Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
I Would
I Would — One Directionun 2012-ci il albomu Take Me Homea daxil olan mahnısı.
Would You
Would you — Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yarımfinalda məğlub olub.
Would You?
Would you — Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yarımfinalda məğlub olub.
Accel World
Accel World (アクセル・ワールド, Akuseru Wārudo, azərb. Sürətləndirilmiş dünya‎) və ya qısaca AW — HiMA-nın rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. 2009-cu ilin fevralından ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunur. Ranobe Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. 2010-cu ilin mayında "Dengeki Bunko Magazine" jurnalında iki manqa adaptasiyası nəşr olunmağa başlamışdır. 2013-cü ilin yanvarında isə "Dengeki Daioh" jurnalında 3-cü manqa adaptasiyası serializasiya olunmağa başlamışdır. Sunrise tərəfindən istehsal olunmuş anime adaptasiyası Yaponiyada 2012-ci ilin aprelindən sentyabrına kimi yayımlanmışdır. İngilisdilli versiyası Viz Media-nın Neon Alley anime xidmət vasitəsilə 2013-cü ilin aprelində yayımlanmağa başlamışdır. PlayStation 3 və PlayStation Portable platformaları üçün iki oyun istehsal olunmuşdur. Birinci oyun 13 sentyabr 2012-ci ildə, ikinci oyun 31 yanvar 2013-cü ildə yayımlanmışdır və hər oyun OVA seriyası ilə buraxılmışdır.
BTS World
BTS World Cənubi Koreyanın Takeone Company Corp studiyası tərəfindən hazırlanmış və Netmarble tərəfindən nəşr olunan mobil videooyunudur. Oyunçular, BTS -in meneceri rolunu oynayaraq, 2012 -ci ildən, debütdən əvvəl 2019 -a qədər yeddi üzvdən hər biri ilə müxtəlif səyahətlər keçirirlər. == Oyun == BTS World, hekayənin çox hissəsinin istifadəçi və oyun personajları arasındakı qarşılıqlı əlaqəni tıklamağa əsaslandığı əyani roman üslublu bir videooyunudur. Oyun, sonrakı fəsillərə təsir edən söhbətlərə və seçimlərə əsaslanır. Oyunçu ayrıca müəyyən bir nəticə əldə etmək üçün simvolları tərtib edə və kart oyunu oynaya bilər. Oyun BTS üzvlərinin əsl şəkillərindən və səs yazılarından istifadə edir. Rəsmi veb saytında oyun personajları olaraq üzvlərin foto və video qalereyaları var. "Another Story" adlanan başqa bir rejimin oxşar oyunu var, lakin fərqli hekayələri var, çünki hər biri oyunçuya və o vaxtlar birlikdə olmamış kimi BTS -in yalnız bir üzvünə diqqət yetirir. == Personajlar == Oyunun rəsmi internet səhifəsindəki şərhlərə əsaslanaraq "Another Story" də yeddi fərqli personaj var. == İnkişaf etdirici == BTS World-in iki ildir inkişaf etdiyi bildirildi.
Discovery World
Discovery World sivilizasiya tarixi, mədəniyyətlər, döyüşlər, tarixin sirləri mövzu edilən, sənədli filmlər yayımlayan kanal. Discovery World kanalında yayımlanan və səs gətirmiş bəzi proqramlar: Amazing Medical Stories Discovery Atlas Dr.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri.
KBS World
KBS World, Korean Broadcasting Systemnin beynəlxalq yayım xidmətidir. KBS World Radio, KBS World televiziya kanalı və KBS World 24-dən ibarətdir.
