Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
VOC-202012/01
202012/01 Narahatlıq Növü (ing. Variant of Concern 202012/01 (VOC-202012/01)) əvvəllər Dekabr 2020-də araşdırılan ilk Variant olaraq bilinir (ing. Variant Under Investigation in December 2020 (VUI – 202012/01)), həmçinin B.1.1.7 soyundan olaraq da bilinir, 2019-cu il koronavirus xəstəliyinə səbəb olan virus olan SARS-CoV-2-nin (COVID-19) bir variantıdır. Variant ilk dəfə 2020-ci ilin oktyabrında Birləşmiş Krallıqdakı COVID-19 pandemiyası zamanı əvvəlki ayda götürülmüş bir nümunədən aşkarlanmış və dekabr ayının ortalarında sürətlə yayılmağa başlamışdır. Birləşmiş Krallıqda COVID-19 infeksiyası nisbətində əhəmiyyətli bir artım ilə əlaqələndirilir; bu artımın ən azından qismən insan hüceyrələrində ACE2 ilə bağlanması üçün lazım olan sünbül qlikoproteinin reseptorla əlaqələndirici domeninin içərisindəki N501Y dəyişikliyi səbəbindən olduğu düşünülür. Genom məlumatlarını Kentdəki infeksiya nisbətlərinin milli məhdudiyyətlərə baxmayaraq düşmədiyini bilməklə birləşdirən, yeni variant 2020-ci ilin dekabr ayının əvvəlində aşkar edildi. B.1.1.7 soyuna aid olan iki ilk genom 20 sentyabr 2020-ci ildə Kentdə, digəri isə 21 sentyabr 2020-ci ildə Böyük Londonda toplanmışdır. Bu ardıcıllıqlar GISAID ardıcıllığı verilənlər bazasına təqdim edilmişdir (sırasıyla EPI_ISL_601443 və EPI_ISL_581117 girişləri). 15 dekabr tarixinə qədər B.1.1.7 soyunda 1623 genom var idi. Bunlardan 519'undan Böyük Londonda, 555-i Kentdə, 545-i İskoçya və Uels də daxil olmaqla İngiltərənin digər bölgələrində, 4-ü digər ölkələrdə seçilmişdir.
Ligamentum vocale
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Vochysiaceae
Vochysiaceae (lat. Vochysiaceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Backing vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Dendrobium vocongii
Dendrobium wattii (lat. Dendrobium wattii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista wattii (Hook.f.) Kuntze Dendrobium cariniferum var. wattii Hook.f. === Heterotipik sinonimləri === Dendrobium congianum Aver. Dendrobium evrardii Gagnep.
SoC
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
Vov
Vov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 334 nəfərdir. Yerli tələffüz forması Vov şəklindədir. Kənd ərazisindəki müalicə əhəmiyyətli mineral bulağın adı ilə adlanmışdır. Bu oykonim talış dilindəki vo (yel xəstəliyi) və ov (su) sözlərinin birləşməsindən əmələ gəlib, “yel suyu” mənasındadır. Kəndin ətrafı sıx meşə və kol-kos örtuyü ilə örtülmüşduş. Bununla yanaşı meşələrində bir sıra vəhşi heyvan və quş növlərinə rast gəlinməkdədir. Yerli əhalinin əsas məşquliyəti əkinçilik, maldarlıq kimi kiçik təsarufatlarnan məşğul olmalarıdır. Kənd əhalisi çox mehriban, səmimi və qonaqpərvərdir. Bu fikirlər VOV KƏNDİNƏ qonaq gəlib gedən şəxslər söyləməkdədir.
