Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır.
Buraşan (Urmiya)
Buraşan (fars. وراشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 6,5 km. şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (35 ailə).
Mohsen Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Möhsün Furuzan

Qurucan (Məlikan)
Qurucan (fars. قوريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,378 nəfər yaşayır (611 ailə).
Varujan Karapetyan
Varujan Karapetyan (erm. Վարուժան Կարապետեան; 7 mart 1954, Qamışlı, Əl-Həsəkə mühafazası – 29 yanvar 2019, İrəvan) — erməni terrorçu, ASALA təşkilatının üzvü. == Həyatı == Varujan Karapetyan 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlmişdir.1983-cü ilin 15 iyul tarixində Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır.. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdır Fransanın Kretey şəhərində keçirilən məhkəmədə Karapetyan bombanı yerləşdirdiyi haqda daha öncə etdiyi etirafı rədd etmişdir. Buna baxmayaraq, məhkəmə onun terror əməlini törətməsini müəyyən etmiş və 1985-ci ilin 3 mart tarixində haqqında ömürlük həbs hökmü qərarı çıxarmışdır. 17 il həbsxanada keçirən Karapetyan 2001-ci ildə, həbsxanadan Ermənistana sürgün edilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılmışdır. 2001-də Fransadan köçən Karapetyan Ermənistanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanmışdır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz vermişdir Ermənistana gəldikdən sonra Dilican şəhərində yaşayan Karapetyan sərnişindaşıma sahəsində çalışan şirkətin sahibi olmuşdur.
Varujan Qarabedyan

Vərcuşan (Xudabəndə)
Vərcuşan (fars. ورجوشان‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 708 nəfər yaşayır (139 ailə).
Daniel Varujan
Daniel Varujan (q.erm. Դանիել Վարուժան, əsl soyadı — Çubukkaryan (q.erm. Չպուքքարեան или Չպուգքեարեան); 20 aprel 1884[…], Dörteylül[d], Sivas vilayəti, Osmanlı imperiyası – 26 avqust 1915[…], Çanqırı, Kastamonu vilayəti, Osmanlı imperiyası) — Osmanlı ermənilərindən olan şair və pedaqoq. O, 1902–1905-ci illərdə Venesiyada mexitarist məktəbində, 1905–1909-cu illərdə Belçikanın Gent Universitetində təhsil almışdır. Varujan 1912–1915-ci illərdə Konstantinopolda Maarifçilik məktəbinin direktoru kimi fəaliyyət göstərmişdir. O, 1904-cü ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. Varujanın poeziyası romantizm, simvolizm və erməni folklor ənənələrinin qarışığıdır. O, ilk lirik "Şüdləşmə"toplusunda (1906) doğma torpağının təbiəti fonunda sadə bir insanın həyatını göstərir. "Poqrom"(1908) məcmuəsində sultan rejiminin əməllərini, ermənilərinə qarşı təqiblərini təsvir etmişdir. Varujanın "Qabilin ürəyi"(1909) toplusu mübarizə, ədalət və qisas haqqındadır.
Gettisburq vuruşu
Gettisberq vuruşu — ABŞ vətəndaş müharibəsisinin ən qanlı və əhəmiyyətə sahib olan Gettisberq döyüşü 1863-cü ildə Pennsilvaniya ştatında baş verib. Michael Newman's pants ən məşhur generalı Robert Edvard Leenin ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün Gettisberq qəsəbəsinə göndərdiyi gözətçilər Şimal birliklərinin generalı Corc Meadenin ordusuyla qarşılaşdı. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər öldü. Konfederasiya ağır itkilərlə geri çəkildi. Müstəqillik ümidlərini də müharibə meydanında itirdi.
Gettysburg vuruşu

Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10–16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.
