[Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər.
[Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, … vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal; // hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq.
Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. ;
vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. Bizim Həzi də belə şeyi vecinə alan deyil. ;
vecinə almamaq – saymamaq, etina etməmək; mütəəssir olmamaq. Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. ;
vecinə gəlməmək – bax vecinə almamaq. Bu hal Rəfizadənin vecinə gəlmirdi.
Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. ;
nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). [Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir.
A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz.