Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər[1][2], Elida (şəhər), Qərbi Yunanıstan – təq. e. ə. 270-ci illər[1][2]) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi.
Pirron | |
---|---|
Πύρρων | |
Doğum tarixi | təq. e. ə. 360-cı illər[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | təq. e. ə. 270-ci illər[1][2] |
Əsas maraqları | Skeptisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir[3]. O hesab edirdi ki, heç bir şey haqqında qəti iddia yürütmək olmaz, çünki hər bir insan və ya hər hansı bir varlıq onu fərqli qavrayır (dərk edir və duyur). Eyni şey biri üçün xeyirli, başqası üçün ziyanlı ola bilər. Bu da o deməkdir ki, xeyir və şər əslində yoxdur. Həm də xarici amillər də şeylərin özəlliklərinə təsir edir. Məsələn, daş suda yüngül olur, havada isə ağırdır. Bu da o deməkdir ki, onun çəkisi haqqında qəti fikir yürüdülməz. Buna görə də, dünyanı dərk etmək olmaz. Belədirsə, onda hər bir iddiaya qarşı onu təkzib edən iddia yürütmək olar və onların heç biri başqasından üstün deyildir. Şeylərin təbiətini anlamaq imkansızdırsa, onda insan da bu barədə düşünməməli və həyatını adətlərlə gələn qanunlar üzərində qurmalıdır. Pirrona görə insan hər şeyin həqiqi yada yanlış olduğunu təyin edir və o hər şeyin ölçüsüdür.
Pirron öz fəlsəfəsində xoşbəxtliyin hansı yollarla əldə olunması probleminə diqqət yetirmişdir. Onun fikrincə xoşbəxtlik təmkinlik, sakitlik və iztirabların yoxluğu halıdır, bu da ataraksiya adlanır[4]. Bu hala isə yalnız skeptiklərin dünyagörüşünə yiyələnərək nail olmaq olar. Pirrona görə xoşbəxt olmaq istəyən insan üç suala cavab verməlidir:
Birinci suala insan cavab tapa bilməz, çünki hər hansı şeyin mahiyyəti ya da onun var olub-olmaması haqqında heç bir iddia yürütmək olmaz. Hər bir iddiaya qarşı onu inkar edən iddia vardır. Deməli, biz bir şey haqqında fikir yürüdürüksə, onun həqiqi ya da yanlış olduğu haqqında heç nə deyə bilmərik. İkinci suala gəldikdə isə insan heç nəyə birmənalı münasibət bildirməməlidir. Bu o demək deyil ki, hər hansı bir şey və ya olay haqqında bizim bilgimiz ola bilməz. Onlar haqqında bizə duyğularımız xəbər verir. Yanlışlıqlar isə onlar haqqında iddialar ortaya qoyanda ortaya çıxır. Üçüncü suala cavab verərkən Pirron deyirdi ki, xoşbəxtliyi axtaran kəs gərək hər hansı bir şey haqqında iddia ortaya qoymaqdan çəkinsin. Bununla da "ataraksiya" halını əldə etmək mümkündür. Belə olan halda isə bu hala çatmış insanı "filosof" adlandırmaq olar (5, 407).