Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vilron
Vilron (fr. Villeron) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 702 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-şərqdə, Serji belediyyənin 35 km şərqdə yerləşir.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Fibroz
Fibroz — fibrotik çapıq kimi tanınan, birləşdirici toxumanın normal parenximal toxumanı nəzarətsiz qaldığı dərəcədə əvəz etdiyi, toxumaların əhəmiyyətli dərəcədə yenidən qurulmasına və qalıcı çapıq toxumasının əmələ gəlməsinə səbəb olan patoloji yara sağalmasıdır. Təkrarlanan xəsarətlər, xroniki iltihab və təmir fibroza həssasdır, burada kollagen kimi hüceyrədənkənar matris komponentlərinin təsadüfən həddindən artıq yığılması fibroblastlar tərəfindən istehsal olunur və daimi fibrotik çapıq əmələ gəlir. Zədəyə cavab olaraq buna skarlasma deyilir və əgər fibroz tək bir hüceyrə xəttindən yaranırsa, buna fibroma deyilir. Fizioloji olaraq, fibroz birləşdirici toxuma çökdürmək üçün hərəkət edir, bu da əsas orqan və ya toxumanın normal quruluşuna və funksiyasına müdaxilə edə və ya tamamilə maneə törədə bilər. Fibroz lifli toxumanın həddindən artıq çökməsinin patoloji vəziyyətini, həmçinin şəfada birləşdirici toxuma çökmə prosesini təsvir etmək üçün istifadə edilə bilər. Hüceyrədənkənar matriks zülallarının patoloji yığılması ilə müəyyən edilən fibroz, təsirlənmiş toxumanın çapıqlaşması və qalınlaşması ilə nəticələnir, bu, mahiyyət etibarilə normal orqan fəaliyyətinə mane olan şişirdilmiş yara sağalma reaksiyasıdır. == Fiziologiya == Fibroz skarlasma prosesinə bənzəyir, çünki hər ikisi kollagen və qlikozaminoqlikanlar da daxil olmaqla birləşdirici toxuma salan stimullaşdırılmış fibroblastları əhatə edir . Proses makrofaqlar kimi immun hüceyrələr fibroblastları stimullaşdıran həll olunan amilləri buraxdıqda başlayır. Ən yaxşı xarakterizə olunan pro-fibrotik vasitəçi makrofaqlar və interstitium adlanan səthlər arasında hər hansı zədələnmiş toxuma tərəfindən buraxılan TGF betadır. Fibrozun digər həll olunan vasitəçilərinə , trombositdən əldə edilən böyümə faktoru və interleykin 10 daxildir .
Gibson
Gibson — mərkəzi ABŞ-də yerləşən gitara istehsal edən şirkətdir. Firmanın məhsulunu həmçinin Epiphone, Kramer Guitars, Valley Arts, Tobias, Steinberger və Kalamazoo markalarının altında da görmək olar. Gibson şirkəti gitaralardan başqa piano (Baldwin Piano), baraban və əlavə avadanlıqlar da hazırlayır. 1890-cı illərin sonunda şirkətin yaradıcısı Orvil Qibson, Kalamazu (Miçiqan ştatı) şəhərində mandolinlərin istehsalına başladı. Skripka görünüşünə bənzər, lakin qabarıq gövdəyə sahib bu gitara, həmçinin "arktop" kimi də tanınırdı. 1930-cu ildə şirkət daha yastı gövdəyə və içiboş korpusa sahib gitaraların istehsalına başladı. Bu gitaraları Çarli Krisçen məşhurlaşdırdı. 1950-ci illərin əvvəllərində Gibson şirkəti ilk bütöv gövdəyə sahib gitara olan Les Paul modelinin istehsalına başladı. 1960-cı ildə Gibson şirkəti Norlin Korporasiyasının sahibi oldu. Şirkətin və məhsulun keyfiyyətinin müvəffəqiyyəti 1986-cı ilə qədər kəskin pisləşməyə başladı.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Pirron
Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər – təq. e. ə. 270-ci illər) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi. == Şübhəçilik fəlsəfəsi == Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir.
