Edvard Gibbon

Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[1][2][…]16 yanvar 1794[1][2][…], London[4]) — ingilis tarixçi və millət vəkili.

Edvard Qibbon
ing. Edward Gibbon
Doğum tarixi 8 may 1737(1737-05-08)[1][2][…]
Vəfat tarixi 16 yanvar 1794(1794-01-16)[1][2][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi peritonit
Milliyyəti ingilis
Təhsili
Fəaliyyəti tarixçi, siyasətçi, klassisist[d], yazıçı
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır:

  1. Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri.
  2. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr.
  3. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
  4. Xristianlıqda həyəata keçirilən dəbdəbəli mərasimlər.
  5. Roma imperiyası daxilində ayrıca bir sistem formasında inkişaf edən kilsənin qaydaları və təsir etmə gücü.

Edvard Qibbon tərəfindən edilmiş tarixi araşdırmalar təkcə Roma imperiyası və Xristianlıq mövzuları ilə məhdudlaşmır. Tarixçi tərəfindən Şərq tarixi ilə bağlı bir sıra araşdırmalar edilmişdir. İranÇin tarixi ilə bağlı bəzi yazıların müəllifidir. Qibbonu digər qərb tarixçilərindən fərqləndirən əsas cəhətlərindən biri şərq tarixinə qərbin təsiri altında qalmadan müstəqil şəkildə yanaşmasıdır. Qibbon xüsusi ilə İslam dinin hakim olduğu ölkələrdə hərbi nizam-intizamla bağlı heyranlığını ifadə etmişdir.

İslamla bağlı fikirləri

[redaktə | mənbəni redaktə et]

Edvard Qibbon Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi olmuş Əli ilə bağlı aşağıdakı fikirləri səsləndirmişdir:

" Əlinin qeyrəti və xeyirxahlığı heç vaxt öz dinindən dönmüş insanlar tərəfindən qabaqlanmamışdır. O, müqəddəsi, əsgəri, şairi birləşdirmişdir; onun müdrikliyi hələ də onun mənəvi və dini kəlamlarında nəfəs almaqdadır; və qılınc və ya dil döyüşündə hər rəqibi onun fəsahəti və şücaəti üzündən məyus olurdu. Onun vəzifəsinin ilk saatından onun dəfnetmə mərasiminə qədər lider heç vaxt səxavətli dostu tərəfindən tərk edilməmişdir.[5] "
  1. 1 2 3 4 Low D. M., Bell A. Edward Gibbon // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 The History of Parliament (ing.).
  4. 1 2 Гиббон Эдуард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. The Decline and Fall of the Roman Empire, London, 1911, volume 5, pp. 381–2