Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Wibty
Wibty — Azərbaycanın ilk milli sosial şəbəkəsi. == Tarixi == Layihənin qurucusu Həmzə Hüseynli Wibty layihəsi üzərində 2013-cü ildən etibarən çalışmağa başlasa da, layihənin təqdim olunması tam olaraq 2021-ci ilə təsadüf etmişdir. 2013-cü ildən start götürən bu layihə, ilk başlarda bəzi çətinliklər və problemlər nəticəsində bir müddətlik dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayından tam heyət ilə yenidən işə başlayan Həmzə Hüseynli 2021-ci ilin iyul ayının 19-da Wibty sosial şəbəkəsini ictimaiyyətə təqdim etmişdir. == Hədəflər == Wibty ilkin olaraq Azərbaycanda istifadə üçün hədəflənmiş, daha sonra isə qlobal bazara çıxarılacağı müəyyən edilmişdir. Wibty sosial şəbəkəsi bütün funksiyaları özündə cəmləyir və bura əlavə olaraq sosial şəbəkəyə musiqi, habelə açıqlanmayan başqa digər funksiyaların da əlavə ediləcəyi planlaşdırılmışdır. Wibty platforması istifadəyə verildiyi gün 50 000 üzvün qeydiyyatını toplamağı bacarmış və sosial şəbəkəni istifadə edən şəxslərin sayı 2 ay müddətində 150 000-i keçmişdir. Platformanın sürətlə yayılmasını hədəfləyən Həmzə Hüseynli həm təsisçi, həm də rəhbər olduğu Baku Creative Projects şirkətindəki vəzifəsindən ayrılaraq, bütün gücünü Wibty layihəsinə verdiyini və daha da yüksək hədəflərə çatmağı planladığını qeyd etmişdir. Hal-hazırda Wibty şirkətinin 20-dən çox işçi heyəti var.
Wight
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. == Əsas elmi işləri == Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). == Şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Wightia Wall. Wightia Spreng. ex DC. === Bitki növləri === Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Too Shy
Too Shy — Kajagoogoo qrupunun 1983-cü ildə White Feathers albomundan çıxrdığı sinql.
Asay
Asay — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir, lakin çarlar siyahısında olduğu dəqiqdir. == Həyatı == Asay ondan əvvəlki hökmdarlar olan Mirhavan və ya Satoyun oğlu və ya kiçik qardaşı ola bilər. Vəliəhd şahzadə olduğu dövrə aid möhür Sasanilərin üslubunda hazırlanmışdır. Möhrün üzərində maral rəsmi var. Təqribən 405-415-ci illərdə çar olaraq hökm sürmüşdür. == İstinadlar == == Ədəbiyyat == Khurshudyan E.Sh. Seal of Asay, Crown Prince of Aran. Commentationes Iranicae. Collection of Articles for the 90th Anniversary of Vladimir Aronovich Livshits.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Dash
Dash (Debian Almquist shell) - *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, Iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. == Həyatı == 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.
Juliana Pasha
Yuliana Paşa (20 may 1980, Tirana) — Alban müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Nuk mundem pa ty" (Mən sənsiz yaşaya bilmirəm) mahnısı ilə təmsil edib. Bu vaxta qədər bir çox beynəlxalq müsabiqələrdə ölkəsini təmsil edib və müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.
Sasha Grey
Saşa Qrey (14 mart 1988[…]) — ABŞ aktrisası, modeli, yazıçısı, ifaçısı və keçmiş pornoaktrisası. 2006–2011-ci illərdə pornoqrafik filmlərdə iştirak etmişdir.
Takehiro Kasay
Takehiro Kasay (12 noyabr 1993) — Yaponiyalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Yaponiyanı təmsil edir. Takehiro Kasai dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Xasay Hacıyev
Xasay Məmmədhəsən oğlu Hacıyev (1902, Bakı – Bakı) — mühəndis, dövlət xadimi. == Həyatı == Xasay Məmmədhəsən oğlu Hacıyev 1902-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Gimnaziyada təhsil almış, Moskva Universitetini bitirmişdir. Universiteti mühəndis kimi bitirən Xasay bəy Hacıyev uzun müddət rabitə sistenmində işləmişdir. Azərbaycan SSR Rabitə Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.
Xasay Musayev
Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur. 1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır. 2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır. == Təhsili == 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant == Elmi dərəcələri, elmi adları == 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli" == Əmək fəaliyyəti == 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim 1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor 2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. == Həyatı == Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı.1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. == Siyasi fəaliyyəti == Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. İkinci Dünya müharibəsi bittikdən sonra Azərbaycana qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat bölməsinə müdir təyin olunmuşdur.
Hisuy Haza
Hisuy Haza (d. 16 mart 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Sisəy ağacqurbağası
Sisəy ağacqurbağası (lat. Acris) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Visay adaları
Visay adaları (taqal Visayas, ing. Visayas) — Filippin arxipelaqı aid üç adalar qrupundan biridir. Qrupun şimalında Luzon adaları, cənubunda isə Mindanao adaları yerləşir. == Coğrafiyası == Arxipelaqın əsas adaları: Bohol Sebu Leyte Neqros Panay SamarPalavan adası isə Luzon adaları ilə Visay adaları arasında mübahisə predmetidir. Belə ki onun hansı arxipelaqa aid olması dəqiq deyil. == Əhalisi == Adalarda əsasən visay xalqı yaşayır. Onlar visay dilində danışır. 2010-ci il sıyahıya almasına görə adalarda 18 003 940 nəfər yaşayır. == İnzibati bölgü == Visay adaları üç regiona, hər region isə bir necə vilayətə bölünür.
Weishi raketi
Weishi raketi Çin mənşəli bir döyüş raketidir. 1980-ci ildə Sichuan Aerospace Industry Corporation tərəfindən hazırlanmışdır və reaktiv yaylım atəş sistemidir. Ədəbiyyatda WS qısaltması ilə qeyd edilmişdir. Bu raket Türkiyə tərəfindən Qasırğa adı ilə inventara qəbul edilmişdir.
Olo Basay (Baymak)
Olo Basay (başq. Оло Басай, rus. Большебасаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kusəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 74 km, kənd sovetliyindən (İşmirzə): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 37 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Xasay xan Usmiyev
Xasay xan Usmiyev — çar ordusunun qumuq general-mayoru, Xurşidbanu Natəvanın birinci əri. == Həyatı == 1808-ci ilin 3 aprel tarixində Ağsaylı qumuq əsilzadəsi Musa Xan Usmiyevin ortancıl oğlu olaraq dünyaya gəlmişdir. Sultan Murad (d. 1841) adında böyük qardaşı və Adil adında kiçik qardaşı olmuşdur. Bacısı Tuti Bikə Xanım İsmayıl bəy Qutqaşınlı ilə evlənmişdir. İsmayıl bəy Rusiya imperiyasının nə yüksək mükafatı olan Müqəddəs Georgi Ordeni ilə mükafatlandırılan ilk azərbaycanlıdır. Uşaq ikən Tiflisə girov olaraq aparılmışdır. 1825-ci ildə Peterburqda yerləşən Pajes Korpusunu bitirdikdən ölümünə qədər Rusiya İmperator Ordusunda xidmət etmişdir. İlk öncə 43-cü Jaeger Alayında, 1833-cü ildən isə Xerson Qrenadyor Alayında xidmət etmişdir. 1834-cü ilin mart ayının 22-də zabit olmuş və 1841-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.
Johnny Cash
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Rısay (Uçalı)
Rısay (başq. Рысай, rus. Рысаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 32 km, kənd sovetliyindən (İlçə): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 25 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.