Ruşan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Başlama vuruşu (futbol)
Başlama vuruşu — futbolda oyuna başlama və bəzi hallarda oyunu bərpa etmə üsullarından biridi. Başlama vuruşu səkkizinci futbol qaydasının bir hissəsidir. Başlama vuruşu əsas vaxtın və, müvafiq hallarda, əlavə vaxtın hər hissəsini başlamaq üçün istifadə olunur. Start fitdən öncə atılan qəpik püşkatmasında uduzan komanda ilk başlama vuruşunu həyata keçirir, qəpik püşkatmasında udan komanda oyuna meydanın hansı tərəfindən başlayacağını seçir. Oyun hakim fitini çaldıqdan sonra başlıyır. İkinci hissədə başlama vuruşunu digər komanda edir. Əgər oyun əlavə vaxtlara qədər uzanırsa, onda əlavə vaxtın əvvəlində yenidən qəpik püşatması atılır. Əgər hər hansı bir komanda qol vursa, onda qolu buraxan komanda meydanın mərkəzindən başlama vuruşunu yenidən etməli olur, və oyun təkrarən davam edir. == Üsul == Başlama vuruşu mərkəzi dairədən yerinə yetirilir. Başlama vuruşu edilmədən öncə hər bir futbolçu meydanın öz yarısında olmalıdır və bütün rəqib futbolçular topdan ən azı 9 metr (məsafə mərkəzi dairədən ölçülür) uzaqlıqda qalmalıdılar, əgər hər hansı oyunçu bu məsafəni pozsa, başlama vuruşu təzədən yerinə yetirilməlidir.
Eyn Cəllud vuruşu
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.
Sevdanın Son Vuruşu
Sevdanın Son Vuruşu – Tarkanın 2010 – cu ildə çıxardığı Adımı Kalbine Yaz albomundan olan promo sinql.
Əyn Cəllud vuruşu

Sevdanın son vuruşu
Sevdanın Son Vuruşu – Tarkanın 2010 – cu ildə çıxardığı Adımı Kalbine Yaz albomundan olan promo sinql.
Burustan
Burustan (fars. بوروستان‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Burustan Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 486 nəfər (kişilər: 221 nəfər - qadınlar: 265 nəfər) olmuşdur. Kənddə 101 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən ? km cənub-qərbdə, Givi şəhərindən ? km cənub-qərbdə, 37° 35' 26.43" şimal enində və 48° 07' 52.22" şərq uzunluğunda, dəniz səviyyəsindən 1665 m yüksəklikdə yerləşir. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Füruzan
Füruzan (türk. Füruzan; anadan olanda Firuzə Çerçi, 29 oktyabr 1932, İstanbul – 11 fevral 2024, İstanbul) — Türkiyə yazıçısı. Çağdaş türk ədəbiyyatının önəmli isimlərindən biridir. Türk hekayəçiliyində ümumiyyətlə "kiçik insanlar" adlandırılan cəmiyyətin məzlum, məğlub, həssas daxili aləmlərindən yazmışdır. Kiçik hekayə ilə yanaşı şeirdən romanlara, səyahət yazılarına, oçerklərə və uşaq ədəbiyyatına qədər müxtəlif ədəbiyyat janrlarında əsərlər yaratmış və bəzi hekayələri teatr səhnəsinə və kino ekranına çıxmışdır. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal və Ədalət Ağaoğlu ilə şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Əsərlərinin böyük qismi əsasən sosial problemlərə həsr olunmuşdur. Rejissoru olduğu Sinemalarım filmi Türk kinosu tarixinin ən uğurlu əsərlərindən biri sayılır. == Həyatı == 29 oktyabr 1932-ci ildə İstanbulda anadan olub.
Gümüşan
Gümüşan (türkm. Kümüş depe) — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Gümüşan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,639 nəfər və 3,236 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Vuassan
Vuassan (fr. Voissant) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38564. Kommunanın 2006-cı il üçün əhalisi 215 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 269 ilə 788 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimalda yerləşir.