Ad hoc
Ad hoc (IPA: [at hɔk]); "Məqsəd üçün spesifik, niyyətə məxsus, məqsədəmüvafiq" mənasını verən Latın dilində ifadədir. Əsasən bir problem üçün müvəqqəti həll yolunu təsvir etmək üçün istifadə olunur. Bəzən bir çatışmazlığı və ya cəlbedici həlləri vurğulamaq üçün istifadə olunur. Məsələn, müvəqqəti olaraq yaradılan məhkəmələr və ya tədqiqat istintaq komissiyaları "ad hoc" komitələrdir. == Ad hoc hipotez == Bir nəzəriyyənin etibarlılığını dəstəkləmək üçün nəzəriyyəyə əlavə edilən bir fərziyyədir. Öz-özlüyündə heç bir dəyəri olmasa da, bir nəzəriyyəni təkzibdən qorumaq üçün "ad hoc hipotezi" istifadə olunur. Elmi fərziyyələrə zidd olan real məlumatların izahında da bəzən "ad hoc hipotezlər" yalnız vəziyyəti izah etmək üçün istehsal edilə bilər. Tanınmış bir nümunəsi, Albert Einşteynin Xüsusi Nisbilik Nəzəriyyəsinə əlavə etdiyi "kosmoloji sabit"idir. Nisbilik tənliklərinin göstərdiyinin əksinə olaraq, Einstein, fəzadakı sabit quruluşu izah etmək üçün tarazlıq vəziyyətini ortaya qoyan tənliyə bir sabit əlavə etmişdir. Əvvəlcə özü tərəfindən "mənim ən böyük səhvim" kimi xarakterizə olunsa da, sonradan qara enerji nəzəriyyəsi tərəfindən dəstəkləndi.
VBC Casalmaggiore
VBC Casalmaggiore — Seriya A1-də mübarizə aparan İtaliya qadın voleybol klubu. VBC Casalmaggiore 2008-ci ildə yaradılmışdır. İtaliya Voleybol Federasiyası kluba lazımi lisenziyanı təqdim edərək onun 2008-09 mövsümündən etibarən Seriya B2-də mübarizə aparmasına izin vermişdi. Bundan sonra Casalmaggiore sözü gedən liqada səkkizinci yeri tutmuşdu. Ancaq 2009-10 mövsümündə komanda süpriz çempionluq yaşayaraq bir üst liqaya yüksəlmişdi. Bu liqada da debütdəcə gələn ikincilik onun 2011-12 mövsümündə Seriya A2-də mübarizə aparmasına şərait yaratmışdı. İki mövsümü də ikinci liqa da keçirən Casalmaggiore nəhayət 2013-14 mövsümündə istəyinə nail ola bilmişdi. Belə ki, komanda tarixində ilk dəfə olaraq əsas liqada — "Seriya A1" elitasında iştirak hüququ qazanmışdı. Bu liqada da komandanın debütü elə də uğursuz alınmadı. Liqanın normal sezonunda ilk yeddiyə girən klub pley-offa yüksələ bilmişdi.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru. Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot dili
Vot dili (vađđa ceeli və ya maaceeli – həm də vaďďa tšeeli, maatšeeli kimi yazılır) — əsasən İnqriyada, votlar tərəfindən danışılan Ural mənşəli bir dil.
Vox Media
Vox Media Inc. — ABŞ rəqəmsal media şirkəti. Ona daxil olan redaksiya markaları "SB Nation", "The Verge", "Polygon", "Curbed", "Eater", "Racked", "Vox" və "Recode". Bütün "Vox Media" saytları öz xüsusi rəqəmsal nəşr platforması olan "Chorus" üzərində qurulmuşdur. "Vox Media, Inc."in baş qərargahı Vaşinqtonda və Nyu-Yorkda yerləşən şirkətin Los-Anceles, Çikaqo, Ostin və San-Fransiskoda ofisləri var. 2010-cu ilin məlumata görə, şirkət 400 maaşa bağlanan müəlliflə 300 saytı bir araya gətirir.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir. B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.
.vc
.vc — Sent-Vinsent və Qrenadin üçün internet kodu.
Vo
Vo (Alye)
Emil von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Eugen von Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 – 19 iyun 1899, Münxen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. == Həyatı == Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. == Lommelin çalışmaları == Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) == Xarici keçidlər == Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan == İstinadlar == Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Ferdinand von Mueller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Frederik von Parat
İohann Yakob Frederik von Parat (Johann Jacob Friedrich Vilhelm Parrot; 14 oktyabr 1791, Karlsrue – 15 (27) yanvar 1841 və ya 15 yanvar 1841, Tartu, Liflyand quberniyası) — Rusiya İmperiyasının Livoniya bölgəsində ömrünü keçirən alman təbiətşünas və səyyahı. Parrot 1829-cu ildə Xaçatur Abovyanla Ararat dağının zirvəsinə qalxan ilk şəxs olmuşdur. == Həyatı == Parrot 1791-ci ildə Karlsrue şəhərində anadan olmuşdur. Bu gün Estoniyanın ərazisində yerləşən Dorpat Universitetində tibb və təbiət elmləri üzrə təhsil almışdır. 1811-ci ildə Moritz von Engelhardt ilə Krıma və Qafqaza səyahət etdi. Bu səfər zamanı bir barometrdən istifadə edərək Xəzər dənizi ilə Qara dəniz arasındakı dəniz səviyyəsi fərqini ölçdü. Qayıdandan sonra Rusiya ordusunda cərrah oldu. 1816 və 1817-ci illərdə Alp və Pireneyə getdi. 1821-ci ildə Dorpat Universitetində fiziologiya və patologiya sahələrində professor adını almış və 1826-cı ildə fizika sahəsində professor olmuşdur. 1826–1829 illəri arasındakı Fars-Rus və Osmanlı-Rus müharibələri nəticəsində ruslar Qafqazı ələ keçirəndən sonra Ermənistana səyahət etmişdir.
Fridrix von Esmarx
Fridrix von Esmarx (9 yanvar 1823[…], Tönninq[d], Şlezviq-Holşteyn – 23 fevral 1908[…], Kil) – alman cərrahı, aseptika və antiseptikanın banilərindən biri. Hərbi-səhra cərrahiyyəsi, anesteziologiya və reanimatologiyanın, eləcə də bir çox tibb alətlərinin təkmilləşdirilməsində böyük xidməti olmuşdur. O, operativ cərrahiyyə sahəsində xüsusi bint qoymaqla damarların qansızlaşdırılması və daha az qan itkisi ilə əməliyyat aparılması üsulunu təkmilləşdirmişdir.
Hans von Ohain
Hans Joachim Pabst von Ohain (14 dekabr 1911, Dessau – 13 mart 1998, Melburn, Florida) reaktiv mühərrikin ilk ixtiraçılarından biri olmuşdur. İki mühəndis, Böyük Britaniyada yaşayan Frank Whittle və Almaniyada yaşayan Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrı bu reaktiv mühərrik fikirlərini meydana gətirmişdirlər, buna baxmayaraq ilk turbojet Frank Whittlea aiddir, Ohain ilk müstəqil reaktiv mühərrik yaratmışdır və reaktiv təyyarənin güc təminatını təmin etmiş ilk şəxsdir. Buna baxmayaraq, heç bir layihəsi həyata keçməmişdir, Almaniyada reaktiv mühərriklərin inkişaf etdirilməsi üçün gördüyü işlər əvəzedilməzdir. İkinci dünya müharibəsindən sonra reaktiv mühərriklərin yaradılması sahəsində işləyən Frank Whittle ilə tanış olmuş və işlərinə birgə davam etmişdirlər.
Harald von Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
John Von Neumann
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Karl von Ossiyetski
Karl von Ossiyetski (3 oktyabr 1889[…], Hamburq – 4 may 1938[…], Berlin) — Almaniya pasifisti və Hitleri ifşa etdiyinə görə 1935 Nobel sülh mükafatı laureatı olub.Sonradan Sovet casusu adı ilə həbs olundu.Həbsdə vərəm xəstəliyinə tutuldu və öldü. == Həyatı == Karl von Ossiyetski 3 oktyabr 1889-cu ildə Hamburqda anadan oldu.İqnatius Ossiyetskinin oğlu oldu.1908-ci ildə 19 yaşında olanda Alman Sülh Birliyinə üzv oldu. Müxtəlif jurnallarda müharibə əleyhinə və anti-militarist məqalələr yazdı. 1914-cü ildə hərbi məhkəmələrin yurisdiksiyasını şübhə altına alan məqaləyə görə "ordunu təhqir etmək" ittihamı ilə cəzalandırıldı. 1916-1918 illəri arasında Garp Cəbhəsində işə qəbul edildi. Qayıdandan sonra müharibənin davam etməsinə və izzətlənməsinə qarşı yazdı. 1918-ci ilin noyabrında qısa inqilabda Hamburq İşçi və Əsgərlərində çalışdı . Elə həmin il Berlinə köçdü və Alman Sülh Birliyinin baş katibi oldu.Weimar Respublikası dövründə Ossietzky'nin əsas işi, bu yeni dövlətin demokratik-konstitusional bir vətəndaş şüuru üzərində qurulmasıdı.Humanist və solçu liberal münasibətilə kommunistlərdən uzaqdır və inkişaf edən irqçi-millətçi hərəkatdan kəskin ziddiyyətdədir. Xüsusilə Almaniya 'nın yenidən silahlanma cəhdlərinə və xalqın itirilən I. Dünya Döyüşü ' nın qisasını almaq üzrə ajite edilməsinə, qətiyyətlə qarşı çıxır. "Müharibə - Heç vaxt!" kampaniyanın qabaqcıllarından biridir.
Kim So Vol
Kim Voo-Jin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Fehmi Koç
Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Antalyaspor === Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Klub === 28 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Foç hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.
Köç (dəqiqləşdirmə)
Köç — Köç (film, 1983) — film. Köç (film, 1986) — Rejissor Cəmil Quliyevin filmi.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. == Dastanın məzmunu == Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Köç ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Mustafa Qoç
Mustafa Qoç tam adı ilə Mustafa Vəhbi Qoç (d. 29 oktyabr 1960, Ankara — ö. 21 yanvar 2016, İstanbul), Türk iş adamı. 2003–2016 illəri arasında Qoç Holdinq İdarə Heyəti Başçılığı vəzifəsini icra etdi. Mustafa Qoç 29 oktyabr 1960-cı ildə Rəhmi Qoç və Çiydəm Simavi cütlüyünün ilk övladları olaraq Ankarada dünyaya gəldi. 1971–1975 illəri arasında Sankt Georg Avstriya Liseyi və Ticarət Məktəbinin orta təhsilini tamamlamışdır. Lisey təhsilini 1980-ci ildə İsveçrədəki Lyceum Alpinum Zuozda, ali təhsilini isə 1984-cü ildə ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamladı. İş həyatına 1984-cü ildə TOFAŞ-da müşavir olaraq başladı. Ram Xarici Ticarətdə Satış Müdiri və Satış Ümumi Müdir köməkçisi vəzifələrində çalışdı. 1992-ci ildən etibarən Qoç Holdinq Sədr Köməkçisi, Sədr, İdarə Heyəti Üzvlüyü və İdarə Heyəti Sədr Vəkili vəzifələrini icra etdi.
Oğuzhan Koç
Oğuzhan Koç (13 may 1985, Rəfahiyə, Ərzincan ili) — türkiyəli aktyor və müğənni. 13 may 1985-də Ərzincanın Refahiye kəndində dünyaya gəldi. Bursa Dövlət Konservatoriyasında Musiqi Şöbəsində oxudu. 2013-cü ildə "Ben Hala rüyada"adlı albom buraxmışdır. Balaca yaşlarından etibarən səhnə sənətlərinə maraq göstərən Oğuzhan Koç 2007-ci ildə BKM Atelye aktyorlarının arasına qatılıb. 2009-cu ildə rejissoru Yılmaz Ərdoğan olan Xoşbəxt həyat filmində oynayıb. "Gül ki Sevgilim" adlı mahnını Ferhat Göçərə vermiş, Gülbən Ərgəni "Uzun yol şarkıları" albomunda söz və musiqisi özünə aid olan "Giden günlerim oldu" mahnısı ilə albomda və klipdə müşayiət etmişdir. 2009-cu il dekabrın 31-i Kanal D-də yayımlanan Çok güzel hareketler bunlar adlı tyatral komediyada oxuduğu "Donuz qripi ol inşallah" adlı mahnıyla çox insan tərəfindən bəyənilmişdir. 2010-cu ildə də BKM Mutfak aktyorlarının yazıb çəkdiyi Çox filim hərəkətlər bunlar adlı filmdə oynamış və 17. Kral Tv Video və Musiqi Mükafatlarında filmin musiqiləri ilə "ən yaxşı film musiqisi' mükafatına layiq görülmüşdür.
