclik iləri (1891–1920) == Bote saat ustası Fridrix Bote və dərzi Şarlotta Botenin qızı Hartunqun ailəsində anadan olub. Uşaqlığını Oranienburqda keçirib. Bote iti zehni və ciddi məntiqi təfəkkürü ilə ətrafındakılardan çox seçilirdi, musiqi və rəssamlıq qabiliyyətinə malik idi. 1908-ci ildə Berlindəki ali real məktəbində universitetə hazırlıq kurslarını bitirdi. Bundan sonra o, 1908–1913-cü illərdə Berlin Universitetində fizika, riyaziyyat, kimya və musiqi üzrə təhsil alıb. O, təhsili üçün pulu əsasən repetitorluq, qeyri-adi işlər və təqaüdlər hesabına qazanırdı. 1913-cü ildə müəllimlik üçün dövlət imtahanını verdi və bundan sonra bir müddət Berlin Ali Kənd Təsərrüfatı Məktəbində işlədi.
Valter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter təcrübəli kimyaçı idi və həmtəsisçisi olduğu texnologiya şirkətini satmazdan əvvəl burada çalışırdı. Partnyorlarına milyardlar qazandıran Volter məyus şəkildə Albukerkedə məktəb müəllimi işləyirdi. O, həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən, 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır. Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir. == Yaranması == "The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Breaking Bad"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin.
Hellmut Valter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Valter Kon
Valter Kon — 9 mart 1923 il, Vyana, Avstriya — 19 aprel 2016 il, Santa Barbara, Kaliforniya, ABŞ) — Avstriya əsilli amerikalı nəzəri fizik. Kimya üzrə Nobel mükafatı laureatı (1998il, Con Popl ilə birlikdə) "sıxlıq funksional nəzəriyyəsinin inkişafına görə". Santa Barbaradakı Kaliforniya Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının (1969il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1994il) üzvü, London Kral Cəmiyyətinin (1998il) və Rusiya Elmlər Akademiyası (2006il) , Avstriya Elmlər Akademiyasının fəxri üzvü (2011il). == Bioqrafiyası == Valter Kon 9 mart 1923-cü ildə yəhudi ailəsində anadan olub. Valideynləri ziyalı və təhsilli insanlar idi: atası Solomon Kon, Moraviyanın Hodonin əsilli idi və "Postkartenverlag Brueder Kon" bədii açıqcalar üçün mağaza və mətbəə işlədirdi; anası Gitl Rappaport Qalisiyadakı (indiki Ukrayna) Brodi şəhərindən idi. Uşaqlıqdan dövlət Akademik Gimnaziyasında (Akademische Gymnasium) latın və yunan dillərini, daha sonra xüsusi Hayes yəhudi məktəbində (Zwi Perez Chajes Gymnasium) iki müəllimin böyük dəstəyi təsiri ilə oxudu. Bu iki müəllimin biri — Albert Eynşteynin köməkçisi fizik Emil Nohel (1886–1942 illər) və riyaziyyatçı Viktor Sabbat idi ki, hər iki müəllim həbs düşərgəsində öldü. 1938-ci il martın 11-dən 12-nə keçən gecə alman qoşunları Avstriyaya daxil oldular. Avstriya ordusu təslim oldu. Valter və bacısı şanslı olaraq, "Kindertransport" xilasetmə əməliyyatının köməyi ilə işğal edilmiş Avstriyadan İngiltərəyə, bir az sonra isə Kanadaya gedə bildilər.
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer (alm. Frank-Walter Steinmeier‎; 5 yanvar 1956, Detmold, Almaniya) - alman siyasətçi, Almaniyanın prezidenti(19 mart 2017-ci ildən). Prezident seçilməmişdən öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləmiş, 2007-2009-cu illər isə vitse kansler olmuşdur. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.
Valter Andreas Şvarç
Valter Andreas Şvarç (2 iyun 1913, Aşersleben, Almaniya — 1 aprel 1992, Heydelberq, Almaniya) — Alman müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Im Wartesaal zum großen Glück" mahnısı ilə təmsil etmişdir.
Valter fon Brauxiç
Valter fon Brauxiç (alm. Walther Heinrich Alfred Hermann von Brauchitsch‎; 4 oktyabr 1881[…], Berlin – 18 oktyabr 1948[…], Hamburq, İşğal Almaniyası) — 1938-1941-ci illərdə alman quru qoşunlarının baş komandanı, general-feldmarşal.
Valter fon Reyxenau
Valter Karl Ernst Avqust fon Reyxenau (alm. Walter Karl Ernst August von Reichenau‎; 8 oktyabr 1884[…], Karlsrue – 17 yanvar 1942[…], Lvov) — alman hərb xadimi, general-feldmarşal (1940). İkinci dünya müharibəsi dövründə 6-cı Vermaxt Ordusuna komandanlıq etmişdir. Paris (1940), Kiyev (1941) və Xarkovu (1941) ələ keçirilməsində iştirak etmişdir. Nasizmi fəal dəstəkləyən bir neçə ən ali Vermaxt komandanlarından biridir.
Valter Terens Steys
Valter Terens Steys (ing. Walter Terence Stace; 17 noyabr 1886, London – 2 avqust 1967, Laquna-Biç, Kaliforniya) — İngilis filosofudur. == Həyatı == Onun tədqiqatları əsasən Hegel fəlsəfəsi, mistisizm və əxlaqi relyativizm sahələrini ehtiva edir. Steys müvafiq olaraq İngiltərədəki Bat Kollecində, Şotlandiyada Fetter Kollecində və İrlandiyada Trinity Kollecində təhsilini başa vurub. 1932-ci ildə Amerikanın Prinston Universitetində fəlsəfə dosenti, 1935-ci ildə isə həmin universitetdə professor vəzifəsinə təyin olunub. == Əsərləri == A Critical History of Greek Philosophy (1920) Online text The Philosophy of Hegel: A systematic exposition (1924) Online text The Meaning of Beauty (1929) The Theory of Knowledge and Existence (1932) The Concept of Morals (1937) The Nature of the World. An Essay in Phenomenalist Metaphysics (1940) The Destiny of Western Man (1942) What are Our Values?
A Haunted Turkish Bathhouse
Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir. == Rollarda == Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda.