Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. == Adı == Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. == Tərkibi == Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir.
Volfram
Volfram (W) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 74-cü element. Ən yüksək ərimə temperaturuna malikdir. Söz alman mənşəlidir: Wolfram. Bu ad ilə mineral Almaniyada lap çoxdan məlum idi. Bu, dəmir-manqan qarışıq volframatdır xFeWO4 ∙ yMnWO4. Ağırlığına görə onu çox vaxt qalay filizi hesab edirdilər, amma, bu filizdən heç bir metal əridilmirdi. Mədənçilərin bu daha bir "şeytan" flizinə şübhəli münasibəti onun adında da əks olundu: Wolf almanca "canavar". Bəs "ram" nədir? Orta əsrlər alman dilində ram — "qrum", onda volfram — "canavar qurumu" deməkdir (volframit mineralı qara rənglidir və qara iz buraxır). Güman ki, Wolfram latınca lupus — "canavar" və spuma — "köpük" sözlərindən düzəlib.
Stiven Volfram
Stiven Volfram (ing. Stephen Wolfram; d. 29 avqust 1959, London, İngiltərə, Böyük Britaniya) — proqramçı, riyaziyyatçı, fizik və yazıçı; O, Mathematica kompüter cəbri sistemi və WolframAlpha bilik bazası və hesablama alqoritmləri (ing. computational knowledge engine) dəstini hazırlayıb. Stiven Volfram 1933-cü ildə Almaniyanın Vestfali regionundan İngiltərəyə mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. Onun atası, Hüqo Volfram yazıçı olub və anası Sibill Volfram, Oksford Universitetində fəlsəfə üzrə professor kimi fəaliyyət göstərib. Təhsildə inanılmaz uğurlarına görə uşaqlıqda vunderkind Stiveni "kiçik Eynşteyn" adlandırıblar. O, İton kollecində təhsil alıb. Volfram 15 yaşında olarkən elementar zərrəciklər fizikası haqqında məqaləni dərc etdirir, 17 yaşında Oksford Universitetinə daxil olur. Bir il sonra ağır kvarkların istehsalı üzrə böyük marağa səbəb olan işini nəşr etdirir.
Volfram Eberhard
Volfram Eberhard (17 mart 1909 –15 avqust 1989) Qərbi, Mərkəzi və Şərqi Asiya cəmiyyətləri və onların tarixinə dair tədqiqatlar aparmış Berkli Kaliforniya Universitetinin sosiologiya üzrə professoru idi. Eberhard Almaniya İmperiyasının Potsdam şəhərində anadan olub. Onun ailəsi astrofizik və astronomlarla zəngin məşhur bir ailə idi. O, Qərbi, Mərkəzi və Şərqi Asiyanın cəmiyyətləri və populyar mədəniyyətləri üzrə ixtisaslaşaaraq, bu mövzular barədə müxtəlif fənləri tədris etmişdir. O, xüsusilə Çin folkloru, xalq ədəbiyyatı, türk tarixi, Çindəki azlıqlar və yerli mədəniyyətlər, çinlilərlə Orta Asiya xalqları arasındakı əlaqələrlə bağlı araşdırmalar aparmışdır. Eberhard 1927-ci ildə Berlin Universitetinə daxil oldu və burada diqqətini klassik Çin və Sosial Antropologiyaya yönəltdi. Eberhardın oxuduğu Berlin Universitetində Çin dili ilə bağlı geniş dərslər keçirilmədiyi üçün Eberhard gizli şəkildə paralel olaraq Şərq Dilləri Seminarına yazılır. Şərq Dilləri Seminarında o , Ferdinand Lessinqlə birgə təhsil almışdır. O, gizli şəkildə qeydiyyatdan keçməli oldu. Çünki o vaxt Berlin Universitetinin professorları və klassik Çin dili müəllimləri onun müasir şərq danışıq dillərinə olan marağını bəyənmirdilər.