Qoç (astrologiya)
Qoç (♈︎) (lat. Aries) — Zodiakın birinci bürcü. Fəza koordinat sisteminin ilk 30 dərəcəsini (0° ≤ λ <30°) əhatə edir və eyni adlı bürcə aiddir. Tropik bürc altında Günəş bu bürcü hər il təxminən 20 mart – 21 aprel arasında keçir. Bu tarix Hicri təqvimində ilk aydır. Tropik astrologiya sisteminə görə Günəş orta hesabla 21 martda baş verən mart ekinoksuna çatdıqda Qoç bürcünə girir. Yer kürəsinin Günəşin ətrafında dövr etməsi təxminən 365,24 gün çəkdiyindən, ekinoksun dəqiq vaxtı hər il eyni deyil. Bir sıçrayış ilinin 29 fevralı, həmin ilin mart ekinoksunun əvvəlki ilə nisbətən təqvimə görə on səkkiz saat əvvəl olmasına səbəb olur. Qoç Zodiakdakı ilk atəş bürcüdür, digər atəş bürcləri Şir və Oxatandır. Bu tarixlər arasında anadan olanlara, hansı astrologiya sistemini seçdiklərinə görə, Arians və ya Ariens deyilə bilər.
Qoç (bürc)
Qoç (lat. Aries) — zodiakal bürc.
Qoç Universiteti
Qoç Universiteti — 1993-cü ildə İstanbulda təhsilə başlamış olan vəqf universiteti. İlk başlarda İstinyedə təhsil verən məktəb, 2000-ci ildə, Rumeli fənəri yolu üzərindəki qalıcı kampusuna daşınmışdır və fəaliyyətlərinə 265 təhsil işçisi və 3.691 şagirdlə burada davam etməkdədir. Təhsilə 1993—1994 tədris ilində İstinyedəki keçici təsislərdə 200 şagird ilə başlamışdır. İlk məzunlarını da İyun 1995 te vermişdir. 2000—2001 təhsil və tədris ilində Qoç Universiteti, Sarıyerdə Rumeli Qovağı kürəklərindəki davamlı kampusuna daşınmışdır. 2008-ci ildə İstinye Kampusu yüksək lisans təhsili vermək üzrə yenilənib təkrar açılmışdır. Ayrıca burada Amerikan Xəstəxanası ilə əməkdaşlıq içində bir tibb fakültəsi qurulacağı Rəhmi Qoç tərəfindən eşitdirilmişdir. 2008-ci ildə ELC (İngiliscə Hazırlıq Sinifi) təhsilinin veriləcəyi və içində yurd saxlayacaq Rumeli fənəri Yolu Saytlar Mövqesindəki yeni kampusun istehsalına da başlanmışdır.
Qoç kəlləsi
Qoç kəlləsi — buzlaqların hərəkəti nəticəsində cilalanmış,bəzən də cızılmış təpəyə və ya ayrı durmuş iri,dəyirmi daşa, qayaya deyilir. Buzların axıb gəldiyi tərəfi meyilli, əks tərəfi isə dikdir. Qoç kəlləsinə dördüncü dövr buzlaşması sahələrində — Kareliyada və Finlandiyada çox təsadüf olunur.
Qızıl Qoç
Qızıl Qoç, Qukasyan — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində kənd. Qızıl Qoç rayonunun mərkəzi. İrəvan quberniyasının Aleksandropol qəzasında (İndi Qukasyan rayonunda) kənd adı 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonunu mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cə ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi mə'lum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə.
Vehbi Koç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Vəhbi Qoç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Ali Koç
Ali Koç (2 aprel 1967, Şişli, İstanbul ili) — Yıldırım Ali Koç 2 aprel 1967-ci oldə Şişli, İstanbulda anadan olmuşdur. Ali Koç türk iş adamı və idman direktorudur. Mövcud Klublar Birliyi və Fənərbaxça kulubunun başçısıdır. Koç Holdinq İdarə Heyətinin sədr müavini, Ford Otosan, Yapı Kredi Bankası, Koçtaş, Otokar və Setur. 1907-ci ildə Fənərbaxça Dərnəyinin qurucuları arasında olub və 2004–2017-ci illər arasında onun prezidenti olub. (1907-ci ildə o həyatda yox idi) == Həyatı və Karyerası == Rəhmi Koç və Çiğdem Simavinin oğlu Ali Koç 2 aprel 1967-ci ildə İstanbul'da anadan olmuşdur. 1985-ci ildə London Harrow Məktəbini bitirmişdir. Rays Universitetində biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi almışdır. Harvard Universiteti Biznes Məktəbində magistr dərəcəsini bitirmişdir. Tələbəlik illərində müxtəlif səviyyəli ailə təsərrüfatlarında rəhbərlik etmişdir.
Koç Holdinq
Koç Holdinq 1926-cı ildə Vəhbi Qoç tərəfindən qurulmuş holdinqdir . Türkiyənin ilk holdinqi və ölkə üzrə ən böyük özəl təşkilatlardan biri hesab olunur. Holdinqin baş ofisi İstanbulda Üsküdar, Nakkaştəpədə yerləşir. Koç Holdinqin tarixi şirkət qurucusu olan Vehbi Koçun 1920-ci illərdə Ankarada ticarət fəaliyyətinə başladığı vaxtlara qədər gedib çıxır. Zaman keçdikcə fəaliyyət sahələrini genişləndirən və 1950-ci illərdə müxtəlif sənaye şirkətləri qurmuş Vehbi Koç qida sənayesindəki uğurlarındansonra elektrik cihazları və avtomobil sektoruna da adım atmışdır. 1963-cü ildə yaratdığı şirkətlərin sayı 25-ə çatdı və qrup yeni təşkilat yaradaraq holdinq statusunu aldı. Vehbi Koç 1984-cü ildə idarə heyətinin sədrliyini öz oğlu Rəhmi Koça, Rəhmi Koç isə öz növbəsində 2003-cü ildə həmin vəzifəni oğlu Mustafa Koça ötürmüşdür. Mustafa Koçun vəfatından sonra Koç Holdinq İdarə Heyəti tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə Ömər M. Koç, İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Ali Y. Koç təyin edilmişdir. Holdinq 2020-ci ildə Fortune jurnalının dünyanın 500 ən böyük sənaye şirkəti (Fortune Global 500) siyahısında 471-ci yeri tutmuşdur. İstanbul Sənaye Palatası tərəfindən hazırlanmış "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi"nin 2019-cu il sorğusunda Koç Qrupuna bağlı 4 şirkət ilk 10-luqda öz yerlərini tutmağa nail olmuşdur.
Koç Universiteti
Qoç Universiteti — 1993-cü ildə İstanbulda təhsilə başlamış olan vəqf universiteti. İlk başlarda İstinyedə təhsil verən məktəb, 2000-ci ildə, Rumeli fənəri yolu üzərindəki qalıcı kampusuna daşınmışdır və fəaliyyətlərinə 265 təhsil işçisi və 3.691 şagirdlə burada davam etməkdədir. == Tarixçə == Təhsilə 1993—1994 tədris ilində İstinyedəki keçici təsislərdə 200 şagird ilə başlamışdır. İlk məzunlarını da İyun 1995 te vermişdir. 2000—2001 təhsil və tədris ilində Qoç Universiteti, Sarıyerdə Rumeli Qovağı kürəklərindəki davamlı kampusuna daşınmışdır. 2008-ci ildə İstinye Kampusu yüksək lisans təhsili vermək üzrə yenilənib təkrar açılmışdır. Ayrıca burada Amerikan Xəstəxanası ilə əməkdaşlıq içində bir tibb fakültəsi qurulacağı Rəhmi Qoç tərəfindən eşitdirilmişdir. 2008-ci ildə ELC (İngiliscə Hazırlıq Sinifi) təhsilinin veriləcəyi və içində yurd saxlayacaq Rumeli fənəri Yolu Saytlar Mövqesindəki yeni kampusun istehsalına da başlanmışdır.