PC World
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
PlayStation World
"PlayStation World" ("PSW") — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. Jurnalda "PlayStation" markası haqqında məlumatlarda verilirdi. Burada xəbərlər, önizləmələr, resenziyalar və məktub səhifələri yer alırdı. 2000-ci ildə "Computec Media" tərəfindən nəşr olunmağa başlamışdır. Jurnal 210 min oxucu auditoriyasına sahib idi, 17,132 tirajla çap olunurdu. "Computec Media"nın Birləşmiş Krallıq filialı jurnalın mülkiyyəti ilə birlikdə 2003-cü ildə "Future Publishing" tərəfindən satın alınmışdır. Bu zaman jurnalın orta aylıq tirajı 53,349 idi. 2007-ci ilin məlumatına görə, jurnalın tirajı 17,132-yə qədər azalmışdır. 13 avqust 2009-cu ildə jurnalın fəaliyyətinin dayandırılacağı açıqlanmışdır. Buna səbəb kimi "təlabat azlığı" göstərilmişdir.
TRT World
TRT World TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 may 2015-ci il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT int bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. İngilis dilində nəşr etməkdədir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
World Soccer
World Soccer IPC Media tərəfindən ingilis dilində dərc edilən futbol jurnalıdır. Jurnal ilk dəfə 1960-cı ildə çap edilmişdir. O, beynəlxalq futbol sahəsində ixtisaslaşmışdır. Brayan Qlenvil, Sid Lou və Tim Vikerinin daxil olduğu digər yazarların davamlı yazıları ilə ərsəyə gəlməkdədir. World Soccer Avropa İdman Jurnalları birliyinin üzvüdür ki, digər dillərdə də bu mövzuda jurnallar çap edilməkdədir. Digər üzvlərə misal olaraq A Bola, Don Balon, Kicker, La Gazzetta dello Sport və Sport Express nəşrlərini göstərmək olar. Bu qrupun üzvləri avropada hər il "Ayın Komandası" və "İlin Komandası" mükafatlarının qalibini seçir. 1982-ci ildən etibarən World Soccer "İlin oyunçusu", "İlin Məşqçisi" və "İlin Komandası" mükafatlarını təsis etməkdədir. 2005-ci ildə isə siyahıya "İlin Gənc Futbolçusu" və "İlin Baş Hakimi" mükafatlarıda əlavə edilmişdir. 1999-cu ilin dekabr ayında World Soccer oxucular arasında keçirdiyi sorğu ilə 20-ci əsrin 100 ən böyük futbolçusunun adını açıqlamışdır.
Xbox World
"Xbox World" — Birləşmiş Krallıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunan jurnal "Xbox" və "Xbox 360" konsolları haqqında idi. == Tarixi == "Xbox World" adı altında fəaliyyətə başlamış jurnalın birinci nömrəsi 2003-cü ilin əvvəlində, "Xbox" konsolunun satışa çıxarılmasından bir il sonra buraxılmışdır. "Xbox World" jurnalı "PlayStation World" ilə birlikdə 2003-cü ilin sonunda "Future plc" tərəfindən satın alınmışdır. Jurnalın ofisi London şəhərindən Bata köçürülmüş, bu zaman redaksiya heyətinin əksəriyyəti buradan ayrılmışdır. 2005-ci ilin sentyabrında "Xbox World" jurnalının adı "Xbox World 360" olaraq dəyişdirilmişdir. Jurnalın tərkibində nailiyyətlər, məsləhətlər və çit kodlar var idi. 2011-ci ilin noyabr nömrəsində jurnal yenilənmiş və orijinal "Xbox World" adına dönüş edilmişdir. 13 noyabr 2012-ci ildə həm "Xbox World", həm də "PSM3" jurnalının fəaliyyətinin dayandırılacağı elan edilmişdir. Hər iki jurnalın son nömrəsi 12 dekabr 2012-ci ildə satışa çıxarılmışdır.