Qarasu kobalt təzahürü
Dəlidağ volfram təzahürü
Volfram (VI)xlorid
Volfram (VI) xlorid – qeyri-üzvi birləşmə, volfram və xlorid turşusunun duzudur. Volfram (VI) xlorid tünd bənövşəyi kristallardı.180 °C-ə qədər olan temperaturda α-modifikasiyası sabitdir, triqonal sistem, hüceyrə parametrləri a = 0,658 nm, α = 55°-dir. Spirtlərdə, efirdə, benzolda, karbon disulfiddə, karbon tetraxloriddəhəll olunur. 1. Volfram və xlorun reaksiyası nəticəsində alınır: W + 3 C l 2 → 500 − 800 o C W C l 6 {\displaystyle {\mathsf {W+3Cl_{2}\ {\xrightarrow {500-800^{o}C}}\ WCl_{6}}}} 2. Tetraxlormetanın volfram(VI) oksidə təsiri nəticəsində: W O 3 + 3 C C l 4 → 450 o C , p W C l 6 + 3 C C l 2 O {\displaystyle {\mathsf {WO_{3}+3CCl_{4}\ {\xrightarrow {450^{o}C,p}}\ WCl_{6}+3CCl_{2}O}}} 1. Qızdırıldıqda parçalanır: 2 W C l 6 → 350 o C 2 W C l 5 + C l 2 {\displaystyle {\mathsf {2WCl_{6}\ {\xrightarrow {350^{o}C}}\ 2WCl_{5}+Cl_{2}}}} 2. Su ilə reaksiyaya daxil olur: 2 W C l 6 + 3 H 2 O → W O C l 4 + W O 2 C l 2 + 6 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WOCl_{4}+WO_{2}Cl_{2}+6HCl}}} W C l 6 + 3 H 2 O → W O 3 ↓ + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WO_{3}\downarrow +6HCl}}} 3. Durulaşdırılmış qələvilərlə reaksiyaya daxil olur: W C l 6 + 8 N a O H → N a 2 W O 4 + 6 N a C l + 4 H 2 O {\displaystyle {\mathsf {WCl_{6}+8NaOH\ {\xrightarrow {}}\ Na_{2}WO_{4}+6NaCl+4H_{2}O}}} 4. Hidrogenlə reduksiya olunur: 2 W C l 6 + H 2 → 150 − 200 o C 2 W C l 5 + 2 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+H_{2}\ {\xrightarrow {150-200^{o}C}}\ 2WCl_{5}+2HCl}}} 3 W C l 6 + 2 A l → 450 o C 3 W C l 4 + 2 A l C l 3 {\displaystyle {\mathsf {3WCl_{6}+2Al\ {\xrightarrow {450^{o}C}}\ 3WCl_{4}+2AlCl_{3}}}} 5. Hidrogen floridlə reaksiyaya daxil olur: 6. Volfram(VI) oksidlə reaksiyaya daxil our: W C l 6 + 6 H F → t W F 6 + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+6HF\ {\xrightarrow {t}}\ WF_{6}+6HCl}}} W C l 6 + 2 W O 3 → 400 o C 3 W O 2 C l 2 {\displaystyle {\mathsf {WCl_{6}+2WO_{3}\ {\xrightarrow {400^{o}C}}\ 3WO_{2}Cl_{2}}}} 7. Üzvi volfram birləşmələrinin sintezi üçün xammal kimiistifadə olunur. Məsələn, dimetilcivə ilə reaksiyaya girərək metilpentaxlorvolfram alınır: Volfram (VI) xlorid qeyri-metal səthlərdə örtük kimi istifadə olunur. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Volfram fon Rixthofen
Volfram "Ulf" Karl Lüdviq Morits Hermann Frayherr fon Rixthofen (alm. Wolfram "Ulf" Karl Ludwig Moritz Hermann Freiherr von Richthofen; 10 oktyabr 1895, Bartsdorf, Sileziya — 12 iyul 1945, Bad İşl, Avstriya) — alman hərbiçisi, aviasiya general-feldmarşalı (1943).
Şimali Daşkəsən kobalt yatağı
Sinәm Kobal
Sinəm Kobal (14 avqust 1987, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Əslən Rizə, həmşinli bir ailənin qızıdır. Atası inşaat mühəndisi, anası ev xanımıdır. "Selena" serialında Atacan Baybars adlı obrazı canlandıran Kərəm adında bir qardaşı var. Star TVdə "Hürrəm Sultan" serialında Ayşə obrazını canlandırmışdır. Sinəm Kobal dörd yaşında "Alper" balet məktəbində başladığı balet təhsilini səkkiz il davam etmişdir. Royal Akademiyasından diplom almışdır. "İstəf" Fondu Xüsusi Badamlı Liseyini 2001-ci ildə bitirmişdir. Sinəm Kobal məktəbdə şagird ikən voleybolda ikinci, stepdə birinci yer tutmuşdur. İndi isə latın rəqsləri və aykido idmanı ilə məşğuldur.
