Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RealD 3D
RealD 3D, RealD tərəfindən hazırlanmış və satılan rəqəmsal stereoskopik proyeksiya texnologiyasıdır. Bu, müasir kinoteatrlarda 3D filmlərə baxmaq üçün ən çox istifadə edilən texnologiyadır. RealD 3D 2015-ci ilin iyun ayına kimi 72 ölkədə təxminən 1200 sərgi iştirakçısı tərəfindən dünya üzrə 26.500-dən çox auditoriyada quraşdırılmışdır. RealD 3D kinoteatr texnologiyası stereoskopik görüntü proyeksiyası yaratmaq üçün dairəvi qütbləşmiş işıqdan istifadə edən qütbləşmiş 3D sistemdir. Dairəvi qütbləşmənin xətti qütbləşmədən üstünlüyü ondan ibarətdir ki, tamaşaçılar ikiqat və ya qaralmış şəkilləri görmədən başlarını əyərək təbii şəkildə səhnəyə baxa bilirlər. Bununla belə, digər sistemlərdə olduğu kimi, başın hər hansı əhəmiyyətli əyilməsi yalançı paralaksa səbəb olr və beynin stereoskopik görüntüləri düzgün birləşdirməsinə maneə yaradır. Yüksək dəqiqlikli, rəqəmsal kino səviyyəsindəki video proyektor növbə ilə sağ və sol göz çərçivələrini proyeksiya edir və onlar arasında saniyədə 144 dəfə keçid edir. ZScreen adlanan təkan-çəkmə elektro-optik maye kristal modulyator, hər bir çərçivəni növbə ilə qütbləşdirmək üçün proyektorun obyektivinin tam qarşısında yerləşdirilib. Çərçivələri sağ göz üçün saat əqrəbi istiqamətində və sol göz üçün saat əqrəbinin əksi istiqamətində dairəvi şəkildə qütbləşdirir. RealD Cinema-da titrəməni azaltmaq üçün hər kadr üç dəfə proqnozlaşdırılır ki, bu sistem də üçlü flaş adlandırılır.
Heal the World
Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər. Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir. Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.
Reali
Reali — tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali — müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
Wedard
Wedard — 2002-ci ildə Sternenfrost (Andreas Schnell) tərəfindən Memmingen, Bavariyada qurulmuş alman depressive black metal qrupudur. Bütün alətləri Sternenfrost ifa edirdi lakin 2006-cı ildən bu yana barabanda Karmaggedon ləqəbli Matt Aldrich müşayiət etməkdədir. Mahnı sözləri əsas etibarilə depressiya, melanxoliya və təbiət üzərinədir. Mahnıları dinlərkən xüsusilə gitara riffləri və ardından gələn Sternenfrostun vokalı və qışqırıqları ilə musiqinin ağır tempinin müşayiəti altında depressiv bir atmosferə bürünüb özünüzü qaranlığın soyuğu və yanlızlığında tapa bilərsiniz.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Wendl.
İohann Kristof Vendland (alm. Johann Christoph Wendland‎; 17 iyul 1755 – 27 iyul 1828) — Almaniya botaniki. İohann Kristof Vendland toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Hortus Herrenhusanus, 1788–1801. Verzeichnis der Glas- und Treibhauspflanzen des Königlichen Berggartens zu Herrenhausen. 1797. Botanische Beobachtungen nebst einigen neuen Gattungen und Arten. 1798. Ericarum icones et descriptiones. 1798–1823 (26 Hefte).
Willd.
Karl Lüdviq Vildenov (alm. Carl (Karl) Ludwig Willdenow‎, 1765–1812) — alman botaniki. Willdenow C. L. Florae Berolinensis prodromus, 1787 (lat.) Willdenow C. L. Grundriß der Kräuterkunde zu vorlesungen, entworfen von D. Carl Ludwig Willdenow.
Web3D
Web3D, həmçinin 3D Web — üçölçülü kompüter qrafikasından istifadə edərək vebsaytları göstərmək və gəzmək üçün texnologiyalar qrupu. Web3D-nin meydana çıxması 1994-cü ilə təsadüf edir. Bunun tarixi ümumdünya hörümçək torunda üçölçülü qrafik məlumatların saxlanması və görüntülənməsi üçün nəzərdə tutulmuş fayl formatı olan VRML-nin meydana çıxması ilə başlayır. 1995-ci ilin oktyabrında İnternet Dünyasında Şablon Qrafik Proqramı "Netscape Communications" tərəfindən "Netscape 2.0"ın beta versiyası üçün 3D/VRML plaginini nümayiş etdirmişdir. 2000–2010-cu illər arasında bu plaginlərdən biri olan "Adobe Flash Player" masaüstü kompüterlərdə geniş şəkildə quraşdırılmış və interaktiv veb səhifələri və onlayn oyunları göstərmək, video və audio məzmunu oynamaq üçün istifadə edilmişdir. Nəhayət, "Abobe", "Flash player" və AIR məhsulları üçün GPU sürətləndirici ilə interaktiv üçölçülü qrafika təqdim etmək üçün "Stage3D" API-ni inkişaf etdirmişdir. Bu, sonradan proqram təminatçıları tərəfindən qəbul edilmişdir. 2009-cu ildə "Google" tərəfindən "O3D" adlı açıq mənbəli üçölçülü veb texnologiyası təqdim edilmişdir. Bu, həmçinin brauzer plaginini tələb edirdi, lakin "Flash/Stage3D"dən fərqli olaraq "JavaScript" API-yə əsaslanırdı. "O3D" təkcə oyunlar üçün deyil, həm də reklamlar, 3D model izləyiciləri, məhsul demoları, simulyasiyalar, mühəndis proqramları, nəzarət və monitorinq sistemləri və kütləvi onlayn virtual dünyalar üçün nəzərdə tutulmuşdur.
REAL
Real və ya REAL bu mənaları ifadə edə bilər: Respublikaçı Alternativ Partiyası — Azərbaycanda siyasi partiya. Real (albom) — L'Arc-en-Ciel qrupunun musiqi albomu. Real (Fransa) — Fransada kommuna. Real TV — Azərbaycan televiziya kanalı.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Walp.
Vilhelm Gerard Valpers (alm. Wilhelm Gerhard Walpers‎; 26.12.1816, Mühlhauzen – 18.6.1853, Berlin) XIX əsr alman botaniki. "Animadversiones criticae in Leguminosas Capenses Herbarii Regii Berolinensis", 1839 "Repertorium botanices systematicæ" (6 cilddə, 1842—1847) "Annales botanices systematicæ" (3 cilddə, 1848—1853).
Evald Aav
Evald Aav (22 fevral (6 mart) 1900, Revel – 21 mart 1939, Tallin) — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri. == Həyatı == Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri. ADA: ASP: Basic: C: C++: C# Java:JavaScript: Pascal: PHP: Python 2. XPython 3.
Herald adası
Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir. == İqlim == İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir. Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Hevald reaksiyası
Hevald reaksiyası — sərbəst kükürd iştirakı ilə gedən, aldehid və ya ketonun kondensləşməsi (burada R2=H) ilə nəticələnən əvəzolunmuş 2-aminotiofen alınan üzvi reaksiyadır.(aminotiofenlərin alınma reaksiyası) == Tarixi == Reaksiya 1930 ildən Karl Hevaldın adını daşıyır. Reaksiya mexanizmi kəşf olunduqdan 30 il sonra tədqiq edilmişdir. İlkin mərhələ aralıq məhsul (3) əmələ gətirən keton (1) və α-sianoefir (2) arasındakı Knyoevenagel kondensasiyasıdır. Sərbəst kükürdün əlavə edilməsi mexanizmi məlum deyil. Tsiklləşmə və tautomerləşmə lazım olan məhsulu verir: Mikrodalğalı şüalanma reaksiya gedişinə və vaxtına təsir edir. == Variantlar == Hevald reaksiyasının variantlarından birində 3-asetil-2-aminotiyofen dityandan (kükürd və asetonun əlavə olunması, R = CH 3 və ya asetaldehid, R = H olarsa) və sabit olmayan sianasetonun natrium duzundan başlayaraq sintez olunur. Aminotiyofenlərin çoxkomponentli sintezi (Gewald reaksiyası) Gewald tərəfindən əvəzlənmiş 2-aminotiyofenlərin sintezi üçün çoxkomponentli metod elementar kükürd, α-metil (metilen) karbonilin qarşılıqlı təsirindən ibarətdir. == Mənbə == Коваленко, С. Н. Использование реакции Гевальда для синтеза 5-амино-3-метил-N-2-арилтиофен-2,4-дикарбоксамидов и N2-(арил)-5-амино-4-циано-3-метил-2-тиофенкарбоксамидов / С. Н. Коваленко, С. В. Власов, В. П. Черных // Журнал органічної та фармацевтичної хімії. — 2006. — Т. 4, вип.
I Would
I Would — One Directionun 2012-ci il albomu Take Me Homea daxil olan mahnısı.
KBS World
KBS World, Korean Broadcasting Systemnin beynəlxalq yayım xidmətidir. KBS World Radio, KBS World televiziya kanalı və KBS World 24-dən ibarətdir.