Sitron
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Vuaron
Vuaron (fr. Voiron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonunun əsas şəhəri. INSEE kodu — 38563. Kommunanın 1999-cı il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 846 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənubda, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Vilson
Vilson kimi tanınan Vilson Rodriqes de Mura Junior (31 yanvar 1984 və ya 1 yanvar 1984) ― qapıçı mövqeyində çıxış edən Braziliya futbolçusu.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Xiron
Xiron (yun. Χείρων, lat. Chron) Yunan mifologiyasına görə Kron və Filirin oğlu, Zevsin ata tərəfdən qardaşı, yarı insan yarı at qamətli Kentavrlara aid əfsanəvi bir personajdır. İxiondan törənmiş yarı insan yarı heyvan məxluqları ilə eyni tutulsa da Xiron başqa mənşəyə malik olmuşdur. Belə ki, Kron onu öz arvadı Reyadan gizlin Filir adlı atdan dünyaya gətirmişdir. İlliada əsərində Xiron digər kentavrlardan üstün sayılır. Belə ki, Xiron digər əyyaş və ziyankar kentavrlardan fərqli olaraq, Apollon və Artemidanın şagirdi, ağıllı, ədalətli, tanrıların dostu, qəhrəmanların tərbiyəçisi, əczaçı və təbadət bilicisi, təbib, sağlamlıq və təbabət tanrısı Asklepin müəllimi kimi təsvir edilmişdir. Heraklın yaxın dostu olmuşdur. Herakl ona ehtiram edərək onun mağarasında yaşamışdır. Alicənab Xiron səhvən Heraklın atdığı zəhərli oxla ayağından ölümcül yaralanır.
İzron
İzron (fr. Izeron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38195. Kommunanın 1999-cu il üçün əhalisi 609 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 166 ilə 1440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km qərbdə yerləşir.
Ariel Vilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu. Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə rəğmən yarım mövsüm bu komanda da oynamışdı.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. == Həyatı == Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Bricitt Vilson
Bricitt Linn Vilson-Sampras (ing. Bridgette Leann Wilson-Sampras) — amerikalı aktrisa və müğənnidir. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Sonya Bleyddir. == Həyatı == Bricitt Linn Vilson 25 sentyabr 1973-cü il tarixində ABŞ-nin Oreqon ştatının Qold-Biç şəhərində Keti və Deyl Vilson ailəsində dünyaya gəlmişdir. Onun bacısı Treysi Vilson uşaqlıq illərindən filmlərə çəkilirdi. Bricitt uşaqlıqdan incəsənətlə və şou-bizneslə maraqlanırdı. 1990-cı ildə "Miss Teen USA" gözəllik müsabiqəsinə qatılan Bricitt yarışmanın qalibi olur. 1991-ci ildə Qold Biçdə orta məktəbi bitirir. 1992-ci ildə televiziyaya dəvət edilən Bricitt film karyerasını uğurla davam etdirir. Bricitt Vilson 20 sentyabr 2000-ci ildə məşhur ABŞ tennisçisi Pit Sampras ilə evlənmişdir.
Bugatti Veyron
Bugatti Veyron — Bugatti firmasının, Bugatti Veyron adlananVeyron 16.4 modeli. Dünyanın ən yüksək üçüncü sürətinə (1. SSC Aeron-412 km/sa, 2. 9ff 409 km/sa) çata bilən (407 km/sa.), ən çox ikinci mühərrik gücünə sahib (1001 bg) və ən bahalı (1.5 milyon Avro) ardıcıl istehsal halındakı avtomobili. Veyron, adını, Bugatti yarış pilotu və 24 saatlıq Le Mans Yarışını 1939da qazanan Pierre Veyrondan alıb. Ferdinand Porschenin nəvəsi dövrün Volkswagen Ümumi Müdiri Ferdinand Piechin 2001 Cenevre Avtomobil Sərgisində dünyanın ən sürətli, ən güclü və ən bahalı avtomobilini çıxarmaq üzrə söz verməsiylə başlayan Bugatti Veyron proyekti, 2003-cü ildə istehsala hazır hala gəldi. Eyni il, dünyanın ən çətin yarışlarından biri Laguna Secada edilən test sürüşləri əsnasında vasitənin yoldan çıxması səbəbiylə istehsalın dayandırılmasına qərar verildi. Ferdinand Piechin 2003-cü ildə təqaüdə çıxmasının ardından, yeni Müdir Köməkçisi Bernd Pischetsrieder proyektin başına Tomas Bscheri gətirdi. Bscher, təxminən bir il içində performansı bir az daha aşağı amma testlərdə aşmayan bir Bugatti Veyron inkişaf etdirdi. 2003 və 2005 model Bugatti Veyronlar 0'dan 100 kilometrə 2,5 saniyədə çıxa bilməkdədirlər.