Volframit
Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növüdür. Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – volframitin – qonuru-qara, gübneritin – sarımtıl - və qırmızımtıl-qəhvəyi, qəhvəyi-qara; Mineralın cizgisinin rəngi – volframitin – qəhvəyi-qara, gübneritin – qırmızımtıl-qəhvəyi, sarımtıl-qonur; Parıltı – yağlı, qatranı, ayrılma müstəvilərində – şüşə parıltısındın yarımmetal və metal parıltısınadək; Şəffaflıq – volframit qeyri-şəffaf, gübnerit yarımşəffaf, şəffaf; Sıxlıq – volframitin – 7,14-7,54, gübneritin– 7,14-7,25; Sərtlik – volframitin 4,0-4,5, gübneritin – 5,0-5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Bölünmə – bəzən {100} və {102} üzrə; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, iynəvari, qalın- və nazik lövhəvari; İkiləşmə: sadə, nisbətən az polisintetik; {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: dənəvər bütöv, lövhə formalı, vərəq - və pulcuqvari, radial-şüalı kütlələr, püruzlar, şeyelit üzrə psevdomorfozalar. Qranitoidlərlə əlaqədar olan yüksək temperaturlu hidrotermal damarlar üçün səciyyəvidir. Tez-tez qreyzenlərdə qeyd edilir. Hərdənbir az miqdarda qranit peqmatitlərində, skarnlarda, alp tipli damarlarda, bəzən aşağıtemperaturlu hidrotermal yataqlarda rast gəlir. Çox vaxt səpintilərdə toplanaraq, bəzən iri yataqlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kassiterit, şeyelit, sinnvaldit, topaz, beril, turmalin, flüorit, kvars, molibdenit, arsenopirit, pirit və b. Mineralın tapıldığı yerlər: Ta-yu, Kit-an, Pan-Yan (Çin); Sanq-Don (Koreya yarımadası); Akenobe (Yaponiya); Zabaykalyedə Nerçin r-nu, Uzaq Şərq (Rusiya); Qazaxıstan; Altenberq, Pextelqrün (Almaniya); Cənubi Dakota, Kolorado, Nevada ştatları (ABŞ) və b.
Kabal (Mortal Kombat)
Kabal (ing. Kabal) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Haqqında == "Kabal" - "Qara əjdaha" quldur dəstəsində işləyən cinayətkarlardan biridir. Şao Kannın onlara hücumu zamanı dəstənin üzvləri döyüşdə həlak olur. Kabal isə möcüzə nəticəsində sağ qalır. Sağ qaldıqdan sonra Kabal Yeri mühafizə edən adamlara qoşularaq cinayətkarlıq həyatına birdəfəlik olaraq son qoyur. Turnirlərin birində Mavado ilə döyüşdə Kabal məğlub olur. Onu ölümdən Xavik xilas edir. Sonra Kabal "Qara əjdaha" dəstəsini yenidən Xavikin məsləhəti ilə yaradır. Kabal Kano və Carek ilə dostluq edir.
Hobart
Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır. == Tarixi == Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur. == Coğrafiya == Hobar Darvent çayının yaxınlığında yerləşir.
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). == Xassələri == Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).
Kobani
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Kozalit
Kozalit — mineral, Pb2Bi2S5. Bəzən 6,5%-dək Se qarışığı olduqda - selenkozalit. == Haqqında == Kozalit - rombik. Kristalları prizmatikdən, iynəvariyədək. Aqreqat çubuqvari, şüavi, dənəvər. Rəngi qurğuşunu-bozdan, poladı-boza­dək. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 6,7-7,0.
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
KOBOL
KOBOL (COmmon Business Oriented Language) – 1959-cu ildə, ABŞ-dəki kompüter istehsalçıları, xüsusi sektor və dövlət sektorundakı kompüter istifadəçilərindən ibarət yaranan bir qrup tərəfindən inkişaf etdirilmişdir. Kobol dilinin inkişaf etdirilməsində məqsəd informasiya mübadiləsində, analitik araşdırmalarda və biznes-əlavələrdə istifadə ediləcək daşına bilən bir proqramlaşdırma dili istifadə etməkdir. Kobol dili hələ də ABŞ-də bəzi proramistlər tərəfindən istifadə edilməkdədir. Kobol dilinin strukturu ingilis dilinə çox yaxındır. == Hello world == == Digər proqramlaşdırma dilləri == Ada Assembler Basic C C++ C# Fortran JAL Java LISP Objective-C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, "Concepts of Programming Languages", 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir. Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir. Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kombat (qəzet)
Kombat — İkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet. == Tarixi == Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi. Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol Sartr və Raymon Aron da var idi. Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi. Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.
Kökaltı
Kökaltı — kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və {\displaystyle {\sqrt {{~^{~}}^{~}\!\!}}} kimi işarə olunur Məsələn: 25 = 5 {\displaystyle {\sqrt {25}}=5} a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə (n)n=a eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa (n) m =n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n = nm == Xassələri (düsturla) == 0 n = 0 ; n ∈ N ≥ 2. {\displaystyle {\sqrt[{n}]{0}}=0;n\in \mathbb {N} \geq 2.} a b n = a n b n , a , b ≥ 0 ; {\displaystyle {\sqrt[{n}]{ab}}={\sqrt[{n}]{a}}{\sqrt[{n}]{b}},\qquad a,\ b\geq 0;} a n n = a , a ⩾ 0 {\displaystyle {\sqrt[{n}]{a^{n}}}=a,a\geqslant 0} ∀ a ⩾ 0 , b > 0 1 b n = 3 n b n {\displaystyle \forall a\geqslant 0,b>0\qquad {\sqrt[{n}]{\frac {1}{b}}}={\frac {\sqrt[{n}]{3}}{\sqrt[{n}]{b}}}} a m n = ( a n ) m = ( a 1 / n ) m = a m / n .