Qurulan portağal (film, 1971)
Qurulan portağal (ing. A Clockwork Orange) — 1971-ci ildə Entoni Börcessin eyniadlı romanının motivləri əsasında Stenli Kubrik tərəfindən çəkilmiş film.Film 136 dəqiqə davam edir. == Məzmun == Film Alex adında bir gəncin kriminal dəstəsinin insanlara cinayət, şiddət və təcavüz etməsini göstərir. Dəstənin başçısı Alexin digər üzvlərlə arası pisləşir. Və növbəti tədbir zamanı dəstə Alexə xəyanət edir. Alex həbs olunur. Ardından onun beyninin təmizlənib yenidən cəmiyyətə qazandırılmasını göstərir. Ancaq bunun nə dərəcədə işə yaraması sorğulanır.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Varsan
Varsan – Muğanın qədim şəhərlərindən biri. Varsan şəhəri əski vartan-artan-altan sözündən yaranıb. Açması altın, qızıl yurd deməkdir. Altan adı sonralar Oltan sözünə çevrilib. == Varsan haqqında == == "Varsaq" sözünün mənası == Oltan yeri tarixin o üzündə adı bəllənən qədim-qayım bir qalanın bəlgəsidir. Dədə dünyanın papağının yan qoyan çağlarında bu yer şəhər olub. Olub-keçənlərə ayna tutan bilginlər qeyd edirlər ki, bu şəhər Varsan adlanıb. Varsan sözünün anlamı haqqında müxtəlif, çeşidli yozumlar və mülahizələr var. Mənbələrdə türk tafalarına, yer adlarına və türklərə məxsus əşyalara işarədir. "Şəms əl-lüğət" əsərinin müəllifi "Varsan" sözünü şərh edərkən qeyd edirdi ki, bunun əsasən iki mənası var: "(Varsan)" yerin adıdır.
Xursan
Xursan – Tarixi Azərbaycan ərazisinin bir hissəsi. Şirvana tabe olan kiçik vilayətlərdən biri. Xursan – Xrsan adına ilk dəfə V əsr müəllifi Yeğişedə rast gəlinir. "Erməni coğrafıyası"nın qədim nüsxəsində Asiya Sarmatiyasının xalqları sırasında xsranların da adı çəkilir. Həmin coğrafiyanın yeni nüsxəsində deyilir: "Qafqaz iki dağ silsiləsinə bölünür. Onlardan biri düz istiqamətdə Şirvan və Xsrvandan keçərək Xorsvemədək uzanır..." Xsranlar, xsrvan adları, görünür, təhrif olunmuş xursanlar, xursan, eləcə də, Xors-Xurs, qayası demək olar, Xorsvem Beşbarmaqdır. IX əsr ərəb müəllifı əl-Yəqubi XIII əsrdə xəzərlərin xəlifə ordusu ilə müharibəsi barədə məlumat verərkən ərəb sərkərdəsi Yəzid ibn Üseydin geri çəkildiyi Ərməniyyədəki Xurs vilayətinin adını qeyd edir. Xursanın adı əl-Bəlazuridə Sasani I Xosrov Ənuşirəvanın (VI əsr) Cənubi Dağıstanda al-ləkzlərin Xursanşah titullu şahını və hal-hazırda mövcud olmayan Məsqət məmləkətinin şahını təyin etməsi münasibətilə çəkilir. Sonra müəllif xəbər verir ki, Mərvan ləkzlərin müqavimətindən sonra (VIII əsrin birinci yarısının sonunda) sülami ərəbi Həşrəmi onlara hakim təyin etdi, özü isə Şirvan hakiminin "dəniz sahilindəki Xirş (Xurs) adı ilə məşhur olan qalasına yollandı. Qalanın hakimi (Mərvanın) öz üzərində hakimiyyətini dərhal tanıdı və düzənliyə endi".
Gümüşan şəhristanı
Gümüşan şəhristanı (fars. شهرستان گمیشان‎) — İranın Gülüstan ostanınında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gümüşan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 61,982 nəfərdən ibarət idi.