PC World
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
PlayStation World
"PlayStation World" ("PSW") — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnalda "PlayStation" markası haqqında məlumatlarda verilirdi. Burada xəbərlər, önizləmələr, resenziyalar və məktub səhifələri yer alırdı. 2000-ci ildə "Computec Media" tərəfindən nəşr olunmağa başlamışdır. Jurnal 210 min oxucu auditoriyasına sahib idi, 17,132 tirajla çap olunurdu. "Computec Media"nın Birləşmiş Krallıq filialı jurnalın mülkiyyəti ilə birlikdə 2003-cü ildə "Future Publishing" tərəfindən satın alınmışdır. Bu zaman jurnalın orta aylıq tirajı 53,349 idi. 2007-ci ilin məlumatına görə, jurnalın tirajı 17,132-yə qədər azalmışdır. 13 avqust 2009-cu ildə jurnalın fəaliyyətinin dayandırılacağı açıqlanmışdır. Buna səbəb kimi "təlabat azlığı" göstərilmişdir.
Renald Makdonald
Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir. 1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi. Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir. Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.
Roald Amundsen
Rual Engelbreqt Qravninq Amundsen (norv. Roald Engelbregt Gravning Amundsen; 16.7.1872 — 18.6.1928) — norveçli dəniz səyyahı, qütb tədqiqatçısı. Cənub qütbünə çatan ilk şəxs (14 dekabr 1911), Oskar Vistinqlə birlikdə Yer kürəsinin hər iki coğrafi qütbündə olmuş ilk şəxs, Şimal-Qərb keçidindən keçən ilk dəniz səyyahı (Kanada Arktik arxipelaqının boğazları ilə), 1903-cü ildə "şimal maqnit qütbü"nü kəşf etmişdi. Dostları arasında "Vikinq" ləqəbi ilə tanınırdı. Amundsen 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb. Onun atası Yens Amundsen idi. Amundsen ailənin 4-cü oğlu idi. Anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı. O, istəyirdi ki, oğlu həkim olsun. 21 yaşına kimi o təzyiq altında olur, ta ki, anası vəfat edənə qədər.
Roald Dal
Roald Dal (13 sentyabr 1916[…], Llandaf[d], Kardiff, Birləşmiş Krallıq – 23 noyabr 1990[…], Oksford) — Uelsli roman və qısa hekayələr yazıçısıdır. Norveçli bir ailənin uşağı olaraq Llandaff Kardiff Uelsdünyaya gələn Dal, 1940-cı illərdə yazdığı xüsusilə uşaqlara istiqamətli kitablarla ən çox satan yazarlar arasına girmişdir. Çarli və şokolad fabriki adlı kitabı mükafat qazanmışdır. Bu mükafatlar cəmdə dörd dənədir. Çarli və şokolad fabriki adlı kitabından sonra Çarlinin Böyük Şüşə Lifti adlı kitabını yazmışdır. Seriyanın üçüncü kitabını da yazmaq istəmişdir, lakin bitirə bilməmişdir.
Roald Hofman
Roald Hofman(ing. Roald Hoffmann; doğ. 18 iyul 1937, Zoloçev, Tarnopol voevodalığı, Polşa, indiki Lvov vilayəti, Ukrayna) — amerika kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1981). Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronları sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir.
Rosane Evald
Rosane Evald (27 avqust 1973) — Braziliyalı atıcı. Rosane Evald Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Rosane Evald birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 51-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir. İslam Dünyası Cəmiyyəti arasında ümumi konsensus yekdil rəy budur ki,axır zamandan əvvəl bir sıra əlamətlər olacaqdır. Beləliklə, Klassik dövr, Orta əsrlər və müasir dövrlərə aid İslam mətnləri bu işarələrin nələri əhatə edə biləcəyinə görə çox fərqlidir. Təkliflər sınaq və müsibətlər dövrü, əxlaqsızlıq, qüdrətli müharibələr, qeyri-təbii hadisələr, Yəcuc və Məcuc tərəfindən ərəb ölkələrinə hücumu və/yaxud dünyaya ədalətin qaytarılması ilə bağlı idi. Bütün hadisələr başa çatdıqdan sonra kainat məhv olacaq və hər bir insan əməllərinə görə cavab verməsi üçün diriləcək. Muhəmməd buyurur: “Sizin vaxtınız sizdən əvvəlkilərin vaxtı ilə müqayisədə əsr namazından günəşin batmasına qədərdir”. Bəzi “zəif” hədis mənbələrində 6 və ya 7 min ömür qeyd olunur.