Cimmi Vilson
Cimmi Vilson (ing. Jimmie Wilson; 7 fevral 1981, Detroyt, Miçiqan) — Amerikalı müğənni, bəstəkar və musiqili teatr aktyoru. O San-Marinolu müğənni Valentina Monetta ilə birlikdə San-Marinonu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Cimmi Vilson Hollivudda aktyorluq təhsili almışdır. O eyni zamanda Maykl Ceksonun hazırladığı Sisterella tamaşasında rol almışdır. Daha sonra Cimmi Almaniyaya köçmüşdür. O Almaniyada Hope! – Das Obama Musical tamaşasında Barak Obamanı canlandırmışdır. 2012-ci ildə Cimmi Polşada keçirilən Must Be the Music musiqi yarışmasında iştirak etmişdir. 12 mart 2017-ci ildə San-Marinonun SMRTV telekanalı Cimmi Vilsonun San-Marinolu ifaçı Valentina Monetta ilə birlikdə ölkəni Avroviziyada təmsil edəcəyini açıqlamışdır.
Don Vilson
Don "Əjdaha" Vilson (ing. Don "Dragon" Wilson, 10 sentyabr 1954, ABŞ) – ABŞ idmançısı, aktyoru, prodüseri və ssenaristidir. Don Vilson idmanın Qodzyu-ryu Karate, Kikboks və "Ağ əjdaha" kimi tanınan "Pai Lum Kunq-fu" döyüş növləri ilə məşğul olub. == Həyatı == Donald Qlen Vilson (ing. Donald Glen Wilson) 10 sentyabr 1954-cü ildə ABŞ-nin Florida ştatının Koko-Biç şəhərində anadan olmuşdur. Atası avropalı amerikalı, anası isə yapon əsilli olmuşlar. Uşaqlıqda amerikan futbolu, basketbol və yüngül atletika ilə məşğul olurdu. Məktəbdə dərsləri yaxşı oxuyurdu. Məktəbi bitirdikdən sonra döyüş sənətləri ilə maraqlanırdı. Onun ən çox boksa marağı var idi.
Edit Vilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Edvard Gibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. == Həyatı == Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Edvard Qibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. == Həyatı == Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. == Həyatı == Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Gibson səhrası
Gibson səhrası (ing. Gibson Desert) — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km² təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra» adlandırmışdır. Səhrada orta hündürlük 411 m, şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.. Qərb hissədə çoxlu sayda göl vardır.
Ambrön
Ambrön (Fransa)
Vıborq
Vıborq (fin Viipuri, isv. Viborg, alm. Wiburg‎) — Rusiyanın Leninqrad vilayətində şəhər. Şəhər Fin körfəzinin şimal-şərq hissəsində yerləşən Vyborq körfəzinin sahillərində yerləşir. Leninqrad vilayətinin böyük bir iqtisadi, sənaye və mədəniyyət mərkəzi, Baltikdəki liman, magistral və dəmir yollarının əhəmiyyətli bir mərkəzidir. Orta əsrlərdə isveçlilər tərəfindən əsası qoyulan Vıborq, Leninqrad vilayətində 2010-cu ildən bəri yeganə tarixi yaşayış məntəqəsidir. 1940-cı ilə qədər Finlandiyanın ikinci böyük şəhəri olmuşdur. Görməli yerlər arasında Vıborq qalası, Alvar Aalto kitabxanası, Monrepo parkı var. Ümumilikdə 300-dən çox fərqli abidə Vıborqda cəmləşib: memarlıq, tarixi, heykəltəraşlıq, arxeoloji, mənzərə bağçılıq sənəti. 2010-cu ilin mart ayından - “Hərbi Şöhrət şəhəri”dir.
Imron
Ambrön (Fransa)
Ambrön (fr. Embrun, oks. Ambrun) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ambrön kantonuna daxildir. INSEE kodu — 05046. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 6267 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 3830 nəfər arasında (15-64 yaş) 2597 nəfər iqtisadi cəhətdən, 1233 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.8%, 1999-cu ildə bu 67.5%). 2597 aktiv adamdan 2325 nəfəri (1227 kişi və 1098 qadın), 272 nəfəri işsizdir (128 kişi və 144 qadın).
Ambrön (kanton)
Ambrön (fr. Embrun) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0508. Ambrön kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Ambrön kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 10 600 nəfər təşkil edirdi.