Sürüşən daşlar
Sürüşən daşlar, həmçinin yelkənli daşlar, yeriyən daşlar, yuvarlanan daşlar adı ilə də bilinən bu hadisə daşların heçbir insan və ya heyvan müdaxiləsi olmadan yumuşaq torpağın üzəri ilə sürüşməsi kimi qeydə alınmış hadisədir. Qaya hərəkətləri ən müxtəlif yerlərdə qeydə alınsa da bunlar içindən ən çox nəzərə çarpanı (hərəkət məsafəsinə görə) Kaliforniyanın Ölüm Dərəsi Milli Parkındakı sürüşmələrdir. == Əfsanələr == Yerli xalq arasında bəzən bu yer lənətli yer kimi də sayılırdı. Bəzi əfsanələrə görə isə hətta bu daşların şəkil dəyiştirə bilən məxluqlar olduğu və ya yad planetlilər tərəfindən kosmosdan buraya yerləştirildiyi deyilirdi. == Təsfiri == Qayaların yerləştiyi ərazi köhnə bir göl yatağıdır və bu qayalar bəzən 200 metrə qədər hərələt edə bilir. İlk əvvəllər qayaların küləyin gücü ilə hərəkətə gəldiyi iddiası irəli sürülsə də sonralar 350 kiloqrama qədər çatan bu qayaların torpağın da quru və çat olmasına görə bu cür hərəkət edə bilməsi iddiası yalanlandı. İçin ən maraqlı yanı isə o idi ki, bu qayaların indiyə kimi hərəkət etdiklərini hələ heç kəs görməmişdi. Qayalar bir gecənin içində yerlərini dəyişərək səhər torpaqda iz salırdılar. Bu izlər əksərən düz olsa da bəzən ixtiyari formada ola bilərdi. == Qayaların sirri == Hərəkət edən bu qayalar haqqında ilk araşdırmalar 1915-ci ildən başladı.2013-cü ildə GPS üzərindən daha dəqiq elmi araşdırmalar ilə qayaların sirri ortaya çıxdı.
Sürüşən vektorlar
Sürüşən vektorlar — başlanğıc nöqtəsi düz xətt üzərində ixtiyari götürülə bilən vektordur. Deməli, sürüşən vektoru yerləşdiyi düz xətt üzərində istənilən qaydada sürüşdürmək olar. Bu zaman vektorun istiqaməti dəyişməməlidir. Sərbəst vektorlardan fərqli olaraq, sürüşən vektorlar bir düz xətdən başqa düz xəttə köçürülə bilməz. Bərk cismə tətbiq olunan qüvvə Sərbəst vektora nümunədir. Sərbəst vektor anlayışı fizikada tətbiq olunur. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Al Fursan
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Varsan şəhəri
Varsan – Muğanın qədim şəhərlərindən biri. Varsan şəhəri əski vartan-artan-altan sözündən yaranıb. Açması altın, qızıl yurd deməkdir. Altan adı sonralar Oltan sözünə çevrilib. == Varsan haqqında == == "Varsaq" sözünün mənası == Oltan yeri tarixin o üzündə adı bəllənən qədim-qayım bir qalanın bəlgəsidir. Dədə dünyanın papağının yan qoyan çağlarında bu yer şəhər olub. Olub-keçənlərə ayna tutan bilginlər qeyd edirlər ki, bu şəhər Varsan adlanıb. Varsan sözünün anlamı haqqında müxtəlif, çeşidli yozumlar və mülahizələr var. Mənbələrdə türk tafalarına, yer adlarına və türklərə məxsus əşyalara işarədir. "Şəms əl-lüğət" əsərinin müəllifi "Varsan" sözünü şərh edərkən qeyd edirdi ki, bunun əsasən iki mənası var: "(Varsan)" yerin adıdır.
500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. 30 mart 2024-cü ildə Kriştiano Ronaldo 900 qol vurdu. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2023-ci il tarixinə aktiv futbolçulardır.
Azərbaycan Premyer Liqasında 100-dən çox qol vuran futbolçuların siyahısı
== O ==