BBC World Service
BBC World Service ən iri beynəlxalq radiostansiyası olub, podkast, radio və televiziya xəbərləri, diskusiyaları 40-dan çox dildə analoq və rəqəmsal qısa dalğa platformalarında dünyanın bir çox istiqamətlərinə yayımlayır. İngilis dilində yayım 24 saatdır. 2015 –ci ildə şirkət həftəlik 210 milyon izləyici qazanmışdır. United Kingdom's television licence fee tərəfindən maliyyələşdirilmişdir. Xidmətə həmçinin Böyük Britaniya hökumətindən 289 milyon avro ayrılmışdır (2020-ci ildə bitən beş illik dövr ərzində). BBC World Service İngilis dili nəzarətçisi Meri Hockadaydır. == Tarixi == 1932-ci ildə BBC Empire Service adı altında fəaliyyətə başlamış və əsas məqsəd Britaniya imperiyası daxilində ingilis dilli vətəndaşlara xidmət göstərmək idi. 3 yanvar 1938-ci ildə ilk xarici dil xidməti - Ərəb dilində açılıb. Alman dilində proqramlar 29 Mart 1938-ci ildə başladı və 1942-ci ilin sonunda BBC, bütün böyük Avropa dillərində yayımlara başladı. Nəticədə Empire Service 1939-cu ilin noyabrında "BBC Overseas Service" adına dəyişilmiş və 1941-ci ildən bəri xüsusi bir BBC European Service əlavə olunması ilə tamamlanıb.1999-cu ildə alman dilində yayım dayandırıldı.
Computer Gaming World
"Computer Gaming World" — ABŞ videooyun jurnalı. 1981–2006-cı illərdə nəşr olunmuş jurnal sadəcə videooyunlar və geyminq sənayesinə həsr olunmuş ilk jurnallardan biridir. == Tarixi == "Computer Gaming World" 1981-ci ildə cənubi baptistlərin keçmiş keşiş Rassell Sayp tərəfindən təsis edilmişdir. O, "Strategic Simulations" tərəfindən istehsal olunmuş "Computer Air Combat" videooyununu oynayarkən qarşılaşdığı çətinlikləri düşünərək videooyunlar haqqında jurnal ideyasını əldə etmişdir. Sayp həmin ilin iyununda "Golden Empire Publications Inc." şirkətini təsis etmiş və noyabrda "Computer Gaming World" jurnalının ilk nömrəsi buraxılmışdır.1991-ci ildən jurnalın həcmi xeyli artmış, 1992-ci ilin noyabrında nəşr olunan 100 illik yubiley nömrəsində 196 səhifəyə çatmışdır. Elə həmin il Conni Vilson yeni baş redaktor olmuşdur. Sayp 1993-cü ildə jurnalı "Ziff Davis" şirkətinə satmışdır.1997-ci ilin dekabrında jurnalın həcmi 500 səhifəyə çatmışdır. 1999-cu ildə Vilson baş redaktor vəzifəsini tərk etmiş və onun yerinə Corc Cons gəlmişdir. 2002-ci ildə Ceff Green yeni baş redaktor olmuşdur.2 avqust 2006-cı ildə "Ziff Davis" şirkəti "Microsoft" ilə birlikdə verdiyi açıqlamada jurnalın bağlanacağını və onun əvəzinə "Games for Windows: The Official Magazine" jurnalının fəaliyyət göstərəcəyini elan etmişdir. Jurnalın sonuncu, 268-ci nömrəsi 2006-cı ilin noyabrında buraxılmışdır.
Dangerous World Tour
Dangerous — Maykl Ceksonun albomu.
Heal the World
Heal the World — Maykl Ceksonun 1991-ci ildə çıxan Dangerous albomunda olan mahnılarindan biri.Mahnı Epic Records şirkəti tərəfindən yayımlanmışdır.Mahnının həm sözlərinin həm də musiqisinin müəllifi Maykl Cekson özüdür. Mahnının klipində Maykl Cekson özü çəkilməmişdir.Klipdə müxtəlif millətlərdən və irqlərdən olan uşaqlar əllərində güllə əli silahlı əsgərlərin üstünə gedir və onları silahı tərk etməyə məcbur edirlər. Klipin çəkilməsindən sonra Maykl Cekson Heal the World Foundation xeyriyyə təşkilatını yaratmış və mahnıdan gələn gəliri həmin təşkilata bağışlamışdır.Təşkilat uşaqlara gözəl həyat qurmağa kömək edir və onlara bir-birinə kömək etməyi öyrədir. Mahnı Maykl Ceksonun uğurlu mahnılarından biridir.Heal The World Spanish Singles Chartda birinci,UK Singles Chartda ikinci,Billboard Hot 100 -də isə iyirmi yeddinci yerə qədər yüksəlmişdir.
KBS World Radio
KBS World Radio ("KBS ümumdünya radiosu", kor. KBS 월드라디오; əvvəlki adıRadio Korea və Radio Korea International)- Cənubi Koreyada yeganə rəsmi və beynəlxalq radiostansiya. Dövlət teleradio kompaniyasına məxsusdur. 11 dildə yayımlanır, həmçinin rus dilində. == Tarixi == Radiostansiya ilk dəfə yayıma ingilis dilində 15 avqust 1953-cü ildə "Azad Koreya səsi" (ing. The Voice of Free Korea) adı ilə başlamışdır . Radiostansiya orta dalğalarda yayımlanmaqla, Koreyada olan amerikalı əsgərlər üçün nəzərdə tutulmuşdur. Verilişlər gün ərzində yalnız 15 dəqiqə yayımlanırdı. Sonrakı illərdə siqnalı Havay adalarına və Şimali Amerikaya ötürmək üçün 2 ədəd 100kVt-lıq ötürücü quraşdırıldı. Yayıma 13 fevral 1961-ci ildə rus dilində başlamışdı.
My Little World
My Little World, Waterloo & Robinson tərəfindən səsləndirilən və 1976 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanıı İngilis dilində səsləndirilərək təmsil edən mahnı.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. == Məzmun == Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
The World Factbook
Ümumdünya Faktlar Kitabı (ing. The World Factbook) — ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin nəşri; dövriliyi ildə bir dəfə olmaqla, dünya ölkələri haqqında almanax üslublu kitabdır. Birinci məxfi nəşri 1962-ci ilin avqust ayında, birinci qeyri-məxfi nəşri 1971-ci ilin iyun ayında olmuşdur. Kitabın saytında yerləşdirilmiş elana görə, MKİ daha bu kitabın dövri-nəşrini davam etdirməyi planlaşdırmır, amma kitabın onlayn-versiyasının yenilənməsi məsələsi üzərində düşünürlər. Dünya ölkələri haqqında aşağıdakı mövzularda məlumatlar var: tarix coğrafiya demoqrafiya dövlət quruculuğu iqtisadiyyat Telekommunikasiya nəqliyyat silahlı qüvvələrRusiyada 2007–2008-ci illər tərcümə nəşri rus. «Все страны и территории мира: Новый географический справочник ЦРУ» (ISBN 978-5-9757-0410-8) adı ilə işıq üzü görmüşdür.
Valeri Xould-Marşan
Valeri Xould-Marşan (29 may 1980) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Valeri Xould-Marşan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Valeri Xould-Marşan Olimpiadanın gümüş medalına sahib olub.
World Community Grid
World Community Grid (ing. WCG) - Qrid-texnologiyaları əsasında yaradılan tibbi hesablamalar aparan layihədir. Layihə çərçivəsində xərçəng, spid, grip və s. kimi mühüm xəstəliklərin səmərəli müalicəsinin tapılması istiqamətində araşdırmalar aparılır. Layihədə sadəcə könülülər deyil, həm də dünyanın bir çox ölkələrindən olan tərəfdaş təşkilatlar da hesablamalar aparır. Hal-hazırda layihədə 711 923 istifadəçi qeydiyyatdan keçmişdir, 3 018 663 hesablama maşını istifadə edilir və ümumi sistem 614.637 TFlops məhsuldarlığa sahib olduğu qeyd edilir. Layihə BOINC platforması üzərində işləyir.
World Cyber Games
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. == Əsərləri == == Şərəfinə adlandırmalar == Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi == İstinadlar == == Ədəbiyyat == Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Willd.
Karl Lüdviq Vildenov (alm. Carl (Karl) Ludwig Willdenow‎, 1765–1812) — alman botaniki. == Çap olunmuş əsərləri == Willdenow C. L. Florae Berolinensis prodromus, 1787 (lat.) Willdenow C. L. Grundriß der Kräuterkunde zu vorlesungen, entworfen von D. Carl Ludwig